Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Elməddin Əlibəyzadənin " Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi " əsəri

AZƏRBAYCAN XALQI ÖZ TARIXI, MƏDƏNIYYƏTI, INCƏSƏNƏTI ILƏ DÜNYA XALQLARI ARASINDA MÜHÜM YER TUTUR. BU XALQIN ETNOGENEZISI ÇOX MÜRƏKKƏB TARIXI PROSESLƏR IÇƏRISINDƏ FORMALAŞMIŞDIR. SÖZ YOX KI, GÖRKƏMLI ALIMLƏRIMIZ, TƏDQIQATÇILARIMIZ ÖZ ELMI AXTARIŞLARINDA AZƏRBAYCAN XALQININ SÖYKÖKÜ, MƏNƏVI MƏDƏNIYYƏT TARIXININ ƏN QƏDIM DÖVRLƏRININ ILKIN SƏHIFƏLƏRININ DƏRIN ELMI TƏHLILINI VERMƏYƏ ÇALIŞMIŞLAR.
BU SAHƏDƏ HÖRMƏTLI ALIMIMIZ, TƏDQIQATÇIMIZ ELMƏDDIN ƏLIBƏYZADƏNIN ELMI XIDMƏTLƏRI ƏVƏZSIZDIR. ÖZ MÜSTƏQILLIYINI ƏLDƏ ETMIŞ BIR DÖVLƏTIN MILLI-MƏNƏVI TARIXI MƏDƏNIYYƏTININ QORUNUB SAXLANILMASI, BU MƏNƏVI MƏDƏNIYYƏTIN ILKIN QAYNAQLARININ ÖYRƏNILMƏSI, TƏDQIQ EDILMƏSI SAHƏSINDƏ ELMƏDDIN ƏLIBƏYZADƏNIN "AZƏRBAYCAN XALQININ MƏNƏVI MƏDƏNIYYƏT TARIXI (İSLAMAQƏDƏRKI DÖVR)" KITABININ MISILSIZ ELMI ƏHƏMIYYƏTI VARDIR. YAŞADIĞIMIZ DÖVRÜN MƏDƏNIYYƏT TARIXINI MÜKƏMMƏL ÖYRƏNMƏK ÜÇÜN BIZ ILK NÖVBƏDƏ QƏDIM DÖVRÜMÜZÜN MƏDƏNIYYƏT TARIXINI ARAŞDIRMALI, TƏDQIQ ETMƏLI, ÜZƏ ÇIXARMALIYIQ.
HƏR BIR INKIŞAF ETMIŞ MILLƏT ÖZÜNÜN KÖKÜNÜN, ƏCDADININ, ULU BABASININ KIM OLDUĞUNU BILMƏLI VƏ ONUN MƏNƏVI DÜNYASINA DƏRINDƏN BƏLƏD OLMALIDIR.
GÖRKƏMLI ALIM HAQLI OLARAQ DÜNYA ƏDƏBIYYATININ NADIR INCILƏRI SIRASINA DAXIL EDILMIŞ "AVESTA", "BILQAMIS", "KITABI-DƏDƏ QORQUD" ƏSƏRLƏRININ BƏDII QURULUŞU, ÜSLUBU, FIKIRLƏRIN, HADISƏLƏRIN INKIŞAFI NÖQTEYI- NƏZƏRINDƏN BIR-BIRINƏ YAXIN, INAM, ADƏT-ƏNƏNƏ, ƏDƏB-ƏXLAQ, POETIK RUHCA DOĞMA OLDUĞUNU SÖYLƏYIR VƏ SADALADIĞIMIZ BU QIYMƏTLI NADIR INCILƏRIMIZDƏ ÖZ ƏKSINI TAPDIĞINI, BIR-BIRINI TAMAMLADIĞINI ELMI SÜBUTLARLA AÇIQLAYIR. ALIM FIKIRLƏRINDƏKI BÖYÜK HƏQIQƏTLƏRI TUTARLI, DƏQIQ DƏLIL-SÜBUTLARLA VERIR. ÖMRÜNÜN ÇOX HISSƏSINI AZƏRBAYCAN XALQININ MILLI-MƏNƏVI INKIŞAF TARIXININ ARAŞDIRILMASINA HƏSR EDƏN ALIMIN BIR-BIRINI TAMAMLAYAN ELMI ƏSƏRLƏRINDƏ, XÜSUSILƏ, "AZƏRBAYCAN XALQININ MƏNƏVI MƏDƏNIYYƏT TARIXI" KITABINDA ƏBƏDI HƏYAT, VƏTƏNƏ, INSANA SEVGI, AZADLIQ, BƏRABƏRLIK, DOSTLUQ, SAFLIQ, ƏDƏB-ƏRKAN, ƏNƏNƏLƏRIN QORUNUB SAXLANILMASINA DIQQƏT TƏDQIQ EDILIR, SÖYLƏNILƏN ŞERLƏRIN, NƏĞMƏLƏRIN, VƏSFLƏRIN, MUSIQININ BIR KÖKDƏN, ALIMIN ÖZÜNÜN DEDIYI KIMI "ANA TEL"DƏN GƏLDIYININ TUTARLI, ELMI IZAHI VERILIR. XALQIMIZIN RUHUNA, VARLIĞINA HOPMUŞ ŞERIYYƏT ONUN ILKIN TƏSƏVVÜRLƏRINDƏ DƏ YAŞAYIR.
AĞIZLARDA ŞIFAHI ŞƏKILDƏ YARANAN DILDƏN-DILƏ DÜŞDÜKCƏ DÜZÜMLƏNƏN, QOŞULAN ƏDƏBIYYAT YARANMA TARIXINƏ GÖRƏ ÇOX QƏDIMDIR. BU ƏDƏBIYYAT UZUN MÜDDƏT YADDAŞLARDA YAŞAMIŞ, SONRALAR INSANLAR BU MƏNƏVI ZƏNGIN SƏNƏT XƏZINƏSINI GƏLƏCƏK NƏSILLƏRƏ YADIGAR QOYUB GETMƏK ÜÇÜN YOLLAR AXTARMIŞLAR. ARXEOLOJI QAZINTILAR, APARILAN TƏDQIQAT IŞLƏRI BIR DAHA SÜBUT EDIR KI, ONLAR BU YOLLARI TAPIBLAR VƏ BU YOL DƏRILƏR, MIS, GÜMÜŞ QABLAR, DAŞLAR, QAYALAR ÜZƏRINƏ HƏKK OLUNMUŞ YAZILARDIR. MƏSƏLƏN, "AVESTA" DINI KITABI -ZƏRDÜŞTLÜYÜN ƏN MÜQƏDDƏS DINI KITABI ON IKI MIN INƏK DƏRISI ÜZƏRINƏ YAZILMIŞDIR. "İSSIK YAZISI" GÜMÜŞ CAM ÜZƏRINƏ HƏKK OLUNMUŞDUR. SAL DAŞLAR ÜZƏRINƏ "QƏDIM ORXON-YENISEY" KITABƏLƏRI YAZILMIŞDIR. ŞUMERLƏRIN ƏN QƏDIM YAZILI ABIDƏLƏRINDƏN OLAN VƏ ILK TÜRKDILLI XALQLARIN QAYNAQLARINDAN SÜZÜLÜB GƏLƏN "BILQAMIS" DASTANI GIL LÖVHƏLƏR ÜZƏRINDƏ YAZILMIŞ VƏ GƏLIB BIZƏ ÇATMIŞDIR.
ƏN QƏDIM ÜMUMTÜRK KITABƏLƏRIN SÜJET XƏTTI, YAZILIŞ TƏRZI, ÜSLUBU, IDEYA-FIKIR YAXINLIĞI, OXŞARLIĞI ILƏ SEÇILIR VƏ BU DA KITABƏLƏRIN EYNI QAYNAQLARA MƏNƏVI TELLƏRLƏ BAĞLI OLDUĞUNU SÖYLƏMƏYIMIZƏ IMKAN VERIR. FOLKLORDAN-XALQ YARADICILIĞINDAN DANIŞARKƏN VƏ ONUN ƏN QƏDIM QAYNAQLARINA NƏZƏR YETIRDIKDƏ BIZ ONLARI ÜMUMTÜRK XALQLARININ MƏNƏVI SƏRVƏTI OLDUĞU QƏNAƏTINƏ GƏLIRIK. BU ÜMUMILIYI ONLARIN DÜNYAGÖRÜŞÜNDƏ, TƏFƏKKÜR TƏRZINDƏ, FOLKLORUNDA, ZƏNGIN MƏNƏVI SƏRVƏTLƏRINDƏ TAM AÇIQLIĞI-AYDINLIĞIYLA GÖRÜRÜK.
AZƏRBAYCAN XALQININ MILLLI MƏNŞƏYINI, SOYKÖKÜNÜ VƏ INKIŞAF YOLUNU ÜÇ MƏRHƏLƏ ÜZRƏ ÖYRƏNILMƏSI FIKRINDƏ ISRARLI OLAN ALIMLƏR ONU AŞAĞIDAKI MƏRHƏLƏLƏRƏ BÖLÜR.
1. Ş U M E R - (S U M E R)-T Ü R K M Ə R H Ə L Ə S I. MILADI TARIXDƏN ÖNCƏKI III-II MINILLIKLƏR (VƏ ONDAN ƏVVƏLKI DÖVRLƏR);
2. T U R A N-İ S K I T (S K I F)- T Ü R K M Ə R H Ə L Ə S I ( MASSAKET, SAK, HUN, KASPI VƏ ONLARIN YENI ERADAKI DAVAMI OLAN HUN, AZ, BASIL, BULQAR, SABIR// SAVIR, XƏZƏR VƏ B.- MILADI TARIXDƏN ÖNCƏKI SON MINILLIK VƏ MILADI TARIXIN ILK YÜZILLIKLƏRI;
3. T Ü R K M Ə R H Ə L Ə S I (Ə N Q Ə D I M T Ü R K: BULQAR, UYĞUR, ÇUVAŞ, YAKUT VƏ B.; Q Ə D I M T Ü R K: OĞUZ, TUVIN, XAKKAS, ŞOR VƏ B.; Y E N I T Ü R K; AZƏRBAYCAN, QAQAUZ, QIPÇAQ, PEÇENEQ, POLOVES, SALAR, TÜRKMƏN, ÖZBƏK, CIĞATAY VƏ S.: Ə N Y E N I T Ü R K: BAŞQIRD, QAZAX, QARAQALPAQ, QIRĞIZ, KUMIK, NOQAY, TATAR, OYROT VƏ B.-MILADI TARIXIN BAŞLANĞICINDAN BU GÜNƏ QƏDƏRKI DÖVR".
APARILAN ARXEOLOJI TƏDQIQATLAR NƏTICƏSINDƏ ƏLDƏ EDILƏN YENI-YENI ELMI MƏLUMATLARLA ÖZÜNÜN ELMI ARAŞDIRMALARININ, FIKIRLƏRININ ÜST-ÜSTƏ DÜŞÜDÜYÜNÜ GÖRƏN ALIM TÜRK DILLI XALQLARA MƏNSUB OLAN AZƏRBAYCAN XALQININ MƏNƏVI INKIŞAF TARIXININ DAHA QƏDIM QATLARA GEDIB ÇIXMASI QƏNAƏTINƏ GƏLIR, KITABDA DÜNYANIN VƏ INSANLARIN YARANMASI HAQQINDAKI MIFIK ƏFSANƏ VƏ RƏVAYƏTLƏRƏ VƏ DIGƏR TAPINTILARA DA ƏSASLANARAQ ŞUMER DÖVRÜNÜ DƏ DAHA SONRAKI INKIŞAF MƏRHƏLƏSI KIMI QƏBUL EDIR VƏ BU DÖVRÜN ÇOX DƏRIN, ZƏNGIN QAYNAQLARI OLDUĞUNU BILDIRIR.
ÜMUMDÜNYA DAŞQININA QƏDƏR MÖVCUD OLAN ADƏT-ƏNƏNƏLƏRIMIZ, BAYRAMLARIMIZ ( YENI IL, "BAHAR", "YAZ" ŞƏNLIYI, "QURBAN BAYRAMI") MÖVCUD OLMUŞ VƏ BUNLAR ŞUMER ULULARIMIZDAN BIZƏ MIRAS QALAN QƏDIM ƏNƏNƏLƏR, QAN YADDAŞI KIMI AÇIQLANIR. AZƏRBAYCAN XALQININ MƏNƏVI ALƏMI MƏHZ BU ZƏNGIN BÜNÖVRƏ ÜZƏRINDƏ YARANIB, INKIŞAF ETDIYINI, KAMILLƏŞDIYINI SÖYLƏYƏN ALIM "BU ZƏNGIN BÜNÖVRƏNIN" BEŞ GÜCLÜ DAYAĞI" KIMI "AVESTA"NI, "BILQAMIS"I, ŞUMER-BABIL MƏDƏNIYYƏTINI, ORXON-YENISEY KITABƏLƏRINI, "KITABI-DƏDƏ-QORQUD" KITABINI, NIZAMININ "XƏMSƏ"SINI GÖTÜRÜR VƏ BUNLARI TƏKCƏ AZƏRBAYCAN XALQININ DEYIL, HƏM DƏ TÜRK DÜNYASININ ŞAH ƏSƏRLƏRI, ISLAMAQƏDƏRKI MƏNƏVI ALƏMIN BÜNÖVRƏSI SAYIR.
AZƏRBAYCAN XALQININ TARIXINI "ÜMUMILIKDƏ TÜRK XALQLARININ TARIXINDƏN" AYIRMAYAN TƏDQIQATÇI ALIM HAQLI OLARAQ BILDIRIR KI, "QƏDIMLƏRƏ, KÖKƏ DOĞRU GETDIKCƏ MÜASIR TÜRK XALQLARININ TARIXI, ƏDƏBIYYATI, MƏDƏNIYYƏTI, MƏNƏVI FIKRI VƏ DILLƏRI ÜMUMVAHID QAYNAQLARA CALANIR" (SƏH.9).
ƏRƏB ISTILASINA QƏDƏR QƏDIM AZƏRBAYCANIN ƏRAZISINDƏ VƏ DIGƏR ƏRAZILƏRDƏ YAŞAYAN TÜRKLƏRIN ÜMUMMILLI MƏDƏNIYYƏTƏ, ÖZ ZƏNGIN DIL-ÜSLUB GÖZƏLLIYINƏ MALIK OLDUĞU HAQQINDA ƏLIMIZDƏ ÇOXLU MATERIALLAR VARDIR. BU MATERIALI TƏDQIQ ETMƏKLƏ BIZƏ BIR DAHA ƏYAN OLUR KI, DƏDƏ QORQUDA QƏDƏR YAŞAMIŞ TÜRK TAYFALARI ÖZLƏRININ ZƏNGIN SƏNƏT VƏ MƏDƏNIYYƏT XƏZINƏSINI YARATMIŞ ƏN QƏDIM TÜRK TAYFALARIDIR.
"KITABI-DƏDƏ QORQUD" DASTANLARINDA ATALAR SÖZLƏRI, ZƏRB-MƏSƏLLƏR, IDIOMATIK IFADƏLƏR, MAHMUD KAŞĞARLININ "DIVANI"NDA TOPLANMIŞ YÜZLƏRCƏ ŞƏRQILƏR, MƏRASIM NƏĞMƏLƏRI, VARSAĞILAR, AĞILAR, ATALAR SÖZLƏRI VƏ MƏSƏLLƏR BIR DAHA BU FIKRIMIZI SÜBUT EDIR KI, DƏDƏ QORQUDA QƏDƏR AZƏRBAYCAN -TÜRK XALQLARININ ÇOX ZƏNGIN TARIXI, ƏDƏBIYYATI, INCƏSƏNƏTI OLMUŞDUR VƏ SONRADAN YARANAN DASTANLAR, ƏFSANƏLƏR, RƏVAYƏTLƏR BU KÖKLƏR ÜZƏRINDƏ PƏRVAZLANMIŞDIR.
MAHMUD KAŞĞARLI BU "DIVAN"INI YAZARKƏN "TÜRK, TÜRKMƏN, OĞUZ, CIGIL, YAĞMA, QIRĞIZ" DIL-ÜSLUBLARINDAN FAYDALANDIĞINI BILDIRIR VƏ "ONLARI ILK SÖYLƏYƏNLƏR SONRAKILARA, BUNLAR DAHA SONRAKILARA BILDIRMIŞLƏR" DEYIR. BU DA GÖSTƏRIR KI, ŞIFAHI XALQ YARADICILIĞININ MÖVZUSU, BAŞ VERƏN HADISƏLƏRIN TƏSVIRININ MƏZMUNU, ÖLÇÜ VƏ BIÇIMI MIN-MIN ILLƏR ƏRZINDƏ BIÇIMLƏNIB, DÜZÜLMÜŞ NÜMUNƏLƏRDIR.
BU NÜMUNƏLƏR ƏN QƏDIM "OĞUZNAMƏLƏR"DƏN, "KITABI-DƏDƏ QORQUD"DAN, DAŞ KITABƏLƏRDƏN DƏ QƏDIMDIR.
ELMƏDDIN ƏLIBƏYZADƏ HAQLI OLARAQ "ISLAMAQƏDƏRKI DÖVR" VƏ YA "TÜRK FOLKLORUNUN ƏN QƏDIM NÜMUNƏLƏRI" DEDIKDƏ BU DÖVRÜN (VƏ YA DÖVRLƏRIN), "BU QƏDIMLIYIN ÖZÜ TƏXMINƏN DƏ OLSA MÜƏYYƏNLƏŞMƏLI, AŞKAR EDILMƏLIDIR" DEYIR VƏ BIR VƏTƏNPƏRVƏR, XALQININ, MILLƏTININ LAYIQLI ALIMI KIMI BU DÖVR ÜÇÜN NARAHATÇILIQ KEÇIRIR. "ÇÜNKI BU ŞERLƏR BIR-BIRINDƏN ÇOX UZAQ, MÜHÜM VƏ IBRƏTLI TARIXI HADISƏLƏRLƏ BAĞLI OLARAQ YARANMIŞ, DÜZÜLÜB-QOŞULMUŞ, SINƏLƏRƏ HƏKK OLUNUB GƏLMIŞDI…MƏSƏLƏN, M. Ö. VII YÜZILLIKDƏ YAŞAMIŞ, ÖZ MƏTANƏTI, IGIDLIYI, MƏRDLIYI VƏ QƏHRƏMANLIĞI ILƏ ŞÖHRƏT TAPMIŞ ALP ƏR TONQANIN - ƏFRASIYABIN ÖLÜMÜNƏ MATƏM NƏĞMƏLƏRI- AĞILAR HƏMIN ƏSRDƏ DEYILSƏ, HAÇAN YARANMALI IMIŞ?! VƏ YA, TƏXMINƏN MILADI TARIXIN ILK YÜZILLIKLƏRINDƏN BAŞLANIB UZUN SÜRƏN TÜRK-TANQUT DÖYÜŞLƏRINƏ HƏSR OLUNMUŞ ŞƏRQILƏR HƏMIN YÜZILLIKLƏRDƏ DEYILSƏ, HAÇAN YARANA BILƏRMIŞ?! (SƏH.56)-DEYIR.
HƏMIN ƏSƏRLƏRƏ DIQQƏT YETIRDIKDƏ VƏ BU KITABLARDA VERILƏN ŞERLƏRDƏN GÖRÜRÜK KI, BUNLAR KAMIL SƏNƏT ƏSƏRLƏRIDIR VƏ ONLARIN BELƏ BIÇIMLƏNMƏSI, DÜZÜMLƏNMƏSI ÜÇÜN UZUN ƏSRLƏR OLUB VƏ DEMƏLI, BU XALQIN INKIŞAF TARIXI QƏDIMDIR.
TƏDQIQATÇI ISLAMAQƏDƏRKI FOLKLOR NÜMUNƏLƏRININ, XALQ ƏDƏBIYYATININ-XALQ YARADICILIĞININ ƏN MÜKƏMMƏL, SƏLIS NÜMUNƏLƏRI KIMI FOLKLORUN KIÇIK JANRLARINI, ELƏCƏ DƏ IRI HƏCMLI DASTANLARINI TƏDQIQ ETMIŞ, BU DÖVR YARADICILIĞI HAQQINDA QIYMƏTLI FIKIRLƏR SÖYLƏMIŞDIR. BU DÖVRÜN ƏDƏBIYYATI O QƏDƏR ZƏNGINDIR KI, ONUN HƏLƏ QAPISI AÇILMAMIŞ SIRLƏRI ÇOXDUR. TARIXIN MÜXTƏLIF MƏRHƏLƏLƏRINDƏ YAŞAMIŞ SOYKÖKÜMÜZÜN ƏSASINDA DURAN XALQLARIN YAŞADIĞI TARIXI HƏYAT HADISƏLƏRI, DÜNYAGÖRÜŞLƏRƏ, TƏBIƏTƏ, CƏMIYYƏTƏ MÜNASIBƏTLƏRINDƏKI MIFOLOJI TƏFƏKKÜR TƏRZLƏRI, ADƏT-ƏNƏNƏLƏRI, MƏŞĞULIYYƏTLƏRI, FIKIR VƏ DUYĞULARI BU FOLKLOR NÜMUNƏLƏRINDƏ YAŞAYIR. HƏR BIR DAŞ ÜZƏRINƏ HƏKK EDILMIŞ YAZILAR BU MILLƏTIN SOYKÖKÜNDƏ DURAN XALQLARIN ZƏNGIN TƏFƏKKÜRÜNDƏN, ULULUĞUNDAN, QƏDIMLIYINDƏN XƏBƏR VERIR.
FOLKLORU AZƏRBAYCAN ƏDƏBIYYATININ "TƏMƏL DAŞI" ADLANDIRAN ALIM DILDƏN -DILƏ DÜŞDÜKCƏ BU FOLKLORUN BIÇIMLƏNMƏSINI, MÜKƏMMƏLLƏŞMƏSINI, MÜƏYYƏN DÖVRLƏRDƏ BU FOLKLOR MATERIALLARININ SINƏLƏRDƏN ƏŞYALAR ÜZƏRINƏ KÖÇÜRÜLMƏYƏ BAŞLANMASINI, ONUN TƏKAMÜL YOLUNU AÇIQLAYIR. BU CƏHƏTDƏN "BILQAMIS" DASTANI ÜZƏRINDƏ XÜSUSILƏ DAYANIR.
"BILQAMIS" DASTANI DÜNYA ƏDƏBIYYATININ ILK ŞAH ƏSƏRI OLMAQLA BƏRABƏR, BU DASTANIN HANSI XALQLARA MƏNSUB OLMASI HAQQINDA MÜXTƏLIF FIKIRLƏR, MÜBAHISƏLƏR QALMAQDADIR VƏ E. ƏLIBƏYZADƏ ONU GÜCLÜ MƏDƏNIYYƏTI, TARIXI, ELMI, ƏDƏBIYYATI, INCƏSƏNƏTI OLAN ŞUMER-TÜRK XALQINA MƏNSUB OLDUĞUNUN ELMI, TARIXI ƏSASLARLA TƏSDIQINƏ ÇALIŞIR.
MƏŞHUR AMERIKA ALIMI S. N. KRAMERIN "TARIX ŞUMERDƏN BAŞLANIR" FIKRINDƏKI BÖYÜK HƏQIQƏTƏ ƏSASLANARAQ VƏ E. ƏLIBƏYZADƏNIN GƏRGIN ELMI -NƏZƏRI FIKIRLƏRINƏ ŞƏRIK OLARAQ DEYƏ BILƏRIK KI, MILADDAN ƏVVVƏLKI LLL MINILLIKDƏ QƏDIM ŞUMER DILINDƏ ŞIFAHI ŞƏKILDƏ YARANMIŞ, LL MINILLIKDƏ AKKAD DILINDƏ GIL LÖVHƏLƏR ÜZƏRINDƏ HƏKK OLUNMUŞ, 12 GIL LÖVHƏ ÜZƏRINƏ YAZILMIŞ "BILQAMIS" DASTANI TÜRKDILLI XALQLARA MƏNSUB OLUB. DÜNYA ƏDƏBIYYATININ ŞAH ƏSƏRI KIMI YÜKSƏK QIYMƏTLƏNDIRILMƏLIDIR. ELMƏDDIN ƏLIBƏYZADƏ "AZƏRBAYCAN XALQININ MƏNƏVI MƏDƏNIYYƏT TARIXI" ƏSƏRINDƏ ŞUMERLƏR, ONLARIN TARIXI YAZISI, MƏDƏNIYYƏTI, "BILQAMIS" DASTANI MƏNƏVI DÜNYAMIZIN ƏN QƏDIM YAZILI ABIDƏSI KIMI GENIŞ, ƏHATƏLI ŞƏKILDƏ TƏDQIQ OLUNUR, ARAŞDIRILIR. MƏNƏVIYYAT TARIXIMIZIN ILKIN QAYNAQLARI HAQQINDA DƏRIN ELMI TƏHLILLƏR APARAN MÜƏLLIF BU KITABDA TƏXMINƏN 8-10 MIN ILLIK BIR DÖVRÜN MƏNƏVI MƏDƏNIYYƏTININ TƏHLILINI VERIR, "ŞUMER-TÜRK KÖKÜ, ƏDƏBI MƏNƏVI BAĞLILIĞI MÜƏYYƏN EDILIR". BURADA ALIM APARDIĞI TƏDQIQATLAR ZAMANI ILK MƏNBƏLƏRDƏN GƏTIRDIYI STATLARI EYNILƏ VERIR, MƏNBƏLƏR AÇIQ-AYDIN GÖSTƏRILIR, DƏLIL-SÜBUTLARLA BU BAĞLILIĞIN KÖKLƏRININ DƏRIN ELMI TƏHLILI VERILIR. GÖZƏL ALIM XALQINA, VƏTƏNINƏ, SOYKÖKÜNƏ, ONUN TARIXINƏ, QAYNAQLARINA MÜNASIBƏTDƏ TƏLƏM-TƏLƏSIKLIYƏ YOL VERMƏDƏN BÖYÜK BIR SƏBIRLƏ, ƏZMLƏ, INADKARLIQLA YORULMADAN MÜASIR ELMIN TƏLƏBLƏRINƏ UYĞUN ŞƏKILDƏ XALQININ TARIXINI, MƏNƏVI ALƏMINI, BƏDII -ESTETIK- TƏFƏKKÜR TARIXINI LAYIQINCƏ IŞIQLANDIRIR. ÇOX BÖYÜK ÇƏTINLIKLƏRƏ SINƏ GƏRƏN GÖRKƏMLI ALIM ÖMRÜNÜN ÇOX HISSƏSINI ŞUMER, QƏDIM TÜRK ƏDƏBI ÖRNƏKLƏRININ TƏDQIQINƏ HƏSR EDIB. ELMƏDDIN ƏLIBƏYZADƏ AZƏRBAYCAN ƏDƏBIYYATININ ILKIN QAYNAQLARINI, TƏŞƏKKÜL DÖVRÜNÜ, INKIŞAF YOLLARINI ARAŞDIRMAQLA, ISLAMAQƏDƏRKI AZƏRBAYCAN XALQININ MƏNƏVI MƏDƏNIYYƏT TARIXINI TƏDQIQ ETMƏKLƏ YANAŞI, TÜRK ALIMLƏRI Ə. İNANDAN, B. ÖGƏLDƏN, Z. V. TOĞANDAN, O. Ş. GÖKYAYDAN, İ. QƏFƏSOĞLUDAN, ELƏCƏ DƏ L. QUMILYOVDAN, O. SÜLEYMENOVDAN Ə. DƏMIRÇIZADƏDƏN, N. RZAYEVDƏN SONRA MƏDƏNIYYƏT TARIXINI ÖZÜNƏMƏXSUS SXEM VƏ PRINSIPLƏ OXUCUNUN GÖZÜ ÖNÜNDƏ CANLANDIRA BILMIŞDIR.
QƏDIM ŞUMER-TÜRK ƏDƏBI DÜNYASI HAQQINDA ELMI ŞƏRHLƏRINI VERƏN ALIM DÜNYA ŞUMERŞÜNASLARININ ŞUMER MƏDƏNIYYƏTI, ELMI HAQQINDA DƏYƏRLI FIKIRLƏRINƏ ŞƏRIK ÇIXARAQ, MƏŞHUR AMERIKA ŞUMERŞÜNASI S. N. KRAMERIN "TARIX ŞUMERDƏN BAŞLANIR" KITABINDAKI QIYMƏTLI FIKIRLƏRINI ŞƏRH EDƏRƏK YAZIR KI, "KITABDA ZƏNGIN YAZILAR, MƏTNLƏR ƏSASINDA TƏSDIQ EDILIR, GÖSTƏRILIR KI, MILADDAN ÖNCƏ ƏN AZI ÜÇ MIN IL ƏVVƏLKI QƏDIM ŞUMERDƏ GÜCLÜ MƏDƏNIYYƏT, ELM, ƏDƏBI ƏNƏNƏ OLMUŞDUR. ŞUMERDƏ MƏKTƏBLƏR, SISTEMLI OXU MƏTNLƏRI, SABIT DƏRSLIKLƏR, MÜƏLLIMLƏR, MIRZƏLƏR, XƏTTTATLAR VARDI. ŞUMERDƏ ZƏNGIN "KITABXANA" VƏ ORADA GIL LÖVHƏLƏRDƏN IBARƏT "KITAB"LAR, YÜZLƏRCƏ MÜXTƏLIF NÖV KITABƏLƏR, ELMI ƏSƏRLƏR VARDI. RƏSM VƏ ŞUMER DILI MÜƏLLIFLƏRI FƏALIYYƏT GÖSTƏRIRDI. YAXŞI IŞLƏNMIŞ ŞUMER DILININ QRAMMATIKA KITABLARINDAN, ŞUMERCƏ- AKKADCA "LÜĞƏTLƏR"DƏN ISTIFADƏ EDILIRDI. ELMIN AYRI-AYRI SAHƏLƏRINƏ AID DƏRS VƏSAITLƏRI, PROQRAMLAR YARADILMIŞDI" (SƏH.58).
BILQAMISIN TARIXI ŞƏXSIYYƏT OLDUĞUNU, MILADDAN ƏVVƏLKI 2800-2700-CI ILLƏRDƏ YAŞAMIŞ ŞUMER DÖVLƏT ŞƏHƏRI URUKUN KAHINI VƏ HƏRBI RƏHBƏRI" OLDUĞUNUN VƏ BUNUN DASTANIN ƏVVƏLINDƏ ÖZ ƏKSINI TAPDIĞINI SÖYLƏYƏN ALIMIN FIKIRLƏRI ILƏ BIR ZAMAN DƏCLƏ-FƏRATI ELLIKLƏ TƏRK EDƏN ŞUMERLƏRIN ETNIK MƏNŞƏYI HAQQINDA TƏDQIQAT APARAN" ŞUMERŞÜNASLARIN FIKIR VƏ RƏYLƏRI ÜST-ÜSTƏ DÜŞÜR. BIR-BIRINDƏN XƏBƏRSIZ GƏLDIKLƏRI NƏTICƏLƏR BIR NÖQTƏDƏ BIRLƏŞIR KI, ŞUMERLƏR DÜNYANIN ILK SIVILIZASIYALI XALQIDIR; ŞUMERLƏR MÜASIR TÜRK XALQLARININ ƏCDADLARIDIR". GÖRKƏMLI ALIM BU FIKIRLƏRI TƏSDIQLƏYIR VƏ BU SAHƏDƏ ÇALIŞAN KRAMERIN, INGILIS ALIMLƏRI S. LLOYD, Q. ÇAYLD, L. BULLI, POLŞA ALIMI Z. KOSIDOVSKI, ALMAN ALIMI Q. VIMKLER, FRANSA ALIMI E. REKLÜ, RUS ALIMI D. REDER VƏ DIGƏR DÜNYA ŞUMERŞÜNASLARININ ŞUMER DILININ "TÜRK DILLƏRINƏ UYĞUN ILTISAQI QURULUŞLU DIL", " ÖZ QURULUŞUNA GÖRƏ ƏN ÇOX TÜRK DILLƏRI ILƏ MÜQAYISƏ EDILƏ" BILDIYINI, ONLARIN HANSI XALQ VƏ HANSI DILDƏ DAQNIŞMALARI BARƏDƏ ÜMUMI BIR RƏYƏ, FIKRƏ GƏLDIKLƏRINI AÇIQLAYIR.
ALIM QƏDIM ŞUMER MƏTNLƏRINI OXUYAN, TƏSDIQ EDƏN HƏMYERLIMIZ- AMERIKADA YAŞAYAN TARIYEL VƏLI NÜVƏDILININ TƏDQIQATINDAN, ONUN ŞUMER MƏTNLƏRI ILƏ AZƏRBAYCAN-TÜRK PARALELLƏRINI ARAŞDIRMASINI, 6500 IL ƏVVƏL YAŞAMIŞ ENLIL İSMƏ DAĞAN ADLI ŞUMER TÜRK ŞAIRININ ÜÇ ŞERI ƏSASINDA SÖYLƏDIYI FIKIR VƏ DÜŞÜNCƏLƏRINI QIYMƏTLƏNDIRIR VƏ ALIMIN TƏDQIQINDƏ ÖZÜNÜN DEDIYI KIMI "DIQQƏTI CƏLB EDƏN IŞIQLI CƏHƏT ŞUMER MƏTNLƏRININ "QƏLIBƏ SALINMASI", FIKRI IFADƏ, TƏFƏKKÜR TƏRZLƏRININ AÇILIŞIDIR.
ŞUMERLƏRIN "BILQAMIS" DASTANI ILƏ TÜRK XALQLARI VƏ ONLARIN YARATDIQLARI SONRAKI DÖVRLƏRDƏKI "DASTAN YARADICILIĞI ARASINDA QIRILMAZ TELLƏR VƏ MƏNƏVI BAĞLAR" OLDUĞUNU SÖYLƏYƏN ALIM ÖZ ELMI MÜLAHIZƏLƏRINI "BILQAMIS"DAN "DƏDƏ QORQUD"A, "BILQAMIS"DAN -"ORXON -YENISEY"Ə, "AZƏRBAYCAN AĞI JANRI VƏ ONUN MƏNŞƏYI", "BILQAMIS-ENKÜDÜ DOSTLUQ TELI", "BILQAMIS" DASTANI VƏ "ƏBƏDI HƏYAT" PROBLEMI, "BILQAMIS VƏ AZƏRBAYCAN QƏHRƏMANLIQ ƏNƏNƏLƏRI", "ATA VƏ ANA SURƏTLƏRI" BAŞLIĞI ALTINDA AÇIQLAYIR, DƏYƏRLI ELMI-FIKIRLƏRINI SÖYLƏYIR. "BILQAMIS"LA "DƏDƏ QORQUD" DASTANIN EYNI QAYNAĞA BAĞLI OLDUĞUNU TƏDQIQ ETMIŞ, TƏRZI VƏ ÜSLUB XÜSUSIYYƏTLƏRINDƏKI OXŞARLIĞI TƏDQIQ ETMIŞDIR. BURADAKI PARALELIZM ÜSLUBUN, "ORXON-YENISEY" ABIDƏLƏRINDƏ DƏ BU PARALELIZM ÜSLUBUNUN OLDUĞUNU, BU DASTANDAKI AZƏRBAYCAN AĞILARIYLA SƏSLƏŞƏN AĞILAR, ADƏT-ƏNƏNƏ, ƏXLAQ, ETIKA, ATA-ANAYA HÖRMƏT PRINSIPLƏRI, DASTANLARDA QOYULAN QƏHRƏMAN VƏ ƏBƏDI HƏYAT PROBLEMLƏRI, DOSTLUQ MÜNASIBƏTLƏRI VƏ DIGƏR MƏSƏLƏLƏRIN BIR-BIRILƏ SƏSLƏŞMƏSI HAQQINDA ELMI-NƏZƏRI FIKIRLƏRINI SÖYLƏYƏN ALIM BU ÜSLUB UYĞUNLUQLARINI BELƏ ÜMUMILƏŞDIRIR KI, " BILQAMIS" DASTANINI, "DƏDƏ -QORQUD" KITABINI YARADAN, YAZAN XALQ VƏ YA FƏRD "ORXON-YENISEY" KITABƏLƏRINI YARADAN, YAZAN XALQ VƏ YA FƏRD BIR ANA KÖKDƏNDIR, BIR RUH, BIR ƏNƏNƏVI TƏFƏKKÜR TƏRZI, ÜSLUB VƏ FƏRDI YAZI MƏDƏNIYYƏTINƏ MALIK OLMUŞLAR. BUNLAR ILKIN DOĞMA QAYNAQDAN SU IÇMIŞLƏR. RUH, YAZI ÜSLUBUNDA GÖTÜRÜLƏN XƏTT VAHID, DOĞMA XƏTT OLUB, BIR AXAR SELIN GƏLIŞIDIR" (SƏH.90).
ŞUMER MIFLƏRI, BAYRAMLARI, ADƏT-ƏNƏNƏLƏRI, NOVRUZ VƏ QURBAN BAYRAMLARININ ÇOX QƏDIMLILIYI, ŞUMER MIFLƏRINDƏ ILK TANRI-İNSANLAR HAQQINDA ELMI FIKIRLƏRIN OXŞARLIĞI, PARALELIZMI, GENETIK XÜSUSIYYƏTLƏRININ EYNILIYINI ALIM BU FIKIRLƏRLƏ YEKUNLAŞDIRIR: " ŞUMER-TÜRK-AZƏRBAYCAN EYNI KÖKDÜR, EYNI XALQDIR"(SƏH.!53).
ŞUMER MIFLƏRI VƏ BIBLIYA HEKAYƏLƏRI HAQQINDA DANIŞARKƏN ALIM ŞUMERLƏRIN KAINATIN VƏ INSANIN YARANMASI HAQQINDA ILKIN MIFIK TƏSƏVVÜRLƏRINI, ŞUMER MIFLƏRI ILƏ BIBLIYA HEKAYƏLƏRI ARASINDAKI BAĞLILIQ HAQQINDA ALIMLƏRIN FIKIRLƏRINI ŞƏRH EDIR VƏ HAQLI OLARAQ "BIBLIYA" DAKI KAINATIN VƏ INSANIN YARANMASI HAQQINDA ILAHI VƏ DINI MƏZMUN DAŞIYAN RƏVAYƏTLƏRIN ŞUMER QAYNAQLARINDAN GƏLDIYINI SÖYLƏYIR VƏ ƏSASLANDIRIR KI, "AÇIQ - AŞKAR SEZILIR KI, BƏZI REDAKTƏLƏR, ARTIRIB-ƏSKILTMƏLƏR, AD DƏYIŞIKLIKLƏRI VƏ S. NƏZƏRƏ ALINMAQLA, ILK MƏNBƏ, QAYNAQ EYNIDIR, ŞUMER MIFLƏRIDIR" (SƏH.142).
TƏDQIQATÇI TÜRK, MISIR, YUNAN "YARADILIŞ" DASTANLARINDAKI KAINATIN VƏ INSANIN YARANMASI HAQQINDAKI FIKIR VƏ DÜŞÜNCƏLƏRIN BIR-BIRINƏ UYĞUN GƏLMƏSINI "VAHID BIR QAYNAQ"DAN GƏLDIYINI BILDIRIR:" ŞUMER MIFLƏRININ ÇOX QƏDIMLILIYINI VƏ "ŞUMERIN TARIXIN BAŞLANĞICI" OLDUĞUNU NƏZƏRƏ ALSAQ, BU ILK TƏSƏVVÜR, BU ILK DÜŞÜNCƏ, BU MODEL MIFOLOJI QURUM ŞƏKLINDƏ ORADAN DÜNYAYA YAYILIB. "YARADILIŞ" DASTANLARI MAYASINI DA BURADAN ALIB" (SƏH.143)-DEYIR.
KITABDA ALIM "AVESTA", ONUN ULU QAYNAQLARI, DINI -MIFOLOJI KÖKLƏRI, "AVESTA"NIN YARANDIĞI YER, ONUN DILI, MILLI MƏNSUBIYYƏTI, "AVESTA"NIN QURULUŞU VƏ S. HAQQINDA GENIŞ ELMI TƏHLILINI VERIR. "AVESTA" HAQQINDAKI GENIŞ ELMI MÜLAHIZƏLƏRINI DÜNYANIN ƏN BÖYÜK ALIMLƏRININ, AVESTAŞÜNASLARININ ELMI FIKIRLƏRI ILƏ QARŞILIQLI ŞƏKILDƏ AÇIQLAYIR, BU ABIDƏ ILƏ BAĞLI ZIDDIYYƏTLI MƏSƏLƏLƏRIN GENIŞ ŞƏRHINI VERIR VƏ ZƏRDÜŞTÜN ƏSLƏN AZƏRBAYCANLI OLDUĞUNU, AZƏRBAYCANDA DOĞULDUĞUNU VƏ BU ƏSƏRIN DƏ AZƏRBAYCANDA YARANDIĞINI QƏTIYYƏTLƏ BILDIRIR. AZƏRBAYCAN TORPAĞININ MƏŞHUR TAYFALARINDAN OLAN MAQLAR, ONLARIN AĞLI, QABILIYYƏTI, FƏRASƏTI ILƏ BAĞLI FIKIRLƏRINI AÇIQLAYIR VƏ BU XALQIN ZƏRDÜŞTÜN BAŞÇILIĞI ILƏ ELƏ ƏDƏBI, DINI-FƏLSƏFI CƏRƏYAN YARATDIĞINI BILDIRIR VƏ YAZIR KI, "ZƏRDÜŞT AZƏRBAYCAN TORPAĞININ, ODLU DIYARIN YETIRMƏSIDIR. XƏLQI-MILLI MƏNSUBIYYƏTI MAQDIR, ƏSIL-NƏSƏBCƏ DAHA QƏDIM KÖKLƏRƏ BAĞLIDIR" (172).
FARSLARIN "AVESTA"YLA BAĞLI ELM ALƏMINDƏ YARATDIQLARI FIKIRLƏRIN ƏKSINƏ OLARAQ ALIM BÖYÜK QƏRB VƏ ŞƏRQ ALIMLƏRININ TƏDQIQAT IŞLƏRINI, FIKIRLƏRINI, APARDIĞI TƏDQIQATLARINDAKI DƏLIL-SÜBUTLARI DA ƏSAS GÖTÜRƏRƏK BELƏ BIR NƏTICƏYƏ GƏLIR KI, " AVESTA"NIN MƏKANI ODLAR YURDU-ATROPATENA- AZƏRBAYCAN OLDUĞUNA ŞÜBHƏ YERI QALMIR. VƏ GÜMAN KI, "AVESTA"NIN ƏSLI DƏ QƏDIM ŞUMER-TÜRK DILINDƏ VƏ ƏLIFBASINDA YAZILIB, SONRALAR QƏDIM FARS DILINƏ TƏRCÜMƏ EDILIB, FARS SARAYLARININ HAKIM DINI IDEOLOGIYASI OLUB, "TƏKMILLƏŞIB", ONA ƏLAVƏLƏR EDILIB, ZAMAN KEÇDIKCƏ FARSLAR ONU MƏNIMSƏYIB, "ÖZÜNKÜLƏŞDIRIBLƏR", TƏDQIQATÇILAR DA ONU "İRAN ƏDƏBIYYATININ KITABƏSI" SAYIBLAR (SƏH.168). VƏ ALIM BU FIKRINDƏ ISRARLIDIR KI, "AVESTA"NI GÜCLÜ ƏDƏBI-ELMI ƏNƏNƏ YARADIB. "AVESTA" BU ƏNƏNLƏRIN MƏHSULUDUR. "BILQAMIS" ƏDƏBI-FƏLSƏFI KITABINI YARADAN QƏDIM ƏSIL-NƏCABƏTLI BIR XALQ-ŞUMERLƏR "AVESTA" KIMI DINI-ƏDƏBI-FƏLSƏFI BIR KITABƏNI DƏ BƏŞƏRIYYƏTƏ VERMƏLI IDI (SƏH.168).
"AVESTA"DA XEYIRLƏ ŞƏR ARASINDA GEDƏN MÜBARIZƏ MƏSƏLƏSININ KÖKLƏRINI "BILQAMIS"DA QOYULAN "ANA TELƏ CALAN" DIĞINI, ZƏRDÜŞTIZMDƏ BU MÖVZUNUN (XEYIRLƏ ŞƏRIN BIR-BIRINƏ QƏNIM KƏSILMƏSI, MÜBARIZƏ APARMASI, INSANLARIN HƏM XEYIR, HƏM DƏ ŞƏR XISLƏTLI OLMASI) "DÖVRLƏ, ZAMANLA ƏLAQƏLƏNDIRIB GENIŞ, ƏHATƏLI ŞƏKILDƏ " QALDIRILDIĞINI BILDIRIR. "AVESTA"NIN FƏLSƏFI IZAHININ VERILMƏSINƏ GENIŞ EHTIYAC OLDUĞUNU SÖYLƏYIR. "DƏDƏ-QORQUD", "ORXAN-YENISEY", "BILQAMIS" DASTANLARINDAKI TANRI "AVESTA"DAKI HÖRMÜZ KIMI QÜDRƏTLI TANRIDIR. ONLAR EYNI MƏNƏVI QÜVVƏ, MƏNƏVI VARLIQ OLUB "TÜRK XALQLARININ QƏDIM DINI GÖRÜŞLƏRI VƏ RUHANI DÜNYASININ VAHID IŞIQ ŞÜASI, BAŞLANĞICI, ONA TƏKAN VERƏN QÜDRƏTIDIR" (SƏH.194).
"AVESTA"DAKI ƏMƏYƏ, TORPAĞA MƏHƏBBƏT, HƏYAT, HƏYAT EŞQI, SEVMƏK, SEVILMƏK, TORPAĞI ƏKIB, BECƏRMƏK, QULLUĞUNDA DURMAQ, HEYVANDARLIQ, MAL-QARAYA QULLUQ ETMƏK, TARIXƏN LAP QƏDIMDƏN ULU BABALARIMIZIN ƏMƏK FƏALIYYƏTI ILƏ SƏSLƏŞIR.
ZƏRDÜŞTLÜKDƏ BƏŞƏRIYYƏTIN DINI, IDRAKI VƏ BƏDII TƏFƏKKÜRÜNÜN "BEL SÜTUNU, CANI" SAYILAN " TƏMIZ BƏDƏN, TƏMIZ SÖZ, TƏMIZ ƏMƏL" KIMI ÜÇ INSAN KAMILLIYININ ILKIN QAYNAQLARINI QƏDIM ŞUMER MƏDƏNIYYƏTINDƏ, "BILQAMIS" DASTANINDA ILKIN OLDUĞUNU "AVESTA" DA ISƏ BUNUN KAMIL BIR ZIRVƏYƏ ÇATDIĞINI, INSAN ÜÇÜN SÖZÜN, DILIN, NITQIN ƏN PAK NEMƏTLƏR OLDUĞUNU, "TANRI SƏVIYYƏSINDƏ YANAŞILIB, DÜNYANINI ƏN ŞIRIN NEMƏTI, INSANLARA GÜCLÜ TƏSIR VASITƏSI KIMI TƏRƏNNÜM EDIL"MƏSI FIKRINI SÖYLƏYIR: "AVESTA"DA SÖZ QÜDRƏTLI MÜBARIZƏ SILAHIDIR, QARA QÜVVƏLƏRI, ŞƏRI MƏĞLUB ETMƏK ÜÇÜN ÇOX GÜCLÜ VASITƏDIR. TANRININ INSANA BƏXŞ ETDIYI SÖZÜ, NITQI, KƏLAMI DÜZLÜYƏ SƏRF ETMƏK, QILINC ƏVƏZI ÇALMAQ GƏRƏK KI, BƏŞƏR TANRI YOLUNA QAYITSIN. SÖZ, KƏLAM, NƏĞMƏYƏ DÖNDÜKDƏ ISƏ TƏSIR GÜCÜ QAT-QAT ARTIR, KÜTLƏVI OLUR, "ZƏRBI GƏRƏN SINDIRIR" ( SƏH.203).
ALIM İ.S. BRAKINSKININ FIKIRLƏRINI TƏKZIB EDƏRƏK BILDIRIR KI, "KAINATIN ULU VALIDEYN CÜTÜNDƏN YARANDIĞI" "ATA GÖYDƏN", "ANA TORPAQDAN DOĞULUB-TÖRƏMƏSI" FIKRI DƏ BÜTÜNLÜKLƏ QƏDIM ŞUMER-TÜRK FƏLSƏFƏSININ, DÜŞÜNCƏ VƏ AĞLININ MƏHSULUDUR. TACIKLƏRƏ VƏ FARSLARA DA ANCAQ BURADAN KEÇƏ BILƏRDI" ( SƏH. 214).
ŞUMERŞÜNASLARDAN "DÜNYA MƏDƏNIYYƏTININ VƏ MƏDƏNI ALƏMIN QAYNAĞI ŞUMERDƏN BAŞLANIR" DEYƏN GÖRKƏMLI AMERIKA ALIMI S. KRAMERIN BU SAHƏDƏ APARDIĞI ELMI IŞLƏRIN ƏHƏMIYYƏTINI AÇIB GÖSTƏRIR: "S.KRAMER ELM ÜÇÜN DÜNYA MƏDƏNIYYƏTININ QƏDIM ƏDƏBI VƏ DINI KITABƏLƏRINI KƏŞF ETDI. BUNUNLA O INANDIRICILIQLA ÜZƏ ÇIXARTDI KI, ŞUMER ƏDƏBIYYATI BABIL VƏ ONUN VASITƏSILƏ YUNAN, YƏHUDI VƏ HƏTTA QƏRBI AVROPA XALQLARININ ƏDƏBIYYATI VƏ MƏDƏNIYYƏTINƏ BILAVASITƏ TƏSIR GÖSTƏRMIŞDIR. XÜSUSƏN, MÜƏLLIFIN ŞUMER MIFLƏRI VƏ DIGƏR ƏDƏBI-DINI KITABƏLƏRIN "BIBLIYA" MƏTNLƏRI ILƏ MÜQAYISƏSININ BIZIM OXUCULAR ÜÇÜN BÖYÜK ƏHƏMIYYƏTI OLDUĞUNU INKAREDILMƏZ" OLDUĞUNU BILDIRIR.
BRAKINSKININ ÖZ TƏDQIQATINDA "HƏR VƏCHLƏ FAKTLARI FARSLARIN XEYRINƏ" YOZMASINDAN, "AVESTANI BÜTÜNLÜKLƏ İRANLA, ONUN TARIXIYLƏ, HƏYATIYLA BAĞLAMAĞA CƏHD GÖSTƏR"MƏSINDƏN "TURAN-TÜRK SƏMTI VƏ TÜRK RUHUNU TAMAM QIR"MASINDAN NARAHAT OLAN ALIM "ANA KÖKDƏN GƏLƏN, "AVESTA"NIN ÜMUMI RUHUNA HAKIM KƏSILƏN ƏSAS XƏTTLƏRI VƏ TELLƏRI" ARAŞDIRIR, AĞLABATAN, GÜCLÜ DƏLILLƏRLƏ "AVESTA"DAKI İRAN-TURAN MÜNASIBƏTLƏRINI, QƏHRƏMANLARINI, ONLARIN FƏALIYYƏT DAIRƏLƏRI ILƏ BAĞLI "HIMN"LƏRINI ARAŞDIRIR, "HƏMIŞƏ UĞUR ISTƏYƏNƏ UĞUR VERƏN" ILAHƏ ANAHIT İRAN QƏHRƏMANININ ISTƏYINƏ ƏMƏL EDIR, ONLARA UĞUR DILƏYIR, ISTƏDIKLƏRINƏ QOVUŞDURUR, TURAN QƏHRƏMANLARINA ISƏ "UĞUR VERILMIR, RƏHM EDILMIR", BU QƏRƏZLI MÜNASIBƏTIN, AÇIQ AŞKAR GÖRÜNƏN "ÖGEY-DOĞMALIQ" ONLARIN ADINA DEYILƏN "HIMN"LƏRIN "TANRININ ELÇISI ANAHITIN "ADINDAN DEYILIB, "HIMN" ŞƏKLINƏ SALINMASINI BELƏ ƏSASLANDIRIR KI, "YƏQIN KI, "AVESTA" İRAN DÖVLƏTININ DINI-IDEOLOJI KITABI KIMI QƏBUL EDILDIKDƏ, DAHA DÜRÜST DESƏK, MƏNIMSƏNILDIKDƏ DƏYIŞDIRILIB, MƏZMUN ISTƏNILƏN SƏMTƏ YÖNƏLDILIB. İLAHƏ ANAHITI DƏ ISTƏDIKLƏRI KIMI, ÖZLƏRINƏ SƏRF EDƏN TƏRZDƏ HALLANDIRIBLAR, "HIMNLƏRI DƏYIŞIBLƏR" (SƏH. 226).
"ALP ƏR TONQANIN ÖLÜMÜNƏ MATƏM NƏĞMƏLƏRI-AĞILAR" BÖLMƏSINDƏ ALIM "AVESTA"DA QÜDRƏTLI TURAN DÖVLƏTININ BAŞÇISI ALP ƏR TONQA VƏ ONUN QƏHRƏMAN DÖYÜŞÇÜLƏRI HAQQINDA "VƏSF HIMN"LƏRI, MAHMUD KAŞĞARLININ "DIVANÜ-LÜĞAT-IT-TÜRK" KITABINDA OLAN 11 AĞI HAQQINDA DANIŞIR. ALP ƏR TONQANIN ADI, QƏHRƏMANLIĞI, DÖVLƏT FƏALIYYƏTI ARAŞDIRILIR VƏ ONUN DEDIYI KƏLAMLARDAN, HAQQINDA YAZILAN AĞILARDAN SÖZ AÇIR VƏ BUNLARIN "AZƏRBAYCAN ƏDƏBIYYATI TARIXINDƏ ÖZÜNƏ LAYIQLI YER TUTMALIDIR" QƏNAƏTINƏ GƏLIR. ÇÜNKI BU AĞILAR INSAN, ONUN DAXILI ALƏMI, TORPAĞA, XALQA, ELƏ MƏHƏBBƏTI, QƏHRƏMANLIĞI VƏ B. YÜKSƏK KEYFIYYƏTLƏRIN AZƏRBAYCAN ƏDƏBIYYATI ÜÇÜN HƏMIŞƏ "ƏZƏLI" MÖVZU OLDUĞUNU SÖYLƏYIR. ONLARI DIL, ÜSLUB, VƏZN, QAFIYƏ, IDEYA, MƏZMUN GÖZƏLLIYINI ÖZÜNDƏ ƏKS ETDIRƏN SÖZ SƏNƏTI", "ŞER INCILƏRI" ADLANDIRIR VƏ "AZƏRBAYCAN KLASSIK ŞERININ BÜNÖVRƏSI, KÖKÜ, ÖZÜLÜ OLMASI ETIBARI ILƏ ƏVƏZSIZDIR, ÖLÇÜYƏ GƏLMƏZDIR"- SÖYLƏYIR.
"TARIXIN SILINMƏZ IZLƏRI" BÖLMƏSINDƏ E.ƏLIBƏYZADƏ DƏDƏ QORQUDDAN MIN IL QABAQ YAŞAMIŞ DÖVRÜN "YEDDI MÜDRIK"INDƏN SAYILAN ŞAIR, FILOSOF, M. Ö. VI ƏSRIN ORTALARINDA YAŞAMIŞ, ZƏMANƏSININ ÇOX ZƏKALI "ISKIT-SAK" MAARIFÇI ZIYALISI, ISKIT HÖKMDARI QNURUN OĞLU ANAKAR HAQQINDA DANIŞIR, ONUN YUNAN ELMINI, DILINI YAXŞI BILƏN, GÖZƏL TƏHSIL ALMIŞ, YUNAN ADƏT-ƏNƏNƏLƏRINI, DINI MƏRASIMLƏRINI ÖYRƏNMƏK, TƏDQIQ ETMƏYƏ SƏY GÖSTƏRDIYINI VƏ BUNA GÖRƏ DƏ ÖLDÜRÜLDÜYÜNÜ AÇIQLAYIR.
ANAKAR YAZDIĞI 800 MISRA ŞERINDƏ ISKIT VƏ ELLINLƏRIN ADƏT-ƏNƏNƏLƏRINI, HƏYAT TƏRZINI GÖSTƏRMIŞ, AĞLI, SAĞLAM DÜŞÜNCƏSI VƏ MÜDRIK KƏLAMLARI ILƏ YÜKSƏK NÜFUZ QAZANMIŞDIR. SON I MINILLIYIN TARIXÇI ALIMLƏRI, YAZIÇILARI, ŞAIRLƏRI, HABELƏ MILADI TARIXIN FILOSOFLARI ONUN AĞLINA, HAZIRCAVABLIĞINA HEYRAN QAL"DIĞINI, "DÖNƏ-DÖNƏ KƏLAMLARINI TOPLA"DIĞINI, BUNLARA IZAH VƏ ŞƏRHLƏR VERDIYINI SÖYLƏYIR, TƏDQIQATÇI ONUN ODU, SUYU, KÜLƏYI, YAĞIŞI TANRININ SILAHI KIMI TƏBLIĞ ETDIYINI NƏZƏRƏ ALIB ZƏRDÜŞT FƏLSƏFI FIKRININ MÜDAFIƏÇISI KIMI QIYMƏTLƏNDIRIR.
GÖRKƏMLI ALIM MIDIYA DÖVLƏTI VƏ ONUN HÖKMDARLARI DEYOK, ONUN OĞLU FRAORT, ONUN OĞLU KIAKSAR, OĞLU ASTIAQ, ASTIAQIN QƏDDARLIĞI VƏ PADŞAHLIQ EHTIRASININ MIDIYA DÖVLƏTINI MƏHV ETMƏSINI, TOMIRIS ANANIN BƏRABƏRLIK, DOSTLUQ, ƏDALƏT TƏRƏNNÜM EDƏN FIKIRLƏRINI VERIR, ONUN MÜDRIKLIYINI, XEYIRXAHLIĞINI, TƏMKININI, DÜŞMƏNƏ QARŞI AMANSIZLIĞINI, KIRLƏ MÜNASIBƏTLƏRINI, HEREDOTUN VƏ STRABONUN VERDIYI MƏLUMATLAR ƏSASINDA TƏHLIL EDIR. AZƏRBAYCAN XALQININ YADELLI IŞĞALÇILARA QARŞI MÜBARIZƏSINI, AZƏRBACAN XALQININ ZƏNGIN MƏNƏVIYYATINI AÇIQLAYIR.
"İSSIK MƏDƏNIYYƏTI" HAQQINDA DANIŞARKƏN TAPILAN QIZIL-ZINƏT ƏŞYALARININ TARIXI HƏQIQƏT BAXIMINDAN YÜKSƏK QIYMƏTLƏNDIRIR, BU ŞEYLƏRI "YÜKSƏK SƏNƏTKARLIQLA, BƏDII ZÖVQLƏ IŞLƏNMIŞ, QƏDIM TARIXI VƏ GÜCLÜ ƏNƏNƏSI OLAN ƏVƏZSIZ ZƏRIF SƏNƏT NÜMUNƏLƏRI, "ƏL INCILƏRI" OLDUĞUNU VƏ XALQIMIZIN MADDI MƏDƏNIYYƏT TARIXI ÜÇÜN MÜSTƏSNA ƏHƏMIYYƏT KƏSB ETDIYINI BILDIRIR. "İSSIK" KURQANINDA TAPILAN SAK-TÜRK HÖKMDARININ GEYIMI, BƏZƏYI HAQQINDA MƏLUMAT VERƏN ALIM YAZIR KI, "BU KURQANDA BÜTÖV BIR TARIXI DÖVR, DÖVRÜN YÜKSƏK MƏDƏNIYYƏTI ƏSRLƏR BOYU TORPAĞIN ALTINDA YATIB QALIB. BU GÜNKÜ MƏDƏNIYYƏTIN ÖZÜ BELƏ MÜƏYYƏN MƏNADA BUNUNLA SƏSLƏŞIR" (SƏH. 287).
BU MILLI GEYIMIN VƏ ƏNƏNƏNIN DAVAMI KIMI XIX ƏSRDƏ AZƏRBAYCANA GƏLMIŞ A. DÜMANIN XASAYXAN USMIYEVIN GEYIMI HAQQINDA DEDIKLƏRINI XATIRLADIR. BU OXŞAR MILLI GEYIM, ADƏT-ƏNƏNƏLƏRIN MINILLIKLƏRCƏ QORUNUB SAXLANMASINI, ONLARIN YAD ADƏT-ƏNƏNƏLƏRDƏN ÖZLƏRINI QORUYUB SAXLAMASINI, BU XALQIN "ÖZ XƏLQI-MILLI KEYFIYYƏTLƏRI ILƏ SEÇILDIYINI, ÖYÜNDÜYÜNÜ" ƏSL TÜRK-SAK NƏSLININ SONUNCU NÜMAYƏNDƏSI KIMI FƏXRLƏ QEYD EDIR.
İSSIK MƏDƏNIYYƏTIN QƏDIMLILIYINI, ULULUĞUNU QEYD ETMƏKLƏ YANAŞI ALIM BU QƏDIM KURQANDA TAPILAN GÜMÜŞ CAM ÜZƏRINDƏKI YAZILARIN ÜMUMTÜRK DILININ YAZIDA IFADƏSI OLDUĞUNU, "İSSIK" YAZISININ QRAFIK ÜSLUBU VƏ ƏLIFBASININ "ORXON-YENISEY" QRAFIK ÜSLUBU VƏ ƏLIFBASI OLDUĞUNU AÇIQLAYIR VƏ FIKRINI BELƏ ÜMUMILƏŞDIRIR: "BELƏLIKLƏ, BÜTÖVLÜKDƏ "İSSIK" TAPINTISI ONA QƏDƏRKI BÖYÜK VƏ ZƏNGIN MƏDƏNIYYƏTIN M. Ö. SON MINILLIKDƏ DAVAMI IDI. "BILQAMIS" DASTANI, ALP ƏR TONQANIN ÖLÜMÜNƏ AĞILAR, "AVESTA"NIN ƏDƏBI QATLARI BÖYÜK VƏ ZƏNGIN ƏDƏBIYYATIN BU SƏVIYYƏDƏ BAŞQA SƏNƏT SAHƏLƏRI YAZI HƏKKETMƏ VƏ YAZI MƏDƏNIYYƏTI, HABELƏ MEMARLIQ, INCƏSƏNƏT, MUSIQI VƏ BAŞQA SAHƏLƏRI OLMALI IDI VƏ VARDI. İNDI DÜNYANIN DIQQƏTINI ÖZÜNƏ CƏLB EDƏN ORTA ASIYA MEMARLIQ INCILƏRI, AZƏRBAYCANDA MÖMINƏ XATIN MƏQBƏRƏSI BU MƏDƏNIYYƏTIN ƏNƏNƏVI DAVAMI VƏ BUGÜNKÜ NIŞANƏLƏRIDIR" (SƏH.291).
DEMƏLI TÜRKLƏR MILADDAN ÖNCƏ V-IV YÜZILLIKLƏRDƏN TAM FORMALAŞMIŞDI, INKIŞAF ETMIŞDI, ONUN YÜKSƏK SƏNƏTI, MÜSTƏQIL DILI, YAZISI, MILLI ƏLIFBASI, YAZI, HƏKKETMƏ MƏDƏNIYYƏTI VARDI VƏ ELMƏDDIN ƏLIBƏYZADƏ HAQLI OLARAQ BUNU BILDIRIR KI, BU YÜKSƏK TARIXI NAILIYYƏTƏ, MILLI KEYFIYYƏTLƏRƏ GƏLIB ÇATMAQ ÜÇÜN MIN ILLƏR GƏRƏK IDI". VƏ BU MIN ILLƏRDƏ FORMALAŞMIŞ, INKIŞAF ETMIŞ TÜRK VARLIĞI HƏQIQƏT IDI. ONUN MƏNƏVI MƏDƏNIYYƏT TARIXI ÖYRƏNILMƏLI, DAHA BÖYÜK TARIXI HƏQIQƏTLƏR ARAŞDIRILMALI, ONUN ZƏNGIN MƏNƏVI MƏDƏNIYYƏT TARIXINI BU GÜNKÜ NƏSILLƏR ÖYRƏNMƏLI, TƏDQIQ ETMƏLI, ARAŞDIRMALI, GƏLƏCƏK NƏSILLƏRƏ ÖTÜRMƏLI, ONUN TARIXI NAILIYYƏTLƏRINI, MƏDƏNIYYƏT XƏZINƏSINI "ÖZÜNÜNKÜLƏŞDIRƏNLƏRIN" DƏRSINI VERMƏLI, MIN ILLƏRLƏ GIZLIN SAXLANILAN, ÖRT-BASDIR EDILƏN YÜKSƏK MƏDƏNIYYƏTƏ MALIK BIR XALQIN SƏLƏFLƏRI OLDUQLARINI TAMAMILƏ SÜBUTA YETIRMƏLIDIRLƏR. QOY BÜTÜN DÜNYA ALIMLƏRI NECƏ BIR QƏNAƏTƏ GƏLMIŞLƏR KI, DÜNYANIN TARIXI ŞUMERLƏRLƏ BAŞLANIR, QOY BÜTÜN DÜNYA QƏDIM ŞUMERLƏRIN DAVAMÇI NƏSLI OLAN TÜRK DÜNYASININ, ONUN NƏSILLƏRININ TARIXINDƏN XƏBƏRDAR OLSUN.
ELMƏDDIN ƏLIBƏYZADƏ AZƏRBAYCAN XALQININ MILLI MƏNƏVI DƏYƏRLƏRINƏ HÖRMƏTLƏ YANAŞAN, AZƏRBAYCAN XALQININ ILKIN QAYNAQLARINI TƏDQIQ EDƏN BIR ALIM KIMI HAQLI OLARAQ YAZIR KI, "NƏ QƏDƏR KI, BIZ XALQIMIZIN MƏNƏVI ALƏMININ DƏRIN QATLARINI QALDIRA, ONUN ƏSASLARINI DUYA, DƏRK EDƏ, ANADILLI ƏDƏBIYYATIMIZIN KÖKLƏRINI, MILLI ZƏMNINI MÜƏYYƏNLƏŞDIRƏ, ONUN ÜMUMI RUHUNU ALA BILMƏMIŞIK, ƏSL ILKIN QAYNAQLARDAN XƏBƏRSIZ OLACAĞIQ, KƏLƏFIN UCUNU BELƏCƏ ITIRƏCƏK, ELMI HƏQIQƏTI ÜZƏ ÇIXARMAQDA HƏMIŞƏ ÇƏTINLIK ÇƏKƏCƏYIK" (SƏH.46).
ELMƏDDIN ƏLIBƏYZADƏ MAHMUD KAŞĞARLININ "DIVANI"NDA TOPLADIĞI POETIK PARÇALARI, DÖYÜŞ NƏĞMƏLƏRINI, LIRIK PARÇALARI TƏDQIQ EDƏRKƏN ONLARI MÖVZU VƏ ƏHATƏ DAIRƏSINƏ GÖRƏ BIR NEÇƏ YERƏ BÖLÜR. ALIM HƏM DƏ ONLARIN ƏDƏBIYYATŞÜNASLIQ NÖQTEYI-NƏZƏRINDƏN DƏRIN TƏHLILINI VERMƏKLƏ YANAŞI, BU MƏNƏVI MƏDƏNIYYƏT ABIDƏLƏRININ YARANMA TARIXININ QƏDIMLIYINI TUTARLI DƏLIL-SÜBUTLARLA IZAHINA ÇALIŞIR. "DÖYÜŞ ŞƏRQILƏRI" ADLANDIRDIĞI HISSƏDƏ YABAKULARLA, TANQUTLARLA, UYĞURLARLA DÖYÜŞLƏRƏ HƏSR OLUNMUŞ ŞƏRQILƏRDƏ QƏLƏBƏ, ÇALIŞIB-ÇARPIŞIB DÖYÜŞLƏRDƏN QƏLƏBƏYLƏ ÇIXMAQ ISTƏYININ TƏRƏNNÜM OLUNDUĞUNU BILDIRIR.
ALIM YABAKULARIN ƏN QƏDIM TÜRK QƏBILƏLƏRINDƏN BIRI OLDUĞUNU, SONRALAR DIGƏR TÜRK QƏBILƏLƏRI ILƏ QAYNAYIB QARIŞDIĞINI BILDIRIR. BU ŞƏRQILƏRDƏ YABAKULARIN IGIDLIYI, CƏSARƏTI DƏ TƏRƏNNÜM OLUNUR. YABAKULARLA BAĞLI ŞƏRQILƏRIN TARIXINI ARAŞDIRARAQ, ONLARIN DAHA QƏDIM OLDUĞUNU, "GÜLTƏKIN", "MOGILYAN XAN", "TONYUKUK" KITABƏLƏRINDƏN DƏ QƏDIM ƏVVƏLKI DÖVRÜN MƏHSULU OLDUĞUNU, BU ETNOSLARIN QAYNAYIB QARIŞMASI NƏTICƏSINDƏ SIRADAN ÇIXDIĞINI, YALNIZ NƏĞMƏLƏRDƏ ADLARI QALDIĞINI BILDIRIR VƏ YAZIR KI, "SƏNƏTKARLIQ, DIL-ÜSLUB, FORMA VƏ MƏZMUN BAXIMINDAN BU ƏSƏRLƏR DIGƏR TONQUT, UYĞUR VƏ BAŞQA DÖYÜŞLƏRƏ HƏSR OLUNMUŞ ƏSƏRLƏRDƏN BIR O QƏDƏR DƏ FƏRQLƏNMIR, HAMISI YÜKSƏK SƏNƏT NÜMUNƏLƏRIDIR, BIR-BIRINDƏN GÖZƏLDIR, BIRCƏ ARTIQ SÖZ, IFADƏ YOXDUR" (SƏH.367).
XALQ ƏDƏBIYYATININ "MIN ÖLÇÜLÜB, BIR BIÇILƏN", XALQIN TƏFƏKKÜRÜNÜN SÜZGƏCINDƏN KEÇƏN QIYMƏTLI BIR SƏNƏT NÜMUNƏSI OLDUĞUNU SÖYLƏYƏN ALIM BU ŞƏRQILƏRDƏKI SƏNƏTKARLIQ, DIL-ÜSLUB, FORMA GÖZƏLLIYINI YÜKSƏK QIYMƏTLƏNDIRIR. BIR-BIRINI TAMAMLAYAN, BÜTÖV BIR ƏSƏRI XATIRLADAN ŞƏRQILƏRIN NƏZƏRI CƏHƏTDƏN IZAHINI VERIR, BÜTÖV, KAMIL BIR ƏSƏR KIMI TƏDQIQ EDIR VƏ GÖSTƏRIR KI, BU ŞERLƏRDƏ TÜRK ADI, ONUN ŞƏRƏFI, LƏYAQƏTI, BÖYÜKLÜYÜ TƏRƏNNÜM OLUNUR. MÜXTƏLIF TÜRK TAYFALARININ VAHID BIR TÜRK DÖVLƏTI YARATMAQ UĞRUNDA VURUŞLARDA QƏHRƏMAN IGIDLƏRIN IGIDLIYININ TƏSVIRININ "ÖN PLANA ÇƏKIL"DIYINI SÖYLƏYƏN ALIM BU ŞERLƏRDƏ BIR SIRA MÖVZULARIN DA YAŞADIĞINA DIQQƏTIMIZI YÖNƏLDIR.
"TANQUTLARLA DÖYÜŞLƏRƏ HƏSR OLUNMUŞ NƏĞMƏLƏR"DƏ TÜRK XALQLARI ILƏ İRAN DILLI TAYFALARDAN OLDUĞU GÜMAN EDILƏN TANQUTLAR ARASINDAKI DÖYÜŞLƏR, QƏLƏBƏ ƏZMLI DÖYÜŞƏ ÇAĞIRIŞ RUHU, ZƏFƏR QAZANMAQ ARZUSU, TƏRƏNNÜMÜ GÜCLÜDÜR. DIL-USLUB BAXIMINDAN ALP ƏR TONQA VƏ "NAMƏLUM QƏHRƏMANLARIN ÖLÜMÜNƏ AĞILARA OXŞADIĞINI BILDIRIR. NƏĞMƏLƏRDƏKI POETIK RUH, FIKRIN IFADƏ ÜSÜLLARI ALIMI BELƏ BIR QƏNAƏTƏ GƏTIRIR KI, "HƏMIN ŞER - NƏĞMƏLƏR, HƏTTA MILADI TARIXDƏ DÜZÜLÜB QOŞULSA BELƏ, BIÇIM VƏ MƏZMUNCA MILADDAN ÖNCƏKI AĞILARDAN QIDALANIB.(SƏH.376-377)
TÜRK-AZƏRBAYCAN ŞERININ DOLĞUNLUĞUNU, MƏNA TUTUMUNU, DÜZÜLÜŞÜNÜ, YIĞCAMLIĞINI, POETIK QÜDRƏTINI YÜKSƏK QIYMƏTLƏNDIRƏRƏK BU ŞERLƏRIN MƏZMUN, MƏNA DƏRINLIYINƏ DƏ SƏNƏT VƏ SƏNƏTKARLIQ BAXIMINDAN YÜKSƏK QIYMƏT VERIR.
DÖYÜŞ MEYDANINDA QƏHRƏMANIN DAXILI ALƏMINI, PSIXOLOJI DUYUMUNU AÇMAQ ÜÇÜN ISTIFADƏ OLUNUN BƏDII IFADƏ VASITƏLƏRI, MƏCAZI SÖZ VƏ IFADƏLƏRDƏN ISTIFADƏ OLUNMASI FOLKLOR YARADICILIĞININ SƏLISTLIYINDƏN, POETIK ZƏNGINLIYINDƏN XƏBƏR VERDIYINI BILDIRIR. XALQIMIZIN BƏDII DÜŞÜNCƏ TƏRZININ BU FOLKLOR NÜMUNƏLƏRINDƏ TƏRƏNNÜMÜNÜ TƏDQIQ EDƏN ALIM, ONUN SƏNƏTKARLIQ IMKANLARININ DA ELMI- NƏZƏRI TƏDQIQINI VERIR,"ŞƏRQILƏRIN BIR-BIRINƏ BAĞLILIĞI VƏ POETIK QURULUŞUNA DAIR" ÖZ FIKIRLƏRINI BILDIRƏN ALIM FIKIRLƏRIN ARADICILLIĞINI, BIR-BIRINI TAMAMLADIĞINI, MISRA DÜZÜMÜNÜN ELMI TƏHLILINI VERIR VƏ DÜZÜMÜN "BILQAMIS" DASTANINDAN BAŞLANIB GƏLƏN ƏNƏNƏ OLDUĞUNU BILDIRIR.
BU ŞERLƏRDƏ CANLI DANIŞIQ DILI, ONUN YAD ÜNSÜRLƏRDƏN UZAQ OLMASI, DIL-ÜSLUB GÖZƏLLIYI, ƏRƏB ISTILASINA QƏDƏR YARANMIŞ ŞERLƏRDƏ TÜRK DILLƏRININ "ÖZÜNÜMÜDAFIƏ KEYFIYYƏTI" VƏ BU ŞƏRQILƏRIN "XI ƏSRƏ QƏDƏRKI, TƏXMINƏN MIN, MIN BEŞ YÜZ ILLIK BIR DÖVRÜN SÖZ SƏNƏTI NÜMUNƏLƏRI VƏ ŞER INCILƏRI TOPLUSU" OLDUĞU GÖSTƏRILIR VƏ İ.V.STEBLEVANIN BU ƏSƏRLƏRI" XI ƏSRIN TÜRK ŞER INCILƏRI" KIMI TƏQDIM ETMƏSINƏ QARŞI ÇIXIR. BU ŞƏRQILƏRDƏ ƏRƏB, FARS SÖZ VƏ IFADƏLƏRIN OLMADIĞINI VƏ XALQ ƏDƏBIYYATININ BU NADIR INCILƏRINI BIR ILDƏ, BEŞ ILDƏ, YÜZ ILDƏ BELƏ BIÇIMLƏNIB, DÜZÜMLƏNMƏSININ QEYRI-MÜMKÜN OLDUĞUNU BILDIRƏN TƏDQIQATÇININ FIKIRLƏRINƏ ŞƏRIK ÇIXIRIQ VƏ ALIM HAQLI OLARAQ BILDIRIR KI, "MAHMUD KAŞĞARLININ QƏLƏMƏ ALDIĞI ŞERLƏR XI VƏ YA BUNA YAXIN ƏSRLƏRDƏ YARANMAMIŞDIR VƏ YARANA DA BILMƏZDI. BUNLARIN TARIXI DAHA QƏDIMLƏRƏ-BIR QISMI, ORADA TƏSVIR OLUNAN HADISƏ VƏ ƏHVALATLARA GÖRƏ MILADI TARIXININ ƏVVƏLLƏRINƏ, BIR QISMI ISƏ HƏTTA M. Ö YÜZILLIKLƏRƏ GEDIB ÇIXIR" (SƏH.386).
TANQUTLARLA DÖYÜŞ NƏĞMƏLƏRI AZƏRBAYCAN-TÜRK XALQLARININ MILADI "TARIXIN I ƏSRINDƏN VII-VIII ƏSRLƏRƏ DOĞRU OLAN BƏDII-ESTETIK TƏFƏKKÜR TƏRZI, MÖVCUD ŞER ŞƏKILLƏRI" OLDUĞUNU BILDIRIR VƏ AZƏRBAYCAN ŞERININ ƏSASLARININ BU KÖKLƏRLƏ MÖHKƏM VƏ QIRILMAZ TELLƏRLƏ BAĞLI OLDUĞUNU SÖYLƏYIR.
"UYĞURLARLA DÖYÜŞLƏRƏ HƏSR OLUNMUŞ NƏĞMƏLƏRI" DƏ BU POETIK TƏFƏKKÜRÜN DAVAMI KIMI GÖTÜRƏRƏK ONLARIN ELMI, NƏZƏRI CƏHƏTDƏN ŞƏRHINI VERIR, DIL-USLUB POETIK IMKANLARINI ARAŞDIRIR. BU ŞERLƏRDƏKI DÖYÜŞ RUHU, DÖYÜŞ TAKTIKASI, ORXAN-YENISEY ABIDƏLƏRI ILƏ SƏSLƏŞƏN TANRIYA YALVARIŞ, ONDAN KÖMƏK DILƏMƏK, DÖYÜŞLƏRDƏ AZ ITKILƏRƏ YOL VERIB, BÖYÜK QƏLƏBƏLƏR ƏLDƏ ETMƏK RUHU QORXAQ, ACIZ DÖYÜŞÇÜLƏRƏ NIFRƏT, ONLARI TƏNQID ATƏŞINƏ TUTMAQ VƏ BÜTÜN BUNLARIN HAMISINI BIR MÖVZUDA, IDEYADA BIRLƏŞDIYINI: VƏTƏNI QORUMAQ, TORPAĞA SƏDAQƏT, ONUN BIRLIYINI QORUMAQ, ƏMIN-AMANLIQ YARATMAQ VƏ MÜQƏDDƏS ƏMƏLLƏRI, HISSLƏRI, "VƏTƏNƏ BAĞLILIĞIN TƏRƏNNÜMÜ"NÜ ÖZÜNDƏ ƏKS ETDIRDIYINI AÇIQLAMAQLA BƏRABƏR, BELƏ BIR ÜMUMILƏŞDIRMƏ APARIR KI, "BU ƏDƏBIYYAT XALQIN MƏNƏVI DÜNYASI OLMAQLA, HƏMIŞƏ ONUN ƏMIN-AMANLIĞI KEŞIYINDƏ DƏ DAYANIB: "QOYUN QURDLA OTLASIN"- AMALINA XIDMƏT EDIB. ANA TORPAĞA, VƏTƏNƏ MƏHƏBBƏT HISSI BU ƏDƏBIYYATIN BAŞ MÖVZUSU, LEYTMOTIVI OLUB" (SƏH.390).
"SEVGI-MƏHƏBBƏT LIRIKASI" NDA INSANI KEYFIYYƏTLƏRIN VƏSFI ƏSAS GÖTÜRÜLÜR VƏ ALIM ULU BABALARIMIZIN "INSAN OĞLUNU GÖYLƏRLƏ YERIN QOVUŞMASI, SEVGISI YARADIB" (KTB)-SÖZÜNÜ ƏSAS GÖTÜRƏRƏK, INSANLA BIRGƏ SEVGI DƏ, MƏHƏBBƏT DƏ DOĞULUB" QƏNAƏTINI TƏSDIQ EDƏRƏK BU MÜQƏDDƏS ANLAYIŞIN LAP QƏDIMLƏRDƏN ULULARIMIZIN YARATDIQLARI ŞƏRQILƏRDƏ NECƏ TƏRƏNNÜM ETDIYINI TƏDQIQ EDIR, HƏM TƏDQIQATÇI KIMI BU ŞERLƏRIN TARIXILIYINI, QƏDIMLIYINI ÜZƏ ÇIXARIR, HƏM DƏ BIR ƏDƏBIYYATŞÜNAS KIMI ONUN BƏDII CƏHƏTDƏN ELMI- NƏZƏRI TƏHLILINI APARIR.
"TƏBIƏTIN POETIK DUYUM NƏĞMƏLƏRINI" TƏDQIQ EDƏRKƏN ALIM FƏSILLƏRIN DƏYIŞMƏSINDƏ BU DƏYIŞIKLIYIN INSANIN HISS VƏ DUYĞULARINDA BƏDII ŞƏKLƏ DÜŞMƏSINI, BU DƏYIŞMƏDƏKI POEZIYA DUYUMUNUN TƏDQIQINI VERƏRƏK, ƏN QƏDIM DÖVRLƏRDƏKI POETIK DUYUMUN ZƏNGINLIYINI YÜKSƏK QIYMƏTLƏNDIRƏRƏK ETIRAF EDIR KI, "INDIYƏDƏK AĞLIMIZA BELƏ GƏLMƏYIB KI, BIZIM MILADI TARIXIN BIRINCI MINILLIYININ ISLAMA QƏDƏRKI DÖVRÜ BU QƏDƏR ZƏNGIN OLUB, XALQIMIZIN SINƏSI SÖZLƏ, ŞER, AĞI, NƏĞMƏ, ŞƏRQI VƏ S. ILƏ BU QƏDƏR DOLU OLUB" (SƏH.398).
BU ŞERLƏRDƏKI YIĞCAMLIĞI, ÖLÇÜ-BIÇIMI, AHƏNG VƏ QAFIYƏNIN NƏZƏRI-ELMI CƏHƏTDƏN TƏHLILINI VERIR, ONLARIN MÜASIR DILIMIZLƏ FƏRQLƏNDIYINI, QAFIYƏ DƏYIŞKƏNLIYINI AÇIR VƏ BUNLARI TƏBII HAL KIMI GÖTÜRÜR VƏ HƏR DÖVRDƏ DILIN ÖZ INKIŞAF SƏVIYYƏSI OLDUĞUNU NƏZƏRƏ ALIR, ONLARIN "AHƏNGI, BƏDII UĞURU OLUB, DILIN ILIYINƏ IŞLƏMIŞ QRAMMATIK QANUNLARI, LÜĞƏT TƏRKIBI OLUB, BU GÜNÜN BAXIMINDAN ARXAIK SÖZ, IFADƏ VƏ QAFIYƏLƏRI OLUB" FIKRINI TƏSDIQLƏYIR VƏ DILIMIZƏ QƏDƏRKI DÖVRLƏRDƏ BU DILIN BƏDII IMKANLARININ MƏHDUD OLMASI HAQQINDA SÖYLƏNƏN FIKIRLƏRƏ ETIRAZINI BILDIRIR.
QEYD EDIR KI, HƏR BIR XALQ YAŞADIĞI DÖVRDƏ YARATDIĞI BƏDII ƏSƏRLƏRLƏ ÖZÜNÜN ZÖVQÜNÜ, HISS VƏ DUYĞULARINI VERƏ BILIBSƏ, Ö DÖVRÜN DILI DƏ, ƏDƏBIYYATI DI ZƏNGIN ƏDƏBIYYATDIR, ZƏNGIN DILDIR VƏ HƏR BIR DÖVRÜN ƏDƏBI SƏVIYYƏSI OLDUĞUNU SÖYLƏYƏN ALIM O DÖVRÜN BƏDII ƏSƏRLƏRININ DILINI YÜKSƏK QIYMƏTLƏNDIRIR. O DÖVRLƏRIN ƏDƏBIYYATINI MÜASIR BAXIMDAN ƏVƏZSIZ "MÜASIR TÜRK XALQLARI ƏDƏBIYYATININ QIZIL KÜLÇƏ QATLARI" ADLANDIRARAQ BU ELMI-TARIXI HƏQIQƏTLƏRIN "BILQAMIS", "AVESTA", "DƏDƏ-QORQUD" DASTANLARININ TIMSALINDA ELMI-NƏZƏRI TƏHLILINI VERIR VƏ BU QANUNAUYĞUNLUQLARIN AŞKARLANIB ÜZƏ ÇIXARILMASINI, ƏDƏBI VƏ TARIXI HƏQIQƏTLƏRIN SÜBUTA YETIRILMƏSINI ƏDƏBIYYATŞÜNASLIĞIMIZIN ƏN VACIB PROBLEMLƏRINDƏN HESAB EDIR.
ƏDƏBIYYATŞÜNAS ULU BABALARMIZDAKI POETIK DUYUMUN, ŞAIRANƏ DUYĞULARIN, BIR-BIRINI ƏVƏZ EDƏN FƏSILLƏRIN GƏLIŞININ INSANIN HISS VƏ DUYĞULARINA TƏSIRINI TƏRƏNNÜM EDƏN ŞERLƏRDƏN NÜMUNƏLƏR GƏTIRMƏKLƏ "DIVAN"DA TOPLANMIŞ BU ŞƏRQILƏRDƏKI TƏBIƏTƏ MÜNASIBƏTIN NƏZƏRI IZAHINI VERIR. ONLARI YAZA, YAZIN VƏSFINƏ, QIŞIN GƏRƏKLIYINƏ, QIŞIN TORPAĞA VERDIYI DINCLIYIN INSANLARA, TƏBIƏTƏ LAZIM OLDUĞU FIKRINI ŞERLƏRIN MƏZMUNUNDA YAŞATMASINA DIQQƏTI YÖNƏLTMƏKLƏ YANAŞI, BUNU DA QEYD EDIR KI, "BU MÖVZUDA "DIVAN"A DÜŞƏN ŞERLƏR GÖZƏL BAŞLANĞICDIR, MILADI TARIXIN BÜTÖVLÜKDƏ MIN ILINI ƏHATƏ EDIR, ONA ZINƏT VERIR, BƏZƏYIR, ZƏNGINLƏŞDIRIR" (SƏH.404).
KAŞĞARININ "DIVAN"INDA "ÖYÜD-NƏSIHƏT, QONAQPƏRVƏRLIK VƏ BAŞQA MÖVZULAR"DA TOPLANMIŞ YAZILARIN MƏZMUN ZƏNGINLIYINƏ DIQQƏTLƏ YANAŞAN ALIM BU ŞERLƏRDƏ " KIŞILIK, MƏRDLIK, DOSTLUQDA SƏDAQƏT, DÜZLÜK, AILƏCANLIQ, INSANPƏRVƏRLIK, ƏDƏB-ƏRKAN, BÖYÜYƏ HÖRMƏT, KIÇIYƏ QAYĞI VƏ S." KIMI YÜKSƏK KEYFIYYƏTLƏRIN TƏRƏNNÜM VƏ TƏBLIĞ OLUNDUĞUNU AÇIQLAYIR VƏ BUNLARIN MIN ILLIKLƏR BOYU QAZANILMIŞ, KAMILLƏŞMIŞ, QORUNARAQ XALQIN MƏNƏVI ZƏNGINLIYINƏ ÇEVRILMIŞ KEYFIYYƏTLƏR OLDUĞUNU SÖYLƏYIR: "XALQ KƏLAMINA HÖRMƏT, MÜDRIKLƏRƏ INAM VƏ EHTIRAM QƏDIM VƏ ORTA ƏSRLƏR DÖVRÜ XALQ YARADICILIĞININ TƏBLIĞ VƏ TƏLQIN ETDIYI FIKIRLƏRDIR…BUNLAR XALQIN KEÇMIŞINI BU GÜNÜYLƏ BAĞLAYAN, ONU TAMAMLAYAN VƏ INKIŞAF ETDIRƏN SÖZ INCILƏRIDIR" (SƏH.412).
BU MÖVZUDA YAZILMIŞ NÜMUNƏLƏRDƏN ISTIFADƏ ETMƏKLƏ ALIM ƏDƏBIYYATŞÜNASLIQ ELMI NÖQTEYI-NƏZƏRINDƏN DƏ ONLARIN BƏDII ELMI TƏHLILINI VERIR. ONLARIN "DƏDƏ-QORQUDA" APARIB ÇIXARAN "ANA KÖK"LƏRINI TƏDQIQ EDIR, BU ŞERLƏRDƏN GƏTIRDIYI NÜMUNƏLƏR ƏSASINDA BILDIRIR KI, BU MISRALAR ÖZÜNƏQƏDƏRKI VƏ ÖZÜNDƏN SONRAKI DÖVRLƏRDƏ YAŞAMIŞ, YARATMIŞ, XALQIMIZIN, ƏDƏBI-BƏDII TƏFƏKKÜRÜNÜ, MƏNƏVI ALƏMI, YAŞAMAQ, YARATMAQ UĞRUNDA APARDIĞI MÜBARIZƏSININ "BƏDII TƏSDIQI"NI VERIR. İNSAN ÖMRÜNÜN MƏNASI, FƏALIYYƏTI ONUN DÖRD MISRASINDA ÖZ ƏKSINI TAPIR:
ENDIK KIŞI TITILSÜN,
EL TÖRÜ YETILSÜN
TOĞLU BÖRÜ YETILSÜN
QAZĞU YƏMƏ SAVILSUN (1,106).
(ENƏN KIŞI DIDILSIN
EL QAYDASI QORUNSUN
QOYUN QURDLA OTLASIN
HƏM DƏ QAYĞI SOVUŞSUN (421).
BU ZƏNGIN, ÇOXCƏHƏTLI, DƏYƏRLI FIKIRLƏR ÜZƏRINDƏ KÖKLƏNƏN "KITABI DƏDƏ QORQUD" KITABI HAQQINDA DA ALIMIN ÇOX QIYMƏTLI ELMI-NƏZƏRI BƏDII FIKIRLƏRI VARDIR. "AZƏRBAYCAN OĞUZLARININ ƏDƏBI-TARIXI HƏYAT KITABI" ADLANDIRDIĞI "KITABI- DƏDƏ QORQUD" DASTANININ TƏDQIQINƏ, MƏNƏVI MƏDƏNIYYƏT TARIXIMIZIN ÖYRƏNILMƏSINƏ ALIM, DEMƏK OLAR KI, ÖMRÜNÜ SƏRF ETMIŞ, ONUN NƏZƏRI, ELMI-TARIXI TƏHLILINI APARMIŞ, DƏLILLƏRLƏ, FAKTLARLA 1500 ILDƏN ÇOX YAŞI OLDUĞUNU QEYD ETMIŞ, BU MÖVZUDA ƏN SAMBALLI, IRI HƏCMLI FIKIRLƏRIN MƏHSULU OLAN ƏSƏRI YAZMIŞDIR. BU ƏSƏR ALIMIN DÜNYA QORQUDŞÜNASLIĞINA QIYMƏTLI BIR TÖHFƏSI KIMI QIYMƏTLƏNDIRILMƏLIDIR. BU KITABDA ALIM DƏDƏ QORQUDUN MƏKANINI, ZAMANINI TƏDQIQ EDIR. DƏDƏ QORQUDUN ISLAM PEYĞƏMBƏRI MƏHƏMMƏDIN ZAMANINDA YAŞADIĞINI, BAYAT QƏBILƏSINDƏN OLDUĞUNU, "VI-VII ƏSRLƏRDƏN OĞUZ ELLƏRINDƏ, BIR QƏDƏR GENIŞ MƏNADA DESƏK, BÜTÜNLÜKLƏ TÜRK DÜNYASINDA MƏŞHUR" OLDUĞUNU BILDIRIR.
" KITABI- DƏDƏ QORQUD KITABI"NIN YARANMA TARIXINI TƏDQIQ EDƏRKƏN GÖRKƏMLI ALIM VƏ FILOSOFLARIN FIKIRLƏRINI ŞƏRH ETMƏKLƏ, APARDIĞI GENIŞ VƏ ƏHATƏLI TƏDQIQAT IŞLƏRI ƏSASINDA BELƏ BIR QƏNAƏTƏ GƏLIR KI, "KITABI DƏDƏ-QORQUD" DASTANINDA HADISƏ VƏ ƏHVALATLAR ISLAMIYYƏTDƏN QABAQKI V-VI ƏSRLƏR VƏ ONDAN DA ƏVVƏLKI DÖVRLƏRLƏ SƏSLƏŞIR (SƏH.432).
VI ƏSR BIZANS TARIXÇISI F.SIMOKATTA DA OĞUZLARDA TANRI ADINA QURBAN VERMƏYIN ISLAMIYYƏTDƏN ÇOX -ÇOX ƏVVƏL OĞUZLARIN QƏDIM ADƏTI OLDUĞUNU, HEREDOTUN DA ERADAN ƏVVƏL BUNU TƏSDIQ ETDIYINI SÖYLƏYIR VƏ BIR ÇOX GÜCLÜ ADƏT-ƏNƏNƏLƏRIN " KITABI-DƏDƏ QORQUD"DA YAŞADIĞINI FAKTLARLA SÜBUT EDIR.
"DƏDƏ-QORQUD KITABININ" YAZIYA ALINMA TARIXINI, OĞUZ ZAMANININ DÖVLƏT QURUMU VƏ BAŞÇILARI, "DƏDƏ-QORQUD" ŞƏXSIYYƏTI HAQQINDA QIYMƏTLI FIKIRLƏR SÖYLƏYIR. "AZƏRBAYCAN XALQININ MƏNƏVI MƏDƏNIYYƏT TARIXININ" ƏN QIYMƏTLI NÜMUNƏSI KIMI BU DASTAN, ONUN YARANMA TARIXI, MÖVZUSU HAQQINDA GENIŞ, ELMI ŞƏRHINI VERIR.
"AZƏRBAYCAN XALQININ MƏNƏVI MƏDƏNIYYƏT TARIXI (İSLAMAQƏDƏRKI DÖVR)" ADLI DƏRSLIK ALIMIN ELMI FƏALIYYƏTININ ƏN YÜKSƏK, ƏN QIYMƏTLI MƏHSULUDUR. KITABDA TARIXI HƏQIQƏTLƏRI TƏSDIQ EDƏN 22 ŞƏKIL-KITABƏ, XƏRITƏ, SXEM VƏ YAZI NÜMUNƏLƏRI DƏ VERILMIŞDIR. ÖZÜNÜN DEDIYI KIMI BELƏ BIR DƏRSLIYIN YARANMASI, ORTAYA ÇIXMASI ZAMANIN TƏLƏBINDƏN DOĞUB. MILLI MÜSTƏQILLIYINI QAZANMIŞ, ÖZ MÜSTƏQIL DÖVLƏTINI QURMUŞ BIR XALQIN ƏSL TARIXINI YAZMAQ, RUHANI DÜNYASINI, MƏNƏVI DƏYƏRLƏRINI ÜZƏ ÇIXARIB XALQI ÖZÜNƏ QAYTARMAQ, TANITMAQ, INSANI BIR BORC VƏ IDEAL BIR VƏZIFƏ KIMI QARŞIDA DURUR.
GƏLIN, BIZ DƏ XALQIMIZIN MILLI-MƏNƏVI TARIXINI ÖYRƏNMƏK BAXIMINDAN ƏVƏZSIZ QIYMƏTI OLAN "AZƏRBAYCAN XALQININ MƏNƏVI MƏDƏNIYYƏT TARIXI" DƏRSLIYINI ÖYRƏNILMƏSI, TƏDRIS EDILMƏSI ÜÇÜN ÇALIŞAQ. ÇÜNKI BU BIR HƏQIQƏTDIR KI, GEC-TEZ BU MILLƏT ÖZ TARIXI KEÇMIŞINI DƏRIN, OLDUĞU KIMI TƏLƏB ETDIYI KIMI, BIZ ALIMLƏRDƏN DƏ ONUN MƏNƏVI MƏDƏNIYYƏT SAHƏSININ DÜZGÜN, DƏRIN ELMI TƏHLILIN TƏLƏB EDƏCƏK. BU YOLU ÜZÜMÜZƏ AÇAN E.ƏLIBƏYZADƏ KIMI ÖMRÜNÜ, ELMINI, ZIYASINI, NURUNU XALQININ XOŞBƏXT, ALNIAÇIQ, IŞIQLI GƏLƏCƏYI NAMINƏ, DÜNƏNININ, ÖTƏNININ, KEÇMIŞININ, ƏN QƏDIM DÖVRÜNÜ GÜZGÜ KIMI GÖZÜMÜZ ÖNÜNƏ QOYAN ALIMLƏRIMIZIN GƏRGIN, ŞƏRƏFLI ELMI BILIKLƏRINDƏN YARARLANAQ. E.ƏLIBƏYZADƏ YAZIRDI: "MƏN XALQIMIN HƏQIQI TARIXINI, ONUN MƏNƏVI IRSINI BU GÜNKÜ NƏSLƏ ÇATDIRMAQ ÜÇÜN UZUN ILLƏR ZƏHMƏT ÇƏKDIM, O HƏMƏN DƏRSLIYI ÇAPA HAZIRLADIM. MƏN GÜNƏŞIN VARLIĞINA INANDIĞIM KIMI INANIRAM KI, BU ƏSƏR GEC-TEZ ÇAP OLUNACAQ. BU ƏSƏRIN QIYMƏTINI BILƏNLƏR BU ƏSƏRI TAPIB ÇAP EDƏCƏKLƏR, OXUYACAQLAR, FAYDALANACAQLAR".
ALIM INAMINDA YANILMADI. BU KITAB RESPUBLIKA "AQROYOL" KOLLEKTIV MÜƏSSISƏSININ, FUAD İSMAYIL OĞLU ƏSƏDOV, ELDAR İBRAHIM OĞLU ƏLIYEV VƏ XEYRIYYƏÇI ƏRƏSTUN CAVADOV KIMI VƏTƏNIN TARIXINI HƏR ŞEDƏN YÜKSƏK TUTAN OĞULLARIMIZIN XEYIRXAHLIĞI NƏTICƏSINDƏ NƏŞR OLUNDU. BÖYÜK TARIXÇILƏRIMIZ, DILÇILƏRIMIZ, ƏDƏBIYYATŞÜNASLARIMIZ KITAB HAQQINDA DƏYƏRLI FIKIRLƏRINI SÖYLƏDILƏR: "AZƏRBAYCAN XALQININ MƏNƏVI MƏDƏNIYYƏT TARIXI" KITABI BÖYÜK BIR MƏRHƏLƏNIN ARAŞDIRILMASI, TƏSDIQI VƏ TƏQDIMIDIR."
AZƏRBAYCANIN MƏNƏVI MƏDƏNIYYƏT TARIXININ ƏN QƏDIM ÇAĞLARININ ILK SƏHIFƏLƏRINI AÇAN, AZƏRBAYCAN TARIXININ ÖYRƏNILMƏSINƏ DƏ TÖHFƏ OLAN, ZƏNGIN BIR MƏDƏNIYYƏTƏ MALIK XALQ OLDUĞUMUZU SÜBUT EDƏN BIR QIYMƏTLI ELMI ƏSƏR KIMI BU KITABDA YAZILANLARIN ÖYRƏNILMƏSI, ILK NÖVBƏDƏ GƏLƏN NƏSILLƏRIN ÖYRƏNMƏSI ÇOX VACIBDIR. AZƏRBAYCANIN GƏLƏCƏYI, INKIŞAFI ONLARIN ƏLINDƏDIR.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah