Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

Müasir ədəbi mühit və Azərbaycan Yazıçılar Birliyi

Sovetlər İttifaqı dağılandan, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra-bu keçid dövrü ərzində hər sahədə olduğu kimi ədəbi mühiti özündə birləşdirən Azərbaycan Yazıçılar İttifaqının da fəaliyyətində də gərgin dövrlər yaşandı. 1993-ü ilə qədər ciddi maliyyə çətinlikləri ilə üzləşən birlik sonradan dövlətin qayğısı ilə yaxşıyönümdə fəaliyyətini davam etdirməyə başladı. Birlik və onun ədəbi orqanlarının büdcədən maliyyələşdirilməsi ədəbi problemlərin və yaradıcı qüvvələrin qayğılarına diqqəti artırmağa imkan yaratmış oldu.
90-cı illərdə Yazıçılar Birliyində yübileylər, təqdimatlar, müşavirələr, yaradıcılıq hesabatları, ədəbi-bədii və xatirə gecələri, ədəbi işçilərlə görüşlər, dəyirmi masalar keçirilirdi və bu müntəzəm şəkildə keçirilən tədbirlər söz sənətinin bü günü və gələcəyi üçün əhəmiyyət kəsb edirdi. Yazıçılar Birliyinin fəaliyyəti mediya tərəfindən işıqlandırılırdı. 1999-cu ilin yanvarın 15-də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda türk dünyasının görkəmli simalarından biri doktor Məmməd Tağı Zehtabinin xatirə gecəsi keçirildi. Azərbaycan Yazıçılar Birliyi, «Güney Azərbaycan» dərgisi və Xaricdəki Kültur dərnəklərinin təşəbbüsü ilə keçirilən bu gecənin AYB-nin sədri açaraq M.T. Zehtabi haqqında maraqlı görüşlərini, ömrü boyu xalqının tarixi, ədəbiyyatı ilə məşğul olduğunu, çətin gərgin ictimai-siyasi şəraitdə fəaliyyət göstərdiyini qeyd edir və əsərlərinin Şimali Azərbaycanda da nəşrinin vacib olduğunu bildirir. Xatirə gecəsinin iştirakçıları, Yazıçılar Birliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, «Ədəbiyyat qəzeti»nin baş redaktoru, təbrizli gənc ədiblərin çıxışları maraqla qarşılanır.
İstedadlı insanların yaradıcılığının qiymətləndirilməsi ilə bağlı bir sıra mükafatların təsis edilməsi təşəbbüsünü irəli sürən AYB-nin sədri Anarın və xalq yazıçısı Y. Səmədoğlunun təklifinə o dövrün Gənclər və İdman Naziri Əbülfəs Qarayev də dəstək verdi. Gənclər və İdman nazirliyi ilə birlikdə AYB-nin təsis etdiyi mükafatlar (Yusif Səmədoğlu, İsi Məlikzadə, Əli Kərim, İsa İsmayılzadə, Aydın Məmmədov, Tofiq Bayram və gənclər üçün xüsusilə nəzərdə tutulmuş Ülvi Bünyadzadə adına mükafatlar «Azərbaycan», «Ulduz», «Qobustan», «Literaturnıy Azerbaydcan» curnallarında və «Ədəbiyyat qəzeti»ndə dərc olunmuş müəlliflər arasından ən yaxşı əsərlərinə görə, Ülvi Bünyadzadə adına mükafat isə ilk dəfə mətbuatda çıxış edən gənclər üçün nəzərdə tutulurdu. Maraqlıdır ki, ədəbiyyatın inkişafına yönələn bu fəaliyyət zamanı istedadlı insanların Birliyin üzvü olub-olmaması nəzərə alınmırdı. Mükafat komissiyasına Fikrət Qoca (sədr), İntiqam Qasımzadə, Ələkbər Salahzadə, Mənsur Vəkilov, Ayaz Vəfalı, Nəriman Həsənzadə, Mövlud Süleymanlı, Şirindil Alışanov, Nemət Veysəlli, Çərkəz Qurbanlı, Musa Urud daxil idi.
Azərbaycan Yazıçılar Birliyin tarixində 1997-ci ilin oktyabr ayında keçirilən X qurultayı ədəbi-mədəni həyatımızda ən yaddaqalan hadisə kimi dəyərləndirilir. Hələ o zaman sıralarında 600-yə yaxın üzvü birləşdirən AYB-nin 1997-ci il qurultayı müstəqillik dövründə ilk qurultay idi. Böyük bir nasir, şair, tənqidçi, ədəbiyyatşünas ordunu özündə birləşdirən AYB müstəqillik, milli-azadlıq və sərbəstlik şəraitində ilk qurultayı ərəfəsində dövlətin böyük qayğısını gördü. Ümummilli lider Heydər Əliyev gərgin iş şəraitinə baxmayaraq qurultay ərəfəsində AYB-nin üzvləri ilə bir olduğunu işiylə sübut etdi. Dövlətin ədəbi ictimaiyyətə dövlət qayğısı böyük idi. «Qurultay günlərində dönə-dönə xatırlandığı kimi, prezident Heydər Əliyev 1971-ci ildən başlayaraq Azərbaycan yazıçılarının bütün ali məclislərində iştirak etmişdir. Onun iştirakı heç vaxt formal olmamışdır. Proqram xarakterli geniş və dolğun nitqlərində o, Yazıçılar Birliyinin qarşısında dayanan vəzifələr, xalqın və dövlətin taleyində ədəbiyyatın yeri və rolu barəsində dəyərli fikirlər söyləmiş, söz ustalarımızı respublikamızın həyatında, onun inkişafında fəal mövqe tutmağa çağırmışdır. Hətta hakimiyyətdə olmadığı, bir tərəfdən Qorbaçov güruhu, digər tərəfdən isə A.Mütəllibov və onun əlaltıları tərəfindən təqib edildiyi 1991-ci ildə də Heydər Əliyev yazıçıların dəvətini qəbul edərək onların 1X qurultayının işində iştirak etmişdi. Bu, ölkənin rəhbəri ilə yaradıcı ziyalılar arasında yaranmış çoxillik işgüzar və səmimi münasibətlərin bariz ifadəsi idi» (Ramiz Mehdiyev).
Prezident X qurultay ərəfəsində də bu səmimi və qayğıkeş xarakteri ilə nəinki təkcə onunla daima ünsiyyətdə olan yaşlı və orta nəslin yazarlarına, eləcə də yetişməkdə olan gənc yazarlara da diqqət və qayğısını əsirgəmədi. Qurultaydan əvvəl onların hər bir nəslini ayrıca qəbul etdi, problemləri ilə tanış oldu, yerindəcə həll etdiyi problemlər də oldu. Prezident vaxtının az olmasına baxmayaraq Qurultayda da iştirak etdi və öz işiylə yaradıcı qüvvələrlə daima bir olduğunu işiylə sübut etdi. Qurultaydan sonra «Azərbaycan Respublikasının ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında» Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ədəbiyyata və incəsənətə dövlət qayğısının bir daha bariz nümunəsi idi. «Prezident Heydər Əliyevin söz adamları ilə üç günlük dialoqunda adi məişət məsələlərindən tutmuş qlobal siyasi problemlərə kimi ən müxtəlif mövzulara toxunuldu. Bu görüşlərin əsas qayəsini ədəbiyyatla, onun dünəni və bu günü ilə, xalqın həyatında, bədii sözün azadlıq mübarizəsindəki yeri və rolu ilə bağlı məsələlər təşkil edirdi. Prezidentin Azərbaycan ədəbiyyatının mahir bilicisi, klassik ədəbi irsin ardıcıl mühafizəçisi, istedadlı sənət adamlarının yaxın dostu olduğu bir daha dönə-dönə təsdiqlənirdi. Bu görüşlər Prezidentin özünün yaradıcı ziyalılara həssas münasibətini, sənət problemlərinin mahiyyətinə varma məharətini dəfələrlə nümayiş etdirdi». Bu baxımdan qurultayı «Azərbaycanda Azərbaycan ədəbiyyatı günləri» kimi dəyərləndirən ölkə başçısının «Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu bizim ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyildir. Çünki bizim xalqımız birincisi, öz istedadına görə şair, yazıçı, söz ustası olubdur. İkincisi, bizim xalqımız çox əsrlik tarixində böyük yazıçılar, mütəfəkkirlər yetişdiribdir»,-fikİrləri prezidentin Azərbaycanda məsul işdə çalışdığı gündən bu ənənəyə sadiq qaldığını sübut edir.
Çünki ümummilli lider H.Əliyev ədəbiyyatı çox sevən adam, onu uşaqlığından sevən, insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında ədəbiyyatın, mədəniyyətin böyük rolunu görən dahi şəxsiyyətdir. Həmişə ədəbi prosesə yaxın olan, 1971-ci il qurultayında Azərbaycan rəhbəri kimi çıxış edən dövlət başçısı başqa məsul vəzifələrdə işlədiyi vaxtlarda da yazıçıların qurultaylarını izləmiş, vaxt tapan kimi «salonda oturub yazıçıları» dinləmiş, onlarla daima görüşə getmiş, «bunu özüm üçün böyük bir hadisə hesab edirdim»-deyir.
Azərbaycan yazıçılarının X qurultayı «fikir azadlığı və dövlət müstəqilliyi şəraitində keçən ilk ali məclis» kimi tarixdə qalıb. Bu qurultay bir növ Azərbaycan Yazıçılar Birliyinin fəaliyyət proqramı kimi də dəyərləndirilməlidir. Keçid dövrünün bütün çətinlikləri ilə üz-üzə qalsa da, öz varlığını qoruyub saxlayan, bu birliyin böyük ideallar əsasında yarandığını, inkişaf etdiyini, Azərbaycan ədəbiyyatı tarixinə adı əbədi yazılan qüdrətli qələm ustadlarını birləşdirən, müqəddəs amalları özündə yaşadan bir qurum kimi qorunub saxlanmasında rolu olan dövlətin və əlbəttə ki, o dövrdə bu quruma rəhbərlik edən şair və yazıçılarımızın əməyini də necə ki, tarix qiymətləndirib, biz də qiymətləndirməliyik.
Bu qurultay Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinin genişləndirilməsi üçün böyük imkanlar açdı.
Azərbaycan Yazıçılar Birliyinin binasında sovet dövründə Sovet İttifaqında ilk dəfə olaraq 1937-ci il repressiya qurbanlarının -27 yazıçının baralyefi açıldı. Minlərlə repressiyaya məruz qalmış qələm sahiblərinin içində H.cavidin nəşi Azərbaycana gətirilərək ana yurdunda torpağa tapşırıldı. Hörmətli Anar müəllim fikirlərində haqlıdır ki, «bu da prezidentimizin sovet dövründəki cəsarəti və xalqın mədəniyyəti, ədəbiyyatı qarşısında xidməti idi».
Dövlət başına qayıdandan sonra da cavidin türbəsinin ucaldılması onun əməli fəaliyyətinin davamı idi.Azərbaycan yazıçıları daima prezidentin, dövlətin qayğılarını hiss edib. 1992, 1994-cü illərdə Türkiyədə türk dünyası yazarlarının birinci və ikinci qurultayı keçirildi. Həmin qurultayda növbəti qurultayın əlifba sırası ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulduğundan, bu məsələdə türk qardaşlarımız Azərbaycanın iqtisadi durumunu nəzərə alıb ona yardım etmək istədikləri bir zamanda AYB-nin rəhbərliyi dövlətinin qayğıkeşliyini bildiyindən «bu yardımdan» imtina edir və Azərbaycan Respublikasının prezidenti hər cür şəraiti yaratdı ki, «Türk dünyası yazıçılarının üçüncü qurultayı Azərbaycanda layiqli səviyyədə keçsin».
Azərbaycan yazıçılarının X qurultayındakı nitqində prezident qeyd etdi ki, nə qədər nailiyyətlər əldə etmiş olsaq da «mən hesab edirəm ki, bu qurultay indiyə qədər olan bütün qurultaylardan, yazıçıların toplantılarından, konqreslərindən-hamısından üstündür. Çünki müstəqil Azərbaycan respublikasının sərbəst yazıçıları müstəqil dövlətimizdə özlərinin ilk qurultayına toplaşmışlar» və bunu çox sevindirici hal kimi dəyərləndirən prezident «bu, müstəqilliyimizin bizə verdiyi töhfələrdir ki, biz indi artıq heç kəsdən, heç bir mərkəzdən, ideologiyadan asılı olmayaraq, özümüz sərbəst olaraq həyatımızın hər sahəsini araşdırırıq, o cümlədən öz ədəbiyyatımızı, mədəniyyətimizi istədiyimiz kimi müzakirə edirik və istədiyimiz istiqamətdə aparırıq. Bu azadlıq, sərbəstlik, müstəqillik əvəzsiz bir nemətdir. Ona görə də bu qurultay başqa qurultayların davamı olmaqla yanaşı, onuncu qurultaydır və əvvəlki doqquz qurultayın hamısından üstündür».
1999-cu ildən başlayaraq AYB və onun ədəbi orqanları Ülvi Bünyatzadə adına təsis etdikləri «Uğur» mükafatını hər il Bahar bayramı ərəfəsində mətbuatda ilk dəfə çıxış edən istedadlı gənclərə verirdi.
Azərbaycan Yazıçılar Birliyi, Gənclər və İdman nazirliyi 1999-cu ildən etibarən ən yaxşı bədii, elmi-tənqidi yazılar və tərcümə əsərləri üçün mükafatlar təsis edir. Hər bir yer üçün ayrılan pul mükafatını mükafat Komissiyası (Nüsrət Kəsəmənli (sədr), Nizami cəfərov, Çingiz Əlioğlu, Afaq Məsud, Vaqif Bəhmənli, Qönçə Əsədova, Tehran Vəliyev, Güllü Yoloğlu) təqdim edir.
AYB həmişə gənclərin mənəvi saflığı, intellektual səviyyəsinin yüksək olması, mənəvi-əxlaqi cəhətdən saflığı uğrunda aparılan mübarizənin öncüllərindəndir. Aprelin 1-də Natəvan klubunda AYB Respublika Gənclər Təşkilatları Milli şurasının Narkomaniya ilə mübarizə komissiyası ilə birlikdə «Narkomaniyanın yayılmasının qarşısının alınmasında bədii ədəbiyyatın rolu» mövzusunda keçirdiyi konfransda dünyanın ən ağır, dərdi olan narkomaniya, bu problemlə bağlı AYB-nin sədri Anar fikirlərini söylədi, Respublika Gənclər və İdman naziri Əbüdfəs Qarayev «bu bəla ilə mübarizə mövzusunda yazılacaq bədii əsərlərə görə rəhbərlik etdiyi nazirliyin ədəbi mükafat təsis etdiyini», Gənclər Təşkilatları Milli Şurasının sədri Azad Quliyev, tanınmış dedektiv əsərlər müəllifi yazıçı Çingiz Abdullayev və başqaları bu məsələlərlə bağlı yazarların üzərinə düşdüyü məsuliyyəti dilə gətirdilər.
1999-ci ilin aprelin 7-də Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli sərəncamı ilə fərdi təqaüd almış on gənc yazarın yeni nəşr olunmuş kitablarının təqdimatı keçirildi. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri açaraq kitabların nəşrində Azərbaycan Respublikası Prezidenti icra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadənin əməyini yüksək dəyərləndirdi.
Azərbaycan Yazıçılar Birliyi müstəqil Azərbaycan Respublikası yarandığı gündən keçmiş sovetlər birliyinin tərkibində olan, eləcə də dünya xalqlarının ədəbi mühiti ilə daima işgüzar əlaqələr saxlayır, ədəbi mühitlərin bir-birisini yaxından tanıması üçün öz işini səmərəli qurur. Azərbaycan xalqı həmişə digər xalqların mədəniyyətinə, ədəbiyyatına hörmət və ehtiramla yanaşıb.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən Leyla Eradzenin xatirə gecəsində Gürcüstan respublikasının Azərbaycandakı səfiri Zurab Qumbaridze, dövlət müşaviri Hidayət Orucov, Çingiz Abdullayev, AYB-nin sədri Anar xalqlarımız arasında tarixən mövcud olan dostluq ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi sahəsində ədib və şairlərin, o cümlədən Leyla Eradzenin Azərbaycan- gürcü xalqları arasındakı dostluq münasibətlərinin inkişafındakı diplomatik rolunu yüksək dəyərləndirdilər.
Fevral ayından başlayaraq Türkiyə ilə hər sahədə olduğu kimi ədəbi-mədəni əlaqələr daha da genişləndirilir. Bu əlaqələrin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Yazıçılar Biriliyi və Türkiyə Respublikasının Qara dəniz Yazarlar Birliyi birgə əməkdaşlıq haqqında müqavilə imzaladılar. Bu razılaşma əsasında ölkələrimiz bir-birinin ədəbi mühiti ilə yaxından əlaqə saxlamaq imkanları əldə etməklə yanaşı, elmi sessiyalara, konfranslara və digər tədbirlərə dəvət olunur, kitab mübadiləsi aparır, qarşılıqlı olaraq AYB və Qara dəniz Yazarlar Birliyinin təqdimatı ilə ən yaxşı ədəbi, bədii, elmi kitablar ölkələr arasında nəşr edilir.
1999-cu ilin martın 5-də görkəmli şair və ictimai xadim Olcas Süleymanovla Azərbaycan Yazıçılar Birliyində keçirilən görüşü Birliyin sədri Anar açdı. Xalqımızın sınanmış dostu, Olcas Süleymanov öz çıxışında ölkəmizdə baş verən gərgin, ictimai, siyasi hadisələrə biganə qala bilmədiyini, xalqımızın dostu kimi onun sevincinə sevindiyini, kədərinə kədərləndiyini qeyd etdi. Eyni zamanda ölkənin aparıcı qüvvəsi olan yazıçı və şairlərin, ədəbiyyat aləmini birləşdirən AYB-nin fəaliyyətini təqdirəlayiq bildi: «Keçmiş sovet məkanındakı bütün respublikalarda Yazıçılar İttifaqları, təəssüf ki, əvvəlki kimi deyillər. Ancaq Birlik sizdə saxlanıla bilib. Allaha şükür. Siz sağ olun ki, qoruyub saxlaya bilibsiniz və Anar sağ olsun ki, neçə illərdir Birliyə ardıcıl başçılıq edir». Görüşdə Bəxtiyar Vahabzadə, Arif Məlikov, Qabil, Fikrət Qoca, Çingiz Abdullayev, Fərhad Bədəlbəyli, Fikrət Sadıq, Oqtay Mirqasımov və başqaları öz çıxışlarında O. Süleymanovun ümumtürk dünyasınının ədəbiyyatının, mədəniyyətinin qarşılıqlı əlaqəsində xidmətlərini qeyd etdi. Yeni yaradılmış Azərbaycan -Qazaxıstan Dostluq cəmiyyətinin idarə heyəti AYB-nin, xüsusilə onun sədrinin ölkələrimiz arasındakı ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərini yüksək qiymətləndirdi və birliyin sədrini yazılı təşəkkürünü bildirdi.
Aprelin 23-də AYB-nin Natəvan klubunda 1998-ci ilin sentyabr ayında Qazaxıstanda keçirilən Türk dünyası gənclərinin toplantısında təsis olunmuş Dünya Gənc Türk Yazarlar Birliyinin Bakıda ilk toplantısı keçirildi. Tədbirdə tanınmış şair və yazıçılar, Gənclər və İdman Nazirliyi ilə Gənclər təşkilatlarının nümayəndələri, Türkiyə səfirliyinin məsul işçiləri də iştirak edirdilər.
Azərbaycan Yazıçılar Birliyinin may ayının 10-da YUNESKO-nun nümayəndələri ilə görüş keçirmiş və görüşün keçirilməsində əsas məqsəd Azərbaycan ədəbiyyatı antologiyasının fransız dilində nəşrinə YUNESKO-nun yardım göstərmək təşəbbüsü olmuşdur. YUNESKO-nun nəşriyyat şöbəsinin rəhbəri cənab Fernando Ainsa və ekspert xanım Anni Brisse ilə aparılan işgüzar söhbətdə Azərbaycan yazıçılarının əsərlərinin dilinə tərcüməsi, YUNESKO ilə AYB-nin arasında əməkdaşlığın genişlənməsi məsələləri də müzakirə edilmişdir.
Avqustun 19-da AYB-nin Natəvan klubunda Almaniyadan gəlmiş ədəbiyyatşünaslarla keçirilən görüşdə Azərbaycan Yazıçılar Birliyinin tarixindən söhbət açıldı. Birliyin nəzdində nəşr olunan qəzet və curnallar haqqında, «milli haqların qorunmasında, ədəbiyyatın şüurlu fəaliyyətində «60-cılar» ədəbi nəslinin böyük rolu» haqqında görüş iştirakçılarına məlumat verildi. Azərbaycanda gedən ədəbi proseslərdə «Azərbaycan», «Qobustan», «Ulduz» curnallarının rolunu xüsusilə qeyd edən İ. Hüseynov, Anar, F. Qoca, Ə. Əylisli, Y. Səmədoğlu, M. İbrahimbəyov, R. İbrahimbəyov, İ. İsmayılzadə, Ə. Salahzadə yaradıcılıqları haqqında danışdılar.
Sentyabrın 23-də Avstriya Federal Nazirliyinin Nümayəndəsi dr. H. Gürer və Avstriya Ədəbiyyat cəmiyyətinin prezidenti M.Qruber ilə keçirilən görüşdə Azərbaycan Yazıçılar Birliyinin adından qonaqları salamlayan Anar yeni yaranacaq Avstriya-Azərbaycan ədəbi əlaqələrinin inkişafında bu görüşün mühüm rol oynayacağına ümidvar olduğunu bildirdi. Ədəbiyyat cəmiyyətinin prezidenti xanım M.Qruber Avstiryada Azərbaycan ədəbiyyat antologiyasının nəşrini nəzərdə tutulduğunu və bu işdə Birliyin köməyinə duyduqları ehtiyacı söylədi. Görüşdə Mədəniyyət fondunun sədri Kamal Abdulla Mədəniyyət fondu ilə Avstriyada «oxşar ictimai qurumlar arasında mədəni əlaqələr yaratmaq və birgə tədbirlər keçirmək istəklərini» söylədi.
1998-ci ildə uşaq ədəbiyyatının problemlərinə dair keçirilən müşavirəni Anar açaraq Azərbaycan Yazıçılarının bu sahənin son illərdə inkişafına xüsusi diqqət yetirdiyini, uşaq ədəbiyytı üzrə bölmənin fəallığını qeyd etdi və bölmənin rəhbəri Əli Səmədl, Qara Namazov öz çıxışlarında uşaq ədəbiyyatının inkişafında yaranan mürəkkəb vəziyyəti, müstəqillik yoluna qədəm qoymuş ölkəmizin yazarlarının qarşısında qoyduğu vəzifələrin, problemlərin uşaq ədəbiyyatı yönümündə də aradan qaldırılması yollarının, qazandığımız uğurlarla yanaşı nöqsanlarımız, çətinlikləri qeyd etdi.
Hələ 1992-ci ildə sentyabr ayında ölkəmizdə gərgin bir şərraitdə, müharibənin getdiyi bir vaxtda, eyni zamanda daxili ziddiyyətlərə dolu bir vaxtda, «mətbuat döyüşləri səngimək bilmədiyi bir vaxtda» Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatının problemləri ilə bağlı keçirdiyi konfransdan bu günə qədər vəziyyətin gərginləşdiyi göz qabağında idi. Uşaqlar üçün yazıb-yaradan şair və nasirlərimizin vəfatı, bir qisminin ölkədən çıxıb getməsi, bir yandan əlifba islahatı bütün bunlar 1998-ci ilə qədər 7-8 il ərzində uşaq ədəbiyyatını ağır vəziyyətə salmışdı. Uşaq ədəbiyyatının inkişafına mane olan səbəblərdən biri kimi kitab çapı probleminin olması, dövlətin kitab çapına maddi vəsait ayıra bilməməsi, özəl nəşriyyatlarda kitab çap etdirmə əngəlləri, imkanı olmayan yazıçı və şairlərin əsərlərinin yığılıb qalması, imkanlı istedadsız əsərlərin mətbuata yol alması, dəyərsiz bədii əsərlərin çoxalması məruzəçilərin məruzəsində əsas yer tuturdu. Məruzəçi Qara Namazov uşaq ədəbiyyatımızın tarixini, milli-bədii dəyərləri, çar müstəmləkəçiliyi dövründə yalnız səs üsulu ilə tədris imkanı olarkən el-el gəzib xalq ədəbiyyatı nümunləri toplayan, şərq kəlamlarını seçib uşaqlara çatdıran Abdulla Şaiq, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir, Firidun Köçərli, Rəşidbəy Əfəndiyev kimi sənətkar və ziyalıların fəaliyyətini yada saldı, bu işin sovet dövründə də davam etdirildiyini, uşaq ədəbiyyatının inkişafında və zənginləşməsində əhəmiyyətini vurğuladı, T. Elçinin, Z. cabbarzadənin, X. Əlibəyli, E. Ağayev, M. Aslan, T. Mahmud, Ə. Kərim, Ə. Səmədli, M. Namaz və başqalarının rolunu qeyd etdi və buna da iradını bildirdi ki, feodalizm, kapitalizm dövründə yaranmış əsərləri çap etdirdiyimiz kimi, sovet dövrünün mütərəqqi ənənələrini özündə əks etdirən əsərlərin də nəşri mütləq lazımdır. Uşaq ədəbiyyatının təkcə şeir və hekayələr olmadığını, tariximizi, milli -mənəvi dəyərlərimizi öyrənmək, dünyəvi bilikləri artırmaq üçün elmi-kütləvi və publisist kitabların da rolunu xüsusi olaraq qeyd etdi. Azərbaycan Ensiklopediyasının buraxdığı üç cildlik Uşaq Ensiklopediyasını, 23 adda latın qrafikası ilə kitabları, «Gənclik» nəşriyyatının «Sərkərdələr və xaqanlar» seriyasından buraxdığı bir sıra kitabların əhəmiyyətini xatırlatdı. Qara Namazov uşaq ədəbiyyatının elmi araşdırılması, tədrisi problemlərini, son illərdə bəzi yazıçıların yaradıcılığına dair yazılan dissertasiyaları, 8-ci sinfə qədər dərsliklərin tərtibində uşaq ədəbiyyatı materialları seçilərkən uyğun mətnlərin seçilməsi, aydın ideyalı, bədii keyfiyyəti yüksək dərsliklərin hazırlanması üçün AYB-nin Təhsil Nazirliyi və Prezident Aparatının nümayəndəsinin iştirakı ilə «Uşaq ədəbiyyatı və yeni nəslin tərbiyəsi» mövzusunda tədbirin keçirilməsinin vacibliyi təklifini irəli sürdü. Əzizə Əhmədova uşaq ədəbiyyatı kitabxanasının vəziyyətini yada saldı, kril-latın əlifbası məsələsinin yaratdığı çətinlikləri, kril əlifbası ilə oxumağı uşaqların «yadırğaması», ingilis dili ilə yanaşı, rus dilinə də diqqəti bir qədər artırmağı, rusların zəngin uşaq ədəbiyyatının bir qisminin dilimizdə kril əlifbası ilə mövcudluğunu, uşaqların bundan yararlanması üçün kril əlifbalı rus dilinin tədrisini azaltmamağı məqsədə uyğun olduğunu bildirdi.
Digər iştirakçılar da uşaq ədəbiyyatıyla bağlı bir sıra məsələləri yada saldı. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yekun nitqində yazıçılarla yanaşı onlardan asılı olmayan qlobal problemlərin də olduğunu, gənc nəslə münasibətdə valideynlərin də rolunu, televiziya, video, kompüter-«vizyal mədəniyyətin» ədəbiyyatı getdikcə sıxışdırdığını, valideynlərin bu «labüd təsiri nəzarətdə saxlaya, tənzimləyə» bilməsi, yazılı ədəbiyyata uşaqlarda marağı artırmalı olduqlarını, «bu baxımdan problemlərin ardıcıllığında dörd pillə «qeyd olunduğu bildirildi: «Birinci yazmaqdır, bu, tam bizdən asılı problemdir. Uşaqlar üçün maraqlı, gərəkli, istedadla yazılmış ədəbiyyat yaratmaq gərəkdir. İkinci problem-çap olunmaqdır, bu, bizdən qismən asılıdır. Yazıçılar Birliyi əvvəlki kimi, kitab siyasətinə təsir imkanına malik deyil, nəşriyyatların fəaliyyəti azaddır. Amma bizim orqanlarımız, toplularımız var, burda uşaq səhifələri ayırmaqla biz bu sahənin qayğısına qala bilərik. Üçüncü kitab satışı problemidir. Bu artıq bizdən asılı deyil. Biz yaxın zamanlarda təhsil nazirimiz Misir Mərdanovu bura dəvət edə bilərik, problemlərimizi bölüşərik və yəqin ki, bu məsələdə də müəyyən nəticələr əldə etmək olar. Dördüncü problem oxutdurmaq, oxucu problemidir. Burada da müəllimlər və valideynlərlə səyləri birləşdirməklə fəaliyyət göstərə bilər, xüsusən keçid dövrü üçün tədbirlər planı hazırlamaq olar...». Bütün bu məsələləri qaldıran Azərbaycan Yazıçılar Birliyi uşaq ədəbiyyatının inkişafında qoyduğu problemlərin həlli üçün araşdırdığı yolları gündəmə gətirməklə ədəbiyyatın vətəndaşın, cəmiyyətin inkişafında oynadığı rolu düzgün qiymətləndirdiyi, öz fəaliyyəti ilə həm xalqımızın yüksək tarixi, milli-mənəvi dəyərlərini yaşatmaq, həm də dövlətimizin inkişaf etdirilməsi, yüksək elmi, bədii təfəkkürə malik gəncliyin inkişafı üçün üzərinə düşən məsuliyyəti hiss etmək, öz işi ilə xalqa, dövlətə xidmət yönümündə işinin qurduğunu sübut etmiş olur.
Azərbaycan Yazıçılar Birliyi həmişə dünyanın humanist sənətkarlarını hörmət və ehtiramla yad edib. 2000-ci ilin yanvar ayında Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Rumuniya-Moldova ədəbiyyatının klassiki Mixail Emineskunun 150 illiyi ilə bağlı keçirilən xatirə gecəsində gecəni giriş sözü ilə açan Anar Emineskunun həyat və yaradıcılığını əks etdirən tədbirlərin YUNESKO-nun xətti ilə keçirildiyini, son dövr ədəbi əlaqələrimizin yaxşılaşmasında belə gecələrin əvəzsiz rolunu qeyd etdi. Ruminyanın ölkəmizdəki səlahiyyətli səfiri Təhsin bəy camal 39 il yaşamış, adı ölümündən sonra əbədiləşdirilmiş, Nizami, Füzuli, Nəsimi qədər M. Emineskunun da rumın-moldav xalqı üçün böyük ədəbi şəxsiyyət olduğunu xatırlatdı. AYB həmişə dünya xalqların ilə ədəbi-mədəni əlaqələr sahəsində müstəsna xidmətlər göstərmişdir. Rumıniya-Moldova əlaqələrinin inkişafında rolu da müstəsnadır.
İyulun 28-də AYB-nin üzvi, Almaniyada yaşayan, ədəbi-mədəni əlaqələrimizin inkişafında böyük xidmətləri olan Simax Şeyda ilə keçirilən görüşündə İsrail-Azərbaycan ədəbi-mədəni əlaqələrimizin inkişafındakı əhəmiyyətli rolu vurğulandı. Azərbaycan və Qafqazdan köçən dağ yəhudilərinin İsraildəki həyatı haqqında məlumat verən Simax Şeyda İsrail Yazıçılar İttifaqının nəzdində yazıçılar təşkilatı olduğunu, Dağ Yəhudiləri Yazıçılar Birliyinin katibi kimi fəaliyyət göstərdiyini bildirməklə yanaşı, Azərbaycan ədəbiyyatının İsraildə təbliği sahəsində əlindən gələni əsirgəməyəcəyini bildirdi. Nəşr etdirdiyi «Şirvanlı qız» kitabına Azərbaycan və dağ yəhudilərinin dilində yazdığı şeirləriylə yanaşı tərcüməsində 22 qələm sahibimizin də əsərlərini daxil etmişdir. Simax Şeyda Azərbaycanda doğulmuş, ədəbi mühitimizdə yaxşı tanınmış şairdir. Onun uşaq şeirləri, mənzum nağıllları, uşaqlar üçün yazdığı 5 mənzum pyesi rəğbətlə qarşılanmış, «Təyyarə» (1964), «Mən balaca kosmanavtam» (1967), «Yaxşı qız» (1979), «Tülkü, tülkü, tünbəki» (1989) kütləvi tiraclarla nəşr olunmuşdur. İsrailə, oradan da Almaniyaya gedən şair Azərbaycan ədəbi mühiti ilə daima əlaqə saxlayır. Şairin «Qəzəllər» (2006), «Məndən istər hər gözəl yar qəzəllər»(2007), «Sevdalı gözlər» (2008), yəhudi dilində «Məhəbbət qəzəlləri», «Mahnılar» kitabları Azərbaycan oxucularına da yaxşı tanışdır.
2001-ci ilin martın 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda əslən İraqın türkman elindən Kərkük bölgəsindən olan şair, yazar, araşdırıcı Dünya Gənc Türk Yazarlar Birliyinin başqan yardımçısı, Türkman cəbhəsinin koordinatoru Şəmsəddin Kuzəçi ilə görüşdə respublikanın ədəbi-mədəni ictimaiyyəti, gənclər təşkilatının üzvləri, həmçinin kütləvi informasiya vasitələri nümayəndələri də iştirak edirdi. İraq- Azərbaycan ədəbi-mədəni əlaqələrinin yaradılmasında, möhkəmləndirilməsində R. Rza, B. Vahabzadə, Q. Payaşev kimi alim və yazarların rolunu yüksək dəyərləndirən Şəmsəddin Kuzəçi özünün fəaliyyətindən gənc bir alim kimi «ərəb türkmanlarının kültürünün, sənətinin, ədəbiyyatının, dilinin, folklorunun, maarifinin qorunması və inkişafı yolunda» gördüyü işlərdən, son illər türkman Azərbaycan ədəbi mədəni əlaqələrinin inkişafında Q. Paşayevin, Anarın, İntiqam Qasımzadənin, Abbas Abdullanın, Ayaz Vəfalının rolunu xüsusilə qeyd etdi.
2001-ci ilin oktyabr ayında Türk Törə Ocağı ilə birlikdə türk dünyasının böyük oğlu, alim, filosof Ziya Göyalpın anım günü keçirildi. Tədbiri şair Abbas Abdulla açaraq Ziya Göyalpın həyatı, mübarizəsi haqqında «milliyyətçilik tarixi və türklük şüurunun oyanmasında» onun rolundan, «böyük alim və ideoloqun Mustafa Kamal Atatürklə silahdaşlığından» söz açdı. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar öz çıxışında Ziya Göyalpın xatirəsinə həsr olunmuş bu əlamətdar gecəni dəyərləndirdi, qədim türk yazılı abidələrindən bu günə qədər «türk xalqında milli şüur əlamətlərinin bariz olduğuna diqqəti cəlb edərək, X1X əsrdən M.F. Axundov, Namiq Kamal, Şinasi və digər öndərlərin fəaliyyəti nəticəsində bunun milli hərəkata çevrilməsindən, türkçülüyün bir fikir cərəyanı kimi formalaşmasında Əlibəy Hüseynzadənin, Ziya Göyalpın əvəzsiz xidmətlərindən söz açdı. Ə. Hüseynzadənin ilk dəfə formulə edib, Ziya Göyalpın «Türkçülüyün əsasları»nda irəli sürdüyü məşhur «türkləşmək, islamlaşmaq, müasirləşmək» üçlü düsturunun digər iki tərəfini unutmadan bu gün məhz müasirləşmək məqamının xüsusən vacibliyini vurğuladı. Mustafa Kamal Atatürkün məhz bu yolla xalqını dünya xalqları sırasına çıxardığını, maarifçiliyin bu gün də vacib olaraq qaldığını söylədi. Ziya Göyalpın əsərlərinin nəşri və təbliğinin gərəkliyini, bu yolda bizə dəstək olacağını bildirdi». Elxan Qaraxanlı alimin keçdiyi yolu, nəzəriyyəsinin mahiyyətini, ümumi prinsiplərini şərh etdi, Ramiz Əsgər onun əsasını qoyduğu türkçülüyün bugünkü parametrlərindən danışdı. Alimlərimizdən E. Əlibəyzadə, Mürsəl Həkimov, gənc türkcü Nevzalı Əliyev çağdaş türkçülüyün aktual problemlərindən söhbət açdı.
2002-ci ilin fevralında Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Qarabağ müharibəsinn iştirakçısı, bu mövzuda çoxlu sayda məqalələr müəllifi, latviya curnalisti, «Həmdərd» («Sostradanie») kitabının müəllifi Tatyana Çaladze ilə keçirilən görüşdə birliyin sədri Anar Pribaltika-Latviyada yaşasa da Azərbaycana gəlib Qarabağ döyüşlərində iştirak edib hər şeyi öz gözləri ilə görüb əsil həqiqətləri dünyaya bəyan etmək istəyən Tatyana Çaladzenin ermənilərin Qarabağla bağlı tarixi saxtalaşdırdıqlarına dair onlarla məqalələr həsr etmiş oduğunu, onun Latviya Xalq cəbhəsinin fəalı kimi humanist fəaliyyətini yüksək qiymətləndirdi. Onun faktlarla zəngin «Həmdərd» kitabının Avropa Şurasının tədbirlərində iştirakçılara paylanmasının vacibliyini qeyd etdi. «Qloballaşma dövründə Pribaltikadan gəlmiş, millətcə latış olan, gürcü soyadını daşıyan, rusca Ermənistan-Azərbaycan münaqişəsindən yazan curnalistə daha çox inanarlar»-deyən Çingiz Abdullayev bir milyona yaxın qaçqın və köçkün adından Azərbaycan xalqının minnətdarlığını bildirdi.
AYB-nin Birinci katibi Fikrət Qoca müəllifə öz minnətdarlığını bildirdi və əksər mətbu orqanlarda Azərbaycan haqqında qərəzli yazıların baş alıb getdiyi bir vaxtda əsl həqiqəti işıqlandırmağı özünün vicdani borcu bilən Tatyana Çaladzenin «əsl həqiqət döyüşçüsü» olduğunu, «münaqişənin, hadisələrin kökünü taparaq» göstərdiyini dəyərləndirdi.
Tədbirdə iştirak edənlər- Milli Məclisin Beynəlxalq Əlaqələr Komissiyasının sədri Səməd Seyidov, Bakı Dövlət Universitetinin müəllimi Pərvanə Məmmədli, millət vəkili Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, şair Zahid Xəlil, Fəridə Əsgərova, Aygün Həsənoğlu, Elmira Axundova, Gennadi Salayev və başqaları Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış Tatyana Çaladzenin hünərindən, yazdığı obyektiv kitabların, məqalələrin dəyərindən söhbət açdı. Tatyana Çaladze Azərbaycan xalqının «sərhədsiz kədərinin bələdçisi» olduğunu, üzərində işlədiyi «Üçüncü minilliyin soyqırpımı salnaməsi» adlı layihə üzərinə çalışdığını, burada «bədənində güllə yarası gəzdirən qaçqın uşaqların Azərbaycanlılara qarşı soyqırımın aparılması faktını təsdiqləyən əsl canlı sübut olduğunu ürəkağrısı ilə» qeyd etdi və Avropa insan Haqları Məhkəməsinə ermənilərin vəhşilikləri ilə bağlı müraciət edəcəyini, əvvəl-axır həqiqətin qalib gələcəyini, ermənilərin Azərbaycan xalqına qarşı apardığı mənəvi, maddi psixoloci zərbələrinə görə dünya ictimaiyyəti qarşısında vəhşi əməllərinə görə cavab verəcəklərinə inandığını bildirdi.
Fevralın 16-da Azərbaycan Yazıçılar Birliyinin MEA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi türk dünyasının böyük sənətkarı Nazim Hikmətin 100 illik yubileyini qeyd etdi. Ədəbi-mədəni itimaiyyəti, nizamisevərləri, Türkiyə respublikasından gəlmiş qonaqları muzeyin direktoru İsrafil İsrafilov salamladı, Nazim Hikmətin həm Türkiyə, eləcə də Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğuladı: «Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza respublikamızın hər guşəsində oxunduğu, sevildiyi tək Nazim Hikmət də sevilir, şeirləri dillər əzbəridir».
Azərbaycan-Türkiyə Dostluq cəmiyyətinin və Respublika Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, Anar YUNESKO-nun qərarı ilə bütün dünyada qeyd olunan Nazim Hikmətin yubileyinin Azərbaycanda geniş şəkildə qeyd olunmasını türk dünyasının böyük sənətkarına xalqımızın hörmət və ehtiramı, onun böyük sənətkar kimi tanındığı ilə bağladı: «Mən Türk dünyasını Dədə Qorqudsuz, Füzulisiz, Yunis İmrəsiz təsəvvür edə bilmədiyim kimi, Nazim Hikmətsiz də təsəvvür edə bilmirəm».
Arif Məlikov, yazıçı-tədqiqatçı Aqşin Babayev, İstanbul Şəhər Bələdiyyəsi Kültür İşləri bakanı Şenal Dəmiröz, xalq yazıçısı H. Abbaszadə, AYB-nin katibi, xalq şairi F. Qoca, f.e. d. Fəridə Vəlixanlı, profesor Rəfael Hüseynov, N. Həsənzadə, Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çevikgöz çıxışlarında Nazim Hikmətin ədəbi-bədii yaradıcılığı haqqında danışdılar.
AYB- nin Gəncəbasar bölməsində də Nazim Hikmətin yubileyi geniş şəkildə qeyd edildi. Yazıçı Altay Məmmədovun «Nazim Hikmət Gəncədə» adlı kitabı təqdim olundu. Nizami yurduna Nazim Hikmətin səfərlərini əks etdirən bu dəyərli xatirə-povestin məziyyətləri açıqlandı. Onunla Gəncədə görüşən Aydın Murovdağlı, Nüşabə Məmmədli Nazim Hikmətin Gəncəylə bağlı xatirələrindən söhbət açdılar, onun türk, eləcə də dünya ədəbiyyatının inkişafında xidmətlərini dəyərləndirdilər.
Noyabrın 27-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şairin 100 illiyi münasibəti ilə «Günəşi içənlərin türküsü» (tərtib edən, Qədir İsmayıl, «Azərbaycan», 2002) adlı kitabın təqdimat mərasimi keçirildi. Kitaba ön söz yazan Anar 2002-ci ilin YUNESKO tərəfindən «Nazim Hikmət» ili elan olunduğunu, bununla bağlı Azərbaycanda da Nazim Hikmət irsinin təbliği ilə bağlı komissiyanın çox işlər gördüyünü, şairin öz əsərlərindən seçmələrin, eləcə də ona həsr olunmuş şeir, poema və məqalələrin toplusundan ibarət kitabın işıq üzü görməsini, Nazimsevərlərə yeni bir ərmağan kimi dəyərləndirdi. Türkiyə Respublikasında Nazim Hikmətlə bağlı keçirilən tədbirlərin iştirakçısı Anar onun həm Türkiyə, həm də Azərbaycanda sevilən böyük sənətkar olduğunu bildirdi. Eyni zamanda şairin kitabının nəşr problemlərini öz üzərinə götürən «Azərbaycan» nəşriyyatının direktoru Nazim İbrahimova öz təşəkkürünü bildirdi. Türkiyənin Azərbaycandakı böyük elçisi Əhməd Ünal Çeviköz özünü öz doğmaları içərisində hiss etdiyini, kitabını türk dünyası üçün çox dəyərli olduğu bildirdi. Xalq şairi Qabil, Nazim Hikmətlə bağlı keçirilən tədbirlərin iştirakçısı Aqşin Babayev N. Hikmətlə bağlı xatirələrini, mərasimin əvvəlində səsləndirilən lent yazılarının da onun şəxsi fonotekasından götürüldüyünü söylədi. F. Qoca, N. Həsənzadə, F. Sadıq, V. Səmədoğlu, R. Rövşən, A. Abdulla, N. Kəsəmənli, N. Gün şairlə bağlı xatirələrini söylədilər. Maraqlı keçən təqdimat mərasimi AYB-nin sədri Anarın N. Hikmətlə bağlı Türkiyə cümhuriyyətinin prezidentinə və Böyük Millət Məclisinə ünvanlanmış müraciəti ilə yekunlaşdırıldı. Müraciətin mətni tarixi bir sənəd kimi dəyərlidir: «
Sayın Əhməd Necdət Sezər.
Türkiyə cümhuriyyəti cümhürbaşkanı,
Sayın Rəcəb Teyyub Ərdoğan,
Ədalət və İnkişaf Partiyası Başkanı,
Sayın Abdulla Gül
Türkiyə Başkanı.

Sayın cümhurbaşkanı,
Sayın Ədalət və İnkişaf Partiyası Başkanı,
Sayın Başbakan.
Türkiyə cümhuriyyəti vətəndaşlarının səs çoxluğuyla iqtidara gəlmiş 58-ci hökumətin qurulmasını ürəkdən, candan təbrik edirik. Böyük Atatürkün təməl prinsiplərinə dayanan, milli və dini dəyərlərimizi qoruyan, demokratiya və dünyəvilik yolunda dönmədən irəliləyən Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsini uca Tanrıdan təmənna edirik.
Yüksək şəxslərinizə də bəllidir ki, 2002-ci ildə dünya xalqları XX yüzilin ən böyük şairlərindən biri olan Nazim Hikmətin 100-cü doğum ilini bayram edir. «Günəşi içənlərin türküsü» adlı ilk şeirlər kitabı 1928-ci ildə Bakıda basılan Nazim Hikməti məmləkətimizin, yeni Azərbaycanımızın ən uzaq guşələrində belə sevirlər, sayğıyla, rəhmətlə anırlar. Bu sevincin, sayğının səbəbləri var, şübhəsiz. Sovet dönəmində türklüyümüz yasaq edildiyi bir zamanda Bakıya gələrkən böyük şair «ben Türküm, sizler de türksünüz, dilimiz bir, geleneklerimiz birdir» deyirdi. O zamanlar Sovetlər Birliyində bir kimsə Nazim qədər Türklüyün, Türk birliyinin, türk dilinin təbliğini aparmırdı və aparmazdı da. Belə ki, Moskva bir yandan Sovetlərdə türklərin varlığını inkar edirdi, o biri yandan Türkiyənin təbliğini, bir sözlə, Türkiyəyə sevgini, simpatiyanı yasaq etmişdi. Belə bir zamanda Nazim Hikmət biz sovet türkləri üçün Türkiyənin simvolu idi, rəmziydi. Türkiyə həsrəti içində çırpınan insanlarımıza qucaq açan canlı bir Türkiyə idi.
Nazim Hikmətin məmləkətdən fərar edib Moskvaya sığınması və kommunistliyi onun Türkiyə Vətəndaşlığından çıxarılmasına səbəb olmuşdur. Tarixdən bəllidir ki, Ziya Paşalar, Namiq Kamallar da bir çox nədənlər üzündən məmləkəti tərk etmişlər, mühacir olmuşlar. Onların bu gün Türkiyədə sayğıyla anılmasını sizlərə xatırlatmağa gərək yox. Digər tərəfdən, bu gün Türkiyədə Kommunist partiyası yasaq deyildir, bu partiya seçimlərə belə qatılır, az da olsa, səs qazanır...
Mühacir Nazim, kommunist Nazim Türkiyə vətəndaşlığından çıxarılmış. Bəli, yanılmayan bir Allahdır, Nazimin yanlış yolda olduğunu bu və ya digər şeirini örnək göstərərək, isbatlayırlar Türkiyəli sənət dostlarımız. Bizim -yəni əski Sovet mühitində dünyaya gəlmiş yazarların qəti qənaəti budur ki, Türk Nazim, Türkiyəli Nazim Kommunist Nazimdən çox-çox yüksəkdə idi və o yurdunu, millətini sevən bir sənətçi idi. Qurtuluş savaşının tərənnümçüsü idi. Bizlər onu belə sevdik.
Bu gün adında ədalət kəlməsi olan bir partiyanın iqtidarda bulunduğu bir zamanda Nazim Hikmətin Türkiyə vətəndaşı olduğunu etiraf etmək, dünya ictimaiyyətinə elan etmək yalnız böyük şairin ruhuna deyil, bütün Nazimsevərlərə sayğının təzahürü olar, Türkiyə cümhuriyyətində gerçəkdən də Ədalətin zəfər çaldığını təsdiqləyərdi.
Azərbaycan yazarlarının bu istəyinə diqqətlə yanaşacağınıza və onu gerçəkləşdirəcəyinizə ümid edirik.
Dərin sayğılarımızla.
Azərbaycan yazarları adından Yazıçılar Birliyinin sədri, millət vəkili, milli məclisin Azərbaycan-Türkiyə qrupunun başçısı, Azərbaycan-Türkiyə Dostluq cəmiyyətinin sədri
Anar Rəsuloğlu».
Fevralın 11-də Azərbaycan Yazıçılar Birliyi və Yeni Yazarlar və Sənətçilər Qurumu Natəvan klubunda 21-fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə ana dili və cəmiyyət, milli-mənəvi problemlərə toxunuldu. Dilimizin-Azərbaycan türkcəsinin qarşılaşdığı maneələri xatırladan Abbas Abdulla dilimizin yad təsirlərdən qorunmasının vacibliyini söylədi. Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Əbilov, AYB-nin əməkdaşı Fikrət Sadıq, Əli Səmədli, Curnalistlərin Həmkarlar İttifaqının sədri Azər Həsrət, Oqtay Rza və başqaları çıxışlarında dilimizin müasir durumu ilə bağlı fikirlərini, ekran və efirlərdə, bir sıra reklamlarda əcnəbi dillərdən gələn yadmənşəli sözlərin dilimizdə gen-bol işlənməsinin ziyanlarını vurğuladılar, bir sıra təkliflər irəli sürdülər. Fikrət Sadıq çıxışında qeyd etdi ki «ana dilimizin taleyi hamımızı düşündürməlidir. İmperiya dövründə ruscanın, indi isə ingiliscənin Azərbaycan türkcəsinin inkişafına mane olduğunu, qəzet və curnalların, aparıcı KİV orqanlarının adının ana dilimizdə olmadığını» xatırlatdı və bildirdi ki, «Bakı şəhərinin küçələrindəki reklam və elanların çoxunun mətni əcnəbi dillərdədir. Elektron informasiya vasitələrinin əksəriyyətinin adlarının ingiliscə olduğunu, oradakı aparıcıların nitqlərində dilimizin korlandığını, mahnı mətnlərindəki ifadələrin mənasızlığını söyləyən natiq ana dilimizin işlənməsi və qorunmasının vacibliyini iştirakçıların nəzərinə çatdırdı».
2002-ci ildə martın 22-də Güney Azərbaycanı Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqani ilə keçirilən görüş Novruz bayramı ərəfəsinə təsadüf edir. Və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar güneyli-quzeyli azərbaycanın bir-birindən həm mənən həm də cismən heç zaman ayrılmadığını, hər iki tərəfin ziyalılarının- bötöv Azərbaycan amalına xidmət edənlərin qəlbində Vahid bir Azərbaycan yaşadığını, onların birliyi ideyasını tərənnüm etdiklərini, AYB-nin bu sahədəki məqsədyönlü fəaliyyətini, ölkədə gedən mədəni quruculuq işləri, prezident Heydər Əliyev başda olmaqla hakimiyyətin ədəbiyyata qayğısını dilə gətirən yazıçı bu sahədə əldə edilməkdə olan müvəffəqiyyətlərimizlə qurur duyduğunu bildirdi. Doktor Çöhrəqani Azərbaycanın tarix, mədəniyyət, kültür, ədəbiyyat sahəsində millətlər içində öz yeri olduğunu söyləməklə yanaşı, iran, rus imperiyalarının «türklərin tədqiq edilməli, çapa getməli min illik ədəbi-bədii, elmi-mədəni irsini dəyişməyə, məhv etməyə» imkan tapdıqlarını təəssüf hissi ilə bildirir: «nə cür istəyirlərsə, o cür də bizim tariximizi yazırlar, nə cür bəyənirlərsə, o cür də bizim coğrafi vəziyyətimizi dəyişirlər. Adımızı dandılar, dilimizi dandılar, dandılar. Bizi çöldə qalmış, məramsız, proqramsız , savadsız bir millət kimi tanıtdırmaq istədilər. İran ədəbiyyat tarixi kitablarında dilimiz, ədəbiyyatımız türk şair və yazıçıları barədə bir kəlmə də olsa yazmırlar. Amma bizimkilər sənədli sübut və tarixi dəlillərlə onlara cavab verir ki, Azərbaycanın tarixi min millərlə ölçülür, deməli azərbaycanlıların dili, ədəbiyyatı, mədəniyyəti də qədimdir, uludur». Hüseyn Abbaszadə, Qabil, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Atatürk mərkəzinin rəhbəri prof. Nizami cəfərov, YB-nin katibi Fikrət Qoca, Arif Əmrahoğlu, Ayaz Vəfalı, İsveçrədə fəaliyyət göstərən «Savalan» cəmiyyətinin sədri Mahmud Bilgin çıxış edərək o taylı bu taylı Azırbaycan arasındakı mədəni, ədəbi əlaqələrə, xalqın mənən bütövlüyünə, mədəniyyət, dil, təfəkkür, milli şüur və ümummilli məsələlərlə bağlı problemlərə toxundular. Dil və düşüncə birliynin möhkəmləndirilməsi üçün Güney Azərbaycanında ana dilimizdə qəzet və curnalların nəşrinin genişləndirilməsi, ana dilmizin məktəblərdə tədrisinə nail olmaq üçün mühüm işlər görülməsinin vacibliyi diqqətə çatdırıldı.
Dünyanın hər yerində olduğu kimi aprelin 2-də Azərbaycan Yazıçılar Birliyində Beynəlxalq Uşaq Ədəbiyyatı günlərinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə uşaqlar üçün yazıb yaradan şairlər, nasirlər, gənc yazarlar, nəşriyyat və kitabxana işçiləri, KİV nümayəndələri də iştirak edirdi. Məclisi xalq şairi, AYB-nin Birinci katibi Fikrət Qoca açdı. O, yazıçılar Birliünin sıralarında çox istedadlı uşaq ədəbiyyatı yaradıcılarının olduğunu bildirdi: «Bizim ən istedadlı yazıçılarımız, klassiklərdən başlamış bu məclisdə iştirak edən qələm sahiblərinə qədər hamısı balacalar üçün gözəl, dəyərli əsərlər yazmışlar» -deyən şair uşaq ədəbiyyatının qarşılaşdığı problemlərin müzakirəsini də aktual bildi.
Uşaq ədəbiyyatı bölməsinin rəhbəri Əli Səmədli YUNESKO-nun qərarı ilə qeyd edilən bu yaddaqalan günün tarixi əhəmiyyətindən danışdı. O gün uşaq evləri, məktəblər, balacalarla görüşə gedən şair və nasirlərin uşaqların maraqlı suallarına cavab verdiklərini, bu ənənənin nədənsə son illərdə unudulduğunu, balacalara diqətin azaldığını bildirdi. Digər natiqlər də uşaq mətbuatının uğur və problemlərinə toxundu. Aydın Əbilov «uşaq ədəbiyyatının, ölkədəki dövlət büdcəsindən maliyyələşən uşaq mətbuatının uğur və problemləri barədə məlumat verdi. O çağdaş dövrün texniki -intellektual nailiyyətlərindən bəhrələnərək, həllinə üstünlük verməyi məqsədəuyğun hesab etdiyini bildirdi. İnternetdə milli uşaq ədəbiyyatı səhifəsinin yaradılmasının, uşaqlar üçün ana dilimizdə kömpüter oyunlarını hazırlanmasının, yeni fantastik əsərlərin yazılmasının, yaşları nəzərə alınaraq uşaq kitablarının nəşrinin aktuallığından» danışdı və bu məsələlərin həllinin vaxtı gəlib çatdığını söylədi. İclasda iştirak edən natiqlər eyni zamanda uşaq ədəbiyyatı problemlərinin həlli ilə bağlı fikirlərini söylədilər. Çıxışlarda uşaq ədəbiyyatı əsərləri nəşr edən nəşriyyatlara güzəştlərin verilməsi, dövlət kreditlərinin ayrılması, latın əlifbasına keçidlə bağlı yaranan çətinlikləri aradan qaldırmaq üçün orta məktəblərdə kiril əlifbasının da öyrədilməsi, uşaqların kiril əlifbasıyla nəşr olunan kitabları oxuması imkanlarını artırmaq, klassik və yeni yazarların uşaq ədəbiyyatı nümunələrinin latın əlifbası ilə nəşri və bu kimi problemlərin həllinə kömək edən əlaqədar dövlət təşkilatlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masaların keçirilməsi və s. təkliflər irəli sürüldü.
Aprelin 11-də Türk Xalqları Folklor Araşdırmaları başçısı İrfan Nəsrəddinoğlu ilə keçirilən görüşdə türk dünyası mənəvi irsini toplamaq, tədqiq etmək və təbliği sahəsindəki xidmətlərini yüksək dəyərləndirən Azərbaycan Yazıçılar Birliyi onu fəxri üzvü seçdi.
Aprelin 23-də ölkəmizdə keçirilən Rusiya federasiyası mədəniyyəti günlərinin bir qrup iştirakçısı ilə görüş keçirildi. Məclisi Anar açaraq tanınmış rus yazıçı və şairlərini salamladı. «Aryon» poeziya curnalının baş redaktoru Aleksey Alyoxin, «Voprosi Litreaturı» cürnalı redaksiya heyətinin üzvü Tatyana Beki və «Antibuker» ədəbi mükafatı laureatı Maksim Amelini salamladı. Anar müəllim iki ölkə arasındakı ədəbiyyyatın durumunu, ölkəmizin qarşılaşdığı mübaribə problemini, torpağımızın 20%-nin düşmən işğalına məruz qaldığını, qaçqın və köçkünlərin ölkəmizdə yaratdığı problemləri, Rusiyada bazar iqtisadiyyatına keçidlə bağıl meydana çıxmış problemləri dilə gətirdi, ədəbiyyatımız arasında əlaqələrin yenidən güclənməsi məsələsinin vacibliyini qeyd etdi. Anar və A. Alyoxin ölkəmizin ədəbi təşkilatları, ədəbi nəşrləri barədə, ədəbiyyatlarımız arasındakı əlaqələri genişləndirmək, qarşılıqlı bədii tərcümə sahəsinə diqqəti artırmaq ehtiyaclarından danışdılar. Görüş iştirakçıları birgə ədəbi əməkdaşlıq barədə mülahizələrini söylədilər.
Azərbaycan Yazıçılar Birliyi məktəblərlə sıx əməkdaşlıq edir, görüşlər keçirir, uşaqlarla, idarə və müəssisələrindəki əmək adamları ilə keçirdikləri görüşlər vasitəsilə ədəbiyyatımızın inkişafı, yayılması sahəsində fəaliyyətlərini uğurla davam etdirirlər. 2002-ci il aprelin 24-də Hüseyn cavid adına 132 saylı məktəbdə keçirilən «Hekayə günü» şagird və müəllim kollektivinin yaddaşında uzun illər qalacaq. Gülhüseyn Hüseynoğlu, Yusif Kərimov, Qılman İlkin, Əli Vəkil, B. Bərdəli, Atababa İsmayıloğlu yazdıqlarI hekayələrdən nümunələr oxudular. Məktəbin direktoru Aliyə Təhmasib məktəbin müəllim və şagird kollektivinin yazıçılarla görüşünün oyatdığı təsiri yüksək qiymətləndirdi. Adətən poeziya günləri həmişə keçirilir, gənc nəslin nəsr əsərlərinə də maraq oyatmaq cəhətdən belə görüşlərin əhəmiyyəti vardır.
Azərbaycan Yazıçılar Birliyi ədəbi prosesə yenicə qoşulan gəncələrə xüsusi qayğıyla yanaşır. 2002-ci ilin aprelin 30-da bir qrup gənc yazarlarla Azərbaycan Yazıçılar Birliyində keçirilən görüşdə Birliyin sədri Anar, katibləri F. Qoca, A. Əmrahoğlu son illər ədəbiyyata gələn gənclərin yaradıcılığını ölkəmizin ədəbi-mədəni ictimaiyyətinə tanıtdırmaq, onların əsərləri ilə tanış etmək məqsədilə bir çox işlər gördüyünü qeyd etdi: «Ölkə başçısı Prezident Heydər Əliyevin təşəbbüsü ilə gənc yazıçılara verilən altı aylıq Prezident təqaüdü, «Ulduz» gənclik dərgisində cavanların yaradıcılığına geniş yer ayrılması, Birliyin və onun ədəbi orqanlarının gənclər və uşaqlarla bağlı ədəbi mükafatları, həmçinin Respublika Gənclər İdman və Turizm Nazirliyi ilə müştərək illik mükafatların təsis olunması, «Natəvan» klubunda cavanların işıq üzü görmüş kitablarının müntəzəm təqdimatı və müzakirəsi, cavanlara edilən maddi yardımlar və s. işlər» bu sahədə atılan addımlar idi. Bu görüşdə mövcud ənənələrin dirçəldilməsiylə bağlı Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə olunan müraciəti dəstəkləyən Anar gənclərin keçiriləcək ümumrespublika toplantısına hazırlıq məqsədilə yaradılan təşkilat komitəsiylə müzakirələr apardı: «görüş iştirakçıları toplantının keçirilməsində məqsəd kimi, 1990-cı ildən bəri, ölkəmizin ikinci dəfə dövlət müstəqilliyini bərpa edəndən sonra ədəbiyyata gələn yeni nəslin yaradıcı problemlərini müzakirə etmək, ədəbi mühit və etik prinsiplər, əxlaq və milli dəyərləri, ictimai -mədəni durumu müzakirə etmək, yaşlı və cavan nəsillər arasındakı münasibətləri möhkəmləndirmək, eyni zamanda, milli söz sənətimizin inkişafına təkan vermək, sənətə yeni istedadların gəlməsinə şərait yaratmaq» məqsədi daşıyırdı. Gənclərin yaradıcılığını əks etdirəcək illik ədəbiyyat almanaxlarının nəşrinin gərəkliyi barədə irəli sürülən fikirləri dəstəkləyən YB-nin sədri Anar dedi: «O topluda bir sıra ədəbi qurumların, qrupların sənət prinsiplərini əks etdirən manifestlər və üzvlərin yaradıcılıqlarından nümunələr verilsə də, mənə də, ədəbi-mədəni ictimaiyyətə, sıravi oxuculara da bəlli olacaq ki, sizlər arasında, gənclərin içində hansı prinsipial sənət, etik fərqlər var. Yaradıcılığınızı toplu, cəm şəkildə ortalığa qoyulmasının tərəfdarıyam. Həmin kitaba sizinlə həmyaşıd rəssamlar tərtibat versələr, daha yaxşı olar. Lazım gəlsə, o almanaxa ön söz də yazarıq».
Təkliflər əsasında «Yeni ədəbi nəsil: axtarışlar, problemlər» mövzusunda toplantının mayın 16-da keçirilməsi qərara alındı və keçirildi. Tədbiri giriş sözü ilə Arif Əmrahoğlu açdı. Tənqidçi Tehran Əlişanoğlu son illərin nəşri və dramaturgiyası, tənqidçi Əsəd cahangir poeziya, Nərgiz cabbarova ədəbi tənqid və publisistika mövzusunda məruzələr etdilər. Tədbirə Azərbaycan Yazıçılar Birliyinin rəhbəri Anar yekun vurdu. Toplantının materialları kitabça şəklində çap olundu..
Aprelin 24-də Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat institutu ilə birlikdə Bakı milyonçusu Murtuza Muxtarovun bağı-MEA-nın dendrarisində didərgin şair Almas ildırımın 95 illik Respublika Elmi konfransını keçirdilər. Muzeyin direktoru İsrafil İsrafilov, MEA-nın həqiqi üzvü Bəkir Nəbiyev Almas İldırımın həyat və yaradıcılığı, qürbətdə yaranan əsərləri ilə bağıl məruzə etdi. Yazıçılar Birliyinin və Azərbyacan Türkiyə Dostluq cəmiyyətinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Curnalistlər Birliyinin sədri Hacı Hacıyev, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivinin müdiri Maarif Teymur, MEA-nın həqiqi üzvü, akademik Fuad Qasımzadə, Gülrüx Əlibəyli, Almas İldırımın yaradıcılığı ilə bağlı müxtəlif aspektlərdən söz açdılar.
Konfransın sonunda Türkiyədən gəlmiş Almas İldırımın nəvəsi ailəsi adından konfrans iştirakçılarına öz dərin minnətdarlığını bildirdi. Tədbir boyu aktyor Ağalar Bayramovun ifasında şairin şeirləri dinlənildi.
İyunun 17-də Ümumçin Xalq nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini cənab Timur Davamatın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə AYB-nin sədri, millət vəkili Anar Azərbaycan respublikası ilə Çin Xalq Respublikası arasındakı mədəni əlaqələrdən, eləcə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin qədimliyindən Azərbaycan Yazıçılar Birliyinin tarixindən, Azərbaycan ədəbi prosesinin müasir inkişaf prosesindən, AYB-nin gördüyü işlərdən, ədəbiyyata dövlət qayğısından danışdı. Timur Davat beş min il yaşı olan Çin mədəniyyətinin qədimliyindən, dövlət təşkilatı kimi fəaliyyət göstərən Çin Yazıçılar Birliyinin strukturundan, Birliyin üzvü kimi özünün də ədəbi yaradıcılıqla məşğul olmasından söz açdı. Türk xalqlarının ümumi dəyərləri, Kaşğarlının «Divanı»nın və Yusif Xas Hacib Balasaqunlunun «Qutadqu -bilik» kitablarının dilimizə tərcüməsi ilə bağlı söhbət əsnasında Timur Davamatın «Qutadqı -bilik» əsərini Çin dilinə çevirdiyini, «Divani-lüğət-it-Türk» əsərin tərcüməsini hazırladığını bildirdi. Çin parlamentinin nümayəndə heyəti adından cənab Timur Davamat xəttatlıq nümunəsini, uyğur musiqisindən ibarət dərslikləri və öz kitabını AYB-nə, Anar da «1500 ilin Oğuz şeiri» kitabını AYB-nin adından qonaqlara təqdim etdi, səmimi keçən görüş ədiblərimiz arasında sıx əlaqələr qurulmasının vacib olduğunu da bildirdi.
Yaponiyanın Azərbaycandakı səfiri cənab Toşiyuki Fudcivara Yazıçılar Birliyində olmuş, görüş səmimi şəraitdə keçmiş, Azərbaycan-Yaponiya ədəbi-mədəni əlaqələri müzakirə olunmuş, respublikamızda yapon xalqına, onun ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə xüsusi maraq olduğu bildirildi. «Görüşdə qərara alınmışdır ki, Yaponiyada Azərbaycan, Azərbaycanda yapon ədəbiyyatı antologiyasının çapı imkanları araşdırılsın, xalqları bir-birinə tanıtmağın ən optimal yolu kimi qarşılıqlı ədəbi əlaqələr gücləndirilsin».
Azərbaycan Yazıçılar Birliyi həmişə ordu ilə, döyüşçülərlə əlaqə saxlayır, görüşlər keçirilir. Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi münasibəti ilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Qarabağ müharibəsinin iştirakçısı olmuş 172-ci briqadanın üzvlərini və Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin cəbrayılovu qəbul etdi. Qonaqlar haqqında yazıçılar Birliyinin üzvü V.T. Tatarenko «Biz hamımız vətənin müdafiəsinə cavabdehik»-dedi və dövlətçiliyin qorunub saxlanmasında Milli Qəhrəman F. cəbrayılovun rolu haqqında danışdı. Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin cəbrayılov dəvət üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə öz təşəkkürünü bildirdi, 1994-cü il 21 yanvarda yaradılan 172-ci briqadanın döyüş fəaliyyətindən, bu briqadaya prezidentin «xeyir-dua» verdiyini, müharibə zamanı Gəncə istiqamətində, Kəlbəcərin müdafiəsinə göndərildiyini, Murovda gedən döyüşlərdə göstərdiyi fəallığı xatırladı.
Kapitan Əlibəyov briqadanın «dövlətçiliyin möhkəmlənməsindəki rolunu», mayor Tahir Axundov, rota komandiri Teymur Piriyev Fəxrəddin cəbrayılovun fəaliyyətini yüksək qiymətləndirərək ondan çox şey öyrəndiklərini bildirdi.
Hərbçilərin çıxışından sonra Qabil «Ümid sənədi ancaq, Azərbaycan əsgəri» şeirindən bir parçanı oxudu. Fikrət Sadıq onların başladığı işi uğurla başa çatdırmağı arzuladı. «Ulduz» curnalının baş redaktoru Ələkbər Salahzadə «Elə bilməyin ki, biz sizi izləmirik, maraqlanmırıq. İnanın ki, bayram günü mətin addımlarla şəhərin küçələrində yürüş edən ordumuzu görəndə adamın ürəyi dağa dönürdü. Biz də vaxtaşırı curnalımızda ordumuzun milli qəhrəmanları haqqında publisistik yazılar dərc edir, şəhidlik və qəhrəmanlıq haqqında müxtəlif bədii əsərlərin işıq üzü görməsinə çalışırıq...».
Yazıçılar, şairlər orduyla, gənclərlə əlaqələrin bundan sonra da genişləndiriləcəyini bildirdilər. Tədbirin sonunda Anar «sizin haqqınızda onsuz da təsəvvürümüz vardı və bir daha təsdiqləndi. Yaxanıza asdığınız ulduz sizə halaldı... Çox dəqiq bir deyim var ki, müharibə istəmirsənsə, müharibəyə hazır ol. Biz də hər zaman müharibəyə hazır olmalıyıq. O ki, qaldı yazıçılarımıza, əmin edirik ki, bizim hərbi hissələrlə əlaqəmiz var və hər zaman da mövcudluğuna çalışırıq» dedi və qonaqlara birliyin simvolik hədiyyələrini təqdim etdi.
Azərbaycan Yazıçılar Birliyinin hər ili görüşlər, xatirə gecələri, kitab təqdimatları, yubileylər, konfranslar, xarici qonaqların qəbulu ilə yadda qalandır.
AYB-yi təkcə Azərbaycan ədəbiyyaıtnın deyil, eləcə də, dünya xalqlarının ədəbi- mədəni irsinə hörmət və ehtiramla yanaşır. 2004-cü ildə noyabrın 1-də AYB-də dünya ədəbiyyatının böyük klassikləri, fransız yazıçıları Aleksandr Düma, Viktor Hüqonun 200 illiyi münasibəti ilə keçirdiyi tədbirdə bu iki böyük sənətkarın həm də Azərbaycanla bağlı məqamları dilə gətirildi.
Aleksandr Düma Qafqazda olarkən Azərbaycana gəlmiş, şairə X.B. Natəvanla, onun həyat yoldaşı Usmiyevlə görüşü, onun «bizim torpaq və xalq haqqında xoş təəssüratlarını» yazdığı kitbada təsvir etdiyi xatırlandı.
Dünya ədəbiyyatında romantizmin banisi sayılan Viktor Hüqonun siyasi fəaliyyəti ilə bağlı Anar fransız xalqına xidmətlərini də vurğuladı.
Çıxış edənlər Azərbaycan dilinə əsərləri tərcümə edilən, Azərbaycan oxucularının yaxşı tanıdığı Aleksandr Düma və Viktor Hüqonun 200 illik yubileyinin YUNESKO-nun qərarı ilə bütün dünyada qeyd edildiyini qeyd etdi. Tərcüməçi Hamlet Qoca A. Dümanın Azərbaycanla tanışlığının 1877-1878 -ci illərdə ölkəmizdə olmuş səyyah Kaina Serena vasitəsilə olduğunu, Aleksandr Dümanın «Qafqaz səfəri» əsərində xalqımız haqqında müsbət rəy formalaşdırdığını, eləcə də digər fransız yazıçısı Viktor Hüqonun həm yazıçı, həm də siyasi xadim kimi fransız xalqına və ədəbiyyatına etdiyi xidmətlərindən danışdı. Bu iki böyük sənətkarların əsərlərinə çəkilən filmlərlə bağlı kinorecissor Gülbəniz Əlizadə «Qavroş» filmini xüsusilə vurğuladı və Azərbaycan gənclərinin tərbiyəsində oynadığı rolu vurğuladı. Millət vəkili, xalq şairi V. Səmədoğlu, professor Həsən Quliyev, Azərbaycanın YUNESKO-dakı təmsilçisi Ramiz Abutalıbov, «Ədəbiyyat qəzeti»nin baş redaktoru Ayaz Vəfalı, Qəzənfər Paşayev, Çingiz Abdullayev və b. böyük yazıçılara Azərbaycan ədəbiyyatında böyük maraq olduğunu, AYB-nin dünyada tanınmış ədiblərin yaradıcılığının təbliği sahəsində apardığı məqsədyönlü fəaliyyətindən danışdılar. Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi İv Berqrand Azərbaycan Yazıçılar Birliyinə öz təşəkkürünü bildirdi və Azərbaycan ədəbiyyatının fransada təbliği ilə bağlı görülən işlər barədə məlumat verdi: «Azərbaycan ədəbiyyatı ilə maraqlanan tədqiqatçılar bizdə də çoxdur və onlar bu sahədə iş aparırlar. Artıq bu yaxınlarda o tədqiqatçılardan birinin Şəhriyar haqqında yazdığı kitab işıq üzü görüb və kitabın Bakıda da təqdimatı olacaq».
Hüseyn Abbaszadənin 80, Xalid Əlimirzəyevin 70, Yusif Həsənbəyin 70 illik yubileyləri AYB-ndə geniş şəkildə qeyd olundu.
2003-cü ilin yanvarın 17-də hər il olduğu kimi 20 yanvar şəhidləri anıldı. Natavan klubunda 20 yanvar faciəsinə həsr olunmuş tədbiri açan Anar o müdhiş gecəni ürəkağrısıyla xatırladı. Milli azadlıq və müstəqillik yolunda canından keçən Azərbaycan şəhidlərinin əbədiyyətə qovuşduğu günü xatırlatdı. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən şairlər, yazıçılar o dəhşətli və dəhşətli olduğu qədər sabaha üzü açılacaq yeni tarixi səhifəmizi şeirləri ilə yada saldılar.
Yanvarın 29-da «Azərbaycan» curnalının 80 illik yubileyi ilə bağlı Natavan klubunda keçirilən yığıncaqda ədəbiyyatımızın inkişafında böyük xidmətləri olan curnalın tarixi xidmətləri dilə gətirildi. Prezident aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə «Azərbaycan», «Literaturnıy Azerbaydcan» curnalının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan prezidentinin fərmanını və dövlət başçısının «Azərbaycan» curnalına təbrik məktubunu oxudu.
Şairlərimiz (Qabil, B. Vahabzadə, N. Həsənzadə, Z. Yaqub, Ədəbiyyat qəzetinin baş redaktoru Ayaz Vəfalı və b) Azərbaycan ədəbi-fikir tarixində curnalın rolunu yüksək qiymətləndirdilər, «ölkəmizdə mütərəqqi mətbuatın ənənələrini davam etdirən curnalın ötən 80 ildə ədəbiyyatımızın yaradılmasında, söz sənətimizin daha da zənginləşməsində, oxucuların bədii -estetik zövqünün formalaşmasında böyük rolunu vurğuladılar». Azərbaycan curnalının əməkdaşları (Mövlud Süleymanlı, Vaqif Yusifli), curnalın sabiq baş redaktoru, qocaman sənətkarımız Qılman İlkin, «Litreaturnıy Azerbaydcan» curnalının baş redaktoru Mənsur Vəkilov yaradıcı insanların əməyinə verdiyi yüksək qiymətə görə dövlətin başçısına öz minnətdarlıqlarını bildirdilər.
Curnalın 80 illik fəaliyyəti dövründə rolu olan insanların xidmətlərini yüksək qiymətləndirən «Azərbaycan» curnalının baş redaktoru İntiqam Qasımzadə bu curnalın yaşamasında, ardıcıl çapında dövlətin qayğısını yüksək qiymətləndirdi və curnalın bundan sonra da ədəbiyyatımızın inkişafına xidmət edəcəyini bildirdi.
AYB-yi həmişə ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirib. Amerikanın İraqa qarşı başladığı hərbi əməliyyatda yüzlərlə dinc əhalinin də öldürüldüyünə qarşı AYB öz humanist bəyanatı ilə çıxış etdi. Bəyanatda deyilir: «İraqda gedən müharibə əsnasında dinc əhali arasında itkilərin olması, mədəniyyət abidələrinin dağıdılması bütün dünya ictimaiyyəti kimi bizi də çox təəssüfləndirir.
Müharibə bitəndən sonra gələcək İraqın taleyi ilə bağlı bir məsələ də bizi narahat edir. Məlum olduğu kimi, əsrlər boyu İraqın şimalında -Kərkük, Ərbil, Mosul dolaylarında -dili dilimizdən, dini dinimizdən, folkloru, xalq şeiri, xoyratları-bayatılarımızla, dastanlarımızla əkiz olan bir xalq-özlərini türkman adlandıran İraq türkləri yaşayır. XU! Əsrin dahi Azərbaycan şairi Füzuli məhz bu mühitdə yetişmiş, yaşayıb-yaratmışdır. XX əsrin ortalarından başlayaraq Azərbaycan və İraq türükmanları arasında mədəni və ədəbi əlaqələr yenidən bərpa olunmuş və ardıcıl şəkildə inkişaf etməkdədir.
Sayı 3 milyondan artıq olan İraq türklərinin (türükmanlarının) aqibəti, onların hər hansı təzyiqlər, təqiblərə məruz qalması bizi təlaşlandırmaya bilməz. Azərbaycan yazıçıları adından demokratiya insan haqları və xalqların qanuni prinsiplərini bəyan edən ABŞ dövlətinə müraciət edərək, ərazi bütövlüyü saxlanacaq gələcək İraqda soydaşlarımızın-türükmanların qorunması, hüquqlarının tam təmin olunması haqqında verdikləri təminatları həyata keçirməyə çağırırıq.
Bu bəyanat ABŞ-ın Azərbyacandakı səfirliyinə təqdim olunacaqdcır.
AZƏRBAYcAN YAZIÇILAR BİRLİYİNİN sədri
ANAR. 8 aprel 2003-cü il».
2003-cü ilin mayın 8-də İkinci Dünya müharibəsi iştirakçılarıyla keçirilən görüşdə xalq yazıçısı Hüseyn Abbaszadənin müharibə iştirakçısı kimi faşizmə qarşı vuruşduğunu, BDU-nun professoru Seyfulla Əsədullayev faşizm üzərində qələbədə Azərbaycan döyüşçülərinin, Azərbaycan xalqının xidmətlərini xatırlatdı. Prezident təqaüdçüsü Fətəli Sahib, əməkdar incəsənət xadimi İvan Tretyakov, şair Ağəli Qasımov müharibə haqqında öz xatirələrini danışdılar. Yazarlar adından Gülxani Pənah veteranlarımızı təbrik etdi, Əminə Tunçay ağsaqqal yazıçılarımız, müharibə veteranları Qılman İlkin və Hüseyn Abbaszadəni ədəbiyyatımızın «inciləri» adlandırdı, tədbirin sonunda AYB-nin rəhbərliyi Qələbə günü münasibətilə veteranlara pul mükafatı təqdim etdi.
Azərbaycan Yazıçılar Birliyi bir sıra gənclər qurumu ilə, ədəbi birliklərin rəhbərləri ilə keçirdikləri vaxtaşırı görüşlərdə çağdaş ədəbi proseslə bağlı məsələləri müzakirə etmiş, maraqlı fikir mübadiləsi etmişlər. Belə görüşlər ədəbiyyatımızın gənclər arasında yayılması, ədəbi prosesə marağın artmasına təkan verən amillərdir.
Azərbaycan Yazıçılar Birliyinin müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri ilə görüşləri də fəaliyyətlərinin tərkib hissəsidir. Belə görüşlərdən biri Qonşu Rusiya federasiyasının Novosibirsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun və Novosibirsk şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdür.
Tədbiri millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri Anar açdı. Qonaqları salamlayan yazıçı Azərbaycan nümayəndə heyətinin Novosibirsk şəhərinə səfəri zamanı «yazarlarımızın orada gördüklərindən məmnun qaldıqlarını, milli diaspora təşkilatının fəal üzvləri ilə görüşlərdən, keçirilən tədbirlərdən xoş xatirələrlə qayıtdıqlarını söylədi». Bu sahədə xidmətlərini xüsusilə qeyd etdiyi diaspora təşkilatının-Azərbaycan Milli-Mədəni Muxtariyyəti Mərkəzinin vitse prezidenti, Mirkazım Seyidovun fəal ictimaiyyətçi olmaqla yanaşı, istedadlı şair kimi fəaliyyəti də vurğulandı və onun Novosibirsk şəhərində rusca və Azərbaycanca nəşr olunmuş «Bir medalın iki üzü», «Sənə nəğmə qoşuram, mənim dağlı və günəşli ölkəm» adlı şeirlər və publisistik əsərləri olan kitablarına görə AYB-nin üzvlüyünə qəbul olunması münasibəti ilə qonağı təbrik etdi. Rusiyalı qonaq Vladimir Qriqoryev Novosibirskidə on minlərlə azərbaycanlının yaşadığını, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal oluqlarını, xalqlarımız arasındakı dostluğu, qarşılıqlı əlaqələri möhkəmləndirdiklərini bildirdi.
Mirkazım Seyidov yazdığı kitablarda nəsillərə örnək olan ümummilli liderimizi, onun layiqli davamçısı İlham Əliyevin- Azərbaycanı uğurlu gələcəyə aparan böyük insanın ölkələrimiz arasındakı ədəbi-mədəni, ictimai-iqtisadi əlaqələrin möhkəmlənməsi sahəsindəki rolunu yüksək qiymətləndirdi. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin idarə rəisi, şair Çingiz Əlioğlu, xalq şairi Qabil, Yazıçılar Birliyinin şöbə müdiri Ədalət Əsgəroğlu, «Palitra» qəzetinin baş redaktoru Namiq Əliyev, «Diaspora» dərgisinin redaktoru Xan Rəsuloğlu, Fikrət Qoca, Arif Əmrahoğlu qonşu ölkədə yaşayan azərbaycanlılarımızın ölkələrimiz arasındakı qarşılıq əlaqələrin inkişafındakı rolunu dəyərləndirdilər. Anar Azərbaycan diasporlarıyla əlaqələrin genişləndirilməsinin vacibliyini və belə tədbirlərin bundan sonra da keçiriləcəyini söylədi.
Sentyabrın 23-də Natəvan klubunda İranın şair və yazıçılarından ibarət nümayəndə heyəti ilə keçirilən görüş də unudulmaz, yaddaqalandır. Sayid Baqiri, Mahmud Dəstpiş, İsmayıl Amini, Pərviz Veyqi, Rəfiqə Nuray, Firuzə Məmmədli, Nərgis Gənci, G. Pənah, Əli Musəvi, İmran Səlahi şeirlərini oxudular və farsca oxunan şeirlərin məzmunu Azərbaycan dilinə, Azərbaycan dilində oxunan şeirlərin məzmunu farscaya tərcümə olunurdu. İran parlamentinin üzvü, nümayəndə heyətinin başçısı Fatimə xanım Rakeyi öz çıxışında ədəbi əlaqələrin genişlənməsini arzuladı, şeirlərini oxudu. Çox səmimi keçən şeir-sənət məclisini yekunlaşdıran Anar fikirlərini belə yekunlaşdırdı: «Əziz dostlar, bacılar, qardaşlar, çox gözəl tədbirin iştirakçısı olduq. Azərbaycan türkcəsində, fars dilində gözəl şeirlər eşitdik, gözəl çıxışlar dinlədik və məndə belə bir qənaət hasi oldu ki, biz düşündüyümüzdən də bir-birimizə daha yaxınıq: hisslərimiz, duyğularımız, amallarımız birdir və hər xalqın öz dilində yaratdığı ədəbiyyat onun qəlbinin səsidir. Mən çox sevinirəm ki, bu gün burada bizim Güney Azərbaycanın şairləri də, Quzey Azərbaycanın şairləri də öz ana dilində şeirlər oxudular; bizim fars qardaşlarımız da öz ana dillərində şeirlər oxudular. Və bu, bizim ədəbiyyatımızın qarşılıqlı inkişafına, qələm adamlarının bir-birini daha yaxından tanımasına səbəb olacaq!».
2003-cü ilin oktyabrın 25-də keçirilən toplantıda Moskvada yaşayan soydaşlarımız AYB-nin Moskva bölməsini yaratmaq təşəbbüsünü irəli sürdülər. Azərbaycanın Naxçıvan, Lənkəran, Aran, Gəncə, Qazax bölmələri olmasını xatırladan toplantı iştirakçıları bu fikri dəstəkləyərək bölmənin idarə heyətini ( AYB-nin üzvü Tofiq Məlikli (sədr), AYB-nin üzvü İlham Bədəlbəyli və Rusiya Yazıçılar Birliyinin üzvü Nəsib Nəbioğlu (katiblər) seçdilər. İclas iştirakçılarının Azərbaycan Yazıçılar Birliyinə göndərilmiş, qəbul olunmuş qərarını AYB-yi təsdiq etdi.
Azərbaycan Yazıçılarının X1 qurultayı ərəfəsində bir sıra tədbirlər keçirildi, noyabrın 26-da keçirilən yaradıcılıq müşavirəsi bədii nəsr və dramaturgiyaya həsr olunmuşdu. Elçin Hüseynbəyli «Son beş üstəgəl bir il nəsrimiz ilə dramaturgiyamızın durumuna qısa baxış» mövzusunda ictimai xarakterli məruzə ilə çıxış etdi.
Qurultaylararası çağdaş bədii nəsrin və dramaturgiyanın ümümi mənzərəsi ilə bağıl dinlənilən məruzə ətrafında çıxışlar oldu. Nasir Xeyrəddin Qoca, Vidadi Babanlı, Yusif Kərimov, Aydın Əbilov, tənqidçi Əçəd cahangir, «Azərbaycan» curnalının baş redaktor müavini, tənqidçi Vaqif Yusifli, şair-tərcüməçi Səlim Babullaoğlu, «Avanqard» ədəbi birliyinin sədri Dəyanət Osmanlı, «YeniSi» qurumunun əlaqələndiricisi, tənqidçi Tehran Əlişanoğlu, AYB-nin katibi, tənqidçi Arif Əmrahoğlu, AYB-nin ədəbi orqanlarının baş redaktorları Ayaz Vəfalı («Ədəbiyyat qəzeti»), İntiqam Qasımzadə («Azərbaycan») fikirlərini söylədilər. AYB-nin sədri Anar müşavirəyə yekun vurdu. Dekabrın 5-də keçirilən iclasda son illərin poeziyası haqqında Əsəd cahangir məruzə etdi. Ətraflı və dolğun məruzə etdi. Məruzə ətrafında maraqlı çıxışlar oldu. AYB-nin katibi, xalq şairi Fikrət Qoca çıxışında bildirdi ki, «altı ilin şeirini bir məruzədə təhlil etmək mümkün olmasa da, Ə. cahangir öz qarşısına qoyduğu məqsədə nail olub. Azərbaycan Yazıçılar Birliyinin gənclərə xüsusi diqqət ayırmaqla ədəbiyyatımızın gələcəyini öyrənməyə çalışdığını söyləyən Fikrət Qoca yeni nəslin milli söz sənətinin inkişafındakı məsuliyyətini də qabartdı».
Azərbaycan Yazıçılar Birliyinin X1 qurultayı ərəfəsində qurultaya hazırılq işləri aparılır, müxtəlif canrlar üzrə müşavirələr keçirilir, bölmələrdə fəaliyyət göstərən filialların, ədəbi orqanların hesabat məruzələri dinlənir və zamanın tələbindən asılı olaraq Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsində də düzəlişlər və əlavələrə ehtiyac nəzərdən keçirilirdi. Bu məqsədlə katiblik tərəfindən yaradılan işçi qrupların bir sıra təklifləri müzakirə olunur və ümumi razılıq əldə edilir: «Həmin düzəliş və əlavələr əsasən aşağıdakı məqsədlərə xidmət edir:
Birincisi-YB-nin rəhbər strukturlarının daha da demokratik əsaslarla qurulması, formalaşması və işləməsi.
İkincisi-YB-nə qəbul məsələsinin tənzimlənməsi, bu məsələyə daha tələbkar yanaşılması üçün xüsusi ekspertlər qrupu yaradılması.
Üçüncüsü-Azərbaycan ədəbiyyatının ölkəmizdən kənarda daha geniş təbliğ olunması üçün yeni formaların müəyyənləşməsi, o cümlədən yeni tərcümə dərgisinin yaradılması.
Dördüncüsü-YB-nin işində gənc ədəbi qüvvələrin daha geniş təmsil olunması və fəaliyyət göstərməsi. YB-nin üzvlərinin yaratdıqları müxtəlif ədəbi qrumların, dərgilərin fəaliyyətinə şərait yaradılması, bu məsələlərlə yaxından məşğul olmaq üçün katiblik yanında Gənclər Şurasının yaradılması və gənclərlə iş üzrə katibin seçilməsi.
Beşinci-YB üzvlərinin xeyli artdığına görə əvvəlki Qurultaylardan fərqli olaraq növbəti qurultayda iştirak edəcək nümayəndələrin seçilmə prinsiplərinin müəyyənləşməsi.
2004-cü ilin yanvarın 14-də Azərbaycan Yazıçılar Birliyində «Azərbaycan ədəbiyyatının təbliği» mövzusunda dəyirmi masa keçirildi. Müxtəlif nəslin yazıçı, şair, tənqidçi, ədəbiyyatla bağlı insanları, ədəbi qrumların rəhbərləri, KİV nümayəndələrinin qatıldığı bu tədbir də qurultayqabağı keçirilən silsilə görüşlərin davamı idi. Dəyirmi masanın «əsas məqsədinin milli söz sənətinin təbliği və inkişafı olduğunu xatırladan Anar bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin latın qrafikalı kitabların nəşri ilə bağlı imzaladığı sərəncamı çox yüksək qiymətləndirdi. 2004-2008-ci illər ərzində hər il 150 kitabın dövlət tərəfindən nəşri nəzərdə tutulduğuun söyləyən AYB-nin sədri builki siyahıya düşməyən yazıçıların növbəti illərdə əsərlərinin işıq üzü görəcəyi ilə bağlı açıqlama verdi.
Aydın Xan beynəlxalq təcrübədən, AYB-nin tarixi fəaliyyətindən, YUNESKO-nun üzvü olan ölkələrin tövsiyyələrindən faydalanaraq yeni nəsil yaradıcı şəxslərin təklifləri barədə məlumat verdi. Ədəbiyyatın təbliği ilə bağlı Arif Əmrahoğlu görülən işlərdən danışdı, bununla bağlı Azərbaycan Yazıçılar Birliyinin xüsusi proqram hazırladığını, eyni zamanda bir sıra ölkələrdə fəaliyyət göstərən yaradıcı qurumlarla birlikdə işlədiklərini, milli söz sənəti nümunələrindən ibarət almanaxlar hazırlayaraq nəşr etdirdiklərini tədbir iştirakçılarına çatdırdı və bundan sonra da bu yöndə işlər görüləcəyini bildirdi. Hərbi mövzuda yazılmış əsərlərin təbliğinə xüsusi yer ayırmaq lazım gəldiyini söyləyən Respublika Veteranlar Şurasının katibi, hərb tarixi elmləri namizədi Seyfəddin Şıxlı, Ədəbiyyat qəzetinin səhifələrinin azlığından da şikayətləndi.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliği Bürosunun direktoru, şair Nazim Əhmədli gördükləri işlər barəsində geniş məlumat verdi. Respublikanın, eləcə də paytaxtın müxtəlif müəssisə və təşkilatlarının əmək kollektivi ilə müxtəlif nəsil qələm sahibləri ilə görüşlərin keçirildiyini, Qarabağ mövzusunda ən yaxşı bədii əsərlərin müsabiqəsini keçirdiyini, «Yaddaş» milli mükafatını təsis etdiyini, bir sıra yazıçıların əsərlərinin qardaş Türkiyədə nəşri ilə bağlı danışıqlar apardığını, istedadlı qələm sahiblərini bölgələrə yaradıcılıq ezamiyyətlərinə göndərdiklərini, bundan sonra da ardıcıl olaraq bu qəbil tədbirləri həyata keçirəcəkləri barədə məlumat verdi». Mühacirət və diaspor ədəbiyyatı antologiyalarının nəşrini, Azərbaycandan kənarda yaşayan soydaşlarımızla birlikdə əlaqələrin möhkəmləndirilməsini, Azərbaycanlılarla İş Üzrə Dövlət komitəsi ilə birgə fəaliyyətdən yararlanmaqla ədəbiyyatımızın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinin artırılmasını (S. Babullaoğlu), 2005-2008-ci illər arasında dövlət hesabına nəşr olunacaq kitabların siyahısına dünya və milli uşaq ədəbiyyatı nümunələrinin də daxil edilməsi (Q. Nəcəfzadə), dünyada yaşayan, yazıb-yaradan istedadlı qələm sahibləri ilə AYB-inin görüşlərini təşkil etməklə həm milli söz sənətinin, həm diaspora ədəbiyyatının, həm də dövlətçiliyimizin güclənməsinə kömək edəcəyini, bu sahədə xeyli işlər görən AYB-nin rəhbərliyinin fəaliyyətini (M. Seyidov), Güney Azərbaycanında anadilli ədəbiyyatın inkişafındakı çətinlikləri nəzərə alaraq, Güney Azərbaycanın qələm sahiblərinin yaradıcılığına diqqət artırmağı, onların yaradıcılığının qayğısına da qalmağın vacibliyini, əsərlərini latın qrafikası ilə nəşrini (F.e.d. Sabir Nəbioğlu) və digər təklifləri irəli sürən qələm sahibləri Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi tərəfindən diqqətlə dinlənildi.
Yanvarın 28-də ədəbi tənqidin son altı illik durumu təhlil edildi. Tədbirdə KİV nümayəndələri, müxtəlif nəsli təmsil edən yaradıcı insanlar, tənqidçi və ədəbiyyatünaslar iştirak edirdi. Müşavirədə «qurultaylararası ədəbi -tənqid» mövzusunda Aydın Əbilovun məruzəsi dinlənildi. Çıxış edənlər ədəbi tənqidin ədəbi prosesin inkişafında rolunu diqqətə çatdırdılar. Məruzə ətrafında yürüdülən fikirlər birmənalı olmayıb müxtəlif mübahisələrə səbəb oldu. «Tənqidçi Əsəd cahangir tənqid terminin anlamını verərək ədəbi tənqid kimi çətin sahə barədə məruzənin Aydın Xana tapşırılmasını, məruzədə çoxlu sayda imza və əsərlərin adlarının sadalandığını tənqid edərək məruzəçinin hansı elmi «prinsipi əsas götürdüyünü aydınlaşdıra bilmədiyinin xüsusi vurğuladı. Məruzənin təqdirəlayiq cəhəti kimi nəzəriyyəçi filoloqların yaradıcılığına ayrılmış yerlər olduğunu» göstərməklə yanaşı tədbirin təşkilini alqışladı və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlığını bildirdi, ədəbi prosesdə baş verən hadisələrlə bağlı fikirlərini söylədi. Köhnə sovet tipli tənqidə ehtiyac olmadığını bildirən Kamal Abdulla Dünya və çağdaş filoloci elmlərdə baş verən proseslərdən çıxış etdi. Məruzədə qoyulan məsələlər barədə fikirlər yürütməyi təklif etdi, «ədəbi tənqidin fəlsəfə ilə bağlılığını göstərən çıxışçı dünya elmi-mədəni filoloci-fəlsəfi fikirdəki yeniliklərdən danışdı. Ədəbiyyat haqqında yazıçıların fikirlərinə üstünlük verən K. Abdulla cəmiyyətdə baş verən proseslərin ədəbiyyata təsirini göstərdi, ədəbi-tənqidin get-gedə ədəbiyyatşünaslıqla əvəzlənməsinin vacibliyinin vurğuladı». Tədbir iştirakçılarının ayrı-ayrı məqamlar haqqında söylənmiş fikir və mülahizələrini yekunlaşdıran sədr ədəbiyyatın uğurları kimi problemlərinin də mövcud olduğunu, bu cür tədbirləri də məhz o məsələlərin müzakirəsi baxımından təşkil etdikləri fikrini söylədi.
Fevralın 4-də keçirilən növbəti yaradıcılıq müşavirəsi uşaq ədəbiyyatı mövzusuna həsr edilmişdi. Ədəbi-mədəni ictimaiyyətin nümayəndələri, tənqidçilər, ədəbiyyatşünaslar, curnalistlər toplaşan müşavirədə müasir uşaq ədəbiyyatı problemləri ilə «Pərvanə» ədəbi məclisinin rəhbəri Q. Nəcəfzadə çıxış etdi. Uşaq ədəbiyyatı bölməsinin rəhbəri Əli Səmədli məruzəçiyə təşəkkürünü bildirdi və bu mövzuyla bağlı fikirlərini yaradıcı insanlarla bölüşdü. Bu sahənin həmişə dövlət qayğısına ehtiyacı olduğunu vurğuladı. «Göyərçin» curnalının baş redaktoru, yazıçı Rafiq Yusifoğlu uşaq ədəbiyyatına dair bir sıra kitabların müəllifi kimi Qəşəm Nəcəfzadənin məruzəsindəki sistemsizlikdən gileyləndi: «Uşaq ədəbiyyatının predmeti, məqsədi olmalıdır. Məruzə problemlər, mövzular ətrafında qurulsaydı, daha sanballı, dəyərli alınardı. Tənqidçi Ə. cahangir məruzənin dəyərli tərəflərini sadaladı və aparılan təsnifatın sistemli alınmadığını söylədi. Azərbaycan, rus, və türk ədəbiyyatlarındakı oxşar cəhətləri qabartdığına görə məruzəni təriflədi. Onun təbiət fəlsəfəsindən cəmiyyət fəlsəfəsinə keçid məsələsinə toxunduğunu, uşaq ədəbiyyatı problemlərini sistemləşdirdiyini xüsusi qiymətləndirdi.
Zahid Xəlil dövri mətbuatda uşaq ədəbiyyatına dair əsərlərin çap olunmadığına toxundu və bu sahədə ciddi addımlar atılmasının zəruriliyini bildirdi. Uşaq ədəbiyyatı ilə bağlı fikirlərini söyləyərkən balaca uşaqlar üçün dərsliklər salınmış ədəbi nümunələrin səviyyəsiylə bağlı məsələlərə toxunan Respublika Təhsil Şurasının sədri Ə. Ağayev «Yazıçlar Birliyində dərsliklər salınmış uşaq ədəbiyyatı nümunələrinin bədii dəyərini müəyyənləşdirən ekspert şurasının yaradılmasını, uşaqlar üçün nəzərdə tutulmuş dərgi və qəzetlərin nəşri, həmçinin yayımı sahəsindəki çətinliklərin tezliklə aradan qaldırılmasından ötrü ciddi işlərin həyata keçirilməsini təklif etdi». Tədbir iştirakçıları hər biri öz çıxışında bu və ya digər dərəcədə uşaq ədəbiyyatıyla bağlı məsələləri gündəmə gətirdi.
Azərbaycan Yazıçılar Birliyinin Bədii tərcümə məsələlərinə həsr olunmuş müşavirəsində şair-tərcüməçi Səlim Babullaoğlunun keçən altı ilə ərzində bədii tərcümə sənətinin ümumi mənzərəsinə həsr olunmuş «Kənar gözlə» adlı məruzəsi dinlənildi. Məruzə ətrafında Azərbaycan Dövlət Dillər Universitetinin prorektoru, f. e. d. Professor Zeydulla Ağayev, «Ədəbiyyat qəzeti»nin baş redaktoru Ayaz Vəfalı, şair Sərvaz Hüseynoğlu, YB-nin katibi, tənqidçi Arif Əmrahoğlu, tənqidçi Əsəd cahangir, «Mütərcim» curnalının baş redaktoru Telman Vəlixanlı, şair-publisist Tofiq Abdin, «Azərbaycan» curnalının baş redaktoru İ. Qasımzadə, şair-tərcüməçi Eyvaz Borçalı, Yazıçılar birliyinin Bədii Tərcümə və ədəbi əlaqələr Mərkəzinin rəhbəri, yazıçı -tərcüməçi Afaq Məsud bədii tərcümə mədəniyyətimizin müasir durum və problemləri ilə bağlı məsələləri müzakirə etdilər. Anar qarşılaşdıqları problemlərin həlli ilə bağlı görüləcək işlər haqqında danışdı.
X1 qurultayqabağı Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarının («Azərbaycan», «Qobustan», «Ulduz», «Literaturnıy Azerbaydcan» curnalları və «Ədəbiyyat qəzeti») fəaliyyətləri ilə bağlı keçirilən müşavirələrdə görülən işlər, ədəbi prosesin inkişafında bu mətbu orqanların rolu təhlil edildi.
2000-2004-cü illər arasında AYB-nin işi ədəbi prosesin məqsədyönlü şəkildə inkişafıyla yanaşı, onlara qarşı aparılan mübarizələri də dəf etmək olub. Müxtəlif mətbu orqanlarda AYB-nin əleyhinə yazılan yazıların bir səbəbi kim keçid dövrünün çətinliklərini görürük. Sovet dönəmində şair, yazıç, tənqidçi dövlət tərəfindən maliyyələşdirilir, əsərləri dövlət hesabına nəşr olunur, qonarar alır, evlə təmin olunur, sosial-iqtisadi şəraiti yetərincə təmin edilirdi. Müstəqillik dövrünə qədəm qoyduğumuz ilk illərdə ölkənin ağır sosial, iqtisadi, siyasi, ictimai durumu milli söz sənətinin sahiblərinin talyeində də ağır izlər buraxdı. Ölkədə gedən poseslər, dəyişikliyə uğrayan ictimai formasiylar bir sıra məsələlərin həllində çətinlikləri ortaya qoydu. Sovet dövründə senzura ilə idarə olunan ədəbi prosesə verilən siyasi, mənəvi azadlıq bəzi məsələlərin həllində yanlış yolların da baş alıb getməsinə səbəb oldu. Ədəbiyyata gələn yeni gənc ədəbi nəslin ədəbi prosesə yanaşma tərzi, bədii düşüncə məsələsində, qələmə alınan əsərlərin ideya-bədii keyfiyyətlərində bir-birini tamamlamayan qeyri-sənətkarlıq keyfiyyətləri ziddiyyətli fikirlər dolaylarında müxtəlif məfkurə sahiblərini birləşdirməyə başladı. Bu sahədə ən böyük zərbələri Azərbaycan Yazıçılar Birliyi və onun rəhbərliyi aldı. Azərbaycan Yazıçılar Birliyinin bir qurum kimi fəaliyyətinin dayandırılmasını istəyən qüvvələr əslində milli ədəbiyyatımızın inkişafına əngəl törətdiklərini bilmirdilər. Müxtəlif şaiəyələr, böhtanlar düşmənlərimizin xeyrinə idi. İlk illərdən mətbuatda yayılan yalan, böhtan qərəzli yazılar qurultay ərəfəsində daha da çoxaldı, sərtləşdi, Yazıçılar Birliyinin dağıdılması, buraxılması israrla tələb edilirdi. Belə bir dövrdə 50-60 ildən çox fəaliyyət göstərən bir qrumun dağılmasının qarşısını alan, milli ənənənlərə sadiq istedadlı qələm sahibləri min bir təhqirlərə məruz qalsalar da sübut edə bildilər ki, bir şeyi qurmaq çox çətin, dağıtmaq isə çox asandır. Böyük zəhmətlə, məsuliyyətlə, şərəfli bir həyat sürən, fəaliyyət göstərən, dünya ədəbiyyatına qüdrətli sənətkarlar bəxş edən, yarım əsrdən çox fəaliyyəti dövründə xalqının ədəbi mədəni, mənəvi xəzinəsini zənginləşdirən Azərbaycan Yazıçılar Birliyinin yaşaması, fəaliyyəti ədəbiyyatımızın yaşaması, fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir. Yeni yaradıcı nəslin adından istifadə edən bir qrup «dağıdıcılar» milli dəyərlərimizə qarşı çıxır, klassik sənətkarlarımıza qarşı xoşagəlməz ifadələr söyləyir, son 60-70-ci illər ədəbiyyatına qarşı çıxır, onun nümayəndələrinə qarşı xüsusi amansızlıqla ideyavi zərbələr vururdular. Belə bir zamanda belə böhtançılara, məsuliyyətsiz insanlara qarşı türk dünyasının ən peşəkar yaradıcılarını öz sıralarında birləşdirən Azərbaycan Yazıçılar Birliyinin müdafiəsinə qalxanlar, onun yoxluğunu istəyənlərdən qat-qat çox idi.
Son zamanlar baş alıb gedən böhtan və məsuliyyətsiz çıxışlara qarşı Yaradıcı qurumların birgə bəyənatında deyilir: «Müstəqil Respublikamızda fəaliyyət göstərən yaradıcı qeyri- Hökümət Təşkilatlarının -ədəbiyyatla bağlı gənclər qurumlarının, ədəbi məclislərin, mədəniyyət yönümlü birliklərin çoxsaylı üzvləri olaraq, son zamanlar ölkəmizin peşəkar qələm sahiblərini öz sıralarında birləşdirən AYB-nin təşkilatçılığı ilə yazıçılarımızın qarşıdakı X! Qurultayı ərəfəsində bəzi aztiraclı mətbuat orqanlarında yeni yaradıcı nəsil adından yalan və şayiələr yayanlara, eyni zamanda milli dəyərlərimizə, ziyalılarımıza böhtan atanlara qarşı öz qəti etirazımızı bildiririk. Üzvlərimizin böyük əksəriyyəti, eyni zamanda ölkəmizin və Türk Dünyamızın ən mötəbər peşəkar yaradıcı qurumlarından sayılan AYB-nin sıralarında birləşərək, dövlətimizin yeni mədəniyyət-ədəbiyyat quruculuğu prosesində fəal iştirak edir.
Milli əhəmiyyətli bu böyük missiyanı yerinə yetirənlərə isə Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, türksoylu yazarları birləşdirən bir çox beynəlxalq qurumların başqanı, AYB-nin sədri xalq yazıçısı Anar rəhbərlik edir. Məhz Anar müəllimin sədrliyi dövründə Azərbaycan Yazıçılar Birliyi potsovet məkanında yeganə yaradıcı qurumdur ki, parçalanma və dağılma prosesinə tab gətirib, müstəqillik dönəmində müxtəlif nəsil yazarlar ilə dövlət arasında münasibətlərin inkişafına yardımçı olub.
Azərbaycan Yazıçılar Birliyi və onun ədəbi orqanlarının, bu ildən isə Yazıçılar Birliyinin Bədii tərcümə və Ədəbi Əlaqələr Mərkəzi dövlət büdcəsindən maliyyələşdirilməsi, həmçinin, dövlət hesabına latın qrafikası ilə kitabların nəşri, müxtəlif nəsil yaradıcı insanlara Prezident təqaüdlərinin ayrılması, dövlət təltifləri, Azərbaycan yazıçılarının yubileylərini ən yüksək səviyyədə qeyd edilməsi kimi çoxsaylı addımlar ölkə rəsmilərimizin Anar müəllimin şəxsində mədəniyyətimizə-çağdaş söz sənətimizə, milli dəyərlərimizə, intellektual zəhmətə və yaradıcı ziyalılarımıza diqqət və qayğının ən bariz nümunələridir.
Lakin son aylar zamanın və dövrün tələblərinə uyğun Anar müəlimin rəhbərliyi ilə AYB-də gedən təşkilati, texnoloci və başqa islahatlar ədəbiyyata az dəxli olan-biz hələ onu demirik ki, onların əksəriyyəti ya Yazıçılar Birliyinin üzvü deyil, ya da sadəcə curnalistika ilə ədəbiyyatı səhv salırlar-bəzi «yazarlar» qarşıdakı qurultayla bağlı qeyri-real «təkliflər» irəli sürürlər. Ədəbi-mədəni ictimaiyyət, istedadlı qələm sahibləri bu dedi-qodu yayanların cavabını verib, yerini göstərmədiyindəndir ki, onlar daha da həvəslənir, ağızlarına və ağıllarına gələnləri informasiya qıtlığından əziyyət çəkən bir para aztiraclı mətbuat orqanlarının səhifələrinə çıxarır, ölkə ictimaiyyətini çaşdırmaqla məşğuldurlar».
AYB-nin aşkarlıq şəraitində keçiriləcək X1 Qurultayında demokratik seçkilərdə qurumun hər bir üzvünün seçib-seçilmək hüququna hörmətlə yanaşaraq, bəyan edirik ki, Birliyin sıralarında birləşənlərin, eyni zamanda bizim təmsil etdiyimiz yaradıcı qurumların əksər üzvlərinin Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə vahid namizədi millətimizin tanınmış ziyalı övladı, xalq yazıçısı Anardır.
Biz inanırıq ki, qloballaşan və informasiya əsrini yaşayan çağdaş dünyada dəyərlərimizi və intellektual sərvətimizi qorumaq, inkişaf etdirmək, demokratik vətəndaş cəmiyyəti, o cümlədən yeni mədəniyyət-ədəbiyyat quruculuğu prosesini davamlı olaraq gücləndimək istiqamətində müstəqil ölkəmizdə aparılan irimiqyaslı işlərə yazarlarımız məhz Anar müəllimin rəhbərliyi ilə öz töhfələrini verəcəklər.
Doğru seçimimiz cəmiyyətimiz və ədəbi-mədəni ictimaiyyətimiz tərəfindən müdafiə ediləcəyinə inanaraq, ədəbiyyatsevər xalqımızı, milli ziyalılarımızı «yalançı qəhrəmanlar»dan qorumağa səsləyirik.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri.
Yazıçı-tənqidçi Aydın Xan (Əbilov).

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri,
Şair-publisist Əkbər Qoşalı.

«Avanqard» Yaradıcılıq Forumunun sədri,
Şair-publisist Dəyanət Osmanlı.

«Pərvanə» Ədəbi Məclisinin sədri,
Şair-publisist Qəşəm Nəcəfzadə.

«Nigar» Elmi-Ədəbi Məclisinin sədri,
şair-tədqiqatçı Sona Xəyal.

Gənc Yazarlara Yardım cəmiyyətinin sədri,
Şair-publisist Faiq Balabəyli.

«Gənclər Pen-klubu»nun əlaqələndiricisi,
Şair-publisist Əyyub Qiyas.

«Şam» ədəbi-məclisinin sədr müavini,
Şair-publisist Xatirə Əzizqızı.

Bakı şəhəri, 26.01.2004»
Bu bəyanata digər təşkilatlar da qoşuldu.
Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin bəyənatı daha kəsərli bir bəyanat kimi tarixdə qalacaq. Bəyanatda deyilir: «Uzun illərdir ki, Yazıçılar Birliyində işləyirəm, ancaq yaradıcı ziyalıların bir qisminin hərəkətinə hələ də təəccüblənirəm.
Hər dəfə Qurultaydan əvvəl bir çoxlarında xüsusi qurultayqabağı sindrom yaranır və intiriqa, şaiyə, dedi-qodu ilə dolu məqalələr qəzet və curnallarda dərc olunur.
Uydurulmuş ittihamlar, mənasız yalanlar, ləyaqətsiz hərəkətlər ədəbiyyatdan uzaq insanların əsas əməlləridir... Dəqiq bilirəm ki, Yazıçılar Birliyinin sədri ölkədə mədəni və ədəbi siyasətlə yanaşı mənəvi-əxlaqi siyasəti də müəyyənləşdirən şəxs olmalıdır. Mənim fikrimcə, belə bir namizəd ancaq Anardır. Onun XX əsr Azərbaycan mədəniyyətinə verdiyi töhfələri, ədəbiyyatımız üçün etdiklərini qiymətləndirməmək mümkün deyil.
Mənim də qurultayda müdafiə edəcəyim yeganə şəxs Anar olacaq.
Mənim qırx beş yaşım var və heç kimdən asılacağım yoxdur. Dünyada on yeddi dilə tərcümə olunmuş 20 milyon kitabım nəşr edilib. Elə buna görə də tam müstəqil bir insan kimi hesab edirəm ki, Yazıçılar Birliyinin sədri ancaq Anar ola bilər...
Yazıçılar Birliyində işlədiyimə, burada Azərbaycanı ürəkdən sevən vətənpərvər, gözəl insanlarla rastlaşdığıma görə taleyimə minnətdaram.....».
Azərbaycan Yazıçılar Birliyi ölkəmizin milli-ədəbi prosesinin inkişafına əngəl olan qüvvələrə qarşı mübarizə aparmaqla yanaşı, dövlətimizin siyasətini dəstəkləyən, tariximizə, mədəniyyətimizə qarşı çıxan qüvvələri yerində oturtmağı bacaran, kəsərli dəlilləriylə düşmənlərimizin iç simasını açmağı bacaran qüvvətli və qüdrətli təşkilatdır.
Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvanın hüquqi statusunun təsbit edildiyi Qars müqaviləsinin etibarsız sayılması haqqında Ermənistan Yazıçılar İttifaqı parlament qarşısında məsələ qaldıraraq Rusiya Dövlət Dumasının bu müqaviləni etibarsız sayması üçün parlament qarşısında məsələ qaldırmaq istəyəndə Azərbaycan Yazıçılar Birliyi kütləvi informasiya vasitələrinin yaydığı xəbərin fitnəkar ermənilərin növbəti çirkin siyasəti olduğunu bildiyindən dərhal ona qarşı çıxdılar. Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasına aşağıdakı mövzuda bəyanatını bildirdi: «Moskva (16 mart 1921-ci il) və Qars (13 mart 1921-ci il) müqavilələrinə uyğun olaraq Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi kimi tanınmışdır. Üstəlik, hər iki müqavilənin 5-ci maddələrinə uyğun olaraq Azərbaycanın qarşısında belə bir şərt qoyulmuşdur ki, o, «həmin protektoratı üçüncü dövlətə güzəştə getməyəcəkdir». Qars müqaviləsini bir tərəfdən Türkiyə, digər tərəfdən də RSFSR-in iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist Respublikaları imzalamışlar.
Ermənistanın həmin müqavilələrin müddəalarını təftiş etmək üçün göstərdiyi bütün cəhdlər beynəlxalq birlik tərəfindən birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi qarşılanacaqdır. Yeri gəlmişkən, buna Qars müqaviləsinin 2-ci maddəsi də əyani surətdə sübutdur. Bu maddədə deyilir: «Razılığa gələn tərəflər onlardan birinin qəbul etməyə məcbur ediləcəyi heç bir sülh müqaviləsini və ya digər beynəlxalq aktları tanımamaq barədə razılığa gəlirlər». Qars müqaviləsini imzalamaqla Ermənistan həmin müqavilələrin maddələrini, o cümlədən Naxçıvan dövlət-ərazi statusuna dair maddələri pozmamaq haqqında öz üzərinə öhdəlik götürmüdür.
Azərbaycan Yazıçılar Birliyi hesab edir ki, Ermənistandakı müəyyən qurumların Naxçıvan məsələsini gündəliyə çıxarmaq niyyəti Ermənistanın bir çox illər ərzində regionda yeritdiyi və təkcə Azərbaycan xalqına deyil, erməni xalqına da böyük ziyan vurmuş ekspansionist siyasətin davam etdirilməsinə sübutdur.
Biz erməni yazıçılarına müraciət edərək xatırlatmaq istərdik ki, qondarma «Qarabağ münaqişəsi»nin əvvəlində də söz oynadılmışdır. Yerli məhəlli toqquşmadan, sonra isə daha geniş miqyasda hərbi toqquşmadan əvvəl informasiya müharibəsi olmuşdur.
Erməni ideoloqları öz qonşularına qarşı təbliğat müharibəsində ikili standartlara əl atmışlar: cuşa gətirilmiş curnalistlərin həmavaz xoru ittifaq ictimaiyyəti və dünya ictimaiyyəti üçün nəzərdə tutulan materiallardan belə bir fikri qətiyyətlə təlqin edirdi ki, DQMV-də erməni xalqının mili azadlıq mübarizəsi gedir. «Daxil istifadə» üçün materiallarda milli müstəsnalıq və dözümlülük təbliğatı ön sıraya çıxarılırdı. Azərbaycanla bağlı olan hər şeyə qarşı nifrət ab-havası süni və məqsədyönlü şəkildə qızışdırılırdı. Rusiyadakı nüfuzlu erməni lobbisi bu işdə olduqca fəal rol oynayırdı. Bu lobbi Moskvanın kütləvi nəşrlərində azərbaycanlıları «təcavüzkarlar» kimi qələmə verən informasiya təbliğatını, Rusiyada «dəstək qrupları»nın fəaliyyətini, moskvalıların Ermənistanda deputat seçilməsini, müxtəlif nümayəndə heyətlərinin Yerevanda təm-təraqla qəbul edilməsini, Moskvada ermənipərəst qəzetlərin nəşrini, televiziyada çıxışları, hüquq müdafiəçilərinin fəaliyyətini səxavətlə maliyyələşdirirdi. Zəhmətkeş Azərbaycan və erməni kəndlilərinin qanı bahasına Balayan, Bonner, ər-arvad Nuykinlər, Starovoytova kimi «ideoloqlar»ın əsərlərinin haqqı ödənilir. «Krunk» və «Qarabağ» kimi «komitələr» saxlanırdı, saxtakarlıqla müvafiq videofilmlər hazırlanır, şayiələr buraxılırdı. «Əzəli erməni hüquqları» barədə növbəti tarixi uydurmalar yayılırdı.
Bu gün biz soruşmaq istərdik: bu yorucu «Qarabağ marafonu»nu uydurub ortaya atanlar nəyə gəlib çıxdılar?
Onlar DQMV probleminin «ədalətli həllini», yəni onun Ermənistana birləşdirilməsini və sərhədlərin dəyişdirilməsini tələb edirdilər. Amma bu «ədalətli qərar» Qarabağın yalnız erməni icmasının mənafelərini nəzərdə tuturdu-regionda yaşayan digər millət və xalqların rəy və mənafeləri nəzərə alınmırdı. Öz problemlərini dərhal və nəyin bahasına olursa olsun həll etmək kimi bu ifrat müstəsna niyyət erməni xalqının özü üçün fəlakətli nəticələrə gətirib çıxarmışdır.
Onlar Dağlıq Qarabağın sosial iqtisadi geriliyindən danışdılar. Təbitəin öz naz-nemətinin əsirgəmədiyi bu diyar indi yandırılıb külə dönmüş, səhraya çevrilmişdir. Onlar həyasızcasına mübahisə edirdilər ki, Qarabağın maddi mədəniyyət abidələri ermənilərə məxsusdur. İndi mübahisə mövzusu hər cür mənasını itirmişdir, çünki abidələrin özləri məhv edilmişdir.
Ermənistan rəhbərliyinin təcridçilik siyasəti ölkəni çıxılmaz iqtisadi böhrana salaraq onu geniş miqyaslı energetika və nəqliyyat layihələrinin tam hüquqlu üzvü olmaq imkanından məhrum etmişdir. Taktiki üstünlüyə malik olan Ermənistan sabit və dinamik inkişaf edən respublikaya çevrilmiş beynəlxalq birlik tərəfindən bütün regionun coğrafi-iqtisadi mərkəzi kimi tanınan səkkiz milyonluq Azərbaycana strateci cəhətdən uduzmuşdur.
Qarabağ avantürasının nəyin naminə, hansı məqsədlər naminə ortaya atıldığı o günü Ermənistan rəhbərləri öz xalqına və beynəlxalq tərəfdaşlarına izah etməkdə çətinlik çəkirlər. Dağlıq Qarabağ münaqişəsinin həqiqi və gizlin səbəblərinin başa düşülməsi, Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi barədə haqlı tələblərinin dəstəklənməsi mötəbər beynəlxalq təşkilatların özündə getdikcə daha çox tərəfdarlar tapır. Ermənistanın təcavüzkar ölkə adlandırılıdığı Avropa Şurasının qəbul etdiyi qətnamə buna sübutdur.
Erməni separatizminin ideoloqları zamanın gedişinin onların əleyhinə işlədiyini başa düşərək və öz xalqının diqqətini çoxsaylı problemlərindən yayındırmağa çalışaraq yeni təbliğat hay-küyünə başlayır: «Naxçıvan məsələsi» deyilən qondarma məsələ qaldırılır.
Biz öz tərəfimizdən bəyan edirik: belə bir məsələ yoxdur! Azərbaycan dövlətçiliyinin meydana gəldiyi Naxçıvan diyarı Azərbaycanın tərkibində olmuş, tərkibindədir və tərkibində olacaqdır! Biz erməni millətçilərinin regionda hərbi-siyasi gərginliyin yeni dövrəsini qızışdırmaq cəhdlərinə, Dağlıq Qarabağ münaqişəsinin hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə əngəl törətmək cəhdlərinə qarşı etirazımızı bildiririk.
Bu gün bütün sivilizasiyalı dünya «XX əsrin taunu» beynəlxalq terrorizmlə mübarizədə birləşir. Belə bir şəraitdə Ermənistanın öz qonşularının torpaqları barədə aşkar surətdə iddialar irəli sürməsi regionun xalqlarına ancaq yeni bəlalar və müsibətlər gətirən sərsəm anaxronizmdir. Aravuranlıq kifayətdir, qan tökülməsi kifayətdir! Yeni avantüra niyyətinə düşənlərə isə xatırlatmaq istərdik ki, tarix iki dəfə təkrar olunur: əvvəlcə faciə kimi, sonra isə hoqqabazlıq kimi. cənab ədiblər, özünüzü gülünc vəziyyətə qonmayın» UNUTMAYIN Kİ, QUYU QAZANIN ÖZÜ QUYUYA DÜŞƏR!
Azərbaycan Yazıçılar Birliyi.
22 mart 2004-cü il».
Azərbaycan öz müstəqilliyini elan edəndən, bir dövlət kimi müstəqil fəaliyyətə başlayan gündən saxtalaşdırılımış, təhrif olunmuş tarixinin yenidən yazılması üçün böyük əməli fəaliyyəyətə başladı. Başımıza erməni millətçilərin gətirdiyi faciələr, xüsusilə erməni daşnaklarının 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, eləcə də Azərbaycanın digər bölgələrində törətdikləri qırğınlar, talanlar, vəhşilik və vandalizmlər barədə məlumatlar tarixin səhifələrinə, qan yaddaşımıza həkk olunub. O günlərin ən dəhşətli günlərindən biri olan Martın 31-i tarixə erməni yırtıcılarının vəhşi əməlləri kimi düşdü. «31Mart azərbaycanlıların soyqırımı günü» elan ediləndən bəri AzərbaycanYazıçılar Birliyi bu günü daima yad edir. Hər il soyqırım günü birliyin üzvləri bir yerə toplaşır, xalqımızın başına gətirilən müsibətlər ürək ağrısıyla qeyd edilir, şairlərimiz, yazıçılarımız yazdıqları əsərləri oxuyur, dümənin çirkin, vəhşi simalarını ifşa edən əsərlərində onların məkrli siyasətini unutmağa haqqımız olmadığını bir daha bəyan edirlər. Tariximizin qanlı səhifələrini unutmağa haqqı olmayan ədiblərimiz, qələm sahibləri bu dəhşətli faciləri xatırlatmaqla gəncliyimizi hərbi yurddaşlıq və qisasçılıq yönündə, düşmən tapdağı altında qalan torpaqlarımızın, girov saxlanan insanlarımızın geri qaytarılması uğrunda mübarizə aparmaq ruhunda tərbiyə etməliyik. Hər an xalqımızın bədnam qonşularımza qarşı münasibətdə ayıq-sayıq olmağa alışdırmalıyıq. Tarixi yaşantılarmızdan ibrət dərsi götürməli, nəticə çıxarmalı, milli borc, vətəndaş həmrəyliyi, etnik-mənəvi bütövlük naminə qüvvələrimizi birləşdirməli, Azərbaycanın ərazi bütövlüyünə qovuşmalıyıq.
Azərbaycan həmişə türk dünyasına bağlı olub, işiylə, əməliylə, saflığıyla türk dünyasına, kökünə, soyuna hörmət və ehtiramla yanaşıb. Dünyanın bütün nöqtələrində yaşayan türklərlə əlaqə qurmaq, türk birliyi arzusunda olanlarla əlaqə saxlamaq, şeir-sənət mühitiylə əlaqə saxlamaq ürəyindən keçir.
«Elazığ Türkiyənin Şərqində yerləşir. Yanından Firat çayı axır. Bizim Araz kimi ona da gah sevinc dolu, gah qəmli şeirlər yazılıb. Elazığın yaxınlığında, dağlar başında Narput yerləşir. Uzun Həsən xeyli vaxt burada hökmdarlıq etmiş, anası Sara xatın üçün cami tikdirmişdi. cami bu gün də sağ-salamatdır. Hər cümə günü elazığlılar Narputa-Sara xatun camisinə gəlib namaz qılırlar. Narputun qədim evlərinə, abidələrinə baxmaqla doymursan. Elazığ düzənlikdə salınıb. Adət-ənənələr eynilə bizdəki kimidir. Danışıqları da bizə çox bənzəyir. Elazığı dünyaya tanıdan burada məşhur «Firat» universitetinin olmasıdır. Elazığda məşhur Xəzər gölü var. Bu göl təmiz suyuna görə dünyada birinci yeri tutur. Hər il Elağızda Xəzər şeir axşamı keçirilir. Hər dəfə şeir şöləni olanda dünyanın hər yerindən gələn onaqlar şeir şöləni Azərbaycanda, böyük Xəzərin sahilində keçirməyi arzulayırlar».
Bu arzuları gerçəkləşdi. Azərbaycan Yazıçılar Birliyində «Saman TV, «TRT 1» televiziya proqramları, curnalistlər qatılan keçirilən mətbuat konfransını açan sədr Anar müəllim qonaqları salamladı, onları öz evlərində gördüyünə sevindiklərini bildirdi. Dünyanın müxtəlif yerlərindən-Türkiyə, Qazaxıstan, Quzey Kipr cümhuriyyətindən, Makedoniya və digər yerlərdən gələn şairlərin Musiqili Komediya teatrında aprelin 10-da keçirilən tədbirində onların şeirləri dinlənildi, Yavuz Bülənt Bakilər, İsa Koçakaplan, Abbas Abdulla, Əsəd cahangir «Türk şeirinin dünəni və bu günü» haqda danışdılar. AYB-nin Birinci katibi F. Qoca, Birliyin şeir bölməsinin rəhbəri Ç. Əlioğlu, «Ədəbiyyat qəzetinin» baş redaktoru A. Vəfalı belə türk ədəbi əlaqələrinin daha da genişləndirilməsinin, mətbuatda ardıcıl işıqlandırılmasının vacibliyini bildirdilər.
TUSİAB başqanı iş adamı Əkrəm Duan öz çıxışında «dünyanın hər yerindən gələn şairləri qoynuna alıb bu qədər diqqət göstərdikləri üçün» Azərbaycan Yazıçılar Birliyinə, şəxsən Anar müəllimə, Azərbaycan Mədəniyyət Nazirliyinə, Bakı Dövlət Universitetinin rəhbərliyinə, «Vektor» beynəlxalq elmi-mərkəzinin rəhbəri Elçin İsgəndərzadəyə, azərbaycanlılara öz təşəkkürünü bildirdi.
Aprelin 30-da Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda «Dünya ədəbiyyatı» curnalının ilk nömrəsinin təqdimat mərasimi keçirildi. Oricinaldan və ruscadan edilən tərcümələrdən ibarət sanballı dərginin işıq üzü görməsi ədəbi-mədəni həyatımızda maraqlı hadisə kimi qarşılandı. Dərgiyə maliyyə dəsətəyi verdiyinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinə təşəkkürünü bildirən Birliyin sədri Anar müəllim gələcəkdə də bu istiqamətdə birlikdə səylərin birləşdiriləcəyinə, curnalın nəşrinin davamı olacağına inamını ifadə etdi. Sözü Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri Əbülfəs Qarayevə verdi. «Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin hələ ümumilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini xatırladan Ə. Qarayev başçılıq etdiyi nazirliyin yeni nəsil istedadlı yaradıcı gənclərlə bağlı gördüyü işləri yada saldı, keçirdikləri sənət və yaradıcılıq müsabiqələrinin əhəmiyyətindən danışdı. Yazıçılar Birliyi ilə birgə bir sıra layihələrin gerçəkləşdirilməsi ilə bağlı təklifləri məmuniyyətlə qarşıladıqlarını deyən Nazir çağdaş dünyada tərcümənin rolunu xatırlatdı, gənc oxucuların həm Qərb, həm də Şərq ədəbi-mədəni söz abidələri ilə tanışlığının vacibliyini vurğuladı. Oxşar dərgilərin Azərbaycanın ümumi intellektual səviyyəsinin yüksəlməsindəki əhəmiyyətini vurğulayan Ə.Qarayev bundan sonra da nazirlik tərəfindən bu qəbil layihələri dəstəkləyəcəklərini, habelə yazarlarla bağlı işləri gücləndirəcəklərini söylədi». Curnalı ədəbi gəncliklə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinin səmərəli əməkdaşlığının məntiqi nəticəsi kimi dəyərləndirən S. Babullaoğlu milli tərcümə sahəsindəki boşluqlara, ortaya çıxan problemlərin həlli məsələlərinə toxundu. Anar çıxışının sonunda «Dünya ədəbiyyatı» dərgisinin ilk sayı bu yöndə uğurlu başlanğıcdır. Lakin uğurla kifayətlənməməliyik, yeni-yeni işlərlə bu işi davam etdirməli, qarşılıqlı tərcümə sənətini inkişaf etdirməliyik»-fikriylə yekunlaşdırdı.
Azərbaycan tarixin çox dolanbac yolları ilə irəliləyib. Həyatında XX əsrin ən böyük inqilabi hadisələri ilə yadda qalıb. Xalq cümhuriyyəti, Oktyabr inqilabı və bir də Xalq cümhuriyyətinin bərpa edilməsi. Bir əsrdə üç inqilabi, tarixi hadisənin şahidi olan Azərbaycan ədəbiyyatının itirdikləri də çox olub, qazandıqları da. Xalq cümhuriyyəti ilə müasir Müstəqil Azərbaycan dövləti bərqərar olan illər arasında 70 il Azərbayan ədəbiyyatı öz inkişafını davam etdirib. O illərdə qazandığımız nailiyyətlərimizi kürüyüb çölə ata bilmərik. H. Əliyev çox tarixi əhəmiyyətli fikrində haqlıdır ki, «biz bu quruluşda, bu həyatda, bu dövlətdə, bu şəraitdə yaşamışıq, təhsil almışıq, böyümüşük və respublikamızı, xalqımızı yaşatmışıq. Ona görə də o dövrlərdə əldə olunan nailiyyətləri inkar etmək olmaz-bu, cinayət olardı. Onu unutmaq da olmaz».
O dövrlərdə görülən çox işlərin bir nəticəsi kimi Azərbaycan Yazıçılar Birliyinin sıralarındakı yüzlərlə insanın məhz sovet dövründən öz inkişaf istiqamətini tapdığını qeyd edən Prezident inkişaf etmiş ölkələrin heç birində bu qədər yazıçı, qurultay nümayəndəsi olmadığını və bunun da «boş yerdən əmələ gəlmədiyini» deyir: «Bəli, bunu o dövr, dövrün imkanları yaradıbdır. İnsanlar, bizim Azərbaycan yazıçıları, şairləri də öz istedadlarına, aldıqları təhsilə və bu sənətə sadiqliklərinə görə bu yolu seçiblər. Yazıçılıqla məşğuldurlar və böyük işlər görüblər.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları komandanlığının əmrilə 2002-ci ildən başlayaraq keçirilən müsabiqədə məqsəd Azərbaycan sərhədlərinin mühafizəsi tarixinin səhifələrini işıqlandırmaq, ordumuzun, əsgərlərimizin milli vətənpərvərlik hisslərini yüuksəltmək uğrunda yazılan ən yaxşı əsərlərin müəlliflərini mükafatlandırmaq, ədəbi irslə ordu arasındakı əlaqələri gücləndirmək məqsədi daşıyır. Bədii ədəbiyyat üzrə 1-ci dərəcəli diploma layiq görülən Sərvaz Hüseynoğlunun «Haqq» silsilə şeirləri, Gülxani Pənahın «Bizim sərhədçilər» poeması, 2-ci dərəcəli diploma layiq görülən vətənə, sərhədə həsr olunmuş Fikrəd Əsədin şeirləri, Məcnun Göyçəlinin şeirləri, 3-cü dərəcəli diploma layiq görülən «Ruhumuzun sərhədinə doğru» bədii oçerklərinə görə şairlərimizə fəxri fərmanları Dövlət Sərhəd Xidməti idarəsinin təntənəli yığıncağında təqdim edən sərhəd qoşunları komandanı general-mayor Elçin Quliyev qalibləri təbrik etdi. Müsabiqədə yer tutmuş əsərləri vətənpərvərlik ruhunda yazılmış ən gözəl əsərlər kimi dəyərləndirdi.
Azərbaycan Yazıçılar Birliyinin bölmələrindən Gəncə bölməsi uzun illərdir fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə şairlərimizin, sənətkarlarımızın yubileyləri (Rəsul Rza-90, Sabit Rəhman-90, Süleyman Rəhimov-100, ), keçirdikləri poeziya axşamları, Nizami poeziya günləri yaddaqalandır, Nizami-860 poeziya bayramı öz əlvan proqramı ilə bədii sənətə xalq məhəbbətinin ifadəsi idi.
Mingəçevir bölməsinin «İlham pərisi», «Mingəçevir qönçələri» ədəbi məclisləri ilə birlikdə keçirdiyi görüşlər, yubiley tədbirləri, xatirə gecələri, ədəbi -bədii gecələr, şairlərlə, yazıçılarla keçirilən yaradıcılıq görüşləri, Azərbaycan Yazıçılar Birliyinin rəhbərləri ilə mingəçevirli oxucuların görüşü bölgələrdə fəaliyyət göstərən bölmələrin fəallığından xəbər verir.
Aprelin 12-də Yazıçılar Birliyində görkəmli nasir, dramaturq, tənqidçi, ictimai xadim Mehdi Hüseynin 90 illiyinə həsr olunmuş konfrans keçirildi. Onun Azərbaycan Yazıçılar Birliyinin katibi, ədəbiyyatımızın inkişafındakı rolu, «Azərbaycan» curnalının baş redaktoru kimi fəaliyyəti birliyin sədri tərəfindən yüksək dəyərləndirildi. Nizami adına ədəbiyyat institutunun direktoru Yaşar Qarayev XX əsr «Azərbaycan ədəbiyyatında, mədəniyyətində və mənəviyyatında öz şəxsiyyəti, eyni zamanda yaradıcılığı ilə böyük ziyalılardan olan Mehdi Hüseynin dövrü üçün aktual əsərlərindən bəhs etdi, Şamil Salmanov yazıçının bədii nəsri, dram və tənqidi əsərləri haqqında fikirlərini söylədi, «yazıçının yaradıcılığını mərhələlər üzrə səciyyələndirən məruzəçi Mehdi Hüseynin bir çox romanlarının istər Azərbaycan bədii nəsrinin inkişafındakı rolunu, istərsə də keçmiş ümumittifaq ədəbiyyatındakı yerini xüsusi qiymətləndirdi». Hüseyn Abbaszadə, Balaş Azəroğlu, Həmid Abbas, Gülhüseyn Hüseynoğlu, Teyyub Qurban yazıçı haqqında xatirələrini danışdı.
Qazax bölməsinin S. Vurğunun 95, 100, Mehdi Hüseynin 100, M.V. Vidadinin 300 illik yubileylərinin təntənəli şəkildə respublika səviyyəsində bayrama çevrilməsi, Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, digər görkəmli sənət adamlarının Qazaxda keçirilən yubileyləri, poeziya bayramları, yubileylər, yaradıcılıq gecələri, anım günləri, Naxçıvan bölməsində S.Vurğunun 95 illiyinə həsr olunmuş c.Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat muzeyində keçirilən «Böyük nəğməkar» adlı xatirə gecəsi, müstəqilliyimizin 10 ili münasibətiylə «Müstəqilliyimiz əbədidir» devizi altında keçirilən şeir müsabiqəsi yaddaqalandır.
Astara, Lənkaran, Lerik, Yardımlı, Masallı, cəlilabad, Biləsuvar, Neftçala rayonlarını əhatə edən, 1978-ci ildə fəaliyyət göstərən Lənkaran bölməsində şair və yazıçılarla keçirilən görüşlər, yubiley tədbirləri, xatirə gecələri AYB-nin fəaliyyətinin tərkib hissəsidir.
Sumqayıt bölmsəi 1996-cı ildə yaradılıb. Orada bir sıra ədəbi qruplar («Dəniz» ədəbi birliyi, «Turan»ədəbi məclisi, «Yeni yazarlar və sənətçilər qurumunun şəhər bölməsi», «Tumurcuq» ədəbi dərnəyi və s.) fəaliyyət göstərir. Bu qurumlar Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi ilə sıx əlaqə saxlayır. 2001-ci ilin noyabrın 15-də «Turan» ədəbi məclisində alman şairi Eberhard Kirxhoffla keçirilən görüşdə birliyin sədri Sabir Sarvan Azərbaycan-Almaniya dostluğuna, bu xalqların talelərindəki oxşar məqamlara toxundu. Ədəbi əlaqələrin xalqların dostluğuna təsirini söylədi. Eberhard curnalist, 12 kitab müəllifi, 60 kitabda, xeyli qəzet və curnallarda yazıları dərc ounan şairdir. 1987-ci ildən Almaniya Yazarlar Birliyinin üzvü E. Kirxhoff Azərbaycan-Almaniya ədəbi əlaqələrinin inkişaf etdirilməsi istəyini vurğuladı, «Azərbaycan haqqında poema»sını və lirik şeirlərini oxudu. Bölgələrdə də müxtəlif ölkə ədəbi ictimaiyyəti ilə saxlanan əlaqələr Azərbaycan ədəbiyyatının dünya arenasında təbliğinə dəstək kimi qiymətləndirilməlidir.
Azərbaycan Yazıçılar Birliyi və onun bölmələri ölkəmizin milli bayramları ilə bağlı silsilə tədbirlər keçirir, oxucularla görüşlər təşkil edir, milli-mənəvi dəyərlərimizə sədaqətini işi, fəaliyyəti ilə yaşadır. Novruz bayramı ilə bağlı hər il Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda keçirilən tədbirlər, şairlərimizin, yazıçılarımızın kollektivlərlə, tələbə və müəllim heyətləri ilə görüşü, Novruz ənənələrinin qorunub saxlanması, novruz bayramı ilə bağlı yazılan ən yaxşı əsərlər üçün ayrılan mükafatlar diqqətə layiqdir.
Azərbaycan Yazıçılar Birliyinin ən böyük ağrısı, Şuşa, Laçın...., Qarabağ acıları, Xocalı fəryadı yazıçıların əsərlərində aparıcı mövzulardır. Xalqın başına gətirilən müsibətlər, erməni işğalçılarının törətdiyi faciələr əsərlərimizdə əsas mövzu olmaqla yanaşı, düşmənə nifrət motivləri ilə də güclüdür. Azərbaycan Yazıçılar Birliyi və Dövlət Qarabağ mövzusunda yazılmış ən yaxşı əsərləri mükafatlara layiq görmüşdür.
Azərbaycan Yazıçılar Birliyi müntəzəm olaraq mətbuat orqanları ilə görüşlər keçirir, dəyirmi masa təşkil edir. Milli Məclisin və Prezident tədbirlərini geniş işıqlandıran, qəbul olunmuş Dövlət qanunlarının mətnini dərc edən, ictimai-siyasi, beynəlxalq əlaqələrə, iqtisadi məsələlərə səhifələrində geniş yer verən «Azərbaycan» qəzeti, ilə görüşü buna nümunədir.
AYB bölgələrdə keçirilən ədəbi-məclislərin bir araya gəlməsi üçün apardığı məqsədyönlü fəaliyyəti təqdirə layiqdir. Qubada fəaliyyət göstərən «Ay işığı» əvvəlki ənənələrin bir növ davamı kimi dəyərləndirilməlidir. Hələ ötən əsrdə Abbasqulu ağa Bakıxanov Qubada «Gülüstan» ədəbi məclisi yaratmışdı.
2007 ci il 21-25 oktyabr günləri «Movlana cəlaləddin Rumi» günləri kimi ədəbiyyat tariximizdə də qaldı.
Mövlana Ruminin anadan olmasının 800 illiyinin YUNESKO çərçivəsində qeyd olunması ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Azərbaycanda Mövlana Rumi günləri keçirildi.
Mövlana Ruminin anadan olmasının 800 illiyinin YUNESKO çərçivəsində qeyd olunması Mövlana Ruminin bədii-fəlsəfi irsinin milli mənsubiyyətindən, irqindən, cinsindən, dinindən asılı olmayaraq bütün insanlar üçün böyük dəyər daşıdığını qeyd edən Mədəniyyət və Turizm naziri Ə. Qarayev onun insanlar arasında sevgi, məhəbbət, qardaşlıq hisslərini tərənnüm etdiyini, «bu gün-milli, dini, siyasi, irqi zəmində silahlı toquşmaların və münaqişələrin artdığı bir dövrdə Mövlana irsinə «ehtiyac» duyulduğunu xüsusilə qeyd etdi: «Əgər insanlar bu dahi mütəfəkkir şairin təkcə «Ya olduğun kimi görün, ya da göründüyün kimi ol» kəlamına əməl etmiş olsaydılar, dünya indikindən qat-qat gözəl olar, insanlar daha xoşbəxt, sülh, əmin-amanlıq içərisində yaşayardılar».
«Mövlana Rumi günləri çərçivəsində «Çağdaşımız Mövlana» (22-23 oktyabr) simpoziumu keçirildi. Bu simpoziumda Anar «Çağdaşımız Mövlana», Arif Əmrahoğlu «c. Rumi sufizmində model», Teymur Kərimli «Mövlana və müasirlik» mövzusunda çıxış etdilər. Simpoziumda Türkiyədən Doç. Dr. Gülşen Seyhan Alışık, Prof. Dr. Azmi Bilgin, Doç. dr. Ömür Seylan, İrandan Əsgər Şahi, Behruz Sərvəti, Həsən Rüstəmzadə, şəxsiyyəti sərhəd tanımayan cərrah, türkoloq-ədib, Fransa cərrahiyyə Akademiyasının üzvü Dr. cavad Heyət, prof. Nizami cəfərov və başqaları çıxış etdilər. Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin Mövlana Rumi günləri münasibətiylə təsis etdiyi ən yaxşı şeir, nəsr, ədəbiyyatşünaslıq üzrə keçirilən müsabiqədə Ə. cahangir, Ə. Əsgəroğlu, E. Quliyev, G. Pənah, Ş. Ana, M. Abdullayeva və başqaları fəxri fərman və mükafatlarla təltif edildilər. «Hər öyüdi bir kəlam, hər əsəri bir elm dəryası olan», dünya alimlərini düşündürən, heyrətləndirən Mövlana fəlsəfəsinə həm elmi prizmadan, həm ədəbi-bədii prizmadan nəzər salındı. Azərbaycan Yazıçılar Birliyinin Türkiyənin Konya Böyükşəhər Bələdiyyəsinin Mövlana ödülüyülə təltif edilmsəi Türkiyədə keçirilən Mövlana günlərinə qatılması bir daha Türkiyə -Azərbaycan ədəbi, mədəni əlaqələrinin möhkəmləndiriləməsində AYB-nin fəallığından xəbər verir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikasının rəhbərliyi Mövlana Rumi günlərinin ölkədə yüksək səviyyədə keçirilməsində dəstək oldu.
2008-ci ilin 13-15 noyabr günlərində Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar Birliyi, TÜRKSOY-Türk Kültür ve Sanatları Ortaq Yönetimi, Qafqaz Universiteti ilə birlikdə «Türk xalqları ədəbiyyatı» çərçivəsində Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi keçirildi. Bütün türk dövlətlərinin iştirak etdiyi bu konqres Bakıda keçirildi və uşaq ədəbiyyatı problemlərinə həsr olunmuş tarixi konqres kimi yadda qaldı.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə 2008 -ci ildə Gənc Ədiblər Məktəbi yaratdı. Məktəbin yaradılmasında əsas məqsəd bu layihə çərçivəsində yaradıcı gənclərin ilk kitablarının nəşrinə, əsərlərinin mətbuatda işıqlandırılmasına, televiziya və radioda onlara efir vaxtının ayrılmasına və istedadı ilə seçilən gənclərin mükafatlandırılmasına yol açmaq idi. Gənc Ədiblər Məktəbinin məşğələləri ayda bir dəfə Rəşad Məcidin rəhbərliyi ilə aparılır.
AYB müstəqillik dövrünün ilk illərindən üzü bəri həmişə ictimai-siyasi hadisələrdən, ölkəmizdə baş verən qlobal məsələlərdən kənarda qalmayıb. Xüsusilə Qarabağla bağlı məsələlər ətrafında həm ölkə daxilində, həm beynəlxalq səviyyədə gedən proseslərə diqqətlə yanaşmış, xalqla dövlət arasında bir körpü rolu oynamışdır, desək yanılmarıq. AYB xalq mənafeyinin, milli heysiyyətin, xalqının dilinin qoruyucuları olub.
Qarabağla bağlı məsələlər, yalanlar, şaiyələr xalq arasında yayılıb, xalq arasında çaşqınlıq törədilən illərdə AYB-nin bir qrup yazıçısı Prezidentə bu mövzuda müraciətini çatdırdı.
«Hörmətli prezident!
Nə vaxtdır ki, Azərbaycan xalqı çox gərgin günlərini yaşayır. Ölkədəki iqtisadi çətinliklərə, keçid dövrünün ağırlıqlarına səbrlə sinə gərir. Siz Azərbaycana qayıtdıqdan və Prezident seçildikdən sonra bizdə gələcəyə inam və Qarabağ münaqişəsinin ədalətli həllinə böyük ümid yarandı. Siz bütün çıxışlarınızla bəyan etmisiniz ki, əgər torpaqlarımızı danışıqlar yolu ilə azad etmək mümkün olmasa Azərbaycan xalqı hərb yoluna müraciət etmək məcburiyyətində qalacaq.
Son vaxtlar məsələnin sülh yolu ilə həll olunması üçün kompromisin vacibliyini bəyan edirsiniz. Ancaq Azərbaycan ictimaiyyəti bu güzəştin nədən ibarət olmasından xəbərsizdir.
Azərbaycandan kənardakı bəzi mənbələrdən belə məlumatlar yayılır ki, Minsk qrupunun yeni təkliflərində Ahzərbaycanın ilkin şərti hesab olunan ərazi bütövlüyü prinsipi qoyulmayıb. Şübhəsiz ki, biz Sizin Azərbaycan üçün şərəfsiz sülh müqaviləsinə qol çəkə biləcəyinizə inanmırıq. Lakin ölkədə gəzən bu söz-söhbətlərə son qoyulması üçün Sizin Qarabağ münaqişəsinin nizamlanması barədə mümkün qədər geniş açıqlama vermənizi və xalqın narahatlığına, həyəcanına son qoymanızı xahiş edirik.
Anar, Fikrət Qoca, B. Vazabzadə, Qabil, Hüseyn Abbaszadə»
Heydər Əliyev AYB-nin ziyalılarının bir qrupunu qəbul etdi, onlara hörmət və ehtiramını bildirdi, dövlətin Qarabağla bağlı danışıq prosesləri haqqında ətraflı söhbət açdı, o cümlədən ilk növbədə ərazi bütövlüyümüzün əsas şərt olması məsələsinə aydınlıq gətirdi. Bu görüş televiziya ilə yayımlandı, müəyyən qədər xalq da gedən proseslərlə bağlı məsələlər haqqında məlumatlandı. İctimai rəyin sakitləşməsi baxımından dəyərli oldu. Zaman şaiyələrin, uydurmaların deyil, həqiqətin qələbə çaldığını göstərdi.
Azərbaycan xalqı, onun yazarları ümumilli liderimiz Heydər Əliyevin sağlığında olduğu kimi, bu gün də xatirəsini həmişə əziz tuturlar.
Yazıçılar Birliyi tərəfindən dövlət başçısının fəaliyyətini, ədəbiyyatımıza, mədəniyyətmizə misilsiz xidmətini ifadə edən Ümummili liderin 85 illik yubileyinə həsr edilmiş «Bir ömrün səlnaməsi» bədii sərgisinin keçirilməsi, onun ədəbiyyata, mədəniyyətə qayğısının təzahürü idi. 2008-ci ilin mayın 7-də AYB-nin rəhbərliyi ulu öndərin 85 illiyi ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət etdi, onun məzarı önünə əklil qoydu. Sonra Azərbaycan Yazıçılar Birliyində Heydər Əlyevin xatirəsinə həsr olunmuş anım tədbirini giriş sözü ilə açan Anar onun «ədəbiyyatımızın, sənətimizin dostu, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü» kimi dəyərli olduğunu qeyd etdi: «Heydər Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərini hamımız bilirik.. amma bu xidmətlərin sırasında onun bizim ədəbiyyata olan qayğısı, mədəniyyətə olan diqqəti, sənətimizə olan mehriban münasibəti xüsusi yer tutur. O döğrudan da bizim ədəbiyyatı, çağdaş yazıçıları da, klassikləri də yüksək qiymətləndirirdi. Onların xatirəsini əbədiləşdirmək üçün muzeylərin yaradılması, heykəllərin qoyulması, yubiley tədbirlərinin keçirilməsi üçün çox işlər görürdü. Sovet dövründə gənc müəllifləri (mən də onların arasında idim) cürbəcür hücumlardavn müdafiə etmək üçün böyük fədakarlıqlar edirdi, müstəqillik dövründə isə yazıçılarımızın güzəranını yaxşılaşdırmaq üçün onlara təqaüdlər təyin edirdi, mükafatlar, yüksək adlar verirdi, ümumiyyətlə, yazıçılarımız, sənət adamlarımız onun diqqət mərkəzində idi».
Onun işıqlı xatirəsini xoş sözlərlə anan, rəhmət diləyən şairlərimiz bir azərbaycanlı kimi fəaliyyətini, əqlini, zəkasını, istedad və qabiliyyətini yada saldı. Fikrət Qocanın onun 100, 200 ... neçə belə yüzilliklərinin xalqı tərəfindən daima təmtaraqla bayram ediləcinə inamını ifadə etdi: «O, həqiqətən də müasir tariximizin ən mürəkkəb çağlarında Azərbaycana rəhbərlik edib. Xalqın xaos içində çabaladığı vaxtlarda H.Əliyev silahsız, dəstəsiz, qoşunsuz millətin təkidi ilə ikinci dəfə ölkəmizin hakimiyyətinə qayıtdı, respublikamıza rəhbərlik edərək Vətəni parçalamaqdan, vətəndaş müharibəsindən xilas etdi. Böyük öndərin ağlı, zəkası onu sovet dövründə Siyasi Büroya aparıb çıxartmışdı. Bir türk oğlunun heç bir kömək, dəstək almadan belə mövqeyə yüksəlməsi onun öz bacarıq və istedadının nəticəsi idi. Heydər Əliyev neçə ildir cismən bizimlə deyil, ancaq onun ağlı, zəkası ilə qurulan relsin üzərində Azərbaycan idarə olunur. Ulu öndərin oğlu, siyasi varisi cənab İlham Əliyev bu idarəçiliyi ləyaqətllə, şərəflə davm etdirir».
Fikrət Qocanın fikirləriən şərik olan Nazim İbrahimov böyük liderlə 70-ci illərdən tanış olduğunu, onun yazıçılara, ədəbiyyatımıza qayğısını, haqqında yazıan əsərlərin bədii dəyərini, yazılan əsərlərdə onun dahi şəxsiyyət kimi fəaliyyətinin təsvir və tərənnümünün reallıqlara əsaslandıbğını dedi: «O, hər iki dəfə Azərbaycana rəhbərlik etdiyi vaxt, eyni zamanda keçmiş SSRİ-nin ali rəhbər orqanlarında fəaliyyət göstərdiyi çağlarda əməlləri ilə sübut etdi ki, tarixi şəxsiyyətlər yaradır. Tarixi şəxsiyyətlər isə hər zaman millətin uğurlu gələcəyi üçün böyük işlər görürlər. Heydər Əliyev də məhz belə tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyevin həyatında elə hadisələr, faktlar var ki, bunlar barədə hələ çox yazılacaq. Belə əsərlər, kitablar hələ çox yaradılacaq, yazıçılarımız Heydər Əliyevə olan borclarını layiqincə qaytaracaqlar».
Azərbaycan Yazıçılar Birliyi daima millətinə, xalqına xidmət edən yüksək elmi, mədəni, bədii təfəkkürə malik şəxsiyyətləri öz ətrafında birləşdirmişdir. Fəaliyyət göstərdiyi 75 illik dövrdə ədəbiyyatımızı elə möhtəşəm bir zirvəyə qaldırmışdır ki, bir əsrdən 25 il az müddətdə Azərbaycan ədəbi prosesinin tarixi salnaməsini yaratmış, bəşəriyyətə, gələcək nəsillərə hümanist ideyalarla zəngin bir mədəni irs qoyub getmək şərəfi qazanmışlar. Böyük Daşqınlar dövrü yaşamış bəşəriyyətin elə abidələri vardır ki, onlar öz bəşəri keyfiyyətləri ilə bu gün də yaşayır. Azərbaycan Yazıçılar Birliyi 75 illik dövrünün 22 ilini müstəqillik qazandığı dövrdə, 53 ilini sovet dönəmində inkişaf etdirib. Sovet ədəbiyyatının ən mütərəqqi ideyaları ilə köklənmiş sənət əsərləri yaratmışlar. Sovet postməkanında deyil, eyni zamanda dünyanın odlu nöqtələrində yaşayan, azadlıq, müstəqillik eşqi ilə çırpınan ürəklərin istək və arzularını qələmə almışlar, onlar üçün dünyada azad, xoşbəxt, firavan dövlətlərin vətəndaşı olması istəklərini ifadə etmişlər. Müəyyən bir senzura çərçivəsində yaratmağa məcbur olduqları dövrdə də əsərlərində əsas ideya humanizm, bəşərilik, dostluq, insani münasibətlər ön planda olub. İmperialist qüvvələrin vəhşiliklərinə qarşı amansız olan, onların çirkin siyasətlərini ifşa edən, müharibə, faşist Almaniyasının bəşər tarixində törətdiyi faciələrə nifrət fonunda yazılan əsərlərin də ən əsas qayəsi sülh, əmin amanlıq, hümanizmdir.

Gülxani Pənah

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah