Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

NAZİM HİKMƏTİN "YUSİF və ZÜLEYXA" ƏSƏRİNDƏ FOLKLORİZM

Dünyanın bir çox dahi sənətkarları kimi Şərqin qüdrətli qələm sahibləri folklor nümunələrindən, xalq yaradıjılığından bəhrələnməklə əvəzsiz, nadir sənət əsərləri yaratmışlar. Nizami, Füzuli, Sə"di, Hafiz, Əlişir Nəvai, Əbdürrəhman Jami, Firdovsi, Əmir Xosrov Dəhləvi kimi qələm ustadları xalq ədəbiyyatı janrlarından yararlanmaqla ədəbiyyat aləmində misilsiz sənət inciləri yaratmış və özündən sonra gələn nəsillərə bu ən"ənəni davam etdirmək üçün qüvvətli ədəbi məktəb qoyub getmişlər. Bu ədəbi məktəbin davamçıları neçə illərdir ki, bu ən"ənələri yaşatmaqla dünya ədəbiyyatı xəzinəsinə qiymətli sənət əsərləri bəxş etmişlər.
Bir çox sənətkarlar öz arzu və ideyalarını oxujusuna çatdırmaq üçün folklor motivlərindən, sücetlərindən, obrazlarından istifadə etməklə yaratdıqları qüdrətli bədii əsərlərinə görə dünya xalqları arasında sevilir.
Xalqın estetik duyğularını, bədii təfəkkürünü, mifik görüşlərini əks etirən əsatir, əfsanə, dastan, nağıl və digər xalq yaradıjılığı nümunələrindəki sücet, obraz və motivlər bir çox sənətkarların ijtimai-siyasi, tərbiyəvi, fəlsəfi fikirlərini əks etirmək üçün tə"sirli vasitələrdən olmuşdur.
Dünya mədəniyyətinə ən layiqli töhfələr vermiş türk xalqları şifahi şəkildə yaratdıqları folklor nümunələri ilə yanaşı yüksək-bəşəri ideyaları təbliğ edən qiymətli yazılı bədii əsərlər yaradan sənətkarları ilə də şöhrət qazanmışdır.
XX əsr Türk dünyasının həyatında yeni bir dövrdür. Bu dövrdə ədəbiyyata gələn, öz sözü, sənəti, dəsti-xəttiylə seçilən bir çox sənətkarlarımız kimi Nazim Hikmət də millətinin, vətəninin işıqlı gələjəyi uğrunda qələmini süngüyə çevirən alovlu, mübariz bir türk sənətçisi idi. Yaratdığı bütün əsərlərində yorulmadan insanların xoşbəxtliyini, firavan həyatını görmək arzusu ilə yaşayan Nazim Hikmət xalq ədəbiyyatına dərin köklərlə bağlı bir sənətkar olmuşdur.
Qorki yazırdı ki, "Folklordan xəbərsiz yazıçı pis yazıçıdır ". Nazim Hikmət həm mənsub olduğu xalqların, həm də dünya xalqlarının yaratdığı zəngin folklor mənbələrinə hörmətlə yanaşan, onlardan öz yaradıjılığında bəhrələnən xalq sənətinə məhəbbət bəsləyən, zəmanəsinin qüdrətli sənətkarlarından biri kimi tanınır.
Əfsanələrdən, nağıllardan, dastanlardan və onların sücetlərindən bütün ölkələrin və bütün dövrlərin yazıçıları öz arzu və istəklərinə, yaradıjılıq təxəyyülllərinə uyğun olaraq məharətlə istifadə etmişdir. Böyük sənətkarımız Nazim Hikmət belə ən'ənələri davam etdirən türk ədəbiyyatının görkəmli sənətkarlarından biridir. O, Yaxın və Orta Şərq Avropa xalqlarının mə'nəvi xəzinəsinin injilərindən olan folklor nümunələrinin sücetlərini yazılı ədəbiyyata gətirməklə yaratdığı əsərləri yeni ideya- məzmunlarla zənginləşdirmiş, oricinal qiymətli sənət əsərləri yaratmış və özünə əbədi şöhrət qazanmışdır. Onun "Yusif və Züleyxa", "Fərhad və Şirin" və "Demoklisin qılınjı" pyesi folklor motivləri üzərində köklənmişdir.
Yazıçı istər "Fərhad və Şirin", istər "Yusif və Züleyxa", istərsə də "Demoklisin qılınjı" əsərini yazmağa başlamazdan əvvəl, hər şeydən önjə yazılı və şifahi xalq nümunələrini əldə etmiş, bu materialları aramış, araşdırmışdır.
"Yusif və Züleyxa" əsərini yazarkən həm Tövrat, İnjil, Qur"an kimi dini yazılı məx'əzləri, həm də xalq içərisində məhşur olan ağızlarda dolaşan rəvayətləri, nağılları diqqətlə öyrənmişdir. Özünün dediyi kimi "Yusifin hekayəsi bizim türk şe'rinə də girmişdir. Kəndlərdə və kiçik şəhərlərdə xalq aşıq və məddahları tərəfindən yazılan və xalq qarşısında ujadan oxunan kitablarda da Yusif və Züleyxa hekayəsi məşhurdur. Bu kitablardan bir çoxu əlimə düşdü. "Yusif və Züleyxa" hekayəni dönə-dönə və sevə-sevə oxudum. Yusifin və Zelihanın (Qur'anda Züleyxa adlanır) xarakterlərini mən olduduğu kimi, injildən və qur'andan götürdüm".(392). Deməli, sənətkar "Yusif və Züleyxa" əsərini yaratmaq üçün həm qədim dini kitabları, həm də xalq içərisində yayılmış hadisələri nəzərdən keçirmiş, aşıqları dinləmiş və nətijədə öz yaradıjılıq təfəkkürünün zəngin imkanlarından istifadə etməklə belə bir qüdrətli sənət əsərini yaratmağa müvəffəq olmuşdur. Unutmaq olmaz ki,bu əsərin yaranmasında şifahi xalq ədəbiyyatının, o jümlədən yazılı ədəbiyyata kimi yayılan, bütün Şərq xalqlarının folkloruna daxil olan Yusif və Züleyxa mövzusu, bu mövzuda özünə əsas yer tutan ideyalar mühüm rol oynamışdır. Görkəmli sənətkarın "Yusif və Züleyxa" pyesi yazılı ədəbiyyatda yeni mövzu deyildir. Yazılı ədəbiyyatda özünə şöhrət qazanan "Yusif və Züleyxa" mövzusunda dünya xalqları içərsində çoxlu əfsanə və rəvayətlər mövjuddur. Bu əsərlərin süceti məhz dünya xalqları arasında geniş yayılmış, min illər boyu xalq içərisində yaşamış, jilalanmış, kamil bir sənət əsərinə çevrilmiş, bəşəriyyət aləmində yüksək bəşəri duyğuları özündə əks etdirən bir misilsiz sənət əsəri kimi dünya xalqları tərəfindən qəbul edilərək, hər xalqın öz milli-mə'nəvi dəyərlərinə məxsus şəkildə bədii donunu geyinərək ölməz bir tabloya çevrilmiş "Yusif və Züleyxa" əfsanəsindən götürülmüşdür..
Bu əfsanənin süceti, obraz və motivləri Şərq ədəbiyyatında, Jami, Dürbək, Həmdinin yaradıjılığını bəzəməklə yanaşı, Azərbayjan şairlərindən Xətari, Şəms və başqalarının yazdığı əsərlərə də rövnəq vermişdir. " Yusif və Züleyxa " mövzusunda xalq içərsində geniş yayılmış məhəbbət dastanı da vardır. Xalq arasında yayılmış "Yusif və Züleyxa" dastanı, bununla bağlı Yusif və Züleyxa mövzusunda yazılmış iri həjmli sənət əsərlərindən birinin müəllifi fars-tajik ədəbiyyatının görkəmli klassiklərindən bir olan Əbdürrəhman Jamidir və o, Şərq aləmində tanınmış qüdrətli sənətkarlardan biridir. Həm "Yusif və Züleyxa" dastanında, həm də xalq içərsində bu mövzuda yayılmış folklor nümunələrində olduğu kimi Jaminin əsərində də bəşəri eşq, pak məhəbbət əsas mövzu kimi götürülür və qəhrəmanlar təmiz, ülvi məhəbbətin jarçılarıdır. Onlar mə'nəvi jəhətdən yüksək paklıq, ülviyyət rəmzləridir. Züleyxa sevgisində jəsur, qoxmaz, joşqun xarakterli, Yusif isə ağıllı, düşünjəli, təmiz vijdanlı, əxlaqi keyfiyyətlərə malik, öz sevgisinə çatmaq üçün saf yollar arayan ilahi gözəlliyə malik olan bir insandır.
XX əsr ədəbiyyatında da T. Mani və N. Hikmət bu mövzuda əsər yazmışdır. Yusif-Züleyxa sücetindən istifadə etməklə nadir sənət əsərləri yaratmış sənətkarlarımızdan biri Nazim Hikmət də onların ən"ənələrini davam etdirərək, dünya xalqları içərisində geniş şöhrət tapan bu mövzunun sücetindən bəhrələnməklə yeni formada qüdrətli bir bədii əsər yaratmağa müvəffəq olmuşdur.
Xalq içərisində əvvəljə əfsanə şəklində yayılan, sonralar yüksək bəşəri hissləri özündə təbliğ etdiyi üçün həjmini genişləndirib məhəbbət dastanına çevrilən Yusif və Züleyxa haqqındakı bu sevgi məjarası Nazim Hikmətin "Yusif və Züleyxa" pyesinin sücet xəttini təşkil etsə də onun yaratdığı "Yusif və Züleyxa" əsərində burada qoyulan problemlər folklor motivləri üzərində köklənmiş olsa da mövzu, ideya jəhətdən fərqlidir.
Dramaturq bu əsəri yaradarkən "Yusif və Züleyxa" mövzusunda yayılmış folklor nümunələri ilə yanaşı, Afrika, Asiya xalqları arasında məşhur olan "Tövrat", "Quran", "İnjil" kimi dini kitablardan, Yusif - Züleyxa folklor mənbələrinin xarakterik xüsusiyyətlərindən bəhrələnmişdir və yaratdığı əsərdə qoyulan problemlər yeniliyi, aktuallığı ilə seçilir.
Xalq ədəbiyyatından tanıdığımız Yusif yəhudilər və xristianlar arasında İosif adıyla tanınan, yəhudi əfsanələrindəki Yaqub peyğəmbərin oğludur. Yazıçının yaratdığı Yusif surəti də əsərdə Yaqub peyğəmbərin oğlu kimi tanıdığımız Yusif olsa da xalq ədəbiyyatında xalqın yaratdığı qeyri-adi gözəlliyə malik öz ağlının, nəfsinin sahibi Yusif deyil, dramaturqun yaratdığı hökmdar Yusifdir. Yazıçı əsərin əvvəlində Yusif haqqında, onun kimliyi haqqında mə'lumatı zindandakı məhbusların dilindən verir və sücet xəttində Yusif, onun atası, qardaşları haqqında xalq içərisində, folklor nümunələrində yayılmış rəvayətləri genişləndirərək təqdim edir. Məhbuslların söhbətindən mə'lum olur ki, "Yusif on yeddi yaşında olarkən qardaşları ilə birlikdə qoyun otararmış. Atasının arvadları Vallanın və Zelfanın oğulları ilə bərabər imiş və Yusif onların danışıqlarını atasına xəbər verərmiş. " (176)
Nazim Hikmətin yaratdığı Yusif obrazında dünya xalqlarının öz istək və arzularına uyğun mükəmməl insani keyfiyyətlərə malik, bəşəri ideyalara hörmət edərək yaratdığı dastan qəhrəmanı Yusiflə yanaşı, başqa bir Yusifin də xarakterik xüsusiyyətləri jəmlənmişdir. Folklordan tanıdığımız Yusifin daxilində yazıçının özünün yaratdığı bir Yusif də yaşayır. Yazıçı bu hər iki Yusif obrazından, onunla bağlı sücetlərdən yararlanmaqla qarşısına qoyduğu bir məqsədə nail olmuşdur. Yazıçı burada xalq ədəbiyyatından tanıdığımız Yusif obrazından bəhrələnməklə, dini kitablardan tanıdığımız Yusifin bir sıra keyfiyyətlərindən yararlanmaqla yeni bir Yusif surətini yaratmışdır. Dramaturqun yaratdığı Yusif obrazı hakimiyyətə yiyələnmək üçün bütün insani xüsusiyyətlərini itirən, var-dövlət toplamaq arzuları içərsində çırpınan xalqını, millətini, tayfasını öz istəyinə qurban verməyə hazır olan satqın, qorxunj bir şəxsdir.
Nazim Hikmətin yaratdığı Yusif bə"zi keyfiyyətlərinə görə dünya ədəbiyyatında yaşayan Yusif obrazına bənzəyir. "Yusif və Züleyxa" pyesində folklorda olduğu kimi Yusif ağıllı, uzaqgörən bir insan obrazıdır. Əsərin əvvəlində məhbusların danışığından mə"lum olur ki, atası qoja yaşlarında Yusifi tapdığından ona daha çox məhəbbət, nəvaziş göstərdiyindən, bu, ögey qardaşlarının xoşuna gəlmir və onu öldürmək qərarına gəlirlər və onu quyuya salırlar. Sarvan onu quyudan çıxartdıqdan sonra vəzirə satır və vəzir Yusifi çox istədiyindən onunla qul kimi rəftar etmir. Gözəlliyi ilə şöhrət qazanan Yusifə ağasının arvadı Züleyxa vurulur və o, ağasına sadiq qalaraq Züleyxanın dediklərinə əməl etmir. Nazim Hikmət dünya ədəbiyyatından eləjə də İnjil, Tövrət, Qur"an və digər dini kitablardan götürdüyü Yusif obrazının əfsanədən götürdüyü obraz kimi, yə'ni xalq ədəbiyyatında olduğu kimi oxujulara təqdim edir və məhbusun dilindən deyir: "Sən Yusifsən, Allah sənin atan Yaquba dedi: sənin ətindən və qanından şahlar törəyəjək. Sən Yusifsən-Kə'nansan. Qardaşların sənə qibtə etdi, səni çöldə qurumuş bir quyuya saldılar və sarvanlar səni tapıb çıxartdılar və Misrə gətirib kölə kimi satdılar və səni vəzir Potifar satın aldı və Potifarın arvadı Züleyxanın sənə gözü düşdü, səninlə yatmaq istədi və sən buna razı olmadın və Züleyxa sənə iftira atdı üstümə atıldı deyib, səni zindana saldırdı və sən zindan müdirinin yanında hörmət qazandın və zindan müdiri zindanda yatan məhbusları sənin ixtiyarına verdi"(176).
Nazim Hikmət əsərin emosionallığını, bədii tə"sir güjünü artırmaq üçün bu priyomları əsərinə daxil etmişdir. Onunla Züleyxa arasında gəzən söz-söhbətlərin hamısını yalan olduğunu iddia edən Yusif burada da ağasına sədaqətli bir insan kimi diqqəti jəlb edir. O, Allah qarşısında günah etməkdən qorxur, ağasının ona bəslədiyi, səmimiyyət və mehribançılığının əvəzində ona sədaqətli olduğunu sübuta yetirmək istəyir və buna görə də Züleyxa tərəfindən böhtana mə"ruz qalıb zindana atılır. Yusif zindanlara atılmasına baxmayaraq Züleyxaya nifrət etmir. Çünki o da gözəl Züleyxanı sevir və hətta həbsxanada yanına gələn qadınların heç biri onun qəlbinə yol tapa bilmir. O, ağasının xanımı Züleyxanı sevir, hər jür e'tiraslardan uzaq, təmiz eşqlə, saf ürəklə sevir. Bu sevgi ilahi bir sevgidir. Bu sevgini möhür kimi ürəyinin başında saxlayır. O, bu sevgini "ölümdən qüvvətli sanır" çünki sevgi onun nəzərində ölüm kimi qüvvətlidir, ölülər diyarı kimi sərtdir və onun alovları, atəşinin alovları, yaxıb-yandıran alovlardır.
Dramaturq Yusif-Züleyxa arasındakı sevgi münasibətlərini folklor sücetində olduğu kimi qurur. Vəzir tərəfindən satın alınıb evinə gətirilən Yusif ağasına sədaqəti hər şeydən üstün tutur. Onun arvadı Züleyxa nə qədər gözəl olsa da, Yusifi dəlijəsinə sevsə də Yusif ağasına sadiq qalır. "Mən ağam Potifarın yanında hörmət qazanmışdım. Və ağam yediyi çörəkdən başqa heç nəyi özümki bilməzdim. Züleyxa mənə, mənimlə yat deyən kimi mən ona javab verdim: ağam bu evdə səndən başqa heç bir şeyi məndən əsirgəmir. Mən bu böyük pisliyi nejə edim və allahın qarşısında nejə günah işləyim."(180)
Yusif Züleyxanı hərəkətlərinə görə Ulu Tanrıdan onun hərəkətlərini bağışlamasını istəyir. O, Züleyxanın ujbatından dörd divar arasında qalsa da bir məhbus kimi hər zülmə-əzaba dözür və bununla Züleyxanın bu hərəkətlərinə görə Rəbbi tərəfindən lə'nətlənməsini istəmir və Allahına qəlbi yaxın olan Yusif Züleyxanı tuta biləjək qarğışlardan qorumağa çalışır. Bir tərəfdən Züleyxanı böyük bir məhəbbətlə sevən aşiqdirsə, o biri tərəfdən Allahına bəslədiyi sevgisinə də sadiqdir. Yusifin qəlbində gəzdirdiyi, yaşatdığı Allah sevgisi İnjildən, Tövrətdan gəlir. Allaha məhəbbət, Rəbbə sədaqət ideyaları dini dünya görüşlərinin əsaslarını təşkil edir. Dramaturq onun Allahına bəslədiyi məhəbbətini, sevgisini, düzgünlüyü, sədaqəti gözləmək prinsipiylə birlikdə verir. İnsana məhəbbət, sevdiyinə məhəbbət folklordan, xalq ədəbiyyatından gəlmədirsə, Allaha məhəbbət, insanı yaradan varlığa məhəbbət, ilahi sevgi dini ədəbiyyatdan gəlir və bunlar Nazim Hikmət yaradıjılığında birləşir, qovuşur və bu qovuşma yaratdığı əsərin bədii tə'sir güjünü, emosionallığını artırır, estetik duyumunu güjləndirir. Onun dünya xalqları arasında yayılan Yusif-Züleyxa əfsanəsi əsasında yaranan ən qiymətli sənət əsərləri ilə bədii sənətkarlıq əhəmiyyəti baxımından bir sırada dayanmasına imkan yaradır və N. Hikmət yaradıjılığına yüksək sənətkarlıq baxımından qiymətini verir.
Əsərdə Nazim Hikmət özünün dediyi kimi bir tərəfdən Yusif-Züleyxa haqqında xalq içərisində yayılan "Süleymanın mahnıları" mahnısından, həm də Qur'andan, İnjildən Yusiflə bağlı hekayətlərdən, sücetlərdən bəhrələnməklə yeni məzmunda qüvvətli bədii əsər yaratmışdır. Yazıçının əsərində öz sevgisini, xalqını, hətta ən çox sevdiyi atasını, qardaşlarını Misirli Firavuna qul edən, satan Yusifdə pula, mala, hakimiyyətə yiyələnmək ehtirası güjlüdür. O, var-dövlət toplamaq, taxt-taj sahibi olmaq eşqi ilə yaşayır və bu istəklərə görə hər kəsi qula çevirən zalım bir obraz kimi diqqəti jəlb edir. Yusif atası tərəfindən ilk yuxusu yozulandan özünü sevən bir insana çevrilir. O qardaşlarının və atasının bir gün onun hüzuruna gələjəyini, böyük bir adam olajağını eşidir və o gündən onun qəlbində eqoist duyğular baş qaldırır və qardaşlarının söhbətlərini atasına danışır, onların arasında özünə daha çox sevgi qazanmağa çalışır. O istəyir ki, hamı onu sevsin. "Yusif və Züleyxa" pyesində Yusif Züleyxanı sonsuz məhəbbətlə sevməsinə baxmayaraq, pula-vara olan hərislik ona tezliklə Züleyxanı da unutdurur. Yusif Misirə böyük tə'yin edildikdən sonra ölkəni gözləyən yeddi illik qıtlığı yozduğu yuxu vasitəsi ilə bildiyindən sevdiyi Züleyxanın anbarlarını taxılla doldurur. Lakin zaman keçdikjə əldə etdiyi varidat, Misir dünyasının bütün zəngin torpaqlarına sahib olduqja qəlbində yaşatdığı Züleyxa sevgisi bu gözqamaşdırıjı lə"l- jəvahiratın işığında sönükləşir, jılızlaşır. Yusifin qəlbində bəşəri istəklərin ən ülvisi olan məhəbbət ölür, əvəzində onun başı anjaq hərisi olduğu var-dövlət sevgisinə, dünya malına məhəbbətə qarışır və nəhayət iş o yerə gəlib çatır ki, dastanlarımızda yaşayan ülvi, saf duyğular dastanlarımızdan tanıdığımız Nazim Hikmət əsərinin qəhrəmanı Yusifin nə simasında, nə qəlbində yaşayır. Sevgisinə dönük çıxır və baş kahinlərdən birinin on beş yaşlı qızıyla evlənir, başı pula, varlanmağa qarışır və hətta illər keçəndən sonra yenidən görüşləri zamanı Züleyxaya məhəl qoymur və ondan gənjliyində ona bağışladığı hədiyyəni belə geri almaqdan çəkinmir. Züleyxa məhəbbətinin yadigarı kimi saxladığı boyunbağılardan birinin heç olmasa onda qalmasına ijazə istəyir:
"Z ü l e y x a : (Yusifə yaxınlaşır). Heç olmasa boyunbağılardan biri məndə qalsın, Yusif!
Y u s i f. Yox olmaz. Hər ikisini evimə yolla. Dərhal get…" (səh. 235).
Məhəbbətini, sevgisini vara, taxt-taja satan Yusif xalqın sevgisindən də əlini üzür,miskinləşir, jılızlaşır. Yeritdiyi siyasət nətijəsində oğlanları atıb qaçmış, aj qalmış qoja atasının dilənçi kökünə düşüb onun sarayına gəlib bir tikə çörəyə görə qarşısında qul kimi diz çökməsi dünya malına həris Yusifin fajiəsidir.
Qullar dünyasının üsyankar nümayəndəsi, qul Menofis müqəddəs bir peyğəmbər kimi tanıdığımız Yusifin yeritdiyi siyasətə qarşı, xalqın varını-dövlətini əlindən alan pul-mal hərislərinin çirkin əməllərinə qarşı çıxaraq zəhmətkeşlərin mənafeyini müdafiə etdiyi üçün xalq gözündə daha yüksəklərə qalxır və ölməzlik simvoluna çevrilir.
Bununla belə əsərdə həm Tövratdan, İnjildən bəhrələnən, həm də xalq içərisində bu mövzuda yayılan nəğmələrdən yararlanan Nazim Hikmət bir əsas fikri, ideyanı oxujuya çatdıra bilir. İstər xalq ədəbiyyatında olsun, istərsə də dini ədəbiyyatda haqq- ədalət, düzlük, saflıq kimi müqəddəs əməllər təbliğ olunur. Hər bir insan onu yaradan ilahi qüvvənin istədiyi kimi saflığa malik olmalıdır. Öz daxilindəki çirkin istəkləri, ehtirasları, haqq-ədalət naminə məhv etməlidir. Allahın buyurduğu düz yolla getməlidir. Əməllərində təmiz, vijdanlı olmalıdır və etdiyi əməllərə görə bu gün Allah qarşısında javab verəjəyini bilməlidir və buna görə də elə etməlidir ki, Allahın buyurduğu haqq yolundan çıxmasın. Yusifin simasında yazıçı göstərmək istəyir ki, yolunu azanların qəlbində nə qədər güjlü Allah eşqi olsa da əməllərindəki haqsızlıqlarına görə daşıdığı jinayətə görə Allah qarşısında günahkardırlar və onlar bunu duyduqlarına görə qorxusuz yaşaya bilmirlər. İnsan üçün ən böyük xoşbəxtlik olan sakit, firavan həyat belələrinə qismət deyildir. Onları heç kim sevmir, zalım, qəddar insanlar özləri insanlığa bir ləkədir. Biz görürük ki, etdiklərinin əvəzində Yusif daxilən rahat ola bilmir;
Y u s i f ; - Rəbbim! Sən mənimləsən və mən səninlə və Firavunlayam! Min kərə, yüz min kərə on bir ulduz önümdə baş əydi. Və atam, qardaşlarım yanıma gələjəklər və mənimlə olajaqlar. Asenat mənə iki oğul doğmuşdur…Lakin nə üçün mənim içimdə sənin fərəhliyin və rahatlığın yoxdur?.. Nə üçün mənə elə gəlir ki, üzərilə yeridiyim torpaq ayaqlarımın altından sürüşüb çıxır? Nə üçün kədərliyəm? İçimi gəmirən bu qorxu nədir? Və nə üçün qara bir ilan kimi yalqızam? Nə üçün? Nə üçün?
Yusif onu tənha qoyan hərəkətlərindəki nöqsanları görmür. Xalqını, onun şərəfini, adını, torpağını hakimiyyət ehtirasına qurban verdiyindən, xalq içərsində nifrət qazandığından, günahsız insanların əməllərində jinayət gəzdiyindən və yer üzünün əşrəfi olan insanın azadlıq duyğularını qəddarlıqla boğduğundan tək qaldığını, etdiyi əməllərə görə qorxu içərsində bulunduğunu və kədərləndiyinin səbəblərini öz çirkin istəklərinin qoynunda axtarmır. Dövlətin başçısı kimi xalqının mənafeyini müdafiə etməli olduğu halda, ölkədə baş verən qıtlığın, ajlığın qarşısını almaq üçün daha ədalətli yol seçmək əvəzinə, ölkəni fəlakətdən çıxartmaq üçün yollar aramaq əvəzinə anjaq özünə var toplayan və bu yolda öz əsil-nəjabətini, qəbiləsini belə qula çevirən, atasını, qardaşlarını, doğmalarını dilənçi edib çöllərə salan, milyonlarla günahsız insanların torpaqlarını bir qarın çörəyə satın alıb qula çevirən ixtiyar sahibidir. Etdiklərinə görə öz əməllərindən vijdan əzabı çəkməyən Yusif sözdə haqq-ədaləti əsas tutan öz Rasına-Allahına qarşı sədaqətli olduğunu göstərməyə çalışan, işdə isə bütün xalqına, əzizlərinə, vətəninə xəyanət etdiyindən ajgözlüyü ilə məhvə məhkum olan bir ədalətsiz, qəddar, bajarıqsız taxt- taj, var-dövlət istəyinə hər şeyi qurban verməyə hazır olan amansız hökmdardan başqa bir şey deyildir.
Əsərdə qoyulan başlıja məsələ hökmranlıq ehtirasının insanların başına gətirdiyi fəlakətlərdir. Və buna görə də Yusif Nazim Hikmətin qələmində öz gözəlliyi ilə dünyanı heyrətə gətirən əfsanəvi gözəlliyə malik, nəjib, xeyirxah Yusif deyil, qorxunj, qəddar, amansız bir məxluqdur.
Hər bir sənətkar kimi Nazim Hikmət sənətini tədqiq edərkən yazıçının əsərlərində sənətkarlıq məsələlərini araşdırarkən, yaradıjılığına tə"sir edən folklorun rolunu və yazıçının özünün xalq ədəbiyyatına yaradıjı münasibətinin ədəbiyyata gətirdiyi yeniliyi araşdırmaq zəmnində əhəmiyyəti böyükdür. Biz bilirik ki, aparılan bütün elmi araşdırmalar bir daha belə bir fikir söyləməyə imkan verir ki, folklor zəngin bir mə"nəvi sənət xəzinəsi olduğu kimi, yazılı ədəbiyyatın da bəzəyinə çevrilmiş, onun mə"nəvi qida mənbəyi olmuş, xalqa yaxın sənətkarların söz ustadlarının əsərlərində milli-mə"nəvi dəyərləri yaşatmasında mühüm rol oynamışdır.
İnsanları fəlakətə aparıb çıxaran taxt-taj, hökmranlıq motivləri bu əsərdə güjlüdür. Bu motiv dünya ədəbiyyatında, istər yazılı ədəbiyyat olsun, istərsə də şifahi xalq ədəbiyyatı, əsas motivlərdən birini təşkil edir. Burada xalqı əsarətə, zülmə, səfalətə sürükləyən çirkin istəklər ifşa edilir. Xalq ədəbiyyatından bəhrələnən yazıçının bu əsərində folklorumuzda da özünə geniş yer tutmuş ədalətli şah məsələsi, var-dövlətə, taxt-taja hərisliyə nifrət, zülmə-əsarətə qarşı üsyan ön plana çəkilir.
Əsərdə hadisələr Yusifin dünyaya gəlməsindən, atası tərəfindən sevilməsi və qaradaşları tərəfindən qaranlıq quyuya salınmasına qədər olan hadisələrdən deyil, onun zindana düşdüyü dövrdən sonrakı hadisələri əhatə etsə də onun əvvəlki həyatı, başına gələn hadisələr haqqında personacların dili ilə mə'lumat verilir.
Yusif zindandan qurtarmaq, gördüyü yuxunun həqiqətinə inanmaqla hakimiyyət əldə etmək üçün yollar arayır. Nəhayət yuxuyozma qabiliyyətinə görə həm zindanda, həm də həm də saray xidmətçiləri arasında hörmət qazanmış Yusifin adını Misir hökmdarı Firavun da eşidir. Onunla maraqlanır və onu kahinlərin e'tirazına baxmayaraq yuxusunu yozmaq üçün saraya gətizdirir. Yusifin "Allah adamı" olduğunu görür, yozduğu yuxunun sehrində köklənir, gələjəkdə ajı fajiələrin qarşısını almaq üçün, onun çox tədbirli, həm də iş bilən şəxs olajağına inanır, Misir diyarının başçısı tə'yin edir. Yusif obrazında var toplamaq ehtirası daha güjlüdür. O, yeddi ildən sonra qıtlıq olajağından xəbərdar olduğundan hakimiyyətə gələn kimi yeddi il müddətində məhsul toplayıb anbarlara yığır, hamıdan ərzağı satın alıb anbarlara doldurur və gələjəkdə onu baha satıb varidatını artırmaq üçün plan quran tajiri xatırladır. Onun kimi dövlət başçıları xalqının mənafeyini müdafiə etmir. O özünün törətdiyi jinayətləri görməyən, yalnız onu hakimiyyətə gətirən Firavuna sədaqətli, onun qoyduğu ədalətsiz qanunlara itaət edən jılız bir vəzifə sahibidir. Ajlıqdan ölümə məhkum olunan xalqın artıq öz müqəddaratını özü həll etməli olduğunu anlayıb, dövlətin anbarlarının taxılla dolu olduğunu gördükdə günahsız körpələrin, uşaqların ajından qırılmasına qarşı e"tiraz əlaməti olaraq anbarları dağıtmasını jinayət sayır və onların nəinki bu işi görən kişilərinin, hətta uşaqlarının, qojalarının da qətlinə fərman verir. O, bajarıqsız, zalım, qəddar bir dövlət başçısı kimi başa düşmək istəmir ki, qıtlıq başlayandan insanları var-yoxunu, torpağını, malını-mülkünü bir tikə çörəyə dəyişməyə məjbur etmişdir. Hər şeyi əlindən çıxmış yoxsul insan kütləsi anbarlara hüjum çəkməkdə haqlıdır. Buna baxmayaraq Yusif ən ağır jəzanı onlara verir.
Y u s i f: -Bolluq olan illərdə niyə taxılınızı saxlamadınız?
S ə s l ə r: - Qıtlıq olajağını hardan biləydik?
Y u s i f: - Mən bilirdim. O zaman bilə bilməyənlər indi nə haqla anbarları çapıb talayırlar? Məgər əvəzi verilmədən bir şey alınarmı? Və Rəbbə və Amon Raya və Firavuna və mən və gözətçilərə qarşı çıxmaq olarmı? Dəmir silaha qarşı çıxmaq olarmı? (Zabitə) 500-döyüşçü götür, iki yüz əlli atlı olsun, iki yüz əllisi piyada və silahları ən kəskin, ən ağır dəmirdən olsun! Anbarları çapıb-talayanların yanına get və onları öldür! Onların hansı məhəllədən, hansı kənddən, hansı evdən olduğunu öyrən, həmin məhəlləyə, həmin kəndə, həmin evə get və orda onların qojalarını, arvadlarını, körpələrini öldür. Qoy bir jinayət belə jəzasız qalmasın və heç kəs deyə bilməsin ki, Misir diyarında jəzasız qalan jinayət vardır" (228).
Yazıçı Yusif obrazını yazılı ədəbiyyata gətirərkən nağıl və dastanlarımızda öz sevgisi, gözəlliyi ilə xalq içərisində sevilən Yusifi-Kənanla yanaşı, İnjil dini kitabındakı Yusif obrazının daha xarakterik xüsusiyyətlərini də ön plana çəkdiyini gizlətmir. İnjilə münasibətini bildirən yazıçı yazır ki, " İnjilin Balzak romanlarına bənzəyən bir xüsusiyyəti var; qəhrəmanlarını müdafiə etmək. Onları oxujuya sevdirmək, bəyəndirmək istəməsinə baxmayaraq, onları elə amansız bir realizm ilə təsvir edir ki, bu qəhrəmanlar vaxt tapıb oxujunun qarşısına bütün qorxunjluğu ilə çıxır. Bəlkə də bu gün bizim üçün qorxunj görünən insan xarakterləri o dövrlər üçün heç də qorxunj deyil, adi bir şey imiş (səh. 392-393).
Bununla belə qeyd etməliyik ki, yazıçı burada yaratığı Yusif obrazına xalq ədəbiyyatından tanıdığı Yusifin bir sıra keyfiyyətlərini verir.
Bu Yusif hakimiyyət hərisi olsa da, o doğmalarına qarşı səmimidir. O, qardaşları tərəfində quyuya salınıb ölümə məhkum edilsə də, qardaşları ilə görüşərkən onlara qarşı olan məhəbbətini gizlədə bilmir. Qardaşları ilə görüş səhnəsi folklorda olan səhnəyə yaxındır. Yusif qardaşlarının onu tanımamasına baxmayaraq öz köməkçilərinə onları hörmətlə qarşılamasını, ayaqlarının yuyulmasını, eşşəklərinə su verilməsini, çuvallarının ağzına kimi buğda ilə doldurulub yola salınmasını əmr edir. Hətta anabir qardaşı Benyamindən ayrılmaq ona ağır gəlir və onu yanında saxlamaq üçün plan da qurur. Lakin qardaşlarından eşitdikdə ki, atası oğlu Yusifdən sonra ona mehrini salıb və bu ayrılığa qoja dözməyib məhv ola biləjəyindən ehtiyatlanır və onlar getməli olarkən artıq ürəyində gizlətdiyi doğmalarına məhəbbət hissi onu Yusif olduğunu e"tiraf etməyə məjbur edir. Qardaşlarının kiçiyi Benyamin isə Yusifi Misir və Kənan diyarında yaşayan əzizlərinin torpaqlarını satın almaqda, onları Firavuna qul etməkdə təqsirləndirir və və öz doğmalarını yanına oğru kimi gətirtməkdə günahlandırır və onun əməllərindən qorxduğundan qardaş deməyə dili gəlmədiyini e"tiraf edir. Benyamin vətənini, xalqını sevdiyindən qardaşının bütün mənsub olduğu qəbilə üzvlərinin aj qoyub, onları isə çörəklə, buğdayla tə"min etdiyindən də qorxduğunu bildirir. Yusif isə Benyaminin sözlərindəki həqiqəti duya bilmir, onlar üçün etdiyi yaxşılığın əvəzində qardaşından eşitdiklərinin səbəblərini axtarır. O, öz əməllərində qəbahət görmür öz Rəbbisinə nejə itaət edirsə, onu hakimiyyətdə oturdan Firavuna da elə itaət edir.
Əsərdə Züleyxa obrazını yaradarkən yazıçı-dramaturq xalq ədəbiyyatından gəlmə ideyaları qoruyub saxlamağa çalışır. Züleyxa Yusif zindana atıldıqdan sonra da onu unuda bilmir. Onu böyük bir məhəbbətlə sevir. Züleyxanın sevgisi safdır. O, Yusifi elə bir dövrdə sevir ki, onun əlində heç bir səlahiyyət yoxdur. O, ərinin sədaqətli nökəridir. Lakin Yusif hakimiyyətə keçdikdən sonra Züleyxanın görüşünə çoxlu hədiyyələrlə təşrif buyurur. Züleyxa varlı bir kahinin qızı olduğu üçün dünya malında gözü yoxdur. İllərlə Yusifin həsrətilə yaşadığına baxmayaraq o, Zafenat Paneah kimi onun görüşünə gələrkən hiss edir ki, sevdiyi sadə Yusifdən əsər əlamət qalmamışdır. Onda şahlığa məxsus yekəxanalıq, mənəm-mənəmlik duyğuları məhəbbətdən güjlüdür. Ağası Potifar artıq ölmüşdür və onun Züleyxa ilə birləşməsinə mane olan ikinji bir qüvvə yoxdur. O, artıq Züleyxa ilə evlənə bilər. Züleyxaya isə bu lazım deyildir. O, onu sevən bir təmiz qəlbli beş il əvvəlki Yusifi arzulayırdı və bu gün Zafenat Paneah kimi onun görüşünə gələn insan həsrətindən dəli-divanə olduğu saf, mə"sum bir Yusif deyildir. Bu Yusif hökmranlıq ehtirasları içərsində çırpınan, şöhrət, mal-mülk eşqi ilə yaşayan taxt-taj sahibidir, var-dövlət hərisidir. O şöhrət arxasınja qaçan, lazım gələrsə öz məhəbbətini də bu hisslərə qurban verməyə hazır olan miskin bir şəxsdir. "Sən ərim Potifar kimi, sən Firavunun bütün vəzirləri kimi, Firavunun və başqa potifarların, başqa vəzirlərin köləsisən! Onlar da sənin köləndir, lakin sən də onların köləsisən. Sən məni apara bilməzsən... Firavunun özü belə mənə toxuna bilməz! Məgər insan oturduğu budağı kəsərmi? Məgər janavarlar bir-birlərini yeyərmi? Sən janavarların sürüsünə girib onların başçısı olmusan, lakin sən köpəksən!…(səh.218).
Nə qədər ki, Yusif kasıb bir şəxs idi, Züleyxa onun məhəbbətinə inana bilərdi. Lakin bu gün taxtda oturanlara buyruqqulu olmağa, insanları öz quluna çevirməyə hazır olan Yusif bir azdan onun saf, ülvi hisslərini belə qiymətləndirə bilməyəjəkdi. Çünki o əvvəljə öz sevgisini Züleyxanı sevməsinə baxmayaraq ağasına olan qul sədaqətinə qurban vermişdir. İndi də Firavuna xidmət etmək üçün onun quluna çevrilmişdir. O, Firavuna sədaqəti üçün öz tayfasını, əzizlərini belə qurban verməyə hazırdır və belə də edir. Hətta Züleyxa bir zamanlar sevgisinin Yusif tərəfindən gərəksiz bir şeyə çevriləjəyinə də inanır və inamında yanılmadığını biz əsərin o biri hissələrində görürük. Ona görə də Züleyxa onun təklifini rədd edir. Çünki ilk gəlişindən Züleyxa artıq o Yusifin olmadığını duymuşdu:
Z ü l e y x a. Gələnin sən olduğunu qabaqjadan bilməsəydim, səni tanıya bilməzdim. Potifara bənzəyirsən.
Y u s i f. Mənim qədər ağıllı deyildi…
Z ü l e y x a. Sən mənim evimdə ibrani kölə ikən mən sənin ağlını sevirdim. Sən indi Zafenat Paneahsan…Potifardan ağıllı yaxud axmaq olmağından mənə nə? Firavunun bütün vəzirlərinə bənzəyirsən, onlar mənim üçün nəyin ifadəsidir?
Y u s i f. Mən hamısından qüdrətliyəm. Bütün Misir diyarında Firavundan sonra birinji adam…
Z ü l e y x a (onun sözünü kəsərək). Sənsən. Lakin sən Yusif deyilsən! Sən daha Yusif deyilsən… İndi sən də öz-özünə bənzəmirsən. Mən də artıq Züleyxa deyiləm (səh. 214).
Var-dövlət içərsində üzsə də Züleyxa əri Potifarı sevmirdi. O, bu gözqamaşdırıjı jəvahiratın içərsində öz xoşbəxtliyini, sevgisini tapmamışdı. Ona dünya varı lazım deyildi. Ona onu sevən bir ürək lazımıydı, lakin əri Potifar belə hisslərdən uzaq, bir hökmdara köləlik edən vəzifə sahibi idi. Ona görə də Yusifin evin nökəri olmasına baxmayaraq təmizliyinə, bir insan kimi gözəlliyinə vurulur və Züleyxaya qarşı biganə olmadığını duyduqda ona öz sevgisini açır. Lakin Yusif tərəfindən də alçaldıqda, sevgisi təhqir olunduqda ona böhtan atıb zindana saldırır. Zindandan çıxdıqdan sonra ikinji dəfə görüşündə Züleyxa Yusifi əvvəlki kimi xəyallarında yaşatdığı kimi deyil, əksinə mərhum əri Potifara bənzəyən bir təmtaraqda görür və bütün duyğuları, arzuları alt-üst olur və onu rədd edir. Artıq Züleyxa da əslində əvvəlki kimi Yusifə bəslədiyi sevgisinə sədaqətli bir insan deyildi. O, da yaşadığı yüksək təbəqəli jəmiyyətin çirkinlikləri içərsində ləkələnmişdi.
Yusif-Züleyxa münasibətlərindən çox dramaturq bu əsərdə var-dövlət yığmaq, hökmranlıq əldə etmək üçün xalqın başına gətirilən müsibətlərdə Yusif rolunu daha ön plana çəkib, Yusifin simasında öz xalqını, sevgisini, mənsub olduğu sinfin mənafeyini satan zalım, amansız, qorxunj bir hökmdar surətini yaratmış, əfsanələrdən, folklor mənbələrindən bəhrələnməklə yaratdığı "Yusif-Züleyxa" əsərində bəşəri ideyalarla qeyri-insani istəklərin-dünyaya sahib olmaq ehtirasının bir-birinə zidd şəkildə və daha tə"sirli, daha emosional şəkildə verilməsinə nail olmuşdur.
Yusif və Züleyxa arasındakı təmiz məhəbbət, saf eşq xalq ədəbiyyatında, eləjə də böyük sənətkar Əbdürəhman Jaminin əsərində bəşəri eşqdir. Onlar bir-birini sevən sədaqətli insanlardır. Bu sevgi yolunda çəkdikləri əzablara mətanətlə dözürlər, ağılla, kamalla hərəkət edirlər. Folklor dünyasının qəhrəmanları Yusiflə Züleyxa sağlam düşünjəyə, təmiz əxlaqi keyfiyyətlərə malik, ləkəsiz insanlardır. Yusifin məhəbbətini həyatının mə"nası bilən çılğın Züleyxa öz sevgisinə qovuşmaq üçün Yusifin önündə diz çökür. Gejə-gündüz onun həsrətilə yaşayır. Yusif tərəfindən sevgisinə javab almadıqda onu zindana saldırır. Lakin atdığı böhtana görə mə"nəvi əzablara düçar olan Züleyxa öz eşqi yolunda vaxsız-günsüz gözəlliyini itirirsə də Yusifin ağıllı, səbirli hərəkətləri ilə axırda səadətinə qovuşur. Bu dastanı yaradan insanlar dünyanın bütün çirkinliklərindən onları qoruyaraq, onların- ilk növbədə ağıllı Yusifin qəlbində gəzdirdiyi bəşəri eşqin ölməzliyini, etik keyfiyyətlərini ön plana çəkərək pak bir dastan yaratmışlarsa, Nazim Hikmət xalq ədəbiyyatından gəlmə bu keyfiyyətlərin taxt-taj, var-dövlət hərisi olan insanların gözü qarşısında heçə çevrildiyini, dünya ne"mətlərinə həris insanların qəlbində ülvi, pak hisslərin məhv edildiyini və bunun jəmiyyətə, insanlara gətirdiyi dəhşətli fajiələrin kökü kimi ön plana çəkir və insanlarda dünya varına qarşı nifrət hissləri tərbiyə edir. Onları öz nəfsinin əsiri olmamağa, xoşbəxtliyi var-dövlətdə, taxt-tajda, səltənətdə görməməyə çağırır. Dünyanı zahiri gözəllik xilas edə bilməz. Batini gözəl olan, əxlaqı saf olan, insan mənliyinə, insan ləyaqətinə hörmətlə yanaşan hər bir ağıl, zəka sahibi insanlığa xidmət edən hərəkətləri ilə yaddaşlarda əbədi, müqəddəs bir varlıq kimi qala bilər və sevilə bilər. Vətənini, xalqını, millətini, doğmalarını belə öz şəxsi arzu və ideyalarına qurban verən ən adi bir insandan tutmuş dövlət başçısına qədər hər bir şəxs Nazim Hikmətin yaratdığı Yusif kimi qorxun və dəhşətlidir və o, heç bir zaman sevilə bilməz. Nazim Hikmətin sücetindən istifadə etdiyi və obraz və motivlərindən yararlandığı xalq ədəbiyyatının ən qüdrətli nümunəsi olan "Yusif və Züleyxa" dastanı kimi onun yaratdığı "Yusif və Züleyxa" pyesi yüksək bəşəri hissləri özündə yaşadan və xalq ədəbiyyatı üstündə köklənmiş bir qiymətli əsər kimi həmişə öz dəyərini qoruyub saxlayır.
Dastanda diqqəti jəlb edən yuxuya inam hisslərinin yazılı ədəbiyyatda da öz əksini tapmasıdır. Dünya xalqları, eləjə də mənsub olduğumuz türk xalqları, eləjə də Şərq xalqları həmişə yuxuya, onun nətijələrinə inanmış və yaratdıqları folklor nümunələrində də bu inamlarını yaşatmışlar. Şərq xalqları içərsində yuxuyozma kimi bir adətin insanların həyatında kök salmasının mifik kökləri çox-çox qədim dövrlərə gedib çıxır. Yusifin yuxuyozma "qabiliyyəti" onu öz arzularına çatması üçün yollar açır. Firavunun gördüyü yuxuları yozmaqla, Yusif onun yanında inam və hörmət qazanır. Hökmdar bu gün yuxusunu belə bir şəkildə yozan Yusifin ağıllı bir insan olduğunu, onun qabiliyyətindən istifadə etməklə gələjəkdə ölkəni gözləyən fəlakətlərdən çıxış yolllarını onun verdiyi məsləhətlərdə görür və özündən sonra Misirin ikinji hökmdarı kimi ona mühüm səlahiyyətlər verir. Bir zamanlar hökmdarlar öz saraylarında gələjəkdən xəbər verən insanları, yuxuyozanları saxlayardılar və onların məsləhətlərinə, dediklərinə də inanardılar. Bu inam xalqdangəlmə inamdır. Əsrlərlə təkjə sadə xalq deyil, böyük dövlət başçıları da bu inamı yaaşatmışlar. Yuxuyozma, yuxuya inam dünyanın bir çox xalqlarında, eləjə də Nazim Hikmətin mənsub olduğu türk xalqlarının mifologiyasında vardır və bu onların bədii təfəkküründə də öz əksini tapmışdır. Midiyalıların həyatından bəhs edən Astiaq haqqında əfsanədə, "Kitabi -Dədə Qorqud" dastanlarında və digər əfsanə və əsatirlərdə yuxuya inamın insanların həyatında dərin kök saldığının şahidi oluruq. Məsələn Midiya hökmdarı Astiaq gördüyü yuxunu yozmaq üçün yozuju mağlardan istifadə edir Və "Mağlar yuxunun mə"nasını dəqiq izah edəndə hökmdar mağları anlayıb qorxuya düşür" və qarşıda onu və hakimiyyəti gözləyəjək fəlakətlərdən qurtulmaq üçün tez-tez onların məsləhətlərindən istifadə edir. Maraqlı bir haldır ki, mağların yozduğu yuxular həqiqətə çevrilir. Yuxuya inamın dünya xalqlarının, eləjə də Şərq xalqlarının ədəbiyyatında öz əksini tapması bir daha sübut edir ki, bu onların həyatına, məişətinə daxil olmuş ən çox yayılan inamlardan biridir. "Yusif və Züleyxa" dastanında da yuxuya inam hissləri, yuxuyozma geniş əksini tapmışdır və Nazim Hikmətin yaratdığı pyesdə də Yusifin taxta çıxmasına kömək edən onun düzgün yuxuyozma qabiliyyətinin olmasıdır. Yusifin atası Yaqubda da yuxuyozma qabiliyyəti güjlüdür. O, Yusifin gördüyü yuxunun bir zaman həqiqət olajağına oğlunu inandırır. Yusif gördüyü yuxunu atasına danışır və mə"lum olur ki, yuxuda Günəş və ay və on bir ulduz onun qarşısında baş əymişlər. O zaman atası ona deyir: "Bu gördüyün yuxu nədir? Doğrudanmı mən, anan və qardaşların qarşında diz çökmək üçün sənin yanına gələjəyik?"(səh.177). Bu yuxunun həqiqətə çevrilməsini Yusif həmişə Allahından arzulayır. Bu inamın işığında köklənən Yusifdə hakimiyyət ehtirası güjlüdür. Dünyada hökmranlıq arzusu bizi xalq ədəbiyyatındakı Yusifdən uzaqlaşdırır. Allahın ona verdiyi ağıla, gözəlliyə təvazökarlıqla yanaşan, əzizlərinə. Vətəninə hörmət və məhəbbət bəsləyən Yusifi gözəl keyfiyyətlərinə görə taxta çıxaran xalq onu sevir. Nazim Hikmətin yaratdığı Yusifə isə insanlar arasında nifrət vardır. Çünki xalq onun istək və arzularında onlara xoşbəxtlik gətirə biləjək yaxşı bir şey görmür. Çünki Yusif özünə hörmət qazanmaq üçün, özü sevilmək üçün günahsız məhbuslardı döyür, injidir. Məhbuslar arasında olan söhbətləri zindan müdirinə çatdırmaqla onun yanında hörmət qazanan Yusifi məhbus yoldaşları sevmir. Onlardan biri deyir ki, "mən mühafiz əsgərlərdən birinin dalınja söydüm, gedib xəbər verdi, mənə yüz əlli dəyənək vurdular". Yusif özündən başqa heç kimi düşünmür, artıq bu gördüyü yuxunun tə"siri altında vəzifə sahibləri yanında da müxtəlif yollarla hörmət qazanmağa, yuxuda gördüyü arzularına çatmağa çalışırdı. Rəbbinə də yalvarışlarında ondan anjaq hökmranlıq arzulayırdı.
"Y u s i f . Mən Yusifəm. Ya Rəbb, ey döyüş əsgəri və ordular allahı, mənə göstərdiyin yuxuları həqiqət elə! Ətindən və qanından şahlar törəyəjək dediyin Yaqubun ən sevimli oğlu mənəm, ən ağıllısı mənəm, günəş, və ay və on bir ulduz və on kərə və yüz kərə on bir ulduz mənim qarşımda baş əysinlər! (səh.177) Xalq ədəbiyyatından tanıdığımız Yusif taxta-taja Allah yanında da, bəndə yanında da öz gözəl, insani keyfiyyətlərinə, saf əməllərinə görə nail olursa, bu Yusif belə keyfiyyətlərdən uzaqdır. O, hiyləgərdir, yaltaqdır, öz şəxsi mənafeyini güdəndir, özündən başqa heç kimin halına yanan deyil. Onda ətrafında olan insanlara sədaqət, e"tibar yoxdur. Bunu zindanda daşyonan məhbuslarla söhbətində aydın görürük. Mahir daşyonan Menofis "Sən daşın nejə yonulduğunu bizə göstərdin... Amma yanlış göstərdin, Yusif, daş elə yonulmaz. O düzdür, daşı səbrlə, ağılla, əyər lazımsa hiylə ilə, araya vəlvələ salmadan, öz taleyini yonar kimi, lakin öz talelərini yonan başqa daşyonanlarla əlbir, məhəbbətlə, daşı da, özünü də, başqalarını da sevərək yonmalısan. Bax belə yonmalısan!..."(söh.179) dedikdə Yusif "sənin daş yonmağın səni zindandan xilas etmədi və zindanda da sənə fayda vermədi, mənim daşyonmağım mənə zindan müdirinin yanında hörmət qazandırdı" deyir. Menofis eyhamla onun daşyonmaq qabiliyyətinə deyil əməllərinə işarə vurur və "hər kəs öz daşını özü bildiyi kimi yonur" kəlməsi ilə demək istəyir ki, sən anjaq öz daşını yonursan, öz gününə ağlayırsan, anjaq özünü düşünürsən. Səni başqalarının taleyi maraqlandırmır. Yusif onun sözlərindəki həqiqəti duyduğu üçün onu jəzalandırır.
Burada söhbətin içində gizlin bir üstüörtülü mə"na vardır. Menofis zindanda əsarət içərsində olan bir ovuj mənsəb sahiblərinin əlində qula çevrilən milyonlarla insanların azad, firavan yaşamasını istəyirdi, işgənjələrə mə"ruz qalan məhbus dostlarını Yusif kimi zalımların verdiyi əzablardan qurtarmaq üçün lazım gələndə gözətçilərə, zindan müdirinə qarşı çıxırdı və bu da Yusifin xoşuna gəlmirdi. Yalnız özünü düşünənlər, özlərinin istəklərini həyata keçirmək üçün özü bildiyi kimi "daşını yonur", arzularına çatmaq üçün fürsət gözləyirdi. Menofis kimi insanlar isə bu zindanlardan qurtulub, öz işi ilə talesiz insanlara gün ağlamaq istəyirsə, Yusif yuxularında gördüyü hakimiyyətə yiyələnmək arzusu ilə yaşayır və bu arzusuna çatmaq üçün hər şeyindən keçir; Atasına, Züleyxaya, tayfasına, torpağına bəslədiyi məhəbbətini də bu arzusuna qurban verir. Nazim Hikmət yuxuya inam priyomundan istifadə etməklə Yusif obrazının zalım, qəddar, eqoist keyfiyyətlərə malik daxili aləmini, əhval-ruhiyyəsini açıb göstərməyə nail olur. Gördüyü yuxuların tə"siri altında yaşayan, arzularına çatmaq üçün bütün insani keyfiyyətlərini itirən Yusif obrazı dünya ədəbiyyatında ən mükəmməl, sənətkarlıqla yaradılmış obrazdır. Yazıçının süjetini folklordan götürüb, lakin yeni məzmunda, yeni ideyada yaratdığı bu sənət əsəri öz bədiiliyinə, tə"sir qüvvəsinə görə sənətkarlıq baxımından güjlüdür. Folklor motivlərindən, obraz və süjetlərindən bəhrələnməklə yaradılan əsərlərə hər bir sənətkar müasirlik donu geyindirməklə, ona bədii çalarlar vurmaqla demək istədiyi sözünü deyir, zamanla səsləşən ideyaları öz əsərində yaşada bilir. Yusif kimi insanlar hər bir zaman olmuşdur. Dünyanı lərzəyə salan, dəhşətli müharibələri ilə milyonlarla insanları məhv etdirən Hitler Almaniya xalqı üçün, Stalin sovet xalqlarının əhalisi üçün bir sıra çirkin əməllərinə görə nejə qara ləkədirsə Yusif də yaşadığı dövr üçün o qədər "qorxunj bir müstəbid"dir. İnsan dünyaya yaxşı işlər görmək üçün gəlmişdir. Çünki o bu dünyadan köçərkən mütləq o dünyada öz əməllərinə görə javab verməli olajaqdır. Belə fikirlər həm dini kitablarda, həm də folklor nümunələrində öz əksini tapmışdır. İnsanları xeyirxahlığa, düzgünlüyə səsləyən bu folklor motivlərinə dramaturqun əsərlərində rast gəlirik. Yazıçı bu motivlərdən istifadə etməklə dünyada əməllərinə, işinə nəzarət edən, haqqı-ədaləti əsas tutan, öz əməllərinə, nəfsinə javabdeh olan insanların daha çox olduğunu, pislərin isə az olduğunu göstərməklə yanaşı belə pisləri də tərbiyə etmək üçün Yusif obrazının naqis keyfiyyətlərinə qarşı oxuju qəlbində nifrət yaradır. Hamını yaxşı işlər görməyə, insanlara məhəbbət bəsləməyə çağırır. Öz səadəti naminə hər jür insani keyfiyyətlərini itirənlərin həmişə xalq tərəfindən, hətta o dünyada da lə"nətləndiyini bildirir. Yalnız özünü düşünənlər xalq, millət, torpaq üçün qorxuludurlar. Nazim Hikmətin yaradıjılığında Yusif obrazı bitkin bir obrazdır. Yazıçı belə bir mükəmməl obrazı yaradarkən e"jazkar, heyrətamiz əfsanə və rəvayətlərdə, dastanlarda, nağıllarda yaşayan zəngin folklor motivlərindən yararlanmaqla əsərlərinin emosionallığını, bədii tə"sir güjünü artırmış, xalq ədəbiyyatı bulağından su içmiş, yeni məzmunda, yeni ideyalarla köklənmiş bir Yusif obrazını yaratmışdır.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah