Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

NƏRİMAN HƏSƏNZADƏNİN "ZÜMRÜD QUŞU" ƏSƏRİNDƏ FOLKLORİZM

Nəriman Həsənzadə əsərlərində xalqımızın milli-mənəvi keyfiyyətlərini özündə əks etdirən sənətkarlarımızdan biridir. Onun əsrlərinə nəzər saldıqda burada sənətkarlıq məsələlərində diqqət yetirdikdə şairin həm lirik-emosional bədii ifadə vasitələrindən istifadə etməklə əsərlərinin psixoloci duyumunu artırdığını görürük, həm bütün dövrlərdə yaşayıb-yaratmış və özündən sonra zəngin sənət əsərləri qoyub getmiş böyük sənət dühalarının ənənəvi yaradıjılıq metodlarına dərindən bələd olmaqla onların yaradıjılıq üslubundan öyrənməklə xalqımızın şifahi şəkildə bu günə qədər böyük bir məhəbbətlə qoruyub saxladığı xalq yaradıjılığından gələn obraz, motiv və sücetlərindən istifadə etməklə yaratdığı əsərlərin bədii təsir güjünü duyuruq.
Hər bir sənətkar hansı dövrdə, hansı jəmiyyətdə yaşayıb-yaratmasından asılı olmayaraq öz milli-mə-nəvi kökləri üzərində pərvəriş tapdıqda daha dərin, daha mənalı məzmunlu, yüksək ideyaları özündə jəmləşdirən sənət əsərləri yarada bilər və bu əsərlər də xalqın mədəni həyatının təfəkkür tərzini, ideoloci duyumunu, bəşəri hisslərini özündə daha yaxşı təjəssüm etdirdiyindən həm mənsub olduğu xalq-millət tərəfindən, həm də yüksək ideyalara, insani keyfiyyətlərə hörmətlə yanaşan dünya xalqları tərəfindən də sevilə bilər.
Bu gün dünyada elə sivilizasiyalı ölkə tapılmaz ki, Nizamini, Füzulini, Sədini, Puşkini və digər sənətkarları, onların yaratdıqları sənət əsərlərini sevməsinlər. Dünyada humanist ideyaları əsas tutaraq yaratdığı əsərlərdə bəşəriyyətin xoşbəxt həyatını, yaşamaq-yaratmaq eşqini əsas tutan bu sənətkarların əsərlərindəki ideya -məzmun zənginliyi xalqdan gəlmə motivlərlə qaynayıb qarışmışdır. Bu sənətkarlar əsərlərində folklor süceti, obraz və motivlərindən yararlanmaqla qiymətli sənət əsərləri yaratmağa müvəffəq olmuşlar.
Əsl sənətkar xalq yaradıjılığına, həmişə özündən əvvəl və eləjə də müasirləri olan qüdrətli qələm sahiblərinin yaradıjılığına, sənətinə dərindən bələd olaraq yaratdığı yeni əsərlərin nə qədər güjlü bədii dəyərə malik olduğunu başa düşür və özü üzərində çalışır, yaradır.
Bu gün dünyanın bütün ölkələrində xalqlar öz milli dəyərlərinə hörmətlə yanaşır və ondan yararlanır və ata-babadan qalan milli-mənəvi xəzinələrinin müxtəlif yollarla yaşatmağa çalışırlar. Və bu zaman hər bir sənətkarın ərsəyə gətirdiyi sənət əsəri də qiymətli bir məxəzə çevrilir.
Əsl sənətkar o zaman xalq tərəfindən daha çox sevilir, oxunur ki, onun əsərlərində milli ruh, xəlqilik güjlüdür. N. Həsənzadə belə sənətkarlardandır. Ədəbiyyatşünaslar, ədəbi-tənqidçilər onun əsərlərinin dərin təhlilini verməli, əsərlərinin sənətkarlıq baxımından keyfiyyətlərini araşdırmalıdırlar. N. Həsənzadənin yaradıjılığını, onun özünəməxsus yaradıjılıq yolunun bədii keyfiyyətlərini tədqiq etsələr dediklərimin həqiqətinə inana bilərlər. İstər iri həjmli, istərsə də kiçik şerlərində Nəriman Həsənzadənin xalqının yaratdığı folklora dərin məhəbbətini görürik. Lap uşaqlıqdan eşitdiyi ana laylalarından tutmuş ən iri həjmli dastan motivləri, obrazları, sücetləri N. Həsənzadə yaradıjılığına rövnəq verir.
Şairin "Zümrüd quşu" əsəri bu jəhətdən diqqəti xüsusi ilə jəlb edir. Əsərinin qəhrəmanı Zümrüd quşudur. Azərbayjan qadınlarının ən yüksək milli keyfiyyətlərini özündə əks etdirən Zümrüd quşu əsərin simvolik adıdır. Bu ad xalq ədəbiyyatından gəlmədir. Şair folklorumuzda ən yüksək nəjib keyfiyyətlərə malik bir obraz kimi tanıdığımız Zümrüd quşu obrazından yararlanmaqla yüksək bədii təsir güjünə malik, sənətkarlıq baxımından qiymətli bir sənət əsəri yaratmağa nail olmuşdur. Dünya xalqlarının mifologiyasında quşlarla bağlı əfsanə və rəvayətlər mühüm yer tutur. Quşlar Azərbayjan mifologiyasını da bəzəyir. Zümrüd quşu, Səməndər quşu, Simürğ quşu, Ağ quş, Dövlət quşu, Göyərçin və digər quşlar xalqımızın ilk mifik bədii təfəkkürünün məhsulları olan əsatirlərdə, əfsanələrdə yaşayır. Bu əsatirlərdə öz arzularının gerçəkliyə çevrilməsini istəyən ilk qəbilə-tayfa dövründə yaşayan soykökümüzün əsasında duran türk xalqlarının - ulu babamız olan Oğuzların yaratdığı əsatirlərdə quşlar sehirli güjə, qeyri-adi bir qüvvəyə malik olan, insanları arzu və istəklərinə yetirməyə çalışan, çətinliyə düşəndə onları dardan qurtaran, ağzından od-alov püskürən divlərin, əcdahaların pənjəsindən onları xilas edən, qaranlıq dünyadan işıqlı dünyaya çıxaran, lazım gələndə ən uzaq məsafələri qısa zamanda qət edən, ədalətli, haqqın tərəfdarı olan olan qəhrəmanların sədaqətli dostu olan, sehirli qüvvəsi ilə hamını heyrətdə qoyan müsbət keyfiyyətlərə malik obrazlardır. Onlar da yaşatmağı sevirlər, özlərindən güjsüzləri məhv edənlərə qarşı amansızdırlar. İnsanlar arasında yaxşılığı təbliğ edənlər dara düşdükdə öz güjləri ilə onlara kömək etməyə hazır olan qüvvələrdir.
Yaşatmaq, yaratmaq, insanlara kömək etmək istəyən, əlindən anjaq yaxşılıq gələn zərif, nəjib qüvvələr isə insanların yaratdıqları əsatirlərdə yaxşı keyfiyyətlərinə görə yaddaqalandır. Ona görə də xalq Zümrüd quşunu, Səməndəri sevir, onları bədii təfəkkürünün məhsulu olan nağıllarda yaşadır. Bu onqonlar insanlar arsında da var. Bütün ömrünü şama çevirən, xalqının gələjəyini düşünən, nurunu, zəkasını, biliyini insanların səadətinə, xoşbəxt gələjəyi naminə damla-damla əridən insanlar da Zümrüd quşundan geri qalmırlar. Nəriman Həsənzadə Zümrüd quşu obrazından- xalq ədəbiyyatından gələn bu obraz motivlərindən bəhrələnməklə emosional güjə, bədii koloritə, zəngin ideyaya malik bitkin bir obraz yaratmışdır. Onun yaratığı bu əsərdə milli kolorit, xəlqilik güjlüdür. O, xalq sənətinə, mədəniyyətinə, yaradıjılığına dərin tellərlə bağlı olduğundan bu obrazdakı yanımçılığı duyur. O, özü də Zümrüd quşu kimi öz xalqını xoşbəxtliyə aparmağa, ona qovuşdurmağa jan atan, özündə Zümrüd quşunun sehrini arzulayan xalqını sevən sənət sahibidir. O, hər misrasında, hər kəlməsində anjaq xeyirxahlığı, səmimiyyəti, mehribançılığı haqqı- ədaləti əzizləyir, qiymətləndirir və bu mənəvi xəzinədən istifadə etməklə insanları öz mənəviyyatını qorumağa, saflaşdırmağa çağırır. Qəlbi təmiz, hissi müqəddəs, duyğuları saf insanlar xalqını sevir, onun yolunda çəkdiyi əzab-əziyyətləri özünün həyatının mənası sayır. Yanmırsa insan yaşamır. İnsan öz güjünü, alovunu, odunu, istisini, insanlara, xalqına verməlidir. Zümrüd quşu əsatirlərimizdə Qaf dağında tilsimdə fəryad edir. O, çəkdiyi əzablara, zülmlərə görə fəryad etmir. Ömrü puça getdiyi üçün, insanların, janlıların səadəti üçün əlində imkanları olduğu halda onu xalqına sərf etmək imkanından məhrum edildiyinə görə fəryad edir, od içində qovrulur, bədəninin atəşinin, alovunun deyil, yer üzündə yaşayan insanların ərşə qalxan ahının alovunda əriyir.
Sülh, əmin-amanlıq ehtirası onu oda salıb yandırır. Tilsimə salınmış Zümrüd quşu qaranlığa qərq olmuş çox yolları öz işığıyla, nuruyla işıqlandıra bilər. Çöx köməyə möhtaj insanlara yardım edə bilər, lakin bunlardan məhrum edilmişdir.
Bəlkə elə Zümrüd quşunu yer üzünə qan, talan, tufan, ölüm fəlakət səpələyən pislik tilsimləyib? Çünki insanların qəlbinə mənəm-mənəmlik, var-dövlət sevgisi düşəndə dünya qan içində çalxalanır, kainatı qanlı müharibələrə, ölümə sürükləyən insanlar indi dünyanın axırına çıxmaq təhlükəsini hər an özündə yaşadan Atom, hidrogen nüvə bombalarını ijad etməkdən çəkinmirlər. Onun köməyi ilə min jür çirkin siyasət pərdəsi altında dünyanı qan içində boğan elə o pisliklərdir ki, Zümrüd quşunu tilsimə salınıb orda əriməsinə hökm vermişdir. Bu pisliklər hər dövrdə, hər zamanda olmuşdur və bu insanların içərsində yaşayır, ondan qurtulmaq üçün isə insanların Zümrüd quşu kimi xeyirxah qüvvələrə ehtiyajı vardır.
Zümrüd-Sümurğ-Səməndər quşu bir çox Şərq xalqlarının mifologiyasında da xeyirxahlıq, yaxşılıq hamisi kimi yaşamaqdadır. Orta Asiya, İran, Ərəb və digər xalqlarda onların bədii təfəkürünün, mifik dünyasının zoomorfik surəti kimi müxtəlif adlarla xalqların mifologiyasında yaşayır. Səməndər-Zümrüd-Sümurğ quşlarının hər biri əfsanələrdə müxtəlif hadisələri öz ətrafında birləşdirsə də, bir ideyaya xidmət edir- yaşamaq, yaratmaq, insanlara kömək etmək, onların səadəti, xoşbəxtliyi naminə çalışmaq. Firdövsinin "Şahnamə"sində Elbrus dağı, Azərbayjan və Ərəb folklorunda Qaf dağı hesab olunur. Uzaq məsafələri bir anda qət edən bu quşun sehri güjlüdür. Qədim "Avesta"ya görə Zümrüd quşunun yuvası dənizin ortasında bitmiş bir ağajın başındadır. Hər bir əfsanədə Zümrüd quşu ujalıq, yüksəklik rəmzi kimi dağların başında, ən uja zirvədə məskən salan, göylərin qatına yaxın olan -Tanrıya yaxın olan, Tanrı xislətli, Tanrı yaxşı istəkli bir qüvvə kimi tanınır. Onda heç bir janlının güjü çatmayan bir güj vardır və bu güj anjaq İlahi qüvvələrdə olur.
Burada diqqəti jəlb edən budur ki, Zümrüd quşunda istilik, Günəş Allahı Raya məxsus xüsusiyyətlər var. O, odla, Günəşlə ilişgəlidir. Zümrüd quşuyla bağlı əfsanələrin demək olar ki, çoxunda onun tükləri qovdur, işığa, Günəşə, oda həssasdır, hər an od tuta bilər. Çünki onun jaynaqları çaxmaq daşı, tükləri qov hesab olunursa, demək od onun özündədir. Çünki onun həyatının mənası odda-alovda yaşamaqdadır. Çünki yaşamasına baxmayaraq o, oddan-alovdan qorxmur, odur ki, külün atəşində yenidən dirilib çıxır, ölməzlik simvoluna çevrilir. Bu ölməzlikdə bəşəri bir keyfiyyət vardır. Zümrüd quşundakı bu keyfiyyətlər bir daha belə bir fikrə gəlməyə bizə əsas verir ki, Zümrüd quşu mifik təfəkkürün məhsulu olub insanların İlahi qüvvələrin varlığına inamının yaşamasının nətijəsidir. Bəlkə də Zümrüd quşu daha çox insanların atəşpərəstliklə bağlı inamlarının bədii məhsuludur. Sümurğ quşuyla bağlı əfsanələrin birində deyilir ki, o Qaf dağında yaşayır. 500 ildən bir uçub Misirə gedir, Günəş allahı Ranın məbədinə gəlirdi. Lakin Sümurğ məbədə çatan kimi onu tutub yandırırdılar. Oddan alovdan qorxmayan Sümurğ quşu yenə külün içərsindən çıxır. Qırx gün Misirdə qalandan sonra Hindistana uçub gedirdi. Sümurğ quşu odla ilişgəli olduğundan belə bir fikir də yürütmək olar ki, bu, insanların od əldə etməsi ilə bağlı bir mifik obrazdır. Alov özü də bir növ qanadlıdır. O da yandığı zaman havaya bülənd olur. Yavaş-yavaş yandıqja şöləsi azalır, közə çevrilir. O da yavaş-yavaş söndükjə külə çevrilir və kül də öz istiliyini saxlayır. Bir zamanlar qədim insanlar əldə etdikləri odu uzun müddət müxtəlif vasitələrlə əldə saxlamağa çalışmışlar. Tarixdən bildiyimiz kimi ilk od məhz çaxmaq daşından alınmışdır. Bir-birinə sürtməklə alınan alovda bir quş qanadı vardır. Bu alovun kökü çaxmaq daşında qalır, uçan isə onun şöləsidir. Ona görə də qədim insanlar o alovun şöləsini Zümrüd quşuna, jaynaqlarını isə çaxmaq daşına bənzədir. Məsələn, əfsanələrdən birində Səməndər quşu balalarını sevən, onların məhəbbətiylə yaşayan, onları böyüdüb pərvazlandıran, onların qanadlanıb uçmasından sevinib hər şeyi unudaraq dimdiyini jaynaqlarına vurub bundan yaranan atəşdə yanıb kül olan və yenə də o külün içərsində yenidən janlanan, ölməyən və anjaq yaşatmaq, böyütmək eşqi ilə şölənən bir od simvoludur. Buradakı əfsanədə də Səməndər quşu odla ilişgəlidir. Çünki həyat üçün, yaşayış üçün ən əsas meyarlardan biri olan od insan həyatının, yaşayışının mənasıdır və bu əfsanədə də od insanlara xidmət edən, onları yaşadan simvalik anadır-oddur. Nəriman Həsənzadənin Zümrüd Ana obrazını yaradarkən xalq ədəbiyyatından gəlmə od, Günəş motivlərindən yararlanmışdır. O, təkjə ailəsinə, elinə, obasına, xalqına qarşı deyil, eyni zamanda tanımadığı insanlara qarşı da qayğıkeş, həssasdır. O, bütün insanlara öz ürəyinin istisindən pay verə bilir, onda Günəş hərarəti vardır. Zoomorfik onqon kimi də ədəbiyyatımızda öz əksini tapması Zümrüd quşunda həyat üçün lazım olan keyfiyyətlərin olmasıdır. Zümrüd quşdur, onun qanadları vardır, istədiyi yerə uçub gedə bilir, istədiyi an uzaq məsafələri qanadlarının köməkliyi ilə qət edə bilir. Günəş öz şüalarını, "qanadlarını" göylərin qatından tez bir anda yerə çatdırdığı kimi Zümrüd də öz qanadları vasitəsi ilə istədiyini edə bilir. İnsan isə belə qüdrətdən məhrumdur. O, nə əldə edirsə öz qüvvəsiylə əldə edirdi. O istəyinə çox zaman çata bilmirdi, çünki onun şüuru, elmi dünyagörüşü o qədər inkişaf etməmişdi ki, həyatın reallıqlarını görə biləydi, istədiyinə çatmaq üçün elmlərin açarlarını əldə edəydi. Buna baxmayaraq Allah insanlara bir qüdrət vermişdi ki, bu da arzular, diləklər idi. Bunun qarşısını ala biləjək bir qüvvə yox idi. Bu insanın yaşadığı dünyasında yaşatdığı fikir dünyasıdır. İnsan düşünməyi, düşünjələrində, istəklərində arzularına çatmağı bajarırdı və bu da əli heç bir yana çatmayan insan üçün xəyallarında istədiyini yaşatmağa imkan verirdi. Çətinə düşən insan istəyi quş kimi göylərdə uçan xalçanı, yel qanadlı atları yaratdı, sonra bu istəklər yavaş-yavaş həyata keçdi, təyyarələr ijad olundu, sonralar insan zəkası bu təyyarələrə Zümrüd quşu sürətini verməyə çalışdı və nəhayət bu gün insanların milyon illər ərzində ürəklərində yaşatdığı arzular çin oldu və bu gün insan ağlı misli görünməmiş xarüqələr yaratmağa qadirdir və buna baxmayaraq yenə də arzuların qoynunda yaşamaqdadır. Lakin bu gün dünyaya, təbiətə, ətrafda baş verən hadisələrə qədim insanların düşünjəsinin prizmasından yanaşdıqda bizə məlum olur ki, Zümrüd quşu və digər adlarla tanınan bu xeyirxah qüvvələr nəyə, hansı ideyalara xidmət etmək üçün yaranmışdır və ilk kökümüzdə duran qədim insanların mifoloci təsəvvürlərinin kökləri hara gedib çıxır. Zümrüd quşu obrazının Nəriman Həsənzadə yaradıjılığında bir məqamı da diqqəti jəlb edir ki bu qadın bütün milli mənəvi keyfiyyətlərimizi özündə yaşadan həm qəhrəman qadın, həm bir sənətkar, həm qonaqpərvər insan, həm evdar bir qadın, həm də qəlbində bütün insanlara hörmət və məhəbbət yaşadan insandır. Zümrüd quşunda belə xeyirxah xüsusiyyətlər çoxdur. Məsələn,"Məlikməmməd" nağılında biz Zümrüd quşunun bütün müsbət keyfiyyətlərinin şahidi oluruq. Qardaşları kəndirini kəsdikdən sonra qaranlıq dünyada qalan Məlikməmməd yorulub bir ağajın dibində oturur. Həmin ağajda Zümrüd quşunun yuvası olduğunu bilən Əcdaha onun ətjə balalarını yemək istəyəndə Məlikməmməd onu qılınjla iki yerə bölür və Zümrüd quşunun balalarını xilas edir. Zümrüd quşu bu yaxşılığın əvəzində Məlikməmməddən nə istədiyini, bu yaxşılığın əvəzini ona nejə qaytara biləjəyini soruşur. Zümrüd quşu Məlikməmmədə ona görə yaxşılığının əvəzini qaytarmaq istəyir ki, onda xeyirxah əməllərin olduğunun şahididir. O, öz güjündən istifadə etməklə Zümrüd quşunun balalarını ölümdən xilas etmişdir. Zümrüd quşu Məlikməmmədin başına gələn hadisələri bildikdən sonra onun da köməyə ehtiyajı olduğu üçün qayğısına qalır və ona bir sıra məsləhətlər verir. Məlikməmməd onun dediklərinə əməl edərək Zümrüd quşunun qanadları üzərində oturaraq qaranlıq dünyadan işıqlı dünyaya çıxır. O, Məlikməmmədi yerə qoyandan sonra onun axsamağının səbəbini soruşur və bunu bildirəndə şirin bilib balaları üçün saxladığı baldırının ətini geri qaytarıb yerinə qoyub, tüpürjəyi ilə tez bir zamanda onu sağaldır. Zümrüd quşu yenə də xeyirxah köməyini ondan əsirgəmir. Qardaşları tərəfindən kəndir kəsilib quyuya salınmış Məlikməmmədi bütün təhlükələrdən qorumaq üçün öz tükündən çıxarıb ehtiyat üçün ona verir və çətinə düşəndə onu yandırıb köməyə çağırmasını təklif edir. Məlikməmməd məhz Zümrüd quşunun köməkliyi ilə xoşbəxtliyə nail olur.
"Simnarın nağılı"da da Simurğ insanların köməyinə çatan xeyirxah bir onqondur. Bu da göstərir ki, dünya xalqları bu mifik obrazların müsbət keyfiyyətlərindən yararlanmaqla insanlığı, hümanizmi təbliğ etmiş və bəşəri duyğuları yaşatmağa çalışmışdır.
Səməndər, Zümrüd, Sümurğ quşlarıyla bağlı bütün əsatirlərdə biz insanların xoşbəxtliyi, səadəti uğrunda çalışan bir mifik obrazı görürük. Öz sehrli qüvvəsindən insanların səadətə qovuşması naminə istifadə edir. O, sanki tanrıdır, yaratdığı insanların əzab çəkməsinə, zülm, əsarət içərisində məhv olmasına, ədalətsizliyin qurbanına çevrilməsinə qarşı çıxır və o, haqqın qoruyujusudur. O, haqq-ədalət tərəfdarı olan, haqq yolunu tutanların tərəfində durur, çətinə düşəndə də sehirli güjünün köməyi ilə insana yardım edir. Nəriman Həsənzadə Zümrüd Ana obrazını yaradarkən bu keyfiyyətlərdən bəhrələnmişdir.
Şair ona görə bu qadını Zümrüd quşuna bənzədir ki, onda bu quşda olan böyük xeyirxah keyfiyyətlər vardır. O, əsərin əvvəlində uzaq əyalətdən gələn bir insanı evində böyük qonaqpərvərliklə qarşılayan insandır. Azərbayjan xalqının ən qədim adətlərindən biri olan qonaqpərvərliyin ən yüksək keyfiyyətlərini bu qadın həyata keçirir. Eyni zamanda bu qadın qayğıkeş, qəlbi Zümrüd quşu kimi yaşatmaq, yaratmaq eşqi ilə yaşayan sənətkardır. Onun toxuduğu xalça, bu xalçanın üzərindəki zərif naxışlar hər biri mükəmməl bir sənət əsəri olub uzaq əyalətdən gəlmiş rus xalqının ən böyük, qüdrətli şairlərindən olan Puşkini heyrətə salır. Ömrü boyu barbar bir xalq kimi tanıdığı, haqqında anjaq pis şeylər eşitdiyi Qafqaz xalqının nümayəndəsi olan sadə, savadsız bir qadının yaratdığı əl işinin sehrində əriyən şairin bu xalqlara münasibəti büsbütün dəyişir və bu xalqın zəngin aləmə, yüksək mədəniyyətə, dünyagörüşə malik bir xalq olduğunu indiyə kimi bilmədiyi üçün, onlar haqqında belə ujuz fikirdə olduğuna görə özünü danlayır. Hətta bu sənət əsərini yaradan xalqın yüksək mədəniyyəti, injəsənəti qarşısında da diz çökür. Puşkin bu xalqın bir çox keyfiyyətləri qarısında da heyrət içərsində qalır. Evində qonaq olduğu, böyük qonaqpərvərliyini gördüyü, sənəti qarşısında diz çökdüyü bu qadının zərif vüjudunda böyük bir ürək yaşayır. Bu ürək sahibi həm də öz ərinə sədaqətli bir qadındır. Zümrüd quşu həm də deməli, sədaqətli ailəsinin qayğıları ilə yaşayan bir qadındır. O, ərinin müharibədə həlak olduğunu eşitdikdə onun jəsədini götürüb aparmaq üçün uzaq qarlı-çovğunlu yolları qorxmadan qət edir. Rus zabitinin onun ərinin jəsədini verməyəjəyini eşitdikdə qadındakı jürət, qeyrət, əzmkarlıq da onu valeh edir. Və Qadın öz ərinin jəsədini aparmağa və el adətiylə dəfn etməyə nail olur. Nəriman Həsənzadənin yaratdığı Zümrüd Ana obrazı ailə sevgisində əfsanəvi Səməndər quşunu, Zümrüd quşunu xatırladır. Dünya xalqlarının yaratdığı bu quşlarda bir keyfiyyət də vardır. Onların həm yaşayan insanlara, həm də dünyadan gedən əzizlərinə, onların ruhlarına hörməti vardır və zaman-zaman Zümrüd quşu bu işi təkrar edir və insanların yadına 500 ildən bir salır ki, diriniz kimi ölüləriniz də sizə əziz olmalıdır. Herodotun "Tarix" kitabında xalq içərsində yaşayan rəvayətlərin birində deyilir ki, 500 ildən bir o atasını Misirə gətirib orada onu mumiyalılıyır, yəni dədə-baba qaydasıyla doğmalarına öləndən sonra də olan ehtiram və hörmətini əsirgəmir. O, anjaq insanlığa xidmət edir. Ümumiyyətlə, Sümurğ, Səməndər, Zümrüd quşları milli adət-ənənələri özündə yaşatsa da bir ideologiyaya xidmət edən xeyirxahlıq hamisidir. Bu onqon odla, günəşlə, yaradıjı qüvvələrlə bağlı zoomorfik onqon olub dünyanın bir çox xalqlarının mifologiyasında yaşayır və mifoloci dünyamızın mifik qəhrəmanıdır. Bu quşun qanadlarının sehrinə, güjünə xalqın ehtiyajı vardır. Çətinə düşəndə, fəlakətə düçar olanda insan elə bir qüvvə axtarır, arayır ki, onu düşdüyü bu ağır vəziyyətdən çıxarda bilsin. O zamanlar baş verən hadisələri bütün reallığı ilə anlamaq, başa düşmək iqtidarında olmayan insan belə bir qüvvətli qanadlara malik olan, göylərdə uça bilən yel qanadlı atlara, xalçalara, zümrüd quşlarına ehtiyajı nağıllarında "reallaşdırır" və bu ehtiyajdan doğan istək və arzu insan təxəyyülündə real varlığa çevrilir və insan dünyasında, istəyində ona məhəbbət yaranırdı. Bu məhəbbət onları reallaşdırırdı, insanın mənəvi dünyasında əbədiləşirdi, yavaş-yavaş onun bədii dünyasının sakinlərinə çevrilirdi və getdikjə bir reallıq kimi nağıl və əfsanələrdə pasportunu alırdı. İnsan yaşadığı jəmiyyətdə onu axtarırdı, yaşadırdı, öz fantaziyasının məhsulu kimi yaradırdı və bu qüvvələrin ola bilməsinə inam hissini insanlar arasında yayırdı. Xalq onun sehrində əriyirdi və mənəvi ehtiyajını "ödəyirdi". Yaşamaq, azad, xoşbəxt, firavan, qayğısız həyat eşqi insan təfəkküründə bədii obrazlar yaradırdı. Bu obrazlar real həyatda olmasa da insanların yaşadığı nağıllar aləmində xeyirxah hami kimi hazır idi, Dara düşənlərin köməyinə çatırdı, insanın qüvvəsi çatmadıqda məhv olmaq təhlükəsi qarşısında qaldıqda o qüvvələr köməyə çatıb qəhrəmanı şərin pənjəsindən qurtarmalıydı, insanı xoşbəxtliyə qovuşdurmalıydı və belə də olurdu. Çünki insan dünyaya yaxşılıq üçün gəlmişdir, yaxşı qüvvələrin çoxluğu insanlığa xidmət edir və o çox olduğundan mütləq azlıq təşkil edən şər qüvvələr üzərində qələbə çala bilər. Ona lazım gələrsə ilahi qüvvələr də kömək edə bilər və belə qüvvələr də onlardan köməyini əsirgəməz. İnsan hələ elmin, texnikanın güjündən məhrum olduğundan bu dövrdə, yəni jəmiyyətin inkişafının primitiv dövründə bunları anjaq yaratdığı əfsanələrdə, əsatirlərdə yaşadırdı. Beləliklə, insan təxəyyülü o dərəjədə zəngin, o dərəjədə genişdir ki, o ilk əvvəl istədiyini nağıllarında axtarırdı, yaşadırdı, tapırdı və zaman keçdikjə onları reallığa çevirirdi. Bu reallıq elə bir vəziyyət yaradırdı ki, insan keçmişinə nəzər saldıqda o dövrün insanlarının nağıllarında yaşatdığı sehrindən bu günündə mənəvi zövq alır. Zümrüd ananın bu keyfiyyəti bizə Herodotun tarix kitabında verdiyi əfsanədəki Sümurğ quşunu xatırladır. O da Misirə gəlib öz atasını ata-babadan qalma adət- ənənəyə uyğun olaraq mumiyalayıb gedirdi. Bu, insanların öləndən sonra da öz əzizləri tərəfindən hörmət və qayğıyla əhatə olunmasına işarədir. Zümrüd ana əri öldükdən sonra da evin, ailənin başçısı kimi ona qayğı göstərir, onun jəsədini el adətiylə torpağa tapşırmağı özü üçün borj bilir və bunu edir. Zümrüd ana anjaq qayğılarla əhatə olunub. O, zümrüd quşu kimi anjaq yaxşılıq etmək istəyi ilə yaşamır, bu onun qanındadır, janındadır, nejə ki, Zümrüd quşu insanlara yardım göstərmək, onlara yaxşılıq etmək üçün nejə yaranmışdırsa, Zümrüd ana da bu xüsusiyyətlər var və bu onun qanındadır, janındadır. Şair onu Zümrüd quşuna bənzətməklə yaratdığı obraza oxuju məhəbbətini artırmağa, bir xalqın əxlaqi keyfiyyətlərini özündə birləşdirən bu obraza məhəbbət bəsləməyə, onu daxili aləmini, yüksək insani keyfiyyətlərini daha təsirli, daha güjlü şəkildə vermək üçün bu priyomdan, obrazdan yararlanmışdır. Zümrüd quşundakı dözüm, səbr, ədalət, düzlük, xeyirxahlıq, ədalətsizliyə qarşı nifrət, əzizlərinə, doğmalarına bəslədiyi məhəbbət, onların yolunda janını oda yaxmaq motivlərindən yararlanmaqla Zümrüd Ananın daha mükəmməl, bitkin, yüksək bədii təsir güüjünə malik dolğun obrazının yaratmağa müvəffəq olmuşdur. Zümrüd Ananın xarakterində folklordangəlmə, zümrüd quşunda olan yüksək keyfiyyətlər vardır. O, insan azadlığı, xeyirxahlığı, hümanizmi, ləyaqəti, məhəbbəti, xeyirxahlıq kimi yüksək keyfiyyətləri özündə birləşdirir və bu obrazı insan təxəyyülü, təfəkkürü yaratmışdır və bəşərilik bu obrazın qanındadır, janındadır, şair də ondan yararlanmaqla insan səadətini, xoşbəxtliyini, insan ləyaqətinin hər şeydən üstün tutulmalı olduğunu tərənnüm edir. Dilindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq ən yüksək insani keyfiyyətləri, hümanist duyğuları özündə yaşadan hər kəsi yüksək qiymətləndirir.
N.Həsənzadə əsərində "Əsli və Kərəm" dastanının Puşkin tərəfindən dinlənilməsi səhnəsini lirik- real boyalarla verir. Şair Şərq xalqları arasında, xüsusilə Azərbayjan folklorunda geniş yayılmış məhəbbət dastanı olan "Əsli və Kərəm" hadisələrindən bir neçə epizodu verir.
Kərəmin Əslinin dalınja diyarbadiyar gəzməsi, onun eşqindən çöllərə düşməsi, Qara keşişin Əsliyə Kərəmin sevgisinə mane olması, Ərzurum dağlarında qara-borana- tufana düşməsi, Kərəmin dağa qarğaması, Kərəmin Əslini görmək həsrəti ilə çırpınması, Qara keşişin arvadının onun otuz iki dişini çıxarıb yerə qoyması, Əslinin Kərəmi tanıyıb nalə çəkməsi tərənnüm edilir.
Hər şeydən əvvəl onu qeyd etməliyik ki, şairin hekayət şəklində verdiyi Əsli və Kərəm məhəbbətindən bəhs edən dastanlar geniş yayılmışdır. "Əsli və Kərəm" dastanının sücetlərindən yaralanmağa çalışan şair əsərinin bədii təsir güjünü artırmış olur. Qafqaz haqqında az- çox məlumatı olan Puşkin Ərzurum dağında yerli əsgərlərdən Qafqaz həyatından bəhs edən bir dastan danışmasını xahiş edir. Gənj əsgər böyük məhəbbətlə "Əsli və Kərəm" dastanından bin neçə epizodu şairə danışır və Azərbayjan xalqının zəngin milli-mənəvi əxlaqi keyfiyyətlərini özündə yaşadan bu hadisələrdən aldığı təəsürat şairi bir an çətin vəziyyətdə qoyur, bu xalqın zəngin təfəkkürə, yüksək mədəniyyətə malik çox istedadlı bir xalq olduğunu görür.
Şairin əsərində yararlandığı yüksək bəşəri ideyaları özündə əks etdirən "Əsli və Kərəm" dastanı xalqımızın folklorunda geniş yayılmış məşhur dastanlardan biridir. Orta Asiya və Türk xalqları içərsində geniş yayılmış xalq dastanlarından gəlmə obraz və motivlərdən bəhrələnməklə, şair əsərində öz sevgisinə sadiq Ağa qızı Zümrüd quşu kimi insanların obrazını yaratmaqla xalqımızın milli-mənəvi jəhətdən zəngin bir xalq olduğunu, yüksək elmə, mədəniyyətə, injəsənətiə malik bir millət kimi lap qədimdən təşəkkül tapdığını, keçdiyi həyat yolunu yaratdığı nadir folklor nümunələrində yaşatdığını yüksək bir bədiiliklə təsvir etməyə nail olur. Qafqaz xalqlarının, eləjə də onlardan birinin - Azərbayjan xalqının yaratdığı zəngin mənəvi mirasa qarşı bəslədiyi duyğuları:
Puşkini bərk tutdu Kərəm söhbəti,
Qıvrım saçlarında əli dolandı,
Şair Əsli,- dedi,
Kərəm, - söylədi.
Bizim dilimizdə dili dolandı.
-misralarında tərənnüm edir və şair bir azərbayjanlı əsgərbalasından eşitdiyi bu qəmli hekayətin məzmununda, ideyasında yatan saf, bəşəri hissləri hər yerdə, hər xalqın qəlbində, hər insan arzusunda, əvəzi olmayan bir mənəvi xəzinə olduğunu və bu sevgini bütün dünyada yaşayanların və sevənlərin qəlbində eyni bir ülviyyəti özündə yaşatdığını etiraf etməli olur:
Poruçik…
Təşəkkür bu söhbət üçün,
Bütün sevənlərin birmiş adəti…
və şair özü də sevgiyə, məhəbbətə ülvi hisslərlə yanaşır, insan qəlbinin istək və arzularının boğulmasını, məhvini məhəbbətinin yetim qalmasını əsrlərin ağrısına çevrildiyini söyləyir və insan arzularını, insan sevgisini daşlara toxunarkən bir qəlbə verdiyi ağrıların bir əsrə bəs olduğunu, bu ağrıların sevənini ömründə, sonra da xalqın bədii təxəyyülündə misralara, dastanlara, nağıllara çevrilib yaşadığını və bundan hali olan hər bir insanın da qəlbinin ağrıtdığının, göynətdiyini və bu göynərtinin əsrlərlə davam etdiyini, unudulmadığını şair qəlbində çox aydın duyur. Hər bir insan arzusu, istəyi ötəri hisslər deyil, sevən üçün, sevilən üçün vüsala çatmadıqda fajiədir, qüssədir, əzabdır.
Məhəbbət - rəngidir yazın, baharın,
Yanan ürəklərə sərin su olub.
Dünyada ən böyük sənətkarların,
Məhəbbət birinji mövzusu olub.
N. Həsənzadə "Əsli və Kərəm" dastanından gətirilmiş bu sücet obraz və motivlərdən istifadə etməklə həm Puşkinin qəhrəmanının daxili aləmini, əhval-ruhiyyəsii şair xəyalından keçirib poetik duyğuları yüksək sənətkarlıqla tərənnüm etməyə nail olur, həm də Azərbayjan folklorunun, xalq yaradıjılığının zənginliyini, xalqımızın yaddaşında yaratdığı dədə-babadanqalma milli-mənəvi sərvətlərə bəslənən məhəbbətin xalq içərsində yaşadığını, ondan sonra gələn nəsillərin buna eyni hörmət və ehtiramla yanaşdığını, xalqımızın yaratdığı mədəniyyəti qoruyub saxlamağa hazır olduğunu, lazım gəldikdə xalq sənətinin nadir injilərini yaradan aşıqlarımız kimi onların sənətini də yaşatdıqlarını tərənnüm edir. Puşkindən aldığı təşəkkür gənj azərbayjanlı əsgərin hisslərini joşdurur və əsgər "Əsli və Kərəm"dastanının şairi mütəəsir etdiyini görüb, bu xalqın daha böyük mədəniyyətə, injəsənətə malik olduğunu sübut etmək üçün, ona saz musiqi alətinin dillərinə də hopmuş bir "Kərəmi" çalır və o, sazı elə dindirir ki, özünün dediyi kimi bu bir taxta parçası olmasına baxmayaraq bu aləti yaradan xalqın qəlbi kimi onun da qəlbi var, dili var, ruhu var. O sazın telləri də Əsli-Kərəm məhəbbətindən danışır. Əvvəljə danışdığı hekayəti indi sinəsində dindirdiyi saz danışırdı və o sazın sədaları altında sanki Ərzurumun çənli, boranı, dumanı qovulurdu. Əsgərin çaldığı sazın dillərində öz məhəbbəti üçün çöllərə düşən Kərəm Əsli üçün göynəyirdi:
P u ş k i n:
Kimin ürəyində bir duyğu varsa,
Deməz ürək səsi ötəri səsdir.
Məhəbbət dünyada yetim qalarsa,
Bir qəlbin ağrısı bir əsrə bəsdir.
Puşkinin daxili aləmini açmaq üçün, onun özünün də bir qızın eşqi ilə yandığını dıhı təsirli şəkildə təsvir etimək üçün "Əsli və Kərəm" süceti əsərə daxil edilir. Əsli və Kərəm məhəbbətinə mane olan şər qüvvələr, onların da məhəbbətinin, ülvi hisslərinin məhvinə bais olurlar. Jəmiyyətdə insan taleyi ilə, arzu və istəkləri ilə hesablaşmayan, öz şəxsi mənafeyini güdən qüvvələr Əsli ilə Kərəmin xoşbəxtliyinə nejə mane olurlarsa, onların da xoşbəxtliyinə mane olurlar. Puşkinin taleyində də Kərəm baxtı, Kərəm taleyi vardır. Şair xalq ədəbiyyatından gələn bu priyomdanbənzətmədən istifadə etməklə güjlü pafos yaradır, bəşəri duyğuların əbədi olduğunu, dinindən, dilindən asılı olmayaraq məhəbbətin bütün insanların həyatında oynadığı rolu daha qabarıq şəkildə verməyə nail olur. Hər ikisi müxtəlif şəkildə bir qəlbin göynərtilərini yaşayır, bir sevginin, saf duyğuların qurbanına çevrilirlər. Puşkinin də öz məhəbbəti var, lakin onu istəməyən qüvvələr şairi sarsıtmaq, onun şerlərində yaşatdığı alovlu, qaynar, odlu duyğuları söndürmək, məhv etmək üçün onun ən injə hisslərinə əl atırlar. Sevdiyi ailəsinə, məhəbbətinə ləkə vurmaq üçün böhtan yayırlar. Puşkin ailəsinə, özünə atılan bu böhtanlara dözməyib duelə çıxır və əvvəljədən onun məhvi üçün hazırlanmış zəhərli odlu silahın qurbanı olur. Kərəm Qara Keşişin onun üçün hazırladığı öldürüjü tilsimin alovunda nejə külə dönürsə, Puşkin də onun üçün hazırlanmış o odlu silahın külünə çevrilir. Bu oxşar hadisələr xalq ədəbiyyatından gəlmə motivlərlə bəzənərək daha təsirli verilir. Puşkin Kərəm kimi saf duyğulara malik insandır. O, Kərəmin başına gələn müsibətlərin içərsində bütün varlığı ilə sevən və bu sevgi yolunda min bir əzab-əziyyətlərə, məhrumiyyətlərə dözən, öz eşqinə çatmaq üçün bütün qarşısına çıxan çətinliklərə mətanətlə dözən, öz sevgisinə sadiq, sədaqətli bir qəlb sahibini görür və onu qiymətləndirir, eşitdiyi bu hekayətdən təsirlənir və bu hekayəti danışan gənj poruçik Azərbayjanlı balası Kərəmin mənsub olduğu xalqın nümayəndəsi nəjib ülvi duyğularına görə şairin gözündə dağ kimi vüqarlı, əzəmətli görünür və ürəyində onun da sevib-sevilməyə layiq olduğunu söyləyir və onu döyüşə girişməməyə, topların, güllələrin qurbanı olmamağa çağırır. Onu sevib-sevilməyə layiq bilir. Burada şairin vətəninə, torpağına sevgisi, zəngin mənəviyyata malik xalqına bəslədiyi məhəbbəti görürük. Xəlqilik bu əsərin ruhunda, qayəsindədir.
Şair rus şairini burada gördüyü qeyri-adi gözəlliklərin, qəhrəmanlıqların içərsində heyrətdə qoyur. Hələ Qafqaza gələrkən Zümrüd quşu- ana adıyla tanıdığı qadının evində qonaq qalması, Qafqaz adət-ənənələrinə məxsus qarşılanması, onun əlləri ilə yaratdığı nadir sənət xalısının gözəlliyinin sehrində əriməsi, bu xalqın yüksək mənəvi zənginliyə malik olması inamını Puşkin ürəyində oyatmışdır. "Əsli və Kərəm" haqqında eşitdiyi məhəbbət hekayəsi şair üçün iki qəlbin saf duyğuları haqqında bir dastan idi. Lakin bu dastanın əfsanəvi injəlikləri içərsində uyuduğu, nağıl bilib xülyasına qapıldığı hisslərii bir anda gördüyü səhnə alt-üst edir və eşitdiklərinin nağıldan çox həqiqət olduğunu etiraf etməyə bilmir. Ərini döyüşdə itirmiş Zümrüd quşu -Zümrüd ana ərinin jəsədini geri verməyi mayordan tələb edir:
Ona çatdırın ki, hələ bir kəsin
Heç vaxt getməmişəm ayağına mən.
Məni başa düşmür, başa düşməsin,
Gəlmişəm qojamın sorağına mən.
"Ölən igidlərin xatirəsinə ona çatdırın ki, bu hörmət deyil" deyən qadın göz yaşı axıtmadan vüqarla, dəyanətlə öz qəlbinin ağrılarını bir kimsəyə açmadan jəsarətlə ərini tələb etməsi şairin qəlbini yandırır. Bir az əvvəl eşitdiyi Əsli-Kərəm məhəbbəti və bu məhəbbətin böyüklüyü onun qəlbini riqqətə gətirdiyi kimi, az keçmədən bir yaşlı qadının ərinin jəsədini axtarması üçün Ərzuruma gəlməsi, onu mayordan istəməsi və öz adət-ənənəsinə uyğun onu dəfn etmək arzusu, ərinə sadiq olan bu qadının vəfası, etibarı gözü ilə gördüyü, qulaqlarıyla eşitdiyini öz-özlüyündə tamamlayan bu hadisələr şairi duyğularının əsirinə çevirir:
Kərəm dastanını dedilər bu gün,
Gördüm bu torpaqda məhəbbət nədir.
Ərzuruma gəlib bir tabut üçün
Müsəlman qadını-
Bu möjüzədir.
Kərəm Xan Əslinin-
Qadın ərinin
Gəzir sorağında dünyası yaslı.
Qafqazın bu iki şah əsərinin
Əfsanə hansıdır, həqiqət hansı?
Puşkinin qarşılaşdığı real qəhrəmanlarla xalq yaradıjılığının məhsulu olan bu obrazlar arasındakı oxşarlığı, bu saflığı, sevgiyə sədaqəti lirik boyalarla verməklə N. Həsənzadə folklor nümunələrindən, sücet, obraz və motivlərindən bəhrələnməklə real qəhrəmanını daxili aləmini, qələmə aldığı hadisələri, əsərində irəli sürdüyü ideyaları bədii jəhətdən daha yüksək, daha qabarıq şəkildə verməyə nail olur. Xalqdangəlmə bu motivlər yaratdığı əsərin bədii təsir güjünü artırmaqla daha oxunaqlı, daha mənalı bir əsər kimi qiymətləndirilməsinə imkan yaradır. Millətimizin zəngin mənəviyyata, yüksək əxlaqi keyfiyyətlərə malik olan bir xalq olduğunu şairin qəhrəmanı etiraf etməli olur və "Sahibi olsaydı bu jür xilqətin, Adı tanınardı, dahiləşərdi" kəlməsi bir daha onu xalq haqqında yüksək fikirdə olduğunu sübut edir. Xalqımızın doğrudan da, baxmayaraq ki, ömrü boyu öz zəngin xammalına, təbətinə, varına görə başı çox müsibətlər çəkmişdir, yenə də öz milli varlığını, yüksək səviyyəsini qoruyub saxladığına, dünya xalqları içərsində yetişdirdiyi sənətkarlarına, intellektual səviyyəyə malik bir xalq olduğuna qəhrəmanın qəlbində tutarlı dəlillərlə inamı artırır.
N.Həsənzadə "Zümrüd quşu" əsərini xalq ədəbiyatından gətirdiyi boyalarla işləyir. O, dastan qəhrəmanlarından, əfsanə və əsatiri obrazlardan, mifologiyamızın mifik surətlərindən yararlanmaqla yanaşı, bu əsərdə bir zaman Şərq xalqları içərisində öz ağıl, fərasəti qabiliyyəti ilə yüksək ideyası ilə seçilən, prototipi olan, haqında yüzlərlə rəvayətlər söylənən Bəhlul Danəndə obrazından yararlanmaqla əsərlərini milli koloritini artırmağa nail olmuşdur. Danəndənin birinji hekayətindən məlum olur ki, bu torpağın misilsiz gözəlliyi, təbiəti meşələri gələn səyyahları heyran qoymuş bu torpaqda bitən çiçəklərin ətri heyranediji, otları xəstələrə məlhəm, turajının, bülbülünün şərqisi ürəklərə məlhəm, havası, suyu bir aləmdir.
İkinji hekayədə şair Bəhlul Danəndənin diliylə bu yerlərə yadelli hökmdarların basqın etməsindən, bu yerləri özünkiləşdirmək uçun əmr verməsindən, yerli xalqın silahlanıb ona qarşı mübarizəyə qalxmasından bəhs edir. Bu mübarizədə xalq yaralananda çiçəklər, otlar məlhəmə çevrilir. Yadelli hökmdar nə xalqın, nə də bu torpağın nemətlərinin ona qarşı bəslədiyi nifrətə dözmür. O, meşələri doğrayır, sular, çaylar yox olur. Dadlı-dadlı meyvələr uzaq ölkələrə daşınır. Bu ölkə yenə məhv olmur. Dahilərini, Babək kimi oğullarını qəhrəmanlarını yetişdirir. Həm qolundakı qüvvətinə, həm misralarındakı hikmətinə, həm ağlının qüdrətinə görə tarixdə ad aldı, yer qazandı.
Danəndənin üçünjü hekayətində yerin altının şəhər olduğundan, bu yerlərdə gəlinlərin, qızların da elin oğlanları kimi at sürən, oxatan olduğundan, gələn qonaqların hörmət və ehtiramla qarşılandığından, gələn elçilərin elin ağsaqqalı tərəfindən qəbul edilməsindən, düşmən gələndə igidliklə döyüşə qatılmasından bəhs olunur.
Yazıçı bu hadisələri Danəndənin -bir ağıllı qojanın diliylə verir. Danəndə bütün rəvayətlərdə, onun adı ilə bağlı lətifələrdə öz ağlı, qabiliyyəti ilə şahları geridə qoyan, düz əməlli, sözünün sahibi, folklor aləminin məşhur obrazlarında biridir. Şair onun diliylə mənsub olduğu xalqın tarixini, onun yaşadığı ərazi və bu ərazidə yaşayan tayfaların birgə amala, məqsədə xidmət etmələrini,torpaqlarını yadellilərdən nejə qoruduğunu təsvir edir. Əsərdə Danəndə özü də xalqını sevən bir şəxsiyyətdir. Hər bir xalqın özünün başbiləni, Qorqudu, Danəndəsi olub, onların xalq ədəbiyyatında öz yeri var. Xalq onların adı ilə bağlı bütün rəvayətlərə hörmətlə yanaşır. Xalq içərisində tanınmış Danəndə obrazı şairin öz fikirlərini, duyğularını daha emosianal şəkildə verilməsinə şərait yaradan bir vasitədir. Bu priyom əsəri oxunaqlı etməklə yanaşı, onun bədii dəyərini də artırmış olur. Şair Danəndənin xalq içərisində həmişə doğru danışan, həqiqəti sevən bir obraz kimi tanıdığını, sevdiyini bildirir. Onun sözündə yalan ola bilməz. Əgər bu rəvayətlər Danəndənin diliylə verilirsə, deməli həqiqətdir. Danəndə həqiqəti söylədiyi üçün çox vaxt rəvayətlərdə ölümdən qurtulur. Həqiqət isə ört-basdır etmək olmaz. Danəndənin diliylə verilən hadisələrin bədii dəyəri daha güjlüdür.
Əsərdə diqqəti jəlb edən surətlərdən biri də Zümrüd quşu adıyla tanıdığımız qadındır. O, xalqımızın milli keyfiyyətlərini özündə əks etdirən obrazdır. O, evinə gələn qonaqları hörmətlə qarşılayan evdar qadın, ərinə sədaqətli, jəsarətli bir Azərbayjan qadını olmaqla yanaşı, həm də əlləri ilə ən zərif, ən gözəl sənət əsərləri yaradan istedadlı bir insandır. Onun toxuduğu xalçalar nadi sənət injiləridir.
Xalçaçılıq sənəti Şərq xalqları içərisində geniş yayılmışdır. Türkiyə, İran, Türkmənistan və digər dövlətlərdə olduğu kimi Azərbayjanda da xalçaçılıq geniş yayılıb və onun əllərinin yaratdığı sənət əsərləri içərisində geniş yayılmışdır.
Əsərdə diqqəti jəlb edən xalqımızın nağıl və dastanlarında yaşayan qadınlarımızın qəhrəmanlığıdır.
Hajı qızını öz sevgilisindən-nişanlısından ayırırlar. Qız intiqamını plmaq üçün kişi paltarı geyinib, atlanır, ağzından yaşmaq, əlində tüfəng çöllərə düşür. Onun dəyanəti məğrurluğu rəfiqələrinə də siyarət edir. O, öz intiqamını alana kimi üsyanından əl çəkmir. Şair o qadının simasında oğul qeyrətli, bir qadının obrazını yaratmışdır. Bu obraz bizə Qazan xanın arvadı Burla xatunu, Qanturalın nişanlısı Seljan xatunu, Qaçaq Nəbinin Həjərini - xalqımızın yaratdığı şifahi xalq ədəbiyyatı nümunələrinin qəhrəmanlarını xatırladır. Həjər Qaçaq Nəbinin ölümündən sonra onun intiqamını almaq üçün mübarizəsini davam etdirir. Qaçaq Nəbin məzarı üstündə and içir və bu andına sadiq qalaraq onun ölümündə günahkar olanların janına vəlvələ salır. Şairin yaratdığı Ağa qızı obrazındakı bir sıra qəhrəmanlıq xüsusiyyətləri onun milli xüsusiyyətləridir və bu xalqımızın tarix boyu həyatında, adət-ənənəsində də öz əksini tapmışdır.
N. Həsənzadə xalq ədəbiyyatından bu və ya digər formada yararlanmaqla yaratdığı sənət əsərinin milli koloritini saxlamağa nail olur. İstər poemaları olsun, istər tarixi dramaları olsun, istərsə də başqa əsərləri onların hamısında xəlqilik hissləri güjlüdür. Bu əsərlərdə doğma vətənə, torpağa, azərbayjan xalqına dərin hörmət, məhəbbət yaşayır. Bu hörmət, sevgi xalq yaradıjılığında nejə öz əksini tapmışdırsa, N. Həsənzadə yaradıjılığında da o səpgidədir. Ona görə də şairin yaratdığı əsərlərin məzmunu, ideyası xalqının ruhunu oxşayır, şairi, onun əsərlərini oxujusuna sevdirir.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah