Gülxani  PƏNAH
  Şairə, ədəbiyyatşünas,
filologiya üzrə elmlər doktoru

 
Qonaq dəftəri
Əlaqə
 
 
Linklər
 
   
 
Sayta baxanlar
free counters
 

TARİXİMİZ … YADDAŞIMIZ…


Kənd məsçidinin qarşısında tez-tez toplaşan qocalar olub keçənlərdən danışır, bəzən də sinəsinə söykənib oturduqları Ağrı dağından axıb gələn saf havanı ciyərlərinə çəkir, kəndin kənarı ilə sakit-sakit axıb gedən Arazın gözəlliyinə tamaşa edirdilər. Qocaların arasında kəndin sevilən, seçilən hörmətli ağsaqqalı Kərbəlayi Heydər kişi də oturmuşdu. Birdən onları başları üstündən uçub gedən durna qatarının vida nəğməsi söhbətdən ayırdı.
-Allah, bu dilsiz-ağızsız heyvanların köçündəki nizama bax!
-Hara yan alıb bu durna qatarı?
Durna qatarı Alagöz dağına tərəf üz tutmuşdu. Göyün üzü tərtəmiz idi. Mavi səmanın ənginliklərində süzən durna qatarı ağ üzdəki xallara bənzəyirdi.
Kərbəlayi çiynindən sürüşüb düşən çuxasını düzəltdi, başını qaldırıb durna qatarına nəzər saldı. O əllərini göyə qaldırdı, ürəyindən keçirdiyi hisslərin işığında bir salavat çevirdi, başını aşağı saldı.
Birdən elə bil qu gölünə daş atdılar. Qıy vuran durnaların dili bağlandı, zarafatlaşan qocaların üstünə soyuq su töküldü. Qatarından ayrılıb yerə doğru şığıyan durna qanadlarını çırparaq Kərbəlayının dizi üstə qondu. Sakit-sakit ətrafına baxan durna başını qocanın çuxasına sürtdü, sanki bu dağın ətəyində təkcə özü, bir də Kərbəlayı Hacı Heydər kişi vardı. Camaat heyrət içərisində idi. Bu mənzərəni uzaqdan seyr edənlər də onların başına toplaşdı.
Kərbəlayı təmkinini pozmadan sakitcə durnanın başını sığalladı:
-Get, ay Allahın dilsizi, yolundan qalma, -dedi. -Qatarından ayrı düşmə. Yolunuz uğurlu olsun! Mənzil başına yetişəsiniz! Bizləri də unutmayın! Mərdimazar görməyəsiniz! -dedi və durnanı dizinin üstündən götürüb başının üstünə qaldırdı. Durna sanki uşaq qığıltısıyla astaca qanadlarını açıb göyə qalxdı, azacıq dövrə vurub göyün üzündə onun yolunu gözləyən dəstəsinə doğru üz tutdu.
Bu nə nağıl idi, nə də əfsanə. Olmuş bir hadisə idi. Həqiqət idi.
O, kişi nağıl dünyasından gəlməmişdi. Tanrının qüdrətinə sığınıb elinə-obasına arxa olan hikmət sahibi idi.
Hələ o zamanlar onun yaşadığı torpaqlar bütöv bir oğuz, türk torpağı idi. Ayna suları, əsrarəngiz meşələri, qüdrətli, zəhmli dağları, dağlardan daşlardan süzülüb gələn dumduru büllur bulaqları, qayaları qoynuna alıb gətirən çayları ilə şöhrət qazanan Oğuz elinin dədə-baba torpaqları idi. Hələ o zamanlar İrəvan da daxil olmaqla ermənistan adlandırılan indiki həmin yerlər oğuz türklərinin məskəni idi. Bu yerlərə hələ şeytan barmaq uzada bilməmişdi, özünün erməni balalarının hiyləgər toxumunu hələ bu yerlərə səpə bilməmişdi. Bu yerlər-Arazın o taylı bu taylı bütün torpaqları-İrəvan, Zəngibasar, bütün Göyçə-Zəngəzur mahalı türk dünyasının əbədi yurdu, yuvası idi. Oğuz türklərinin yaşadıqları bu torpaqlarda Heydər baba kimi əməli düz, nəcabətli qüdrət sahibləri yaşayırdı.
Zaqafqaziyaya millətçilik toxumunu bilərəkdən oz siyasi məqsədləri üçün səpmiş rus imperiyası onun bəhrəsini görməmişdi.. 1905, 1918, 1942, 1952, 1988-90-cı illər fəlakətlərinin səbəkarları olan rus imperiyası Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün çar Rusiyasının Azərbaycan-Türkiyə arasına Suriya, Livan və digər yerlərdən köçürüb gətirib buralarda məskunlaşdırdığı erməni murdarlarından öyuncaq kimi istifadə etməmişdi. Lakin artıq yavaş-yavaş bu səmum küləyi yetişməkdə idi. 1905–1907-ci illərdə baş alıb gedən erməni-müsəlman davası tarixin səhifələrindədir. Buraya köçürülüb gətirilmiş erməni murdarları bu yerlərin zəngin sərvətini, münbit torpaqlarını zəbt etmək üçün öz havadarlarının köməyi ilə hər cür alçaqlığa hazır idilər.
«1905-1907-ci illərdə erməni-müsəlman davası» kitabında Mir Möhsün Nəvvabın gördüyü, qələmə aldığı dəhşətli hadisələr 1918-ci ildə yenidən təkrar olunmağa başladı. 1918-ci ildə ermənilər daha amansız cinayətlərə əl atdılar. Yüz minlərlə soydaşımız düşmən fitnəsinin qurbanı oldu. Andranik, Dro kimi quldurların törətdikləri qanlı cinayətlər nəticəsində anaların sinəsinə oğul dağı çəkildi, gülüzlü gəlinlərimiz dul qaldı, analar balasız, balalar anasız qaldı, millət bu qaçaqaçda öz doğmalarından pərən-pərən düşdü.
Bu dəhşətli hadisələri öz gözləri ilə görən, onun ağrı-acısını yaşayan milyonlarla insanlardan biri də Heydər babanın ocağının gəlini olmuş Xədicə xalanın ailəsi idi. Onun sinəsi tarix kitabıdır. Doğulub böyüdüyü o torpaqların ən qədim adları da onun yaddaşına həkk olunmuşdur. Tarix isə yaddaşımızdır. Onun ata-baba yurdu Qaraçörən kəndi idi. Arzini kurortunun yaxınlığında yerləşən bu kənd sonralar ermənilər tərəfindən talanmış, adı dəyişdirilmişdir.
Kənd camaatının başına gələn müsibətləri görən Xədicə, bacısı Həcər, iki qardaşı, anası ilə birlikdə camaata qoşulub, arana doğru üz tuturlar. Bu xəbəri eşidib dəyirmana dən aparan ata böyük oğlu ilə birlikdə arabanın üzünü çevirib köçün arxasınca gedirlər. Yolda ermənilər ata-oğul hər ikisini tikə-tikə doğrayırlar. O zaman minlərlə belə ailə yollarda, meşələrdə al qanına boyanır. Erməni dığaları kənddə qalanlara da amansız divan tuturlar.
Qaçaqaç zamanı təndirə od salan bir ana xəmirini qoyub çıxmaq istəmir. Oğlundan xahiş edir ki, bir qədər yubansın, bərəkəti ortalıqda qoyub getməsin, heç olmasa bişirsin, sonra çıxsın. Çörək müqəddəsdir, təndir and yerimizdir! Oğlan anasının fikri ilə razılaşır, atasından qalan ov tüfəngini götürüb, qapını bağlayıb, evin keşiyini çəkir. Ana birtəhər çörəyi bişirir, ancaq ermənilər evi əhatəyə almışdılar. Oğul əlindəki tüfənglə patronu qurtarana qədər evə yaxınlaşan quldurları yerə sərir. Patronlarının qurtardığını başa düşən ermənilər damın bacasından içəri girib, anayla balanı diri-diri təndirə atıb odda yandırırlar. Camaatın başına olmazın fəlakətlər açan erməni faşistləri kəndin yaxınlığında, çöldə ot biçən on üç yaşlı oğlan uşağın dərisini soymuş, onu min cür işkəncələrlə öldürmüşdürlər. Belə qanlı faciələri saymaqla qurtarmır…
Ancaq səfalət içərisində qalan günahsız insanlar Şura höküməti qurulandan sonra Arazı keçib yenidən öz torpaqlarına qayıtmağa can atır, yenidən öz yurdlarına qayıdırlar. Onların içərisində iki qardaşını, anasını, atasını, bütün qohum-əqrabasını itirmiş Xədicə xalayla bacısı Həcər xala da vardı. Onlar artıq Qaraçörənə yox, Zəngibasarın Şəllü kəndinə pənah gətirmişdilər. Bura pənah gətirən yurdundan yuvasından didərgin düşmüş insanların əksəriyyəti ailəsi başsız qalmış, kiimsəsiz insanlar idi. Camaat arasında hörmət qazanan bu iki bacıları el yığılıb bir ailəyə gəlin köçürürlər. İki qardaş iki bacı ilə ailə qurur. Həcər xalanın üç qızı, bir oğlu olur. Xədicə xala isə erməni müsibətlərini içində çəkməkdən çox yaşaya bilmir, körpə Fatmanı kimsəsiz qoyub cavan yaşında dünyasını dəyişir. Yeganə bacısını itirmiş Həcər xala qızına bacısının adını qoyur. Balaca Xədicə anasız böyüyür. İllər keçir, yaşa dolur, Kərbəlayi Heydər babanın ocağının gəlini olur.
Bu ocağın əsil-nəcabətinə layiq olan Xədicə xalanın həyat yoldaşı Mirabbas müəllim dövrünün görkəmli ziyalısı idi. İlk təhsilini əmisi Mir Haşımdan almışdı. Kərbəlayı Mir Səfərin qardaşı Mir Haşım Böyük Vətən müharibəsində həlak olmuşdu. Mirabbas müəllim ömrünün axırına kimi ilk müəllimi əmisini hörmətlə xatırlayırdı.
1918-ci ilin ağrılı-acılı günlərini unutmayan xalqımız 1947-1952-ci illərdə yenə də öz dədə – baba torpaqlarından çıxarılır. Ermənistanın dağ rayonlarından Azərbaycanın isti iqlim zonalarına köçürülən xalq iqlim şəraitinə dözə bilmirdilər. Bütün ömrünü dağlar qoynünda keçirmiş Zəngəzur, Göyçə, Basarkeçər camaatı qeyri-insani siyasətin nəticəsində yurd-yuvasından didərgin düşürdülər. Onların öz qədim torpaqlarına dünyanın başqa yerlərindən erməni millətlərinə mənsub olan ailələr gətirilirdi. Sərdarabad, Vedi, Zəngibasar kimi azərbaycanlıların yaşadığı böyük ərazilərdə yaşayış yerlərinin adları dəyişdirilir, saxta sənədlər düzəldilir, erməni adları qoyulurdu. Oktemberyan, Massis kimi erməni rayonları tarixdə olmamışdı. «Böyük Ermənistan» yaratmaq istəyən erməni daşnakları azərbaycanlıları öz vəzifələrindən uzaqlaşdırır, milliyətcə erməni olan adamlarla əvəz edirdilər. Qeyrətli oğullar hər cür çətinliyə dözür, öz torpaqlarını əldən verməmək üçün yollar arayıb axtarırlar.
Mirabbas müəllim institutu qurtarıb doğma elinə qayıdan ziyalılardan biri idi. Çox çətinliklə iş yeri əldə edib qonşu Qaraqışlaq kəndində orta məktəbdə riyaziyyat müəllimi işləyirdi. Bilik və bacarığına görə xalq arasında hörmət qazanan Mirabbas müəllim tezliklə doğma kəndlərində-Dəmirçidə kolxoz sədri seçildi.
Kəndin torpağının pambıqçılıq üçün yararlı olmadığını başa düşən Mirabbas müəllim oranı tərəvəzçilik, taxılçılıq, meyvəçilik kolxozuna çevirir. Həmin ildə kolxoz külli miqdarda gəlir götürür, dövlətə olan borclarını ödəyir. Kənddə xeyli ictimai binalar tikilir, yollar salınır, böyük bir orta məktəb tikilir, uşaq bağçası, klub, yeni tibb məntəqəsi fəaliyyətə başlayır, kəndə su çəkilir və illərdən bəri camaatın suya olan ehtiyacı ödənilir.
Mirabbas müəllim Sovet dövründə üzərinə qadağa qoyulmasına baxmayaraq kənddəki məscidin fəaliyyətini bərpa etdi. Təkcə kənddə deyil, ümumiyyətlə, Zəngibasarın bütün kəndlərində məscidlərin işlə-məsini təmin etdi. Zəngibasar ərazisində dini icmanın başçısı seçildi. Elmə, maarifə yüksək qiymət verən Mirabbas müəllim insanların mənəvi- əxlaqi keyfiyyətlərini də yüksək tutan, milli mənəvi keyfiyyətlərin qorunub saxlanmasına çalışan müəllim, ziyalı idi.
Xalqına arxalanan Mirabbas müəllimin o zamanar Dəmirçi kəndinin direktoru olmuş İslam Abbasov, Zəngibasar rayonunun birinci katibi işləyən Hüseyn Məmmədov kimi ziyalılarımızla yaxın əlaqəsi vardı və onlar xalqın güvənc yeri idilər.
60-cı illərdə ermənilər Zəngibasar rayonunu ləğv edir, kəndləri qonşu rayonlar arasında bölürlər. Bir müddət sonra isə yenidən rayonu bərpa edir, adını dəyişdirib Zəngibasar əvəzinə Massis rayonu qoyurlar. Bu da erməniləşdirmə siyasətinin davamı idi. Bununla da onlar torpaqlarımızın bir hissəsinin də tarixi adlarını məhv etdilər. Mirabbas müəllim erməni murdarlarının bu həyasız əməllərinə qarşı çıxdığından, erməni rəhbərlikləri ilə bir yerdə işləyə bilməyəcəklərini başa düşdü-yündən sədrlikdən çıxır, ömrünü millətinin gələcək inkişafına, elmə, biliyə yiyələnməsinə həsr etməyi vacib sayır. El-oba içində böyük nüfuza sahib olan Mirabbas müəllim müəllimlik fəaliyyətini davam etdirir.
Ermənilərin apardıqları gizli fitnəkar siyasət getdikcə yenidən artmaqda idi. 1988–1989-ci illərdə bu fitnəkarlıqlar görünməmiş vüsət aldı. Başda Qorbaçov olmaqla erməni murdarlarının havadarları onların bu çirkin siyasətlərini həyata keçirilməsinə imkan yaratdı. Düşmənlərin törətdikləri cinayətlər baş alıb gedirdi. Onlar hər gecə bir kəndi talayır, camaatı küçələrə qovur, müqavimət göstərənləri qətlə yetiridilər. Əli silahlı erməni murdarlarının qarşısında xalq aciz qalmışdı. Ermənilərin silahlanmasında din xadimlərinin xüsusi rolu vardı.
Hələ əsrin əvvəllərində davam edən iğtişaş və qırğınlar zamanı kilsənin fəaliyyətini dərindən öyrənmiş rus diplomatı general Mayevski yazırdı: «Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti «Allah kəlamını» çatdırmaqdan çox, müsəlmanlarla xristianlar arasında nifaq salmaqdır».
1988-ci ilin noyabr günlərində Zəngibasarın azərbaycanlılar yaşa-yan yerlərindən camaat sıxışdırılaraq sərhəddəki Rəncbər kəndinə qo-vuldular. Bu kənd Türkiyənin sərhəddində olduğundan ermənilər o kəndə yaxın dura bilmirdilər. Qorxaq, tülkü kimi hiyləgər, vəhşi təbiətli ermənilər öz siyasətlərini içərilərdə aparırdılar. Mirabbas müəllimin ətrafına toplaşan bu kəndin camaatı da gözlənilən fəlakətdən salamat qurtarmaq üçün Rəncəbər kəndinə toplaşmaq qərarına gəlirlər. O, özü də maşina oturub camaatı Rəncəbərə apardı. Ətraf kəndlərin erməniləri onu yaxşı tanıdığından, ölümün gözünə dik baxan bir adam olduğunu bildiklərindən maşina yaxınlaşmağa cəsarət etmirdilər.
Bakıda kəndlərin mühasirədə qaldığından xəbər tutan Mirabbas müəllimin oğlanları Mir Faiq və Mir Bayram camaatı qurtarmaq üçün hökümət rəhbərlərindən kömək tələb etdilər. Dekabrın ikisində hərbi vertolyotla Yerevan-Erebuni aeroportuna düşən qardaşlar onlara hücum edən ermənilərdən hərbiçilərin köməyilə xilas oldular, buradan Rəncbərə uçdular.
Mirabbas müəllim övladlarının köməyilə ağır yaralıları, xəstələri, körpələri, vertolyotla yola salır. Qalan camaatı başına toplayaraq hərbiçilərin köməyilə sağ-salamat gətirib Naxçıvana çıxarır.
Nə övladlarının, nə yetişdirdiyi adlı-sanlı ziyalıların, nə də qohumlarının təskinlikləri onu ovundura bilmədi. Mirabbas müəllimi vətən dərdi, yurd yanğısı vaxtsız-günsüz aramızdan apardı.
Mirabbas müəllim dünyasını dəyişdi. Bu millətin sonrakı faciəli taleyini görmədi. Ermənilərin törətdiyi bu qanlı faciyədə neçə-necə ziyalılarımız dözmədi, dünyasını dəyişdi. Bacısı oğlu Yusif, əmisinin yadigarı Əhəd Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak oldu.
Sovet İmperyasının öz tərkibində müttəfiq, müstəqil bir dövlət adlandırdığı Azərbaycana qarşı yeridilən bu qanlı cinayətlərə göz yumması bir daha komminist ideologiyasının erməni ideologiyası ilə həmrəy olduğunu dəlalət edirdi. Azərbaycan xalqı başına gətirilən müsibətləri unuda bilməz. Erməni-müsəlman davalarında Azərbaycan xalqının günahsız yerə başına gətirilən müsibətlərə görə tarix bunu ermənilərə bağışlamayacaq. Əsrin əvvəllərindən bu günə qədər Azərbaycanda elə bir ailə tapıla bilməz ki, o erməni murdarlarının vurduğu yaradan göynəməsin.
1905-ci ildən Azərbaycan xalqının öz torpağından departasiyası başlandı. Onlar misli görünməmiş cinayətlər etdilər. Erməni murdarları nəinki yerli camaatı öz dədə-baba torpağından qovurdu, hətta tez bir zamanda kəndlərin, şəhərlərin adlarını dəyişdirir, onlara erməni adları verir, bununla da xalqımızın milli tarixini bir gündə yer üzündən silib, o yerləri özünküləşdirmək üçün rus imperiyasında rəhbər vəzifələrdə oturan havadarlarından kömək almaqla bu gün də həyata keçirirlər.
Erməni cinayətkarları çirkin niyyətlərinin həyata keçirilməsi üçün çalışsalar da, onlar unutmamalıdırlar ki, tarixdə baş verən hadisələr bir daha sübut edir ki, əgər bu gün dünya xalqları genosidə məruz qalmış bir xalqı dəstəkləməlidirsə, bu Azərbaycan xalqı olmalıdır. Tülkü cildinə girmiş erməni daşnaklarının xalqımızın müxtəlif illərdə, müxtəlif zamanlarda başına gətirdiyi müsibətlər-Qərbi azərbaycanlıların departasiyası, Xocalı soyqırımı, Daşaltı Əməliyyatı, Qarabağ düyünü, Kəlbəcər, Zəngilan, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı itkisi bunu bir daha sübut edir.
Dünya xalqları getdikcə erməni yırtıcılarının iç üzünü tanımaqdadır. Lakin erməni mafiyasının hər yerdə işləməsi bir çox xalqların səhv addımlar atmasına imkan yaradır. Dünyada analoqu olmayan bir millətdir ermənilər ki, onlar haqsızlığı özlərinə bayraq edib, dünyada özlərini aciz, yazıq bir millət kimi qələmə verməklə Azərbaycan xalqının qanını zəli kimi sormaqdadırlar. Milyonlarla azərbaycanlımız onların ucbatından bu gün Qərbi Azərbaycan torpaqlarında uyuyan ata-babalarının qəbirlərindən, narahat ruhlarından xəbərsizdir. Minllərlə qaçqın və köçgünlər çadırlarda yaş, nəm torpaqlarda çürüyür. 20%-dən çox torpaqlarımız sahibsiz qalıb, yurdlarda çaqqallar, bayquşlar ulayır. Musiqimizin beşiyi Şuşa düşmən əlindədir. Tarixi abidələrimiz məhv edilir, erməniləşdirilir. Əsir düşən qız-gəlinlərimiz, naləsi Allahın özünü də bezdirib. Belə olduğu halda kim deyə bilər ki, hansı xalq belə genosidə məruz qalıb? Başımıza gətirilən bu müsibətləri yada saldıqca fikirləşirsən ki, XX əsrdə qazandığımızdan çox itirdiyimiz olub: Torpaqlarımızdan didərgin düşdük. Azərbaycanın Sovet dövlətinin tərkibinə daxil edilməsi bu torpaqların, bu xalqın başına gətirilən müsibətləri daha da artırdı.
XX əsrdə tarixdə, yaddaşımızda öz çirkin əməlləri ilə əbədi nifrətimizə layiq olan düşmənimizin murdar simasını aşkar etdik. İnnən belə gələcək nəsillər heç bir vaxt unutmayacaq ki, onun torpaqlarını kim zəbt edib, onun var-yoxuna kim tamah salıb və bu tamahının ucbatından onun vətəninin başı hansı bəlaları çəkib. Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Cənubi Azərbaycan deyilən torpaqlar onundur və o unutmayacaq ki, qatarı pozulmuş durnalar kimi yer üzünə niyə səpilib? Cənubda İran imperalistləri tərəfindən zülmə, əsarətə məhkum edilən, Şimalda rus imperiyası tərəfindən dağıdılan, çalınan-çapılan, talanan Azərbaycana nə lazımdır? Birlik. Onu əldə etmək üçün qarşımıza hansı məqsədləri qoymalıdyıq? Hansı vəzifələri yerinə yetirməlidir ki, Azərbaycan öz xəritəsini yenidən bərpa etsin, həm işdə, həm də sözdə. XX əsrin ağır sınaqlarından çıxıb on minlərlə şəhid verib öz azadlığını, müstəqilliyini əldə edib, Azərbaycan Demokratik Respublikasını yaradan bu böyük vətənin dünyaya səpələnmiş vətəndaşlarının ən ağır imtahandan üzü ağ çıxması özü bir daha aydın göstərir ki, bu millət var, yaşayır, yaşayacaqdır. Onun dövləti əbədidir.

© Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah