Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

ELMƏDDİN ƏLİBƏYZADƏ

Mən Şumer köklü, İskit soylu, Sak ləyaqətli, Hun əzəmətli, Oğuz nəsilli, Türk əsilli türkəm. Bununla da fəxr edirəm…
Millətim türk, dilim türk dili, vətənim Azərbaycandır!!!

ELMƏDDİN ƏLİBƏYZADƏ

Bu sətirlərə artıq heç bir kəlmə də əlavə etməyəcəyəm. Qarşımızda əsli, nəcabəti, əxlaqı, mədəniyyəti, saflığı ilə fəxr etməyə layiq bir şəxsiyyət dayanır. Artıq onun mənəviyyatı haqqında deyil, bu maraqlı, maraqlı olduqca da zəngin şəxsin zəngin elmi fəaliyyəti haqqında əlavə bildiklərimizdən danışmağa çalışacağam.
Elməddtn Əlibəyzadə Oğuz rayonunun Muxas kəndindəndir. Oğuzda doğulub, boya-başa çatmış Elməddin müəllim yeddiillik Oğuz natamam orta məktəbi əla qiymətlərlə bitirib, Şəki pedoqoji texnikumuna daxil olub. 1941-1943 -cü illərdə Balakəndə müəllimlik fəaliyyətinə başlayıb. Gəncliyində İkinci Dünya müharibəsinin, Böyük vətən müharibəsinin ağrı-acılarını yaşayıb. Bütün çətinliklərə baxmayaraq elmi fəaliyyətini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetini, sonra isə aspiranturanı bitirib, Elmlər Akademiyasının Dilçilik institutunda geniş elmi fəaliyyətə başlayıb.
1954-cü ildə yanvarın 5-də "Cəlil Məmmədquluzadənin Azərbaycan dilinin saflığı uğrunda mübarizədə rolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, elmlər namizədi dərəcəsini alıb.
1956-cı ildə Yerevan Dövlət Pedaqoji institutuna işləməyə göndərilib. Xalqımızın tarixən ata-baba torpaqları olan, indi isə zorla qoparılıb əlindən alınan, zəbt olunan İrəvan, Göyçə və digər Qərbi Azərbaycan torpaqlarında yaşayan övladlarımızın bilik və bacarığını artırmaq yolunda əzmlə çalışmışdır.
Bakıya qayıtdıqdan sonra yenidən Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirən Elməddin Əlibəyzadə hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun Azərbaycan-Türk- Araşdırmaları Mərkəzi şöbəsinə rəhbərlik edir. Türk dillərinin qədim türk xalqları ədəbiyyatlarının qədim dövrünün tədqiqi və klassik yazılı abidələrimizin araşdırılması məsələləri onların əsas işidir.
Ulu Şumer Babil mədəniyyəti və Azərbaycan probleminin araşdırılması sahəsində aparılan elmi işlər, Azərbaycan elmi, mədəniyyəti tarixində qazanılmış böyük müvəffəqiyyətlər məhz Elməddin Əlibəyzadənin uğurlu fəaliyyətinin məhsuludur.
E, Əlibəyzadə bu türkün övladı, alimidir. Firudin Qurbansoy yazır:
«Anatomiya elmi öyrədir ki, hər kəsin kəllə sümüyündə beyninin ağırlıq mərkəzinin düşdüyü bir hissə var, ona latınja beynəlxalq termin olaraq «sella turkika» - «türk yəhəri» deyirlər. Ömrünü atın üstündə qələbələr qazanmaqla keçirən türk yəhəri elə düzəltmişdi ki, beyinin oturduğu yerə oxşasın. «Türk yəhəri» zəka daşıyıjısıdı. Başqa sözlə, yer kürəsində beyni olan elə bir adam yoxdur ki, qafasında «Türk yəhəri» olmasın. «Türk» sözü uzun yüzilliklər boyu poeziyada «jəsurluq, əyilməzlik, gözəllik» məfhumlarını rəmzləşdirib… Professor E.Əlibəyzadənin Nəsimi adına Dilçilik İnstitutunda, Nizami adına Ədəbiyyat muzeyi və İnstitutunda fəaliyyti boyu türk yəhərinin daşıdığı mənəviyyatın xəzinəsinin qoruyujusu surətini yaratmağa müvəffəq olmuşdur».
Onun elmi fəaliyyətinin əvəzsiz incisi «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» üzrə apardığı tədqiqat işləridir. Bütün elmi fəaliyyətini kənara qoyub, alimin bu yönümdə apardığı işləri tədqiq etsək zəngin, ensiklopedik bir biliyə malik Azərbaycan alimi, mütəffəkiri gözlərimiz önündə canlanar. «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» əsərində islamaqədərki tariximiz, türk xalqlarının, eləcə də Azərbaycan xalqının soy kökcə şumerlərlə bağlılığı məsələlərini üzə çıxarmaq, milli-mənəvi dəyərlərimizi aşkarlamaq, atəşpərəstliyin türk-Azərbaycan təfəkkürünün məhsulu olduğunu elm aləminə sübut etmək, dil, din, yazı, elm, astronomiya və başqa «sivilizasiyaların məhz türk –Azərbaycan xalqının dünyaya bəxş etdiyi problemləri» araşdırmaq, yazının ilk dəfə şumerlərin icad etdiyini təsdiq etmək və s. məsələlər təhlil və tədqiq edilir.
Azərbayjanlıları türk ailəsinə mənsub bir xalq, onun inkişaf tarixinin 10-12 minillik bir dövrü olduğunu, arxeoloji qazıntılar zamanı üzə çıxarılan həqiqətlərin bu tarixi daha da artırması, Yerin dərin qatlarından aşkar edilən yeni tapıntılar «hökmüdarlar siyahısı, kainatın və insanın yaranması haqqında zəngin dini- fəlsəfi və mifik rəvayətlər, habelə insanlığın «qızıl dövrü»nə aid yazılı lövhələr və s. təsdiq edir ki, Şumer dövrü daha sonrakı inkişaf mərhələsidir və bu dövrün çox dərin və zəngin qaynaqları var: Folklorumuzun bəzəyi olan Nuh peyğəmbərlə bağlı söhbətlərin bu tarixi həqiqətləri təsdiqlədiyini bildirir. Azərbayjan mənəvi aləminin zəngin bünövrə, «kök» üzərində yaranıb, inkişaf edib, öz «milli-psixoloji» axarına düşüb, kamilləşməkdə olduğunu bildirən alim «bu zəngin bünövrənin, kökün beş güjlü dayağanın» aşkar olduğunu bildirir.
Bütün türk xalqlarının, eləjə də onun varisi Azərbayjan xalqının da alimin fikrincə «xəmiri» əzəldən şerlə yoğrulub. Füzulinin farsja «Divanı»nın dibaçəsinə yazdığı «türkjə şer mənim əslimin səliqəsinə uyğundur» sözlərində böyük həqiqət olduğunu bildirən E.Əlibəyzadə yazır:
«Ümumtürk kökündə «Göy tanrı dini» - «Avesta» müqəddəs dini kitabı və «Bilqamıs//Gilqamış» dastanı, türklərdə «Alp Ər Tonqa», azərbayjanlılarda «Dədə Qorqud», özbəklərdə «Alpamıs//Aapamış», qırğızlarda «Manas», başqırdlarda «Uralbatır» və s. məhz şerlə nəsrin vəhdəti –növbələşməsiylə yaranmış dünyəvi sənət injiləridir. Türk xalqları hələ «bələkdə» ikən şerlə nəfəs alıb, ona şerlə ana laylası çalınıb, çox vaxt onun fəlsəfəsi şerlə yazılıb, hətta bəzən lüğət kitabları şerlə düzülüb qoşulub».
Dünya ədəbiyyatının ən nadir injiləri kimi tanınan Azərbayjan xalqının yaratdığı bu sənət abidələrini E.Əlibəyzadə əsl ədəbiyyatşünas kimi misra-misra, kəlmə-kəlmə açır, şərq fəlsəfi təfəkkürünün zəngin mədəniyyətinin nadir injiləri kimi «saf- çürük» edir, bunlarda «Bilqamıs»dan tutmuş bu günümüzə qədər yaranan bədii sənət nümunələri arasındakı bağlılığı, ana telləri gördüyünü bildirir və «bizi «Dədə Qorqud» kitabının, «Bilqamıs» dastanının əsil varisi, doğma övladı olduğu qənaətinə gətirir».
Alim apardığıı araşdırmalarda bunlardan fərqli olaraq türklərin əjdadları olan şumerlərin mövjud bilikləri yaymaq, şifahi şəkildə yaratdıqları nəğmələri, dastanları «kitaba köçürmək üçün gil lövhələrdən» istifadə etdiyini bildirir. O, «Bilqamıs» dastanını bu jür gil lövhələr üzərində yazdığını və o gil lövhələr üzərində müasir dövrümüzə gəlib çıxdığını, bu ulu kitabın müəyyən gil lövhələri xarab olsa da, yazıları silinsə də «yenə o sözünü demiş, zəngin məzmunu, sücet xətti, oricinal yazılış tərzi, üslubu və s. üstünlüklərilə dünyanın nəzərini özünə jəlb etmiş, dünya mədəniyyətinin şah əsərləri sırasına daxil olmuşlar»-deyir.
«Bilqamıs» dastanının 4-6 min il əvvəl, Dəjlə –Fərat çayları hövzəsində yarandığını, bu qəhrəmanlıq dastanının bizə yaxın qədim türk kitabələri («Alp Ər Tonqa», «Naməlum qəhrəmanın ölümünə ağılar», «Dədə Qorqud», «Orxan -Yenisey kitabələri») arasında maraqlı paralellər, ideya-fikir yaxınlığı, hətta yazılış tərzi və üslub oxşarlığı» olduğunu, «bu kitabələrin eyni qaynaqlardan qidalandığı, mənəvi tellərlə bağlılığı»nın açıq-aşkar sezildiyini bildirir.
Şumer mədəniyyətinin böyüklüyü kimi, bu «itmiş şumer telinin tapılması, problemin mümkün qədər ədalətlə, dürüst və ağla uyğun həlli dünya şumerşünaslığının ümdə vəzifəsi», «son dərəjə geniş və əhatəli və bəşəri problem» olduğu onu narahat edir, dünya elminin şumerlərin kimliyi barədə fikirlərini diqqətlə araşdırır. Şumerşünaslığın yeni bir elm sahəsi kimi yaranıb və inkişaf etməsini, şumerşünasların fikir və rəylərinin «üst-üstə» düşdüyünü «bir-birindən xəbərsiz gəldikləri nətijələri»nin bir nöqtədə birləşdiyini, «Şumerlər dünyanın ilk sivilizasiyalı xalqıdır. Şumerlər müasir türk xalqlarının əjdadlarıdır» fikri üzərində dayanıb onun həqiqiliyinə şübhə etmədiyini bildirir və özünün fikirləriylə açıqlamalar verir.
Binnət Hümmətoğlu E.Əlibəyzadənin şumer mədəniyyətini üzə çıxarmaq sayəsində fəaliyyətini yüksək dəyərləndirir: «Müəllif əsaslı dəlillərlə oxujuya çatdırır ki, özlərini antik dünyanın mənəvi mədəniyyət mənbəyi hesab edən yunan və belə istəkdə olan xalqların bu sahədəki təfəkkürü məhz Şumer –türk mədəniyyətinin məxəzləri əsasında formalaşmışdır. Bununla da o, görkəmli Amerika şumerşunası S.N.Kramerin «Tarix Şumerdən başlanır» fikrini daha geniş şəkildə əsaslandırılmış formada təsdiq etmişdir».
E.Əlibəyzadəni müasir Azərbayjanımızın Şumerlərlə bağlı zəngin biliyə, elmi məlumatlara malik bir şəxsiyyət, alim kimi qiymətləndirməyimizə imkan verən faktlar çoxdur. E.Əlibəyzadə hər hansı bir məsələylə bağlı fikirlərini söyləyəndə, elmi məntiqi nətijəyə gələndə tələsmir, diqqətlə, səbirlə, geniş, elmi arxeoloci tədqiqatlara, mənbələrə əsaslanaraq, onlara bir-bir gözümüzün qarşısında mürajiət etməklə, nəzəri təhlilini verməklə, müqayisələr aparmaqla, elə bir inandırıjı, həqiqi məntiqi fikirləri ümumiləşdirməklə fikrini yekunlaşdırır ki, onun elminə, zəkasına, zəngin elmi-nəzəri təjrübələrinə heyrət etməmək, heyran olmamaq olmur. O hər hansı bir fikrin tam təhlilini verməmiş, nətijə çıxarmağa tələsmir. Tələsməməyinin nətijəsidir ki, alim bu qədər zəngin elmi-ədəbi-bədii təjrübə toplamış, 300 –dən çox elmi əsərlərin, çoxlu sayda qiymətli elmi, tarixi, nəzəri kitablarını yazmış, mənsub oduğu xalqının kökünü, mənşəyini öyrənmiş, onu qiymətli məlumatlarla zənginləşdirmişdir.
E.Əlibəyzadə "Bilqamıs" və «Dədə Qorqud» üzərində bəzi üslubi paralellərin müqayisəli təhlilini aparır və belə qənaətə gəlir ki, hər iki dastanda əsər boyu paralelizm «aparıjı», «əsas üslub»dur. "Bilqamıs"dan götürülüb gələn «tarixən heç vaxt üzülməyən» «yazılış qəlibi», ton, ritm ahəngdarlıq, dastanlarda və mahnılardakı nəqarəti xatırladan təkrarlanan beyt və bəndlər, dastandakı yazılış və deyilişindəki «yetkinlik», jərəyan edən hadisələrə təkan verən əsas qüvvə olan «suallar», «təkrar-təsdiqi jümlələr», qədim dünyanın bu «şer nizamı, söz düzümü», əsas məzmuna qüvvət verən «misraların dönə-dönə təkrarı», «sual jümlələr»in, «javab jümlələr»in də «nəinki öz-özlüyündə, bütövlükdə-kompleks şəklində təkrar»ı, «eyni ədəbi üslub, eyni üslubi ruhun» əsas və aparıjı olduğunu göstərir.
Alim ana qaynağından süzülüb gələn, ulu kök üstündə yaranan və yazıya alınan türk dünyasının şah əsərləri üzərində dayanır, «müqayisələr aparır», «üç əsəri birləşdirən» mənəvi telləri izlədiyini bildirir və ümid edir ki, gələjək tədqiqatçılar da «bu müqayisələr»i, «mənəvi tellər»i digər əsərlərimiz üzərində aparmalıdır.
Alim fikrinin sonunda tarixin şumerlərdən başlanması haqqında tədqiqatçıların fikirlərinə bu qiymətli fikri də əlavə edir ki, «Ədəbiyyat da «Bilqamıs» dastanından başlanır». Şumer –türk ədəbiyyatımızın bədii yaradıcılığı, estetik fikri, düşüncəsi, zəkası və müqəddəs ruhunun əbədi məhsulu kimi qəbul etdiyi bu dastanı «bizim ən qədim dövr ədəbiyyat tariximizin ilk parlaq nümunəsi» kimi də qiymətləndirir. Fikirlərini belə ümumiləşdirir: «Bilqamıs» dastanını əsasını təşkil edən hadiəsələr – dostluq, qardaşlıq ənənələri, mənəvi təmizlik, saflıq, yüksək, alicənab hisslərlə əhatə olunmaq, eşqə-məhəbbətə sadiq qalmaq, ailə-məhəbbət məsələləri, ölməzliyə can atmaq və s. Şumer xalqının fəthindən sonra belə ölməmiş, ağızlarda, sinələrdə, ürəklərdə yaşayaraq dolana-dolana sızılıb gəlib, «Dədə Qorqud kitabı»nda həkk olunmuş, Azərbaycan klassiklərinin –Nizaminin, Füzulinin ölməz əsərləri üçün ilham mənbəyi olmuşdur. Şumer hökmdarlığına son qoyulandan, Şumer dövləti dağılandan sonra belə şumerlər məhv olmamış, qismən əsarət altında qalmış, qismənsə ayrı-ayrı ərazilərə paylanmış, parçalanmış şəkildə yaşayıb-yaratmışlar».
Alim qətiyyətlə bildirir ki, «şumer-türk-Azərbaycan eyni kökdür, eyni xalqdır. E. Əlibəyzadə bu fikrə apardığı uzunmüddətli mən deyərdim ki bir ömür qədər uzun, lakin gərgin illərdə apardığı tədqiqatlar, araşdırmalar əsasında gəldiyindən bütün bu həqiqətləri biz də qəbul etməliyik. Və hər bir gələcək tədqiqatçı burada qoyulan məsələlər üzərində ciddi araşdırmalar aparsa, bu, E. Əlibəyzadə kimi millətini, xalqını, onun tarixini, ulusunu, uruğunu-turuğunu tanıyan alimin əməyinin itməməsi deməkdir.
Bəlkə də Azərbaycan ədəbiyyatında yeganə tədqiqatçıdır ki, Alp Ər Tonqa ağılarının zəngin, mükəmməl elmi-bədii təhlilini aparmış, bu ağılar haqqında ədəbiyyatşünaslıq baxımından da qiymətli fikirlər söyləmişdir. Bununla belə bu böyük şəxsiyyətin Bakının və onun ətraf kəndlərinin salınmasında rolu haqqında tarixi həqiqətləri də araşdıran alim müxtəlif fikirlər, mülahizələr də yürütmüş və tarixi faktlara söykənərək tutarlı fikirlərini mətbuatda bildirmişdir.
E. Əlizadə «Bilqamıs», «Avesta», «Orxon –Yenisey» kitabələri haqqında geniş, əhatəli qiymətli araşdırmalar aparmış, onların yaranması, inkişafı, mənsub olduğu xalq, onun kökü, mənşəyi haqqında qiymətli fikirlər söyləmişdir.
Qədim Şumerlərdə dastan yaradıcılığının «güjlü» olduğunu söyləyən E.Əlibəyzadə müxtəlif qaynaq və tədqiqatlarda «doqquz dastan haqqında məlumat verir və onların adlarını çəkir: «Enmerkar və Arakka hökmdarı», «Bilqamıs və Ağa», «Uruk və Aratta», «Luqamonda və Enmerkar», «Luqalbanda və Hurrum», «Bilqamıs» və sair.
E.Əlibəyzadə yüksək peşəkarlıqla dastanların elmi-bədii təhlilini verir
O, öz araşdırmalarında Şumer mədəniyyətinin nadir injilərindən olan Şumer hekayələri haqqında da maraqlı elmi-ədəbi tədqiqatlar aparır. Şumer hekayələrinin çoxunun «tarixi faktlara söykən»məsi haqqında tədqiqatçıların fikirlərinə də nəzər salır.
Bu hekayədəki yüzlərlə öyüd-nəsihətlərdən alim bir neçəsini nümunə göstərir. Bu öyüdlər, nəsihətlər qədim «Şumer dünyamızın» tərbiyə üsullarını öyrənməyə, «əxlaq-etika, ədəb-ərkan» haqqında fikir yürütməyə imkan verdiyini söyləyir.
Elməddin Əlibəyzadə Azərbayjan türk mədəniyyətinin tarixinin ən qədim dövrlərini araşdırarkən «Avesta»nı daha çox diqqət mərkəzində saxlayır. Azərbayjan xalqının mənəvi mədəniyyət tarixi kitabında "Avesta", onun ulu qaynaqları, dini-mifoloji kökləri, milli-mənsubiyyəti, "Avesta"nın quruluşu və s. haqqında məlumat verir.
"Avesta"nın inkişaf mərhələlərini araşdıran tədqiqatçı müəllifi Zərdüştün «pay və təmiz dini – ruhani ideyaları ilə» şöhrət qazandığını, insanları paklığa, təmizliyə, düzlüyə çağıran, bu əqidəyə xidmət edən müqəddəs bir varlıq kimi qiymətləndirir.
O, "Avesta" Azərbayjan xalqının mənəvi mədəniyyət tarixidir» əsərində elə ilk sətirlərində şumer sivilizasiyasının ilkin böyük məhsulu, zirvəsi, klassikası sayılan "Avesta" kitabını «Göy tanrı dininin və ya zərdüştlüyün müqəddəs dini kitablar toplusunun taleyinə acıyır, dünyanın görkəmli alimlərinin onu İrana, farslara məxsus kimi təhlil, təqdim etmələrinə təəssüflənir. Əsl "Avesta"nın mətnlərinin ləğv edilməsi, itib-batması, olan-qalan mətnlərin də fars-pəhləvi dilində gəlib bu günə çatmasının nətijəsidir ki, bu gün bu abidə haqqında yanlış fikirlər söylənilir. Alimlərin yanılması, səhvi onunla bağlıdır ki, «bu alimlərin «Şumerin kəşfindən» məlumatları olmayıb. Bu səbəbdən də "Avesta"nın dərin köklərinə, Şumer-Babil miflərinə, elmi-dini fəlsəfi qaynaqlarına nüfuz edə bilməmişlər. Zərdüştlüyün ilk qaynaqları, inkişaf tarixi, bütövlükdə dini ruhu "Avesta"nın anjaq şumer-türk zonasının məhsulu olduğunu təsdiq edir».
E.Əlibəyzadə ağlın qüdrətinə, fikrin məntiqinə əsaslanaraq bu qənaətə gəlir. Bəzəksz, boyasız, sərt, duru olduqja məntiqi düşünjənin, ağlın qüdrətinin gəldiyi nətijədir. O, "Avesta"nın, “Bilqamıs”“ın, “Dədə –Qorqud“un, türk mifologiyasının, Azərbayjan bədii fikrinin, Nizami dühasının, Füzuli poetikasının, dərin qatlarını qaldırıb, bir-bir o məxəzlərə yiyələnib, bir-bir o pərdələri açıb, simlərinə toxunub, dilləndirib, dindirib, açıqlayıb, araşdırıb və bir ümumi məxrəjə gəlib bu fikirləri söyləyəndə. O, 80 illik ömrünün demək olar ki, 60 illni Avestanı, Bilqamısı, Şumer-türk mədəniyyətini, Azərbayjan dünya türk sivilizasiyasının qoyub getdiyi mənəvi dəryalara baş vurub, dərya dərinliklərində qəffasa dönüb, onun nadir injilərini ələ keçirmək istəyən fatehlərin tarixi mənbələrdə keçdiyi yolu tapıb, araşdırıb və hər dəfə yeni bir kəşflə qarşılaşıb və kəşfində millətinə, xalqına, kökünə, soyuna, mədəniyyətinə qıjanan dişləri görüb, dözüb, yavaş-yavaş, səbrlə, bir Qorqud səbriylə, bir hökmdar təmkiniylə, bir sərkərdə düşünjəsiylə, bir ziyalı-alim istedadı və qabiliyyətilə onları «yerbəyer» edib, əsl həqiqətləri üzə çıxarıb. 60 il o qılınjsız-qalxansız, qələmiylə döyüşüb. Millətinə rəfiq çıxanların da, rəqib çıxanların da pasportunu yazıb, möhrünü vurub.
E.Əlibəyzadənin tədqiqatında «Kitabi- Dədə-Qorqud» dastanları mühüm yer tutur. Onun «Kitabi-Dədə Qorqud» elmi tədqiqat əsəri Qorqudşünaslığa əvəzsiz töfhədir. «Tarixi həqiqətləri bədii təsdiq abidəsi» də adlanır. Bu kitabda «Dədə-Qorqud» dastanları əsasında Oğuz eli, onun dili, ədəbiyyatı, üslubu, adət-ənənəsi, dövlətçilik prinsipləri və Azərbaycan xalqının mədəniyyəti, varlığı və digər mövzular geniş şəkildə tədqiq edilir.
E.Əlibəyzadə Dədə Qorqudun yarandığı məkanı Dədə Qorqudun şəxsiyyətini, mənsub olduğu xalqı dürüst, dəqiq araşdırıb məntiqi nəticəyə gəlir. Burada söylənilən fikirlər böyük tədqiqatçı alimlərin, səyyahların, türkoloqların, türk abidələrini tədqiq edən dilçi-tarixçi alimlərin fikirlərinə, qorqudşunasların tədqiqatlarına əsaslanmaqla yanaşı, özünün apardığı tədqiqat, araşdırmalar, özünə məlum olan bu yerlərin, xalqların tarixi mənşəyi, soyu, kökü, bu ərazidə yaşayan insanların tarixi haqqında bilgilərini də əsas götürərək gəldiyi qənaətlərdir və bəlkə də E.Əlibəyzadənin özünün ayrılıqda apardığı bu tədqiqat işi qorqudşunas alim kimi də onu dəyərləndirməyimizə imkan verir.
Onun “Kitabi-Dədə Qorqud”“ əsərində qoyulan problemlərdən biri, özü də ən məsuliyyətlisi, ziddiyyətli, mübahisəli məsələlərdən biri Dədə Qorqud dastanlarının yaşıdır. Alim Dədə Qorqudun yaranma tarixinə münasibətində kəskindir. Bir çox qorqudşunasların, elə cə də onların fikirləri nəticəsində Dədə Qorqud dastanlarının tarixinin 1300 ilə köçürülməsi əlehinədir və fikrində qəti israrlıdır. Alim kitabın “Dədə Qorqudun yaşı -1500 il” bölməsində bu fikri qətiyyətlə sübuta yetirməyə çalıışr ki, Dədə Qorqudlun yaşı 1500, bəlkə də ondan artıqdır. O, bu fikirlərini sübuta yetirmək üçün çox maraqlı, dəyərli, qiymətli elmi faktlarla çıxış edir və fikirlərindəki həqiqətin doğruluğu da şübhə yaratmır.
Alim birinci növbədə Azərbaycan filologiyasında Dədə- Qorqud”un tarixi, yazıya alınması haqqında məsələlərə toxunur. Azərbaycan dədəqorqudşünaslığında dastanlarının yaranma tarixi, bu sahədə dəyərli fikirlərin, mülahizələrin olduğu söylənilir. Abidənin Azərbaycanda ilk araşdırıcısı sayılan Əmin Abidin fikirlərini, onun boyların məkanı, formalaşması dövrü dastanda söylənilən hadisələrin şəraiti, yeri, yaradıcıları, nəşri və öyrənilməsi sahəsindəki fikirlərinin əhəmiyyətini göstərir. Ə. Abid M. H. Təhmasib, T. Hacıyev, Ş. Cəmşidov, Ə, Dəmirçizadə və b. Dədə Qorqudun yaranma tarixi, formalaşma tarixi haqqında dəyərli fikirlər söyləmişlər.
E.Əlibəyzadə sırf milli keyfiyyətləri özündə yaşadan “Dədə Qorqud kitabı“nın islam adət-ənənə, əxlaq kodeksindən çox-çox əvvəl yarandığı, bu dastanın çox qədim olduğunu, islam dövründən əvvəlki dövrlərin məhsulu olduğunu sübuta yetirmək üçün bir oğuz övladı, alimi, tədqiqatçısı kimi bu sahədə deyilən bütün fikirləri alimlərin, dünya tədqiqaçılarının toxunduğu ən incə mətləblərə qədər araşdırır. Onun qədim yaşını özünə qaytarmaq, elm aləminə məlum olan əsərin 1500 – dən çox yaşı olduğunu sübuta yetirmək üçün elmin hər cür imkanlarından istifadə etməyə çalışır. Türk-oğuz-islam qarşılığında seçilən sırf milli keyfiyyətləri Bartoldum, Lyunsin, Smokattanın, Amerika qorqudşunasların, eləcə də digər dünya qorqudşunaslarının ayrı-ayrılıqda söylədikləri fikirlərdəki bir həqiqətin- “bu dastanların çox qədim dövrdə yarandığını“, onun tamamlanma tarixinin ən geci islamiyyətin ilk əsrinə aid etmə qənaətini” dəstəkləyir. Və bildirir ki, “kitabda zamanına uyğun muasirlik güclü olduğu qədər tarixilik də güclüdür: hadisə və əhvalatlar islamiyyətdən qabaqkı V-VI əsrlər və ondan da əvvəlki dövrlərlə səsləşir. Tamamilə təbiidir ki, qədim Oğuz-türk adət-ənənələri güclü idi, ilk əsrlərdə islamın əxlaq etika görüşləri hələ bunların qarşısını ala bilməmişdi. Oğuzlarda “atdan ayğır, dəvədən buğra qoyundan qoç qırdırıb” toy eləmək, qonaqlıq vermək, şadlıq məclisləri qurmaq, şərab içmək güclü adət-ənənə halını almışdı. At əti yemək, ondan ehsan vermək, Tanrı adına qurban demək türk xalqlarında islamiyyətdən çox əvvəlki qədim adətdir. Hələ eradan əvvəl buna Heredot da işarə etmişdi.(IV-61) artıq deyildiyi kimi bunu VI əsr Bizans tarixçisi F.Simokatta da təsdiq edirdi. Bunların islama dəxli yox idi. Oğuzlarda həddi buluq yaşı, xüsusiylə qızın nişanlanması, ərə getmək yaşı (16 yaş) qəti müəyyən idi və s. “Kitab”da təsvir edilən hadisə və əhvalatların kökləri bəzən miladdan əvvəlki tarixə gedib çıxır. Məsələn: “Təpəgöz “ motivi “Kitabi-Dədə-Qorqud”“da da var, antik dünyanın dahisi Homerin əsərində də: əslində isə C.Lyunsin sözləri ilə desək, “bu mövzu Qafqaz torpağı ilə bağlıdır.”… “Dədə-Qorqud kitab”ı Azərbaycan xalqının islamiyyətə qədərki və heç bir əsərlə müqayisəyə gəlməyən ən dürüst və etibarlı tarixidir. Bu kitabda xalqımızın ali mənəvi keyfiyyətləri-qəhrəmanlıq, ailə-məhəbbət, əxlaq-etika, ədəb-ərkan qayda və normaları öz ifadəsini parlaq şəkildə tapmışdır.
E.Əlibəyzadə qorqudşunasların, gələcək qorqudşunasların qarşısına yeni eralar açır, yeni mətləb, həlli vacib məsələlər qoyur. Elm aləmində Azərbaycan xalqının milli-mədəniyyət abidəsi olan “Dədə-Qorqud“un tarixi, kökü, qədimliyi, haqqında hələ nə qədər vacib olan, həlli gözlənilən məsələlər var. Onlara toxunub keçir, zəngin mədəniyyətimizin, tariximizin bundan sonra da araşdırılması gərək olan məsələlərinə üz tutmaqla elmi istiqamətimizi də göstərmiş olur. Bu sahədə görülən işləri daha da zənginləşdirmək lazımdır. E. Əlibəyzadə kitabın özünəməxsus ahəngi, üslubu olduğunu, və bu ahəng, bu üslub “onun bir ağlın məhsulu olduğu“ qənaətinə gətirir. Kitabın şerlə yazıldığını, onun nəsrinin də mənzum olduğunu bildirir, daxili qafiəyələrin, ahəngləşmənin, şerlərin ölçücə zəngin və rəngarəng olmasını, özünəməxsus ölçüsü, ahəngi olmasını göstərir. Alim bu dastanların yadda qalıb, nəsilən-nəslə ötürülmüsini, şibahi ədəbiyyatın folklorunun nümunəsi olmasını qəbul edə bilmir. Nümunələr, faktlar əsasında sübuta yetirməyə çalışır ki, “Kitab”ın nizamlı və əksərən poetik şəkildə belə yaddaşlara həkk olunması“ çətindir, ağıla batan deyildir”, “insan ağlı, insan bədii təfəkkürü nə qədər məntiqi ardıcıllığa malik olmalıdır ki, müxtəlif fikirləri dalbadal belə sərrast və dəqiq ölçü ilə (18-18, 24-24, 24.24,24) ifadə edə bilsin, onu yadda saxlasın, şifahi olaraq nəsildən-nəslə ötürə də bilsin””“.
Elməddin Əlibəyzadənin bu fikirlərinə ögey yanaşmaq olmaz. Onun dediklərində böyük həqiqətlər var, bu həqiqətləri üzə çıxarmaq gələcək qorqudşünasların qarşısına yeni məsələlər qoyur və şifahi xalq ədəbiyyatının nümunəsi kimi təhlil və tədqiq edilən Dədə Qorqud dastanlarının ədəbi dilimizin yazılı qolunun ən gözəl dəyərli bir nümunəsi kimi də tədqiq etmiş olsaq E. Əlibəyzadənin dediklərinə çox şeylər, çox kəşflər də əlavə edilmiş olar.
Alim kitabın ərəb dilinə tərcümə edildiyini, əsərin ilkin olaraq nüsxəsinin “Orxon-Yenisey”“” adlanan qədim türk əlifbası” iəl yazıldığına qətiyyən şübhə etmir. “Ərəb əlifbası ilə bizə gəlib və təxminən 1X-X əsrlərdə üzü köçürüldüyü güman edilən “Drezden” əlyazması görünür Dədə Qorqudun zamanında qələmə alınmış və “Orxon-Yenisey””“ əlifbası ilə yazılmış nüsxədən köçürülmədir”.
Əsərin ərəb dilinə tərcüməsini tədqiqatçı iki mənada izah edir və bunun birincisini Məhəmməd Əleyhisalamın Dədə Qorqudla dostluq, diplomatik əlaqələri ilə, bir tərəfdən də Harun ər Rəşidlə bağlayır.
Alim “Dədə-Qorqud kitabı“”ndan epos kimi danışmağımızı istəmir, onu folklor yox, yazılı ədəbiyyatın nümunəsi kimi götürür və bildirir ki, “bu əsər qədim türk poeziyası janrında yazılmış poemadır. Ərəb işğalçılarının məhv etdikləri mədəniyyətimizin külü arasında düşüb qalıb, xoşbəxt bir təsadüf nəticəsində əldə olan nüsxələrdən biri isə ərəb qrafikası ilə köçürülüb. Drezden kitabanasına gedib çıxıbdır.”
“Kitab”a yol tapan əlavələri, bəzi dil xüsusiyyətlərini, dini-əxlaqi təsirləri onu yenidən köçürən “müəlliflərin əlavəsi»” hesab edir.
Tədqiqatçı bütün bu araşdırmalarını belə bir ümumi fikirdə toplayır ki, “Beləliklə, elm aləminə “Kitabi-Dədə-Qorqud””“ adı ilə qədəm basan əsər “xalq kitabı”dır, müəllif də-həm düzüb-qoşanı, həm də ilk yazıya alanı VI-VII əsrlərin tarixi- ədəbi şəxsiyyəti olan Dədə Qorquddur“.
Buradan da alim belə bir fikri ifadə edir ki, Azərbaycan ana dilli yazılı ədəbiyyatın əsası VI-VII əsrlərdə qoyulub, hələlik onu tarixi bu əsrlərdən başlanır. Bu kitab da ana dilli ədəbiyyatımızın “VI-VII əsrlər zirvəsidir” və bu zirvə tədqiqatçının özünün dediyi kimi “əlbəttə, birdən-birə fəth edilə bilməzdi; onun əsası, dayağı olan Azərbaycan şifahi ədəbiyyatının, xalq yaradıcılığının qatları çox dərindir, tarixi ondan çox-çox qabaqdır, min-min illərdir; lakin bu tarixi dəqiq müəyyən etmək çətindir”“.
Tədqiqatçə «Dədə Qorqud»un şəxsiyyətini, yaşadığı dövrü tarixçi alim kimi, böyük alim və tədqiqaçıların istinad etdiyi mənbələrə əsasən araşdırır. Türk tarixçisi M.Erkin tarixi mənbələrə istinadən söylədiyi Bayburtlu Osmanın (XVI əsr) Bu sözlərini oxucuya çatdırır: «Qazan xan bəylərlə Kəbəyə gəlib Rəsulla görüşdülər. Rəsullah «Dədə Qorqudu şeyx təyin elədi».
Dədə Qorqudun Məhəmməd Peyğəmbərin muasiri oluğunu göstərən mənbələrə əsasən alim Dədə Qorqudun yaşını müəyyən edir: «əgər peyğəmbərin dünyaya gəlməzdən əvvəlki 40 ili» nəzərə alsaq və Dədə Qorqud»un «Giriş»indəki ilk cümlənin ardını- «Oğuzun o kişi tamam bilicisiydi. Nə deyərsə olardı. Qaibdən dürlü xəbər söylərdi» fikrini də əlavə etsək, islam peyğəmbərinin zamanında yəni 620-ci illərdə Dədə Qorqud Ata 70-80 yaşlarında kamil ər, təxminən Məhəmmədin yaşıdı olmuş olur: 30-40 yaş ya az, ya çox. Bu isə onun indi, təxminən 1500 yaşı olduğunu göstərir».
E.Ə. yaradıjılığında, elmi fəaliyyətində onun «Nizami və tariximiz» əsəri mühüm yer tutur. Bu kitabda Nizami yaradıjılığına yeni baxışlar xasdır. Nizami yaradıjılığında bir çox tarixi həqiqətlərin yaşadığı, indiyədək açılmamış səhifələrini, bəzən də səhv, bəlkə də qərəzli yazılmış fikirlər bu əsərdə təkzib edilir. E.Ə. həmişə elmi fəaliyyətində qərəzli, mübahisəli məsələlərin açılışına daha çox diqqət yetirən bir alim-tədqiqatçı kimi tanınır. Şumer, türk, Dədə Qorqud, türk ədəbiyyatının ilkin qaynaqları, ən böyük abidəmiz olan “Avesta”, Dünya ədəbiyyatının şah injisi sayılan «Bilqamıs», “Dədə Qorqud dastanları”, “Orxon-Yenisey kitabələri”, türkdilli xalqlara məxsus digər abidələr araşdırılmış, tədqiq edilmişdir.
Elməddin Əlibəyzadə əsil tarixçidir. “Azərbaycan tarixi”””“nə, onun yenidən yaradılamasına duyulan ehtiyac tarix elmi qarşısında böyük problemlər qoydu. «Azərbaycan tarixi»nin yenidən işlənib hazırlanması dövründə bir çox polemikalar, ziddiyyyətli mübahisələr yarandı. Bunların hamısı da eyni bir məqsədə xidmət etdiyindən deyilən fikirlər, yanlış mülahizələr nöqsanlı, səhv olduğu haqqında tarixin dərin qatlarına bələd olan görkəmli tarixçilərin, tədqiqatçıların fikirlərinə pis yanaşmaq olmaz.
E. Əlibəyzadə Azərbaycan tarixinin yazılmasında qane olmadığı məsələləri, xalqının erkən tarixini, mədəniyyətini, etnoqrafiyasınn, dilini aydınlaşdıran, araşdıran zəngin ensiklopedik biliklərə malik olduğundan bir sıra yazılarla tarixə yenidən nəzər salmağı, mükəmməl Azərbaycan tarixinin yazılmalı olduğunu böyük bir sərtliklə tarixçilərdən tələb edir.
Umummilli liderimiz Heydər Əliyev yazır:
«Biz Azərbayjanın çox zəngin tarixini yaratmalıyıq. Mən belə deyəndə bəzi tarixçilər javab verir ki, biz onu yazmışıq. Yaratdıqlarınıza görə çox sağ olun. Təşəkkür edirəm. Anjaq Azərbayjan xalqının həqiqi tarixi yazılmayıb».
E.Əlibəyzadə deyilən tarixin bünövrəsininin düzgün qoyulmasını, qədim dövrün həqiqətlərinin işıq üzü görməsini istəyir. Onun «Azərbayjan xalqının mənəvi mədəniyyət tarixi» kitabı elə ilkin tariximizin yazılması üçün ən qiymətli mənbələrdəndir.
E.Ə. filologiya elmləri doktoru kimi dilçilik sahəsi üzrə ixtisaslaşmış, Azərbayjan – türk dili tarixinin görkəmli mütəxəssisidir. “Azərbayjan” sözünün mənşəyi, dili, dilinin tarixi onu alim kimi həmişə düşündürüb.
Tədqiqat işlərində E.Ə. bütövlükdə «Azərbayjan» sözünün mənşəyinin araşdırılmasına da diqqətlə yanaşır, az, ər, bay, kan, qan birləşməsini, bu sözlərin türk sözləri olduğunu bildirir:
E. Əlibəyzadə XX1 əsrin ən böyük dilçisi, alimi, tədqiqatçısı kimi göz önündədir. Mahmud Kaşğarlı X1 əsrdə türk ellərini oba-oba necə gəzib, xalqın sinə yaddaşlarını kağızlara köçürüb gələcək nəsillərə çatdırıbsa, Azərbaycan Vətənini, xalqını, türk elini, dilini özünün ömrünün qayəsi, əməli fəaliyyətinin canı-qanı bilən E. Əlibəyzadə də türk-Azərbaycan dilinin qədim keçmişini, ilkini, özəyini bir alim, tədqiqatçı kimi tədqiq edir, araşdırır, min-min mənbə və iqtibaslara üz tutur. Azərbaycan dilinin ilkin üslub, qrammatik xüsusiyyətlərini açıb-tökür, müasir dilimizlə müqayisəli, elmi-nəzəri təhlilini aparır, qədim yunan, çin qaynaqlarına üz tutur. İlkin iskit-türk dilinin saflığını, əcnəbi təsirlərə məruz qalmadığını, necə yaranıbsa sinələrə o şəkildə həkk olunduğunu, o cür də M. Kaşğarlının “Divan”ı“na düşdüyünü, ənənəvi türk dilinin mühafizəkarlığını bütün incəlikləri ilə dərin elmi-bədii təhlilini verir. Alim tədqiqatçı E. Əlibəyzadənin 50-55 illik elmi fəaliyyətində onun qüvvətli bir dilçi, tarixçi, etnoqraf, ədəbiyyatşünas kimi qiymətini verməsək, gələcək nəsillər bunu bizə bağışlamaz. Bu böyük, zəngin əhatəli biliyə, istedada malik alimin dünyada bir amalı olub. Sanki bir zamanlar öz elmi, mədəniyyəti, mənəviyyatı ilə bütün dünya elminin tarixini kökündən silkələmiş Şumerlərin öz mədəniyyətini yaratdığını, dünya tarixinə öz dövlətçilik qüdrətini, mədəniyyətini, dilini gətirdiyini, bəəşriyyətin bədii fəlsəfi təfəkkürünün bulağına çevrildiyini, ondan bütün dünya xalqlarının su içdiyini dəlil və faktlarla sübuta yetirən E. Əlibəyzadə elə ona görə böyük bir məhəbbətlə, həvəslə bu tarixi, xalqın dilini, mədəniyyətini, mənəviyyatını tədqiq edir, araşdırır, təhlilini aparırdı ki, onun mənəviyyatından, istedad və qabiliyyətindən xəbərdar idi.
Elməddin Əlibəyzadə dilimizin tarixini, qrammatikasını, dil-üslub məziyyətlərini, xalq təfəkkürünün zəngin yaradıcılıq imkanlarının arayıb araşdırarkən onun tarixilik prinsipindən işləyib hazırlaması da, tarixi, real faktların də nəzərə çatdırılması tədqiqatçının geniş imkanlarından, elmi potensial gücündən, ensiklopedik biliyindən xəbər verir. Azərbaycan xalqının bir xoşbəxtliyi də elə budur ki, onun zəngin elmi təffəkkürə malik ziyalıları vardır və onlar Azərbaycanımızın həqiqi tarixini də yazacaqlar, ədəbiyyatşünaslıq elmini də, dilşünaslıq, etnoqrafiya və digər sahələri də inkişaf etdirəcəklər. Çünki hələ qatı açılmamış, nəşrini illərlə gözləyən böyük həqiqətlərə söykənən belə alimlərin irsi gələcək elmin təməl daşını qoyub, onun hörgüsünü hörmək asan olacaq. Bünövrəsini ustad əlləri qoyub.
Elməddin Məhəmməd oğlu Əlibəyzadənin 300-ə yaxın elmi məqaləsi Azərbaycanda və digər xarici mətbuatda çap olunmuşdur. Onun aşağıdakı kitabları Azərbaycxan elminə əvəzsiz töhfələrdir:
1. «M. P. Vaqifin həyat və yaradıcılığı», Elm, Bakı.1968.
2. «İmadəddin Nəsimi», Elm, Bakı, 1970.
3. «Aşıq Ələsgər», Elm, Bakı, 1971.
4. «Ədəbi şəxsiyyət və dil», «Yazıçı», Bakı, 1982.
5. «Qədim dünyamızın odlu kitabı», «Gənclik», Bakı, 1996.
6. «Ana kitabələr», «Azərnəşr», Bakı, 1996.
7. «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr), «Gənclik», Bakı, 1998.
8. «Kitabi-Dədə Qorqud», «Tərcümə Mərkəzi», Bakı, 1999.
9. «Qul Əli. «Qisseyi-Yusif» (tərkib), «Azərnəşr», Bakı, 1995.
10. «İqrar Əliyevin əleyhinə 9 məqalə və ona 3 əlavə», «Təfəkkür», Bakı, 2000.
11. «Nizami vı tariximiz».
12. «Avesta»Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir». «Yurd», Bakı, 2005.
Onun redaktə edilmiş, müzakirələrdən keçmiş, çapa imzalanmış aşağıdakı əlyazmaları var:
1.»Azərbaycan xalqının dil mədəniyyəti tarixi (qədim dövr)».
2.»Azərbaycan xalqının dil mədəniyyəti tarixi (klassik dövr)».
13. «Dədə Qorquddan M. Ə. Sabirə (dil və üslub məsələləri)».
4.»Azərbaycanşünaslığa giriş yaxud klassik irsi tədqiqin tənqidi».
Nəşriyyatlara verilmiş, çapı gözlənilən əsərləri də tədqiqatçının ömrünün cərgin illərinin zəhmətidir.
1. «Ədəbi şəxsiyyət və dil-üslub problemləri». «Azərnəşrdə».
2. «Xəmsə-tarixi və ədəbi gerçəklik», «Oğuz» nəşriyyatında.
Alimin Ədəbiyyat institunda görülmüş plan-elmi-tədqiqat işləri də onun məhsuldar elmi fəaliyyətindən xəbər verir. Bunlar da elmin inkişafına göstərilən misilsiz xidmətlərdir.
1. «Orxon-Yenisey» kitabələrinin filoloji təhlili. Alimin bu tədqiqat işi 1994-1995-ci illərdə müzakirədən keçmiş və institutun mükafatına layiq görülmüşdür.
2. 1996-2000-ci illərdə «Azərbaycan-türk bədii düşüncəsinin ilkin qaynaqları» elmi işi də onun səmərəli tədqiqat işidir.
Alim onlarla elmi kitabların elmi redaktorudur. Bunlardan «Kitabi –Dədə Qorqud», «Drezden» nüsxəsinin tərtibi, Yazıçı nəşriyyatı, 1988.
3. Bahəddin Ögəl «Böyük Hun imperiyası», 1 və 11 hissələr, Bakı, 1992.
4. lev Qumilyov. «Qədim Türklər», «Gənclik» nəşriyyatı, Bakı, 1993.
Elməddin Əlibəyzadə Həm də gözəl müəllimdir. Yetişdirdiyi elm, sənət adamları onu gözəl müəllim, qayğıkeş insan, etibarlı dost ktmi də yüksək qiymətləndirir.
Respublika «Bilik» Cəmiyyəti xəttilə alim minlərlə elmi məruzələr etmiş, üzə çıxardığı elmi yeniliklərlə xalq kütlələrini məlumatlandırmışdır.
Alimin Türkiyədə, İranda Azərbaycan elminin təbliğində fəaliyyəti xüsusilə qeyd edilməli, «Novruz», «Qurban» bayramlarının tarixi, «Şumer-Babil mədəniyyəti və Azərbaycan» mövzusunda elmi konfranslardakı çıxışları ilə yadda qalmışdır.
Adil Cəmil dediyi kimi: «Ömrün 80-jı pilləsində «mərd, mətin, dayanan alın yazısını yaşayan, öz yükünü özü daşıyan, bu dünyada heç kəsdən injiməyən və heç kəsi injitməyən, içindəki «mən» ilə hərdən küsən, hərdən barışan, bir nikbin, bir az pərişan» E.Əlibəyzadə daxilində bir böyüklüyü, möhtəşəmliyi, zənginliyi, varidatı, dəfinələr yığınağını da gördüyümüzü, o ujalığa həm vüqarla, həm həsədlə baxmağımızı gizlətməyək. O yüksək, o ujalıq E. Əlibəyzadənin ömrünün pillələrində alın tərinin, zəhmətinin sayəsində qazandığı zirvədə həmişə görmək ən yüksək arzumuzdur. Çox zəkalar işığa millətinə, xalqına, torpağına, tarixinə düşür, özünə düşmür. Amma həmişə o sonsuz qaranlıqlara da sirlər, möjüzələr aləmi kimi baxmışıq. E.Əlibəyzadəyə də elə baxırıq, hər zərində, hər çatlamında bir dəfinə üzə çıxarır. Tarix onun bu qabiliyyətinə, istedadına yar olsun!

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah