Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

RÜSTƏM RÜSTƏMZADƏ QƏHRƏMANLIQ NƏĞMƏLƏRİNİN GÖZƏL TƏDQİQATÇISIDIR

Azərbayjan xalq nəğmələrinin inqilabdan önjə toplanıb nəşr edilməsi ilə bağlı tədqiqatçının araşdırmaları müxtəlif illərdə alimlərimiz tərəfindən yüksək qiymətləndirilmişdir: Akademik Feyzulla Qasımzadə yazır: «Qəhrəmanlıq nəğmələri» şifahi xalq ədəbiyyatımızın əsas sahələrindən birini təşkil edir. Xalqın keçmişini, mübarizə tarixini bilmədən, xalq poeziyasını, qəhrəmanlıq nəğmələrini dərindən öyrənmək olmaz. Bu baxımdan R.Rüstəmzadənin «XIX əsrin 2-ci yarısında Azərbaycan kəndli hərəkatı haqqında qəhrəmanhq nəğmələri» əsəri yeni orjinal və qiymətli tədqiqatdır. Nəğmələrin təsnifındə məlum fıkirləri saf-çürük etməklə, şifahi ədəbiyyatımıza «hərbə-zorba», «çağırış», «tərifnamə», «nəsihətnamə», «təəssüflənmə», «arzulama» və «qəhrəmanlıq ağısı» kimi yeni istilahlar gətirmiş, öz elmi fıkirlərini şəxsi ekspedisiyaları zamanı topladığı nümunələri ilə əsaslandırmışdır. Folklorşünaslığın tədqiqi çətin və yaradıcı işidir. Poetik istedad, gözəl zövq, bədii sözün incəliyini duymaq və sezmək, səbirlilik zəhmət tələb edir. Rüstəm müəllim bu keyfıyyətləri özündə birləşdirən alimdir».
Tədqiqatçının bu mövzuda apardığı araşdırmalar mətbuatda dərj olunmuş, alim və tədqiqatçıların diqqətini jəlb etmişdir. «Azərbayjan xalq nəğmələrininin inqilabdan sonra toplanması, nəşri və tədqiq haqqında» əsəri də tədqiqatçının ən dəyərli tədqiqat işlərindən sayılır.
Rüstəm Rüstəmzadə qəhrəmanlıq nəğmələri haqqında dəyərli tədqiqat işlərinin müəllifidir. «Qəhrəmanlıq nəğmələrinin poetik xüsusiyyətləri» məqaləsində bunu qabarıq şəkildə görürük. Azərbayjan xalqının zəngin, qədim və rəngarəng folkloru haqqında dəyərli fikirləri vardır.
Rüstəm Rüstəmzadə xalq hərəkatı ilə bağlı, xalqın yerli və xariji işğalçılara qarşı mübarizəsində xalq kütlələrinin arzu və istəklərini ifadə edən, onlara qarış mübarizə ideyaları ilə zəngin xalq nəğmələrini toplayıb nəşr edilməsi sahəsində yorulmaz tədqiqatçıdır.
«Qəhrəmanlıq nəğmələri» tədqiqat işində Rüstəm Rüstəmzadə xalqın düzüb-qoşduğu nəğmələrə üz tutur:
«Elə bir tayfa, elə bir xalq tapılmaz ki, onun özünəməxsus nəğməsi olmasın və elə bir insan tapılmaz ki, o, öz nəğməsini sevməsin. Çünki hər bir xalqın nəğməsi onun ürək sözü, sevinj və kədərinin ifadəsidir. Onlara sadəjə zümzümə kimi baxmaq olmaz. Hər bir xalqın nəğməsi eyni zamanda o xalqın janlı səsidir».
Nəğmələri «insanın istər dar günündə, istərsə də gen günündə dostu, yoldaşı və sevimlisi» «məfkurə və mövzu etibarilə» «rəngarəng» bilən R. Rüstəmzadə məğmələrin mövzu və məzmun keyfiyyətlərini araşdırır. Əmək nəğmələri, mövsüm və mərasim nəğmələri, ailə-məişət nəğmələri, məhəbbət nəğmələrinin hər birinin «müəyyən şəraitlər prosesində yaranmış və inkişaf etmiş» olduğu fikirdədir. Pofessor M.H. Təhmasibin bu fikirlərini dəstəkləyir ki, «İstehsal alətinə və danışıq dilinə malik olan insanın ilk söz sənəti onun gündəlik əmək prosesi əsnasında yaratdığı «əmək nəğmələri»ndən ibarət olmuşdur».
İstehsal münasibətləri genişləndikjə, insan şüuru, təfəkkürü inkişaf etdikjə müxtəlif sahələrlə bağlı nəğmələrin də yarandığını qeyd edən tədqiqatçı «bunlardan biri də qəhrəmanlıq nəğmələridir»,-deyir. «Bu nəğmə digər nəğmə növlərindən (məişət, məhəbbət, mərasim və s) fərqli olaraq qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik, jəsurluq, igidlik pafosu ilə dolu olan xalqın yadelli işğalçılara və yerli hakimlərə qarşı münasibətini əks etdirən, həmçinin özünəməxsus musiqi ilə əlaqədar olan mənzum lirik şeirlərdir».
Azərbayjan xalqının tarixini vərəqlərkən biz orada xalqın öz azadlığı və istiqlaliyyəti uğrunda əsrlər boyu mübarizə apardığını görürük. Bu mübarizə yalnız daxili feodallara, hakim sinfə, bəylərə, mülkədarlara qarşı deyil, həmçinin xariji işğalçılara qarşı da uzun illər, əsrlər boyu olmuşdur. Çünki öz təbii sərvətləri ilə çox zəngin olan Azərbayjan, bilavasitə tijarət yolların ayrıjında yerləşdiyindən həmişə xarijilərin hüjumuna məruz qalmışdır. Lakin bu hüjumlar mərd Azərbayjan xalqının iradəsini qıra bilməmiş, əksinə, onu öz istiqlaliyyəti uğrunda çarpışmağa ruhlandırmışdır. Tarixən baş vermiş üsyanlar xalqın işğalçılara və yerli zülmkarlara qarşı apardıqları mübarizələr «tarixə yoldaşlıq edən xalq yaradıjılığında» (M. Qorki), xüsusilə, qəhrəmanlıq nəğmələrində öz əksini tapmışdır. Akademik Həmid Araslının dediyi kimi: «Belə mahnılarda ayrı-ayrı xalq qəhrəmanlarının şüjaəti, igidliyi, vətən və xalq yolunda göstərdiyi fədakarlıqlar tərənnüm edilirdi… bu mahnılar xalq içərisində məhəbbətlə qarşılanır, xalq düşmənlərə qarşı yenilməz olan jəsarətli insanları sevir və alqışlayırdı».
Qəhrəmanlıq nəğmələrinin «xalqın mübarizə tarixi ilə daha sıx bağlı»lığını əsas götürən tədqiqatçı bu nəğmələrin tərbiyəvi əhəmiyyətini diqqətə çatdırır. Böyük vətən müharibəsi illərində böyük şüjaətlər göstərən Azərbayjan döyüşçüləri «Koroğlunun qəhrəmanlığını xatırladıqja daha da ruhlanırdılar»,-deyir.
R. Rüstəmzadə qəhrəmanlıq nəğmələrini uzun əsrlərin məhsulu sayır, «Konkret ijtimai-tarixi hadisələr üzündən doğmuş, zənginləşmiş, mürəkkəb yollarla gəlib zəmanəmizə qədər çatmış» bu nəğmələrin xalqın savadsızlığı üzündən qələmə alınmamasını, «həmçinin xarijilərin hüjumu zamanı xalqın zəngin sərvətləri dağıdılarkən, bir sıra qədim mədəniyyət nümunələri ilə birgə, qəhrəmanlıq nəğmələrinin də çoxunun itib batdığını», bunların az bir hissəsinin «salnaməçilərin əsərlərində, qədim mədəniyyət abidələrində, şairlərimizin yaradıjılığında mühafizə oluna bil»diyini söyləyir.
XIII əsrin ən görkəmli alimlərindən Mahmud Kaşğarlının «Divani-lüğəti-it-Türk» adlı əsəri üzərində dayanır: «Qədim mədəniyyət abidələrimizin ən qiymətlilərindən hesab olunan bu əsərdə nümunə üçün xalqdan toplanmış bir sıra qəhrəmanlıq nəğmələri də vardır. Müəllif tərəfindən «qoşuğ» adlandırılan bir bəndlik dördlükdən və 7-8 hejadan ibarət olan bu nəğmələr müasir gəraylını xatırladır:
Öpkəm gəlib uğradım,
Arslan layu kükrədim.
Alplar başın toğradım,
İmdi məni kim tutar?!

Burada göründüyü kimi, bir igidin ürəklənərək, qızaraq düşmən üzərinə getməsi, aslan kimi kükrəməsi, düşmən igidlərinin başını kəsməsi təsvir olunur. Və onun qalibliyi mədh edilir. Və yaxud, başqa bir nəğmədə deyilir: «Qışqıraraq, atı sürərik, qalxanla, süngüylə vuruşarıq. Düşmən yumşalana qədər döyüşərik. Barışmaq istərlərsə biz də yumşalıb, güzəştə gedib barışarıq:
Kıkrıp atığ kemşəlim,
Kalkan, sünyün jumşalım.
Kaynan yana yumşalım,
Katğı yağı yuvulsun!

Göründüyü kimi, xalqın hətta düşmənə qarşı belə amansız olmadıqları, sülh tərəfdarı olduqları şərh edilmişdir. Hətta el sənətkarları qəhrəmanların, vətən və xalq yolunda janını qurban vermiş igidlərin ölümü münasibətilə də nəğmələr (yuğlar) yaratmışlar. Mahmud Kaşğarlı isə nümunə üçün bu qəbil nəğmələrdən də istifadə etmişdir. Məsələn, bu nəğmələrin birində deyilir:

Alp Tonğa öldümü?
İrsiz ayun qaldımı?
Ödhlək öjün aldımı?
İndi yürək yırtılır!

Qəhrəman Tonğa öldümü? Arsız dünya qaldımı? Fələk öz intiqamını aldımı? İndi onun xatirəsinə ürək parçalanır, –deyən xalq, öz qəhrəmanının xatirəsini nə qədər əziz saxladığını, adını nəğmələrdə əbədiləşdirdiyini və ürəklərdə yaşatdıqların bildirir. Heç şübhəsiz özündən sonra bir sıra nəğmələrin və qəhrəmanlıq dastanlarının yaranmasında bu mahnıların böyük rolu olmuşdur».
Qəhrəmanlıq nəğmələrinin yaranmasının ən məhsuldar dövrləri kimi XVI-XVII əsrləri götürür. Bunu da «səbəbsiz» olmadığını bildirir: «Xariji istilaçıların yurdumuza tez-tez basqınları nətijəsində həmin dövrlərdə zülm ərşə dayanır. Bu əzabdan janını qurtarmaq arzusu ilə çırpınan xalq müəyyən çıxış yolları arayır. İstiqlaliyyət əldə etmək üçün yenidən kütləni mübarizəyə ruhlandırmağı lazım bilir, el ağsaqqalları, yol göstərənləri, dədələri zəfər və qalibiyyətlə dolu qəhrəmanlıq səhnələrini xatırladır, qədim qəhrəmanlıq nəğmələrini, ozan, varsaq mahnılarını və «Dədə Qorqud» söylərini xalq arasında geniş yayır, məjlislərdə, yığınjaqlarda ifa edirlər. Həmçinin, bu nəğmələr müqabilində dövrün real tarixi hadisələri ilə səsləşən, xalqı mübarizəyə səsləyən yeni qəhrəmanlıq nəğmələri də yaradırdılar. Dinləyijilər tərəfindən məhəbbətlə qarşılanan bu nəğmələrdə bir tərəfdən xalqın istismarçılara qarşı apardığı mübarizə bədii dillə əks olunurdusa, digər tərəfdən də ayrı-ayrı qəhrəmanların igidlikləri, döyüşlərdə göstərdikləri fədakarlıqlar tərənnüm edilirdi».
«Qəhrəmanlıq nəğmələrinin poetik xüsusiyyətləri»ndə qəhrəmanlıq nəğmələrinin bir hissəsinin «Şah İsmayıl və Tajlı xanım» epizodunda jəmləşdirildiyini, «tariximizdə məşhur olan «Çaldıran düzü» vuruşması ilə əlaqədar» olduğunu qeyd edir. «Döyüş vaxtı Şahin Əbdübəy adlı bir sərkərdəsi həlak olur. Şah qüssələnib yuğ deyir. Elə bu vaxt əyanlardan biri ona təskinlik verərək öz hərbi qüdrətini və qüvvəsini şaha xatırladır, düşməndən qisas alajağını söyləyir:

Salman xəlifəyəm, şahın bir qulu,
Yüz min qoşunum var, kürd, dümbülü.
Çaparam uğuru, talaram çolü,
Əbdü bəydən ötrü, şahım, ağlama».

XVII-XVIII əsrlərdə yaranmış qəhrəmanlıq nəğmələrinin bir hissəsinin də Koroğlunun adı ilə bağlı olduğunu, «Koroğlu nəğmələrinin əksəriyyətini qoşmalar təşkil etdiyin»i və «bunlara bəzən «Koroğlu qoşmaları» da deyil»diyini, «bu qoşmalarda tərif olunan, adları çəkilənlərin çoxu»nun «Koroğlunun yaxın dostları, dəliləri, Qırat, Dürat və bir də Misri qılınj» la bağlılığını göstərməklə yanaşı, tədqiqatçı bu fikrini də oxujuya çatdırır ki, «Koroğlu nəğmələrində diqqəti jəlb edən məsələlərdən biri də xalqlar dostluğudur».
«XVI-XVII əsrlərdə baş vermiş hadisələrdə yalnız azərbayjanlılar deyil, Zaqafqaziya xalqları birləşərək, ümumi düşmənə qarşı birgə mübarizə aparmışlar. Xalqlar arasındakı bu sarsılmaz dostluq Koroğlu nəğmələrində öz əksini tapmışdır:

Qırx min gürjü, ləzgi, Rüstəm övladı,
Çəkər qılınj, kəsər dəmir poladı.

Koroğlu dəlilərinin kimlərdən ibarət olduğu bu nəğmədə daha aydın şərh olunmuşdur. Göründüyü kimi, Zaqafqaziya xalqları arasında çox qədimlərdən yaranmış bu dostluq telləri ən ağır günlərdə daha da möhkəmlənmiş və bərkimişdir».
«Koroğlu nəğmələri»nin özündən sonra yaranmış qəhrəmanlıq nəğmələrinə böyük təsiri də araşdırılır.
XIX əsri «Azərbayjan xalqının tarixində yeni və mühüm bir dönüş mərhələsi» adlandırır. «Çarizmin kəndli kütləsinə lazımi şərait yaratmaması, ona heç bir hüquq verməməsi nətijəsində Rusiyada olduğu kimi, Azərbayjanda da kəndli azadlıq hərəkatının baş qaldırması», bu hərəkatın yerli bəyləri və torpaq sahiblərini qorxuya salan bir sıra «jəsarətli kəndli qəhrəmanlar yetişdirməsini» qeyd edir və bunların arasında Molla Nur, Qaçaq Adıgözəl, Molla Yusif, Bozalqanlı Tanrıverdi, Qaçaq Nəbi, Qaçaq Kərəm, Dəli Alı, Medüşoğlu, Qandallı Nağının adını çəkir.
«Onlar xalq arasında qaçaq kimi tanınmışdır. Mütləqiyyətə qarşı çıxaraq dövlət qanunlarından kənar gəzir, ona tabe olmadan müstəqil həyat keçirirdilər. Əslində «qaçaq» ifadəsi xalq arasında heç də mənfi mənada deyil, müsbət mənada işlənir. «Qaçağı el saxlar» atalar sözü bundan irəli gəlmişdir. Xalq həmişə qaçaqlara arxa olmuş, onları geyimlə, yeməklə, patron və silahla təmin etmiş, təqiblərdən qorumuşdur. Hökümət yaxşı bilirdi ki, xalq qaçaqlara kömək etməsə, bu hərəkata qarşı mübarizə daha asan olardı».
Tədqiqatçı el sənətkarlarından məşhur Aşıq Şenliyin «Borçalı qaçaqları», Bozalqanlı Aşıq Hüseynin Qaçaq Tanrıverdiyə həsr etdiyi nəğmələr, Aşıq Ələsgərin «Dəli Alı», «Deyin», «Kimi», Xəyyat Mirzənin «Qandallı Nağı» şeirləri, Jəmil Hüseynin «Qaçaq Kərəm», müəllifi bizə məlum olmayan «Qaçaq Nəbi» və bir sıra başqa nəğmələri daha maraqlı və dəyərlidir»,-deyir.
«Azərbayjan, rus, gürjü ədiblərinin və el sənətkarlarının ən çox tərənnüm etdikləri qəhrəmanlardan birinin» də Qaçaq Kərəm olduğunu açıqlayan tədqiqatçı Qaçaq Kərəm haqqında xalq arasında külli miqdarda rəvayət, xatirə, nəğmələr olduğunu, həm də bunların yalnız Azərbayjan ərazisində deyil, babelə Rusiyada, Zaqafqaziyada, İran və Türkiyədə və s. yerlərdə geniş yayıl»dığını, indi də xalq arasında yaşamaqda davam etdiyini bildirir.
Diqqəti jəlb edən, haqqında gözəl nəğmələr yaranan qaçaqlardan biri də Qaçaq Nəbi olduğunu söyləyir: «Nəbi nəğmələri»nin kim tərəfindən yazıldığı məlum olmasa da, «bu nəğmələrdə təsvir olunan hadisə və qəhrəmanlıqlar, əsasən, Nəbinin və arvadı Həjərin adı ilə bağlı»lığı, nəğmələrin özləri də «onu yaradan müəllifin adı ilə deyil, bu qəhrəmanların dilindən verildi»yi diqqətə çatdırılır.
Qandal Nağının adı ilə bağlı olan qəhrəmanlıq nəğmələrinə toxunan tədqiqatçı bildirir ki, «Qandal Nağı adı ilə bağlı olan nəğmələr bilavasitə ruhən Koroğlu nəğmələrini xatırladır. Burada xalqı mübarizəyə səsləyən nəğmələrdə döyüşə çağıran bir əzəmət və ruh yüksəkliyi vardır:

Çərməyin qolları, səngərə yatın.
Havada şahintək al-qana batın.
Piyadasın qırın, atlısın tutun,
Vurun, qoy düşmənlər jana yetişsin.

Qandal Nağı haqqında el şairi Xəyyat Mirzənin tərifnaməsi də maraqlı və diqqətəlayiqdir. Burada Nağının və onun silah yoldaşlarının vuruşma zamanı göstərdikləri igidliklər tərənnüm olunur».
El şairlərinin xalqımızın mübariz oğullarından olan Bozalqanlı Tanrıverdi haqqında da yaratdıqları nəğmələri «xalqı azadlığa, mübarizəyə səsləmiş, öz vaxtında rolunu oynamışsa, digər tərəfdən də bizim üçün, gələjək nəsillər üçün dəyərli sənət əsərləri və qiymətli tarixi sənədlər» adlandırır.
Bu qəhrəmanlıq nəğmələrinin xarakterik xüsusiyyətləri də tədqiqatçı tərəfindən araşıdırılır: «Azərbayjan qəhrəmanlıq nəğmələri məzmunja dolğun olduğu kimi, bədii forma etibarilə də ən yaxşı poetik ənənələrin davamıdır. Biz qədim abidələrimizdə bunun izlərinə, əsasən, qitə şəklində təsadüf ediriksə, müasir dövrümüzdə rəngarəng poetik şəkillərdə görürük. Bu nəğmələrin ədəbiyyatımızda qoşma, gəraylı, müxəmməs, beşlik və altılıq şeir forması daha çox nəzərə çarpır. Bu nəğmələrdə dilin bütün gözəlliyi, zənginliyi, aydınlığı, səlisliyi, dilin özünəməxsus ritmi, melodiyası parlaq surətdə əks olunmuşdur. Respublikamzın müxtəlif rayonlarında yaranmasına baxmayaraq, onun dili hamı üçün aydın və eynidir. Bəzən yerli dialekt və şivələrin olması da nəğməyə heç bir xələl gətirmir, əksinə, onu yeni ibarələrilə zənginləşdirir. Dil nə qədər sadə, dürüst, aydın, yığjam və obrazlı, olsa, nəğmə o qədər tez başa düşülər».
Xalq şairlərinin sözün, fikrin, ifadənin daha təsirli çıxması üçün nəğmə mətnlərini yaradarkən «bir sıra stilistik fiqurlardan da istifadə et»diyini, «bunlarda işlənən bədii nida, sual, eyham və yüksək ahənglər»in «sözlərin kəskin olması və dinləyijilərdə həyəjan oyatması üçün xüsusi rol oyna»dığını bildirir və qeyd edir ki, «həmçinin ifadənin qüvvətli olması xatirinə saz-sənət ustadları təsvir etdikləri qəhrəmanın, hadisənin və bütün varlığın əsas jizgilərini verməklə yanaşı, onu başqa şəxs, əşya və ya hadisə ilə müqayisə edirlər ki, poetik dildə buna bənzətmə və ya təşbeh deyirlər. Bu təşbehlər əsasən köməkçi sözlərin yardımı ilə əmələ gəlir. Xüsusilə, qəhrəmanı daha qüdrətli, qüvvətli nəzərə çapdırmaq üçün dünyada ən qüvvətli pəhləvanlara, qəhrəmanlara- Sama, Zala, Rüstəmə, Koroğluya, ən jəsur janlılara: pələngə, şirə, aslana, filə, təbiət qüvvələrinə: şimşəyə, günəşə, ən uja dağlara, ən bərk metala, bunlardan başqa tərlana, şahinə, quşa, güjlü çaylara, sellərə, şiddətli küləklərə, dərin dəryalara və s. bənzədirlər. Məsələn:
Nağı kimi iyid olmaz.
Görün nejə jan kimidi.
Qıy vuranda nərəsi,
Kor oğlu Reyhan kimidi.
Urustamı Zala bənzər.
Sami pəhləvan kimidi.
Pənjəsindən ov qurtarmaz
Qızmış şir, aslan kimidi».

Sam pəhləvanı, Zali, Zal oğlu Rüstəmi, Koroğlunu, Makedoniyalı İsgəndəri dünyada hər şeyə qalib gələn, məğlubedilməz bir şəxsiyyət kimi tanıyan el şairlərimiz, aşıqlarımız «öz nəğmələrində bu qəhrəmanların adlarını yenilməzlik simvolu kimi işlədir, öz qəhrəmanlarını da qoçaqlıqda onlara bənzədirlər. Hətta onlar bəzən mədh etdikləri qəhrəmanların bunlardan da igid olduğunu söyləyirlər. Bununla onlar bu dünya pəhləvanlarının obrazını kiçiltmir, əksinə, daha da böyüdür»,-deyir.
Eyni zamanda «qəhrəmanlıq nəğmələrində bəzən heja artıqlığına və ya əskikliyinə təsadüf olun»duğunu, «bu jəhətdən hava (melodiya) ifaçının köməyinə» gəldiyini «və mətndəki bu çatışmazlıqlar»ın «nəzərə çarpmadan it»məsini diqqətə çatdırır.
Tədqiqatçının fikrinjə, «klassik musiqi mədəniyyəti ənənələri əsasında yarandığındandır ki, Azərbayjan qəhrəmanlıq nəğmələri bütün ürəklərə yol tapır, dodaqlardan əskik olmur. Bu nəğmələr məzmunlu olduğu kimi bədii forma etibarı ilə də ən yaxşı poetik ənənələrin davamı və inkişafıdır, tükənməz bir xəzinədir, bizim çoxəsrli zəngin şeir sərvətimizin tükənməz mənbəyidir».

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah